Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə55/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

 
164 
səhabələri  yalnız  xeyirlə  yad  edərik.  Onları  sevmək  din,  iman  və 
səmimiyyətdir.  Onlara  nifrət  isə  küfr,  nifaq  və  azğınlıqdır.  Allah 
Rəsulundan  -  sallallahu  aleyhi  və  səlləm  –  sonra  Ümməti 
Muhəmmədin  ən  fəzilətlisi  və  öndə  olanı  Əbu  Bəkr,  sonra  Ömər, 
sonra  Osman.  Sonra  da  Əlidir  – Allah onlardan razı olsun  -.  Bunlar 
Rəşidi  Xəlifələri  və  insanları  hidayətə  yönəldən  imamlardır. 
Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  –  Cənnətlik  dediyi  və 
müjdələdiyi  on  kişinin  Rəsulullahın  -  sallallahu  aleyhi  və  səlləm  – 
şəhadəti üzərində Cənnətə girəcəklərinə şahidlik edərik. Bu barədə 
Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  – sözü  haqdır.  Bu  on  kişi: 
Əbu  Bəkr,  Ömər,  Osman,  Əli.  Təlhə,  Zubeyr,  Sad,  Səid, 
AbdurRahman  İbn  Auf,  Əbu  Ubeydə  İbn  Cərrahdır  –  Allah 
onlardan  razı  olsun  -.  O,  bu  ümmətin  əminidir.  Səhabə,  Tabiin  və 
onlardan sonra  gələn  xeyir  və əsər  sahibləri olan  Sələf  alimləri  də 
yalnız  xeyirlə  yad  edilir.  Kim  onları  pisliklə  yad  edərsə  doğru 
yoldan çıxmış olar. Övliya qullarını heç bir Peyğəmbərdən – Allah 
onlardan  razı  olsun  -  üstün  tutmarıq.  Bizə  görə  bir  Peyğəmbər  – 
Allah  onlardan  razı  olsun  -  bütün  vəlilərdən  üstündür.  Dəccəlin 
çıxması,  İsanın  -  əleyhissəlam  -  göydən  enməsinə  iman  edər  və 
Qiyamət  əlaməti  olaraq  günəşin  batdığı  yerdən  çıxacağına  və 
Dəbbətul  Ardın  çıxmasına  iman  edərik.  Allahdan  İslam  üzərində 
davamlı  qalmağımızı  və  son  nəfəsimizi  İslam  ilə  yaşamağımızı 
diləyir,  batil  istəklərdən,  səhf  fikirlərdən,  Müşəbbihə,  Mutəzilə, 
Cəhmiyyə,  Qədəriyyə  saparaq  Əhli  Sünnə  Vəl  Cəmaatdan 
uzaqlaşmaqdan  Allaha  sığınırıq.  Biz  onlardan  uzağıq,  onlar  bizə 
görə sapıqdırlar”
247
.  
 
Əbu Osman əs-Sabuni 
rahmətullahi aleyhi -  
 
                                                
247
 İmam Təhavi “Əqidətul Təhaviyyə”.  


 
165 
Subki  “Tabaqatuş  Şəfii”  adlı  əsəində  İsmail  İbn  AbdurRahman 
İbn  İsmail  Əbu  Osman  əs-Sabunini  –  rahmətullahi  aleyhi  – 
vəsiyyətini  söyləyir:  Bir  və  tək  olan  Allahdan  başqa  ibadətə  layiq 
heç  bir  haqq  İlah  olmadığına,  şərikinin  omadığına,  bir,  tək  və 
Saməd  olduğuna,  nə  doğmuş,  nə  də  doğulmamış  olduğuna, 
hökmünə  kimsəni  şərik  etmədiyinə,  Əvvəl,  Axır,  Zahir,  Batin, 
Həyy,  Qayum,  məxluqaının  yox  olmasından  sonra  Bəqi, 
qullarından xəbərdar, qeybləri bilən, qəlblərin gizlətdiklərini bilən, 
məğfirəti  sonsuz,  (mömin  qullarını)  sevən,  Uca  Ərşin  sahibi  olan 
dilədiyini  edən:  “Onun  heç  bir  bənzəri  yoxdur.  O,  Eşidəndir, 
Görəndir”.  (əş-Şura  11)  şəhadət  edirəm.  O,  bizim  mövlamız,  o  nə 
gözəl  dost  və gözəl  yardımçıdır.  Bütün  bunlara şahidlik  edənlərlə 
birlikdə  şəhadət  edər.  Doğru  bir  etiqad  və  sağlam  bir  yəqin  ilə 
şəhadəti  iqrar  və  etiraf  edirik.  “O  gün  ki,  nə  mal-dövlət,  nə  də 
övlad  bir  fayda  verər!  Ancaq  sağlam  (təmiz,  daxilində  şəkk-
şübhəyə,  küfrə,  şirkə  və  nifaqa  yer  olmayan)  bir  qəlblə  Allahın 
hüzuruna gələn kimsədən (möminlərdən) başqa!". (əş-Şuəra 88-89). 
“O  gün  dostun  dosta  heç  bir  faydası  olmaz,  onlara  kömək  də 
edilməz!  (Heç  kəs  heç  kəsdən  Allahın  əzabını  dəf  edə  bilməz!) 
Allahın  rəhm  etdiyi  kimsədən  başqa!  Şübhəsiz  ki,  O,  yenilməz 
qüvvət,  mərhəmət  sahibidir!”.  (əd-Duxan  41-42).  Muhəmməd  
sallallahu  aleyhi  və  səlləm  –  Allahın  qulu  və  Rəsulu  olduğuna,  onu 
hidayət  ilə  və  müşriklər  xoş  görməsə  belə  bütün  dinlərin  üstünə 
çıxarmaq üçün haqq din ilə göndərdiyinə şəhadət edərik.  
Cənnətin  haqq  olduğuna,  Uca  Allahın  orada  həqiqi  dostları 
üçün  hazırladığı  hər  bir  şeyin  haqq  olduğuna  şahidlik  edərik. 
Cəhənnəmin  və  Allahın  orada  düşmənləri  üçün  hazırladığına  da 
inanırıq.  Mövlam  olan  Allahdan  Cəhənnəmdən  məni  qorumasını, 
oradan  uzaqlaşdırmasını  və  qurtuluşa  çatanlardan  etməsini 
diləyirəm.  Allah  buyurdu:  “Kim  Oddan  uzaqlaşdırılıb,  Cənnətə 
daxil edilərsə, o uğur qazanmış olar...”. (Ali İmran 185).  
Namzımın,  ibadtlərimin,  həyatımın,  ölümüm,  şəriki  olmayan 
aələmlərin  Rəbbi  olan  Allaha  aid  olduğuna  şahidlik  edirəm.  Mən 


