olduğunu anlamasa da həblərə toxunmadı. Amma xəbəri olmadı ki, artıq bir həb
onun içkisində idi. İçkini başına çəkib vidalaşaraq qatardan endi. Qatar
stansiyası evlərindən çox da uzaq deyildi. Bir az getmişdi ki, beyni
dumanlanmağa başladı. İçkinin təsirindən olduğunu zənn edib, bir neçə addım
daha atdı. Məhəllə dostlarından ikisi Mahiri görüb qollarından tutdular. Yarı
zarafatca “Heç gələcəyini də demirsən. Bilsəydik ki, içkili gələcəksən qatarın
qarşısında gözləyərdik” dedilər. Mahir bunları yarı gerçək yarı yuxulu kimi
eşidirdi. Bir onu hiss edirdi ki, bədəni alışıb yanır. Darvazanın qarşısında dostlar
Mahirlə vidalaşdılar. O da əl qaldırıb evə keçdi. Evin qapısı açıq idi. İçəri keçib
əlindəki yükünü elə qapı ağzına ataraq divana uzandı.
Gülnaz Zərifəgildə bayramlıq şirniyyatı bişirirdilər. Zərifə isə çənin boş
olmasından məyus olmuşdu. Saçına sarmısaqlı maska etdiyindən daha dayana
bilmirdi. Bir yandan da çəndə suyun olmaması onu lap əsəbləşdirirdi. Gülnaz
oğlu Mahirin həmin gün gələcəyini bilmədiyindən arxayınlıqla açarı Zərifəyə
uzatdı.
-Get bizdə yuyun. Onsuz da evdə kimsə yoxdu. Çəndə də nə qədər istəsən su
var. Zərifə sevincək qaşınan başına dəsmal bağlayıb Mahirgilin evinə yollandı.
Qapını içəridən bağlamağı unutsa da həyətdəki hamama doğru getdi. Yuyunub
rahatlanıb dəsmalla da hamamdan çıxdı. Havadakı şaxta az da olsa hiss
edildiyindən qaçaraq evə girdi. Əynini orda geyinməyə başlamışdı ki, qapı
ağzındakı çantaları gördü. Təccüb etməyə macal tapmamış Mahir arxadan
çiyninə toxundu. Yarı çılpaq sinəsini örtərək təəccblə: “Mahir? Sən nə vaxt
gəlmisən?” dedi. Mahir içindəki istilikdən xilas ola bilmirdi. Üstəlik də
qarşısında yarı çılpaq dayanmış qız görəndə özünü saxlaya bilmədi. Zəncirdən
açılmış şir kimi onun üstünə cumdu.
Beyni dumanlı idi. Sanki qarışıq yuxu görürdü. Bu nədir anlamağa çalışsa da
beyni açılmırdı. Gözləri yumulu idi. Hər yer qaranlıq idi. Arada bəzi səslər
eşidirdi: “İlahi, bəs mən nə edəcəm?” Bu yuxuda idi, yoxsa realda? Ayılmaq
istiyirdi. Ayıla bilmirdi. Qaranlıq iki əllə tutub beynini sıxırdı sanki. Nəfəsi
ağırlaşırdı. Bütün cəhdləri boşa çıxırdı. Birdən hansısa bir qaranlıq tuneldən işıq
gördü. Bu işıq get-gedə yaxınlaşırdı. İncə əllər çıxdı o işıqdan. Ona doğru
uzanırdı. Bu əllər tanış idi. Səmranın əlləri idi. Yoxsa işıq Səmradır? Yox Səmra
işıq tək parlaq idi. Yenə qırıq- qırıq səslər eşidirdi. “Ana, heç nə edə bilmədim”.
Kimsə ağlayırdı. Mahir isə dərk edə bilmirdi səslər kimə məxsus idi. Yuxu
görürdü. Bir tək buna əmin idi. “Səmra hardasan?” deyib səyaqlayırdı. Yenidən
işığı gördü. Tunelin sonuna doğru uzaqlaşırdı. Lakin ucadan qışqıraraq: “Sən
xəyananət etdin sevgimizə”…Mahir buz kimi oldu. Bədəni soyuq tər ilə
büründü. Titrəməyə başladı. “Yox! Səmra…. Getmə Səmra” deyərək ucadan
bağırdı. Gözləri açıldı. Başı üstündə anası Gülnazı və Sudabəni gördü.
Yatağında isə ağlayan Zərifəni. Hansı ki, cızıq dolu lüt bədənini yorğana
bükməyə çalışırdı…
Dördüncü fəsil
- Mən nə edəcəm ana?-Ağlayaraq anasına sığındı.
