Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə48/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   44   45   46   47   48   49   50   51   ...   96

__________Milli Kitabxana__________
146
Azərbaycan  əslində  öz  tarixi  köklərindən  uzaqlaşdırıldı.
Sovet  quruluşunun  alovlu  təbliğatçıları  Cənub  mövzusunu,
Azərbaycan – Türkiyə  ədəbi-mədəni  əlaqələrini,  mühacir  ədə-
biyyatını əslində  yasaq  etdilər.  Milli  duyğuları  və  düşüncələri
sovet  varlığı  ilə  məhdudlaşdırmağa  çalışan  sovet  təbliğatı  və
ona  itaət  edən  qüvvələr  ədəbiyyatımıza  və  mədəniyyətimizə,
bütövlükdə  milli-mənəvi  dəyərlərimizə  ağır  zərbə  vurdular.
Azərbaycan  yetmiş  ildə  “çoxmillətli  sosialist  cəmiyyətində”
beynəlmiləlçiliyin ön cərgəsində gedərək, milli-mədəni-mənəvi
kökləri bir olan Türkiyədən, onun mədəniyyət və ədəbiyyatın-
dan  ayrıldı  (101,  s.9).  İmperiya  sisteminin  dağıldığı,  totalitar
rejimin  süquta  uğradığı,  xalqların  milli-müstəqillik  və  milli
özünüdərk prosesi keçirdiyi tarixi bir məqamda türk xalqlarının
elmi, ədəbi və mədəni əlaqələrinin inkişaf etdirilməsi daha bö-
yük məna kəsb edir.
Müstəqilliyimizin  ilk  illərindən  Azərbaycan – Türkiyə  el-
mi-mədəni əlaqələri sahəsində bir sıra ciddi addımlar atılmağa
başlanıldı. Bunlardan ən mühümləri içərisində Türkiyə elmi və
texniki  araşdırma  qurumu  (TÜBİTAK)  ilə  Azərbaycan  Elmlər
Akademiyası  elmi  və  texniki əməkdaşlığını xüsusilə  qeyd  et-
mək lazımdır (146, s. 142-144). İki ölkənin bu elmi qurumları
arasında  olan  razılaşmaya əsasən  tərəflər  bir  sıra məsələlərdə
qarşılıqlı  fəaliyyətə  başlamağın  zamanı  yetişdiyini  yekdilliklə
təsdiqlədilər.
Tərəflər  elmi  və  texniki  sahədə  mövcud  əməkdaşlığın
inkişafındakı  qarşılıqlı  maraq və  arzunu  nəzərdə  tutaraq; Elmi
və  texniki  sahədə  əməkdaşlığın  iki  ölkə  arasındakı əlaqələrin
təməllərindən  biri  olduğu  və  əlaqələrin  iştirakı  baxımından
önəmli bir ünsür təşkil etdiyinə inanaraq; Elmi bilgilərin sürətli
dərəcədə  inkişaf  edib  yayıldığı  və  elmi  araşdırmaların  beynəl-
xalq mahiyyət qazandığı bir dövrdə bu əməkdaşlığın möhkəm-
ləndirilməsi gərəyini qəbul rdərək; Elmi və texniki sahədə ikili
əməkdaşlığı,  xüsusilə  Azərbaycandakı  islahatlar  ilə  bağlı  yeni
siyasi, iqtisadi və sosial mühitə və dünyanın müxtəlif bölgələ-


