Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə54/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   50   51   52   53   54   55   56   57   ...   76

172 
 
Identik  mallar  dedikdə  əsas  eyniləşdirilmə  əlamətləri  eyni  cür  olan  mallar  başa 
düşülür. Belə əlamətlərə aşağıdakılar aid edilir: 
-  fiziki xüsusiyyətlər; 
-  keyfiyyət və bazardakı reputasiyası; 
-  mənşə ölkəsi; 
-  istehsalçı. 
əgər  mallar  eyni  ölkədə  istehsal  edilməmişsə,  həmçinin  onların  lahiyəsi,  təcrübə 
sınaq  işləri  və  s.  həmin  ölkədə  yerinə  yetirilməmişsə,  belə  mallar  qiymətləndirilən 
mallarla identik hesab edilə bilməz. 
II  üsuldan  istifadə  edildikdə  gömrük  dəyər  bəyannaməsində  bu  üsuldan  istifadə 
əsaslandırılmalı, I üsuldan imtinanın səbəbləri və məlumat mənbələri göstərilməlidir. 
Aşağıdakı  şərtlər  daxilində  gömrük  orqanları  identik  mallar  üzrə  gömrük  dəyər 
bəyannaməsini II üsul üzrə qəbul edə bilər: 
-  bu mallar Az R-sı ərazisinə gətirilmək üçün satılmış olmalı; 
-  qimətləndirilən  mallarla  eyni  vaxtda  və  ya  30  gündən  çox  olmayan  müddət 
ərzində gətirilmiş olmalı; 
-  qiymətləndirilən mallarla təqribən eyni miqdarda və / ya eyni kommersiya şərtləri 
daxilində gətirilmiş olmalıdırlar. 
5. Eynicinsli malların sövdələşmə qiymətinə əsaslanan III üsulun mahiyyəti gətirilən 
malların  gömrük  dəyərinin  təyini  üçün  bu  mallarla  eynicinsli  olan  mallara  aid 
sövdələşmələrdəki  qiyməti  əsas  götürülməsidir.  Gömrük  qanunvericiliyində  eynicinsli 
mallar olaraq, bütün xassələri ilə eynicinsli olmasa da, ümumi xüsusiyyətlərə malik olan, 
tərkibi  oxşar  komponentlərdən  ibarət  olub  kommersiya  nöqtəyi-nəzərindən  qarşılıqlı 
əvəzedilə bilən mallar nəzərdə tutulur. 
Beləliklə, malların eynicinsli olmasını müəyyən edən əsas meyarlar aşağıdakılardır: 
-  texniki (oxşar xassə və komponentlərə malik olması); 


173 
 
-  funksional (eyni funksiyalar yerinə yetirmələri); 
-   ticari (ticarətdə qarşılıqlı əvəzedilə bilən olmaları). 
Təcrübədə  malların  eynicinsliyinin  təyini  üçün  aşağıdakı  göstəricilərdən  istifadə 
olunur: 
-  keyfiyyət, əmtəə nişanı və bazardakı reputasiyası; 
-  mənşə ölkəsi; 
-  istehsalçı. 
Misal  üçün,iki  müxtəlif  mal  eyni  keyfiyyətə  malikdir,  eyni  standartlara  cavab  verir, 
bazarda eyni reputasiyaya malikdir və eyni funksiya yerinə yetirirlər, amma müxtəlif ticarət 
markaları  var.  Ticarət  markasının  fərqliliyi  ona  gətirir  ki,  bu  mallar  eyni  (identik)  qəbul 
etməyə, II-ci üsulu tətbiq etməyə imkan vermir, amma onlar eynicinsli hesab edilir və III-cü 
üsul tətbiq edilir. 
Identik  mallarda  olduğu  kimi,  qiymətləndirilən  mallarla  eyni  ölkədə  istehsal 
olunmayan mallar eynicinsli hesab edilə bilməz. 
 
6.  Dəyərin  çıxılmasına  əsaslanan  dördüncü  üsul  özündən  əvvəlki  üsulların  tətbiq 
edilməsinin mümkün olmadığı hallarda tətbiq edilir. 
Məsələn:  I  üsulda  baxılan  sövdələşmə  qarşılıqlı  asılılığı  olan  şəxslər  arasında 
bağlanmış  və  bu  asılılıq  malın  qiymətinə  təsir  etmişdir,  və  bu  təsirin  dəyər  kəmiyyətini 
aşkar etmək mümkün olmamışdırsa; 
II-ci üsulda gömrük orqanı və deklarant baxılan identik mallara aid məlumata malik 
deyillərsə; 
III-cü üsulda eynicinslı mallara aid kifayət qədər məlumat yoxdursa. 


