5
Giriş
Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını,
xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda
işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl
mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında,
millətin millətlər sırasında mətin dayanmasında böyük
şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya
müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur.
Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan
şəxsiyyətlər yetirib. “Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz”.
Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına
yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə
gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən
sevən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə məxsusdur.
Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər
kəsin doğru qiymətini verir. İllər keçdikcə, ümummilli liderimiz
Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini
necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət
nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi
uğrunda mübarizəyə həsr olunmuşdur.
Heydər Əliyev bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq və
firəvanlıq içində yaşaması üçün çox işlər görmüşdü. Gəlin
aşağıdakı xronikaya nəzər salaq.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da
Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan
olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu
bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki
Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində
təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa
imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan
MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR
Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və
1944-cü
ildə dövlət təhlükəsizliyi orqanlarında işə
6
göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində
çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin
müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş,
general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o,
Leninqrad şəhərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu
il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək
respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin
rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində
SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin
müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və
şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz
əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək,
Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və
icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq
Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ
rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin
iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk
etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər
Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış,
həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O,
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin
7
müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni
Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis
qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə
kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və
müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı
Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.
Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən
Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il
iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun
24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində
keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən
Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev
dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu
medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı
adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif
olunmuşdur. 27 mart 1997-ci il Kiyevdə Azərbaycanın dövlət
başçısına Ukraynanın ali mükafatı “Yaroslav Mudri” ordeni
təqdim edilmişdir. 13 aprel 1999-cu il Prezident Heydər Əliyev
Türkiyənin ən nüfuzlu mükafatı “Atatürk Sülh Mükafatına”
layiq görülmüşdür. 20 yanvar 2001-ci il Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət
Uniersitetinin “Fəxri professoru” adı verilmişdir. 3 aprel
2003-cü il Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya
Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası
Problemləri Akademiyasının professoru və həqiqi üzvü
seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür. 10
may 2003-cü il Rusiyanın yüksək mükafatı – Müqəddəs Apostol
Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə fərman
imzalanmışdır.
Dostları ilə paylaş: |