- Sənin edə biləcəyin bir tək yol var. Mahirə ərə getmək.
- Siz nə danışırsız? Mən heç nə xatırlamıram.- Mahir təəccüb dolu
baxışlarla Zərifəyə baxdı.
- Oğul bu etdiyin insanlığa sığmaz. Qızın namusunu ləkələmisən. Onunla
evlənmək də boynunun borcudu.- Gülnaz əllərini əsəbi halda havada
yellətdi.
- Gülnaz qızımı gör nə hala gətirib. Kürəyinə bax.. Sinəsinə bax… İlahi, Bu
nə vəhşilikdi? Meşədən çıxıb sanki. Gül kimi qızım bədbəxt etdi. –Südabə
Zərifədən beş betər ağlayırdı.
- Mahiri dünyaya gətirdiyimə peşmanam artıq. Onun kimi oğul olmaz olsun.
Sən ki, belə deyildin bala. Bu nə insafsızlıqdır, bu nə vəhşilikdir etdin? –
Gülnaz alayaraq Mahirə bir sillə vurdu.
- Zəfər bilsə Mahiri də, Zərifəni də, məni də öldürəcək. Tezliklə toy
etməliyik.
- Hə başqa çarə yoxdu. Bəs Zəfər bəyə nə deyəcik? –Gülnaz narahat
olmağa başladı.
- Bilmirəm, səhər qızımın barmağına üzük tax. Yoldaşımı razı salaram.
Nişan etdiyimi demərəm sadəcə üzük taxdıq deyərəm. Ailələr arasında
qeyd etdik deyərəm.
- Sabah Səmraya elçi göndərəcəkdim ana…
- Sus mundar! Səmra sənə elə əziz idisə Zərifəninbaşına bu müsibəti
gətirməzdin. Sudabə Mahirə acıqlandı.
- Qəti sözüm budur ki, sabah ikisini də nişanlayaq tez bir zamanda toylarını
edək. Zəfər qardaşla özün danış. Gerçəyi desən Mahiri öldürər.
- Yox gerçəyi yoldaşıma desəm hamımızı öldürər. Odur ki, bu gecəki
sohbəti kimsə bilməməlidi.
Zərifə isə dili tutulmuş insan kimi kənarda yorğana bükülüb oturmuşdu.
Arada içdən ağlayırdı. Salehi düşünürdü. Onun üzünə daha baxa
bilməyəcəyini, bu illər boyu qurduqları xəyalların heç zaman real
olmayacağını dərk edərək ağlayırdı. Daha o xəyallara da xəyanət etmişdi.
Səmranın da dostluğunu, inamını, etibarını sevginisini itirmişdi.
Beşinci fəsil
Səmra yatmısan?"- Xədicə astaca Səmranın yatağına yaxınlaşdı. "Yox, hələ də
fikirləşirəm." Səmra Xədicə otura bilsin deyə ayaqlarını bir kənara çəkdi. "Nəyi
düşünürsən?"-soruşsa da əslində Səmranın nə fikirləşdiyindən qorxurdu. Ən çox
da yenidən içinə qapanmasından, həyatdan küsməsindən qorxurdu. Zərifənin
dedikləri Xədicənin yadindan çıxmamışdı. Həm onun halına acıyır, həm də öz
sözlərinə görə az da olsa xəcalət çəkirdi. Amma Səmranın nələr düşündüyünü
bilmək borcu idi. Axı, o, Səmra üçün gəlmişdi bura. Onu tək qoymamalı idi.
Xədicəni fikirlərindən Səmranın dedikləri ayırdı.
"Bilirsən, Xədicə, mən bilmirəm, Zərifənin yerində olmadığıma görə sevinim,
yoxsa Mahir kimi alçağı sevdiyimə görə özümə nifrət edim." "Sən heç birini
etmə", əslində Xədicə ona təsəlli vermək istəyirdi, amma bacara bilmədiyini hiss
etdi.
"Səmra, sən Allaha şükr et ki, Zərifənin taleyini yaşamırsan. Şükr et ki, o alçağı
ona ərə getməzdən əvvəl tanıdın. Onun əsl üzünü gördün. Buna görə ancaq şükr
et. Özünə nifrət etməli biri varsa, o da Mahirdir, sən yox" ...
O gecə Xədicə Səmranın başqa düşündüklərindən xəbərsiz idi. Çünki daha
onunla bu mövzu barədə danışmaq istəmirdi. Əksinə, istəyirdi ki, onun başını
bacardıqca qatsın. Bacardıqca Mahirə, sevgiyə, Zərifəyə aid olmayan
Dostları ilə paylaş: |