174 
 
Bu zaman IV-cü – dəyərin çıxılması üsulundan istifadə edilir. Bu zaman ümdə şərt – 
qiymətləndirilən,  identik  və  ya  eynicinsli  malların  ilk  vəziyyəti  dəyişdirilmədən  az  R-sı 
ərazisində satılması şərtidir. 
Beləliklə  IV-üsul  gətirilən  malın  idxalçı  ölkənin  daxili  bazarında  alqı-satqı  əqdlərinə 
yönəlmişdir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, gömrük dəyərinin təyin edilməsi üçün 
əsas olaraq gətirilən malların ilkin vəziyyəti dəyişilmədən daxili bazarda satıldığı qiymətlər 
götürülür. 
Bu  halda  gömrük  dəyərinin  hesablanma  bazası  kimi  qiymətləndirilən  malların 
gətirilmə  anına  yaxın  müddətdə  satıldığı  böyük  partiyalardakı  mal  vahidinin  qiyməti 
götürülür. Eyni zamanda, alıcının satıcından asılı olmaması şərtinə riayət olunmalıdır. 
 Qiymətləndirilən  identik  və  ya  eynicinsli  malların  gətirilmə  daxili  bazarda  getirilmə 
anındakı  halda  satılmalı  faktları  yoxdursa,  deklarantın  xahişinə  əsasən    emal  prosesini 
keçilmiş  və  əlavə  dəyər  düzəlişi  verilmiş  mal  vahidinin  qiyməti  götürülə  bilər.  Bu  halda 
emal prosesində əlavə edilmiş dəyərin əsas dəyərdən çıxılması belə emalın dəyəri barədə 
obyektiv və kəmiyyətcə müəyyən edilə biləcək məlumat əsasında aparılmalıdır. 
IV  üsuldan  istifadə  edildikdə  gömrük  dəyərinin  əsaslandırılması  üçün    məlumat 
mənbəyi  kimi  müqavilələri  əvvəllər  idxal  edilmiş  və  ya    dəyərləndirilmiş  malların  qiyməti 
barədə  məlumatlardan,  yaxud  malların  daxili  bazarda  iri  partiyalarla  satıldığı  qiymətləri 
təstiq edə biləcək digər sənədlər yararlı ola bilər. 
7.  Dəyərin  toplanmasına  əsaslanan  V-ci  üsuldan  istifadə  zamanı  gömrük  dəyərinin 
təyin  edilməsi  üçün  baza  olaraq  malın  aşağıdakı  üç  komponnentin  cəmlənməsi  yolu  ilə 
hesablanan qiyməti götürülür: 
- materialların və qiymətləndirilən malın istehsalı ilə əlaqədar olan digər məsrəflərin 
dəyəri; 


175 
 
-ixracatçı  ölkədən  Az-na  malın  satılması  üçün  səciyyəvi  olan  eyni  növ  mallara  görə 
çəkilən  ümumi  xərclər,  o  cümlədən,  nəqliyyat,  yükləmə-boşaltma,  sərhədi  keçənədək 
sığorta və s. xərclər; 
- ixracatçının, adətən Az-na belə mal göndərməsinə görə əldə etdiyi gəlir. 
V-ci  üsuldan  istifadə  edildikdə  gömrük  dəyər  bəyannaməsində  gömrük  dəyərinin 
təyini üçün istifadə edilən məlumatların mənbəyi göstərilməlidir. 
V-ci  üsulla  gömrük  dəyəri  həm  idxal  ölkəsində  əldə  edilən  məlumat,  həm  də 
dəyərləndirilən  malların  istehsal  məsrəfləri  barədə  üçüncü  ölkələrdən  əldə  edilən 
məlumatlar əsasında həyata keçirilir. 
Bu  üsuldan  istifadədə,  adətən,  istehsalçı  gömrük  orqanlarına  lazım  olan  məlumatı 
təqdim  edir.  Yalnış  istehsalçının  təqdim  etdiyi  melumat  məsrəflərin  hesablanması  üçün 
əsas götürülə bilər. Bu məlumat ticarət hesalarına əsaslanmalı və malların istehsal edildiyi 
ölkədə  tətbiq  edilən  üçot  prinsiplərinə  uyğun  olmalıdır.  Idxal  ölkəsində  həyata  keçirilən 
elementlərin  dəyəri  yalnız  bu  xərclərin  istehsalçı  tərəfindən  ödənildiyi  həcmdə  nəzərə 
alınmalıdır. 
Dəyərin toplanmasına əsaslanan üsulla gömrük dəyəri təyin edilərkən heç bir məsrəf 
iki dəfə hesablana bilməz. 
Ixracatçının  Az-na  mal  göndərdiyinə  görə  əldə  etdiyi  gəlir,  ixracatçının  verdiyi 
məlumata əsasən də müəyyən edilə bilər. Gömrük orqanları bu məlumatı eyni sinfə və ya 
növə  məxsus  malların  satışını  səciyyələndirən  digər  məlumatlarla  müqayisədə  istifadə 
edirlər. 
8.Əvvəlki  V  üsul  gömrük  dəyərini  təyin  etməyə  imkan  vermirsə  axırıncı  –  altıncı 
üsuldan  istifadə  olunur.  Bu  üsul  ehtiyat  üsul  adlandırılır  və  qiymətləndirilən  malların 
gömrük  dəyərinin  dünya  təcrübəsi  nəzərə  alınmaqla  təyin  edilməsinə  əsaslanır. 
Baxmayaraq ki, VI-ci üsul köməkçi üsuldur və müstəsna hallarda tətbiq edilməlidir, təcrübə 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə