78
predmetidir. Bu yöndə futurologiya gələcək proseslərin sistemli qaydada
öyrənilməsindən ibarət olan bir fənn və təlimdir. Hər bir sözün etimologiyası,
mənşəyi, həmçinin bazası yanına loqos sözü əlavə olunur və bununla da sözün
kökünə uyğun olaraq elm və fənn meydana gəlir. Fənn elə elmi istiqamətin
tərkibini ifadə edir. Futurologiyanın bazasında zamanı ifadə edən “gələcək”
anlayışı dayanır. Bu anlayış çox geniş məzmunludur, özündə bütün elmlərin
davamedici, genişləndirici xassələrini ehtiva edir. Həyatda insan yaradıcılığını
və qurucluğunu təşkil edən bütün sahələrin futuroloji əsasları mövcuddur.
Futurologiya bu baxımdan gözlənilə bilən yeni təzahürü özünə obyekt
kimi müəyyən edir. Dəyişmələr gələcək zamanı yaradır. Ona görə də
dəyişmələrin əsasları futurologiyanın örənmə obyektidir.
Nəzərə almaq lazımdır ki, bütün elm sahələrində, o cümlədən elmin
özünə obyekt seçdiyi sahələrdə dəyişikliklər, formasiya və məzmun
dəyişiklikləri davam etməkdədir. Çünki elm insanlar tərəfindən yaranır və
insanlara xidmətə yönəldilir. İnsan həyatı davam edir, yeni dəyişikliklər tələb
olunur. Bütün fənlərdə, elmi istiqamətlərdə mövcud biliklərin analizi sayəsində
yeni biliklər meydana gəlir. Bu şaxələnmə özündə futuroloji əsasları əks
etdirir. Bu baxımdan da futurologiya elmin gələcəkdə şaxələnməsinə xidmət
edən əsasları özündə ehtiva edən sistemli biliklər məcmusudur.
Enerjinin ardıcıl qəbulu, qüvvələrin ardıcılı tətbiqi, bu baxımdan da forma
və məzmun dəyişiklikləri gələcəyin əsaslarını meydana gətirir. Futurologiya
gələcəyə yönəlik elementləri, sürəti, inkişaf tempini və dəyişiklikləri yaradan
digər əsasları konkretliliklə və universallıqla, bu baxımdan da şərtləndiriciliklə
öyrənir. Dəyişikliklərin zəruri şərtləri və şərtlərin öyrənilməsi elə
futurologiyanın əsaslarını yaradır.
Futurologiya nəyi öyrənir
Məlumdur ki, hər bir istiqamətdə sahələr yaranır. Bir sahə digər sahələrlə
ə
laqəli olaraq formalaşır. Formalaşma zamanı, həm də davam edən gələcək
zamanı özündə şərtləndirir. Bu formalaşmanı yaradıcılıq və quruculuq
meydana gətirir. Yaradıcılıq və quruculuq mədəniyyətdir, bu baxımdan da
demək olar ki, futurologiya gələcək mədəniyyətin öyrənilməsini təmin edir.
Dəqiq elmlər inkişaf edir. Yeni texnologiyalar yaranır. Lakin insanlar daha çox
ş
eyləri əldə etmək məqsədilə, həyatı daha da geniş təminatlı etmək və
rahatlamaq məqsədilə bütün çətin yolların asan variantlarını axtarırlar. Bu
istiqamətdə öz bilik və bacarıqlarını ortaya qoyurlar. Futurologiya müəyyən
sahələrdə elmin şaxələnməsini təmin edən fikirlər məcmusudur.
Dövlət və cəmiyyət inkişaf edir. Bu baxımdan da sahələrdə yeni
elementləri, strukturları və mexanizmləri qazanmaq üçün müxtəlif metodlar
tətbiq edirlər. Metodlar forma və məzmun dəyişikliklərinə səbəb olur. Deməli,
futurologiya dəyişən forma, dəyişən məzmun, dəyişən tərkib və dəyişən
79
zaman haqqında elmdir
. Futurologiya dəyişən normalar, dəyişən
qaydalar, strukturlar və mexanizmlər haqqında təlimdir.
Futuroloji
ə
saslar həm təcrübədən meydana gəlir, həm də nəzəri olur. Məsələn, dövlət
resurslardan istifadə edir, mövcud zamandan başlayır və zaman ardıcıllığı ilə
sahələri inkişaf etdirir. Eləcə də gələcəyə yönəlik, gələcək təminat üçün uzaq
hədəfləri müəyyən edir və resursları onun arxasınca aparır. Əsas məqsəd yeni
təkmil sistemliliyin qazanılmasından ibarət olur. Əsas məqsəd həm də yeni
vasitələrin, təkmil vasitələrin əldə olunmasından ibarət olur. Buna görə
dövlətin inkişafının deduktiv və induktiv fəlsəfi meyarları, prinsipləri
futuroloji əsasları meydana gətirir.
Dövlətin gələcək strateji konsepsiyaları,
qanunvercilik aktları obyekt kimi futurologiyanın predmetini təşkil edir.
Futurologiya bütün sahələrdə ardıcıl şaxələnməni yaradan, ardıcıl şaxələnməni
təmin edən nəzəri və təcrübi təlimlər məcmusudur. Futurologiyanın əsasında
fəlsəfi kateqoriyalar dayanır. Məsələn, mövcud və gələcək məkan arasında
trayektorik bağlılıq meydana gəlir. Zaman ardıcıllığı arasında trayektorik
bağlılıq formalaşır. Futurologiya başlanğıc və son koordinatları öyrənir və
onlar arasında olan tərkib dəyişmələrinin əsaslarını təhlil obyektinə
çevirir.
Futurologiyanın metodları necə tətbiq olunur
Təbii ki, hər bir elm sahəsində olan universal metodlar burada da tətbiq
edilir. Universal qaydalar yaranır. Tezis, antitezis, sintez və analiz metodları
burada da tətbiq olunur. Çünki futurologiya sahələrdə başlanğıc və sonu
sistemli qaydada, əlaqəli və şərtləndirici vəhdətdə öyrənir.
Futurologiyada obyekt üzrə rasional (əqli nəticəyə gəlmək metodu)
metod tətbiq olunur. Məsələn, dövlətin proqramları, gələcək müddət üçün
inkişaf kosepsiyaları qəbul edilir. Bu, rasional metod hesab oluna bilir. Çünki
nəzəridir. Futurologiya daha çox nəzəri hədəf üzərində qurulur və maraqları
özünə doğru sürükləyir. Burada gələcək müəyyən olunur və istəklər və
ümumiləşir. Yaxın, orta və uzaq müddətli hədəflər seçilir, hədəf sahələri və
obyektləri müəyyənləşir. Sonra başlanğıclar və şərti sonlar arasaındakı
müstəvinin nəzəri, xəyali kəmiyyəti, sahəsinin ölçüsü və tərkibinə cəlb
ediləcək elementlərin miqdarı müəyyən olunur. Sistemli konstruksiya yaradılır.
Yeni mühit üçün yeni nəzəri təfəkkür formalaşır. Dəyişikliklər fantaziyalarda
cəmləşir. Buna görə də futurologiya bütün sahələrdə fantaziyalar haqında
elmdir.
Fantaziya da gələcək reallıqları yaradır. Deməli, futurologiya
özlüyündə gələcək reallıqlar haqqında bir elm istiqamətidir, bütün elmlər
üçün xarakterik olan universallıqdır.
Futurologiya gələcəyə yönəlik
proseslərin xarakterini öyrənən elmi sistemlilikdir. Burada elmin bütün əsasları
məcmuələşir. Gələcəyi müəyyən etmək, yeni xəyalları yaratmaq, yeni mühiti
obrazlandırma özlüyündə istedad, bilik və bacarıq tələb edir. Bu yöndə
Dostları ilə paylaş: |