__________Milli Kitabxana__________
147
rində görülməkdə olan bütünləşmə prosesinə müsbət hala gətir-
məyi diləyərək aşağıdakı xüsuslar üzərində razılığz gəlmişlər:
– Azərbaycan – Türkiyə  mədəni  əlaqələri  sahəsində  qarşı-
lıqlı  fayda  və  tarazlıq əsasına  söykənən  elmi  və  tüxnik  əmək-
daşlıq quracaq və inkişaf etdirəcəklər (146, s.142).
– Tərəflər  təməl  araşdırmalar  sahəsində  əməkdaşlığı  inki-
şaf etdirəcəklər.
– Tərəflər yabançı sərmayənin texnoloji, inkişaf və dolayısı
ilə  iqtisadiyyatlarının  sürətli  inkişafı baxımından  özəl  önəmə
sahib  olduğu  düşüncəsində olaraq,  fikri  və  sənaye  mülkiyyət
haqlarının gərəkdiyi kimi qorunması qeydilə, özəlliklə qabaqcıl
texnolojilər  sahəsində olmaq  üzrə  elmi araşdırmalar  sahəsində
əməkdaşlığa səy edəcəklər.
– Ortaq proyektlər və hər iki ölkə mütəxəssislərinin bunları
gerçəkləşdirmə  çalışmalarına daha  aktiv  surətdə  qatılmalarına
yardım edəcəklər.
– Təməl  elmlər  (riyaziyyat,  fizika, astronomiya,  kimya  və
s.),  ekologiyanın mühafizəsi, informasiya texnologiyaları və  s.
elm və texniki əməkdaşlıq məsələləri ortaq çalışmalar sırasında
daha qəti və açıq hala gətirilib genişləndiriləcəkdir.
– Bu  anlaşma  çərçivəsindəki  əməkdaşlıq  aşağıdakı  forma-
larda  gerçəkləşdirilə  bilir: ortaq  araşdırma  təcrübələri  qurmaq
üzərə, araşdırma vasitə və təchizatlarının qarşılıqlı olaraq təsis
edilərək elmi araşdırma və texnoloji proyektlərin tətbiqi; ortaq
texnoloji birjaları, texnoparklar, ticarət şirkətləri və təşkilatların
qurulması; elm  adamı  və  mütəxəssis  mübadiləsi;  ortaq  elmi
konfranslar,  simpozium və çalışma  toplantılarının  təşkili;  elmi
və texniki məlumat və sənədlərin mübadiləsi, ilk növbədə elek-
tron poçtu əsasında; tələbə mübadiləsi və s. (146, s.143).
– Mütəxəssis və elm adamı mübadiləsi.
– Elmi və texniki bir Ortaq Komissiya qurulması: əməkdaş-
lığın  mövzularını  müəyyənləşdirəcək,  əməkdaşlığın  davamlı
olmasını  təmin  edəcək  yolları  arayacaq, ən  uyğun  şərtlərlə


__________Milli Kitabxana__________
148
müvafiq  tövsiyələr verəcək.  Ortaq  Komissiya  Azərbaycan  və
Türkiyədə ən azı ildə bir dəfə toplanacaqdır.
– Mülkiyyət haqlarının qorunması.
Türkiyə  Elmi  və  texnik  Araşdırma  Kurumu  (TÜBİTAK)
başqanı, Prof.  Dr.  T.Terzioğlu  və  Azərbaycan  Elmlər  Akade-
miyasının  arezidenti  akademik,  Prof.  Dr.  E.Salayev tərəfindən
imzalanmış  bu  sənədin 5  il  qüvvədə  olması  qeyd  edilmişdir
(146, s.144).
1992-ci  ilin  31  oktyabrında  qəbul  edilmiş  Ankara  bəyan-
naməsi  (146,  s.145-146)  bütün  türk  dünyasına,  o  cümlədən
Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinə  yeni  perspektivlər
təqdim  etdi.  Türkiyə  cümhuriyyətinin  Prezidenti  Turqut  Özal
və  Baş  nazir  Süleyman  Dəmirəl,  Azərbaycan  Respublikasının
Prezidenti
Əbülfəz  Elçibəy,  Qazaxıstan  Respublikasının
Prezidenti  Nursultan  Nazarbayev,  Qırğızıstan  Respublikasının
Prezidenti
Əsgər 
Akayev, 
Üzbəkistan 
Respublikasının
Prezidenti  İslam  Kərimov  və  Türkmənistan  Respublikasının
Prezidenti Saparmurad Niyazov:
Xalqlar arasında ortaq tarix, dil və mədəniyyətdən qaynaq-
lanan  özəl  bağları  qeyd  edərərk;  əlaqələrində  qardaşlıq,  həm-
rəylik və əməkdaşlıq ruhunun hakim olduğunu bildirərək; ölkə-
ləri  arasındakı əlaqələri  və  əməkdaşlığı,  müstəqillik,  suveren-
lik, ərazi  bütünlüyünə  hörmət,  bir-birilərinin  daxili  işlərinə
qarışmama  və  bərabərlik  prinsipləri  üzərində  daha  da  güclən-
dirməyə qərarlı olmaq; Birləşmiş Millətlər Təşkilatının məqsəd
və prinsipləri, Helsinki Son Sənədi ilə Avropa Təhlükəsizlik və
Əməkdaşlıq  Konfransı  prosesində  qəbul  edilən  digər  sənəd-
lərdə ifadəsini tapan əsaslar çərçivəsində Avrasiyada sülh, təh-
lükəsizlik, sabitlik və inkişafa birlikdə qoşulma arzu və iradəsi
ilə  30-31  oktyabr  1992-ci il  tarixində  Ankarada  toplanaraq,
ölkələrini maraqlandıran məsələlər, ortaq xüsuslar, regional və
beynəlxalq problemlər haqqında fikir mübadiləsində olmuşlar.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə