201
Əsgər xanın hökmranlığından 6 ay keçmişdi.
Təbiətindəki süst-
lüyə görə, Şirvan əyanı ondan üz çevirib qardaşı Qasım bəyin höku-
mət başına keçməsində ittifaq etdilər. Əsgər xan bu müddət dustaq
olub, sonra Şəkiyə qaçdı. Qasım xan, Mustafa bəyin səngərinə hü-
cum etmək üçün Əlvəndə getdisə də məğlub olub geri qayıtdı. O,
əhəmiyyətsiz şeylərə çox fikir verirdi. Verdiyi hökmdə aşağı təbəqələr
ilə sinif arasında təfavüt qoymurdu. Bu cəhətdən, şirvanlılar ondan in-
cimişdilər, o da Şirvan əhlini özünə bədxah sayırdı. Qasım xan hədiyyə
və sovqat göndərərək, Məhəmməd şamxalın oğlu Şahbaz bəyi bir
dəstə ləzgi ilə gətirdib, xalqa məsləhət etdi. O bu hərəkətilə hökuməti
əldə saxlamaq və ölkənin asayişini mühafizə etmək fikrində idi.
Nəhayət, hicri 1206-cı (=1792) ildə, Şirvan əyanının
və xüsusilə
Yüzbaşı bəy Hövzü və Ömər Sədarinin təklifilə, Mustafa bəy Əl-
vənddən gəlib şəhərdə hökumət bayrağını yüksəltdi. Qasım xan
isə, öz tərəfdarlarından bir dəstə ilə Qəbələ yolundan Qubaya
getdi.
Həmin ildə Ustar xan üsmi vəfat etdi. Əli bəy Əmir Həmzə
oğlu üsmi oldu. Səxavətli, lakin bərk ürəkli bir əmir olan bakılı
Məhəmmədqulu xan da vəfat etdi. Qardaşı oğlu Hüseynqulu ağa
Hacı Əliqulu ağa oğlu, bir neçə bəyin-dayısı oğlu və damadı Qasım
bəy Mənsurxan bəy oğlunun və sair tərəfdarlarının səyilə hökumət
başına keçdi. Mirzə Məhəmməd xan , Quba qoşunu ilə yenə Bakı
üzərinə gəldi. Hüseynqulu xan şəhərdə, mirzə Məhəmməd xan isə
kəndlərdə gah
müharibə, gah da sülh edib, ölkəni və mədənləri öz
aralarında bölüşdürdülər.
Bu zaman, Mustafa xan Göyçayın kənarına və Surxay xan da
Xaçmaza gəlib, Qəbələnin üç mahalını üsyana qaldırdılar. Ərəşli
Şəhabəddin sultan da qarabağlılardan bir dəstə gətirdib, Məhəm-
mədhəsən xanın əleyhinə qaldırdı. Lakin Məhəmmədhəsən xan
özünü igidcəsinə müdafiə edərək Surxay xanı, Mustafa xanı və
qarabağlıları tədricən geri qayıtmağa məcbur etdi. Gözəl tədbirlər-
lə ölkəni aram etməklə məşğul oldu.
202
Şəhabəddin sultan, qalanın möhkəmliyinə və qonşu əmirlərin
himayəsinə arxalanaraq düşmənçilikdə inad edir, Ərəş və Ağdaş
mahallarını rahat qoymurdu. Məhəmmədhəsən xan bir neçə dəfə
onun üstünə yeridi, ancaq qalib gələ bilmədi. Axırda, Şəhabəddin
sultan təslim olmaq və Məkkəyə getmək arzusu ilə,
Məhəmməd-
həsən xanın yanına gəldi. Övlad və əqrabasından bir çoxu ilə bəra-
bər öldürüldü.
Hicri 1208-ci ildə (=1794) ildə, Məhəmmədhəsən xan və Şeyx
Əli xan, Qasım xana yardım üçün Ağsu şəhəri üzərinə gəldilər. Bir
neçə aylıq mühasirədən sonra, bir gün güclü yağış və şiddətli sel-
dən çadırlar xəsarətə uğradı. Ordunun vəziyyəti xarablaşdı. Müha-
sirədəkilər Sədari Ömər sultanın sərkərdəliyi ilə hücuma keçib,
mühasirə edənləri məğlub etdilər. Şeyx Əli xan və Məhəmməd-
həsən xan öz mülklərinə qayıtdılar. Qasım xan da Quba ilə Şəki
arasında olan Qaraburqa dağında özünə oturaq seçdi.
Hicri 1209-cu (=1795) ildə, cəsarətli və saf qəlbli üsmi Əli bəy
vəfat etdi. Mamay ləqəbilə məşhur olan Rüstəm xan ibni-Sultan
ibni-Xan Məhəmməd ibni-Əhməd xan üsmi əmirliyə oturdu. II Mirzə
Məhəmməd xan, arif və dinclik sevən bir əmir olduğundan,
çox vaxt
mülkü işlərlə məşğul olmurdu. Hüseynqulu xan bundan istifadə
edərək bir gecə Şirvan qoşununun köməyilə gizlicə gəlib, neft mə-
dəni olan Bəlxanı qalasını aldı. Bura o zaman Mirzə Məhəmməd xa-
nın hökumət mərkəzi idi. Mirzə Məhəmməd xan yenə Qubaya getdi.
Cənubi Qafqaz ölkələri iğtişaş və inqilab məhəlli olmuşdu. Belə
qarışıq bir zamanda, İran ölkəsinin hökmranlığı şövkətli Qacar sü-
laləsinə keçdi. Ağa Məhəmməd xan bu ölkəni almağa hərəkət etdi...
Əbdürrəzzaq bəy «Məasiri-sultaniyyə»
1
adlı əsərində deyir:
Abaqa xanın əmrilə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər,
1
Məasiri-sultaniyyə - qacar tarixi haqqında yazılmış ilk əsərlərdən biridir. Müəllifi
Əbdürrəzzaq bəy ibni-Nəçəfquludur. «Məasiri-sultaniyyə» mətbəə üsulilə İranda
çıxan birinci kitablardan olub, hicri 1241-ci (= 1825/26) ildə Təbrizdə çap
olunmuşdur.
203
Arqun
xana ətabəy təyin edilib, Xorasan və Təbəristanda əmirülü-
məra olmuşdu. Onun Qacar adlı bir oğlu vardı, bu tayfanın çoxu
onun nəslindəndir. Onlardan (Qacarlardan) bir çoxu da zaman keç-
dikcə Rum və Şam vilayətlərinə getmişlər. Əmir Teymur onlardan
50.000 ailəni gətirib İrəvan, Gəncə və Qarabağ nahiyələrində
yerləşdirdi. Onlar gündən-günə artıb, cah və cəlal sahibi oldular.
Qacar əmirlərindən bir çoxu da Səfəvilər dövründə etibarlı höku-
mət adamları olub, Ermənistan və Şirvanda yüksək iqtidara malik
idilər. İrəvan hakimləri həmin nəsildən olmuşdur. Gəncə və Qara-
bağ hakimləri də Ziyad oğlu ləqəbi ilə, Xudafərin körpüsündən
başlayaraq Sınıq körpüdən yuxarı olan Şülaver kəndinə qədər
hökmranlıq edirdilər. Bunlar, Muğanın böyük şurasında Nadir şa-
hın səltənətinə razılıq verməyib Səfəviyyə dövlətinin
bərqərar ol-
masını tələb edirdilər. Buna görə, Nadir şah İran səltənəti taxtına
oturunca, onların əzəmət və iqtidarını qırmaq istəyərək, Qarabağ
əhalisinin bir çoxunu Xorasana köçürdü. Bərgüşat və Xəmsə məlik-
lərini onların ixtiyarından çıxarıb, Azərbaycan sərdarına tapşırdı...
Qazax və Borçalı mahalı əhalisini Gürcüstan valisinin ixtiyarına
verdi. Bu səbəblə həmin xanlar çox zəif düşüb, ancaq Gəncə ət-
rafının hökmranlığı ilə kifayətlənirdilər.
Hicri 1218-ci (=1804) ildə, Rusiya sərdarı knyaz Sisiyanov hü-
cum ilə Gəncəni aldı... İrəvan, Gəncə və Qarabağ əhalisi və əmirlə-
rinin çoxu, Qacar nəslindən olduğu üçün,onlar
çox vaxt Şirvan
ölkəsində sakin və hökmran olmuşlar. Buna görə, Dağıstan əhalisi
bu hüdud sakinlərinə indi də qacar deyirlər.
I Şah Abbas Səfəvi 30.000 qacar ailəsini buradan köçürdüb,
Xorasanın Mərv nayihəsində və Astarabadın Mübarəkabad qalası
ətrafında yerləşdirdi. İranda hökumət sürən indiki şahların sülaləsi
Astarabad qacarları nəslindəndir. Doğrudur, «Məasiri-sultaniyyə»
müəllifi bu sülaləni Astarabadın qədim qacar sakinlərindən sayır,
lakin bunların babalarının Gəncə Şəmkiri ətrafından olmaları xalq
arasında məşhurdur. Şəmkir şəhəri xarabalarının aşağı tərəfində,
204
çayın sol sahilində, onların yurdları, ev və səkilərinin yeri Mehdi-
bəyli adı ilə indi də görünməkdədir.
Bu sülalədən olan Fətəli xan, Şah Təhmasibin yanında çox cah
və cəlala, əzəmət və iqtidara malik idi. Nadir şah, Şah Təhmasibə
yaxınlaşınca, şahın məzacını ondan çevirdi. Hətta hicri 1139-cu
(=1726) ildə onun işini bitirdi. Onun iki oğlu qaldı.
Biri Məhəm-
mədhəsən xan idi. Nadir şah dövründə Astarabad nahiyələrində
üsyan qaldırıb məğlub oldu və türkmən çöllərində dolanmağa baş-
ladı. O, Nadir şah öldürüləndən sonra gəlib Təbəristan, İraq və
Azərbaycanı aldı, sərdarlıq ləqəbi ilə sikkə və xütbə sahibi oldu,
Azad xan və Kərim xan Vəkil ilə müharibə etdi. Axırda, hicri 1178-ci
(=1759) ildə, öz nökərlərinin əlində öldürüldü. Kicik qardaşı Mə-
həmmədhüseyn xandan iki oğlan qalmışdı: biri Ağa Məhəmməd
xan, o biri Hüseynqulu xan. Kərim xan Vəkil, girov adı ilə bunları
həmişə öz yanında saxlayırdı. Bu böyük əmirin vəfatından sonra,
Ağa Məhəmməd xan Astarabada gedib, gündən-günə cah-cəlalını
və səltənət büsatını artırdı. Zəndiyyəyə qalib gəlib, tədricən İraq,
Təbəristan, Gilan və Azərbaycan ölkələrini fəth etdi. Hicri 1209-cu
(=1795) ildə Qarabağı fəth etmək məqsədilə Xudafərin körpüsünü
təmir edib, Pənahabad (Şuşa qalası) üzərinə yürüş etdi. İbrahim
xan İran qoşununun bu tərəfə keçməsinə yol verməmək üçün bu
körpünü xarab etmişdi. Ağa Məhəmməd
xan Topxana mənzilində
yerləşib, qalanı mühasirə etməyə başladı. Təqribən