 
166 
bununla  əmr  olundum  və  mən  müsəlmanlardanam.  Həmd 
aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəbb olaraq Allahdan, din 
olaraq  İslamdan,  Peyğəmbər  olaraq  Muhəmmədən,  öndər  olaraq 
Qurani Kərimdən razıyam. Bununla yaşayar, bunla ölərəm.  
Mələklərin haqq, Peyğəmbərlərin haqq, Qiyamətin heç şübhəsiz 
gələcək  olduğuna  və  Allahın  qəbirdəkiləri  dirildəcəyinə  şahidlik 
edirəm.  Şahidlik  edirəm  ki,  Uca  Allah  xeyri  təqdir  buyurmuş  və 
xeyri  əmr  etmişdir.  Ondan  razı  olmuş  və  xoş  olmuşdur.  Xeyir 
edənin  o,  işi  etməsini  iradə  etmiş  və  xeyir  etməyə  qarşılıq  gözəl 
mükafat  var  etmişşdir.  Şəri  də  təqdir  etmiş,  lakin  ondan  uzaq 
olmağı əmr etmişdir. Ondan razı olmaz, onu sevməz. Şər işləyəndə 
şərin  vücuda  gəlməsini  murad  etmiş,  lakin  o  şəri  sevməz.  Uca 
Allah  zalımların  söylədiklərindən  uca  və  böyükdür.  Bir  günahı 
əmr  etməkdən,  onu  sevməkdən  və  ya  o  günahdan  razı  olmaqdan 
ucadır. Allah təqdi etmədiyi bir işə qulun güc etirməsi, Onun iradə 
etmədiyi və diləmədiyi bir şeyi qulun etməsi mümkün deyildir.  
Şəhadət edirəm ki, Quran Allahın kitabı, onun kəlamı, vəhyi və 
nazil  etdiyidir.  Məxluq  deyildir.  Mushaflarda  yazılı  olan,  dillərdə 
oxunan,  qəlblərdə  əzbələnən,  qəlblərdə  əzbərlənmiş,  qulaqların 
eşitdiyidir.  Uca  Allah  buyuru:  “Əgər  (basqına  uğrayan) 
müşriklərdən  biri  səndən  aman  istəsə,  ona  aman  ver  ki,  Allah 
kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) 
onu  əmin  olduğu  (müşriklərin  yaşadığı)  yerə  çatdır.  Çünki  onlar 
(haqqı)  bilməyən  bir  tayfadır!”.  (ət-Tövbə  6).  “Xeyr,  bu  (Quran) 
elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. 
(Və  ya:  sənin  yazıb  oxumaqla  məşğul  olmadığını  kitab  əhlindən 
olan  elm  sahibləri  öz  ürəklərində  açıq-aşkar  bilirlər).  Bizin 
ayələrimizi  yalnız  zalımlar  (kafirlər)  inkar  edərlər”.  (əl-Ənkəbut 
49).  “Allahın  Kitabını  oxuyanlar...”.  (Fatir  29).  “Biz  ona 
(Muhəmməd  əleyhissəlama)  şer  öyrətmədik  və  bu  ona  heç 
yaraşmaz  da  (lazım  da  deyildir).  Ona  vəhy  olunan  ancaq  öyüd-
nəsihət  və  (haqla  batili  ayırd  edən)  açıq-aşkar  Qurandır  ki,”. 
(Yəsin 69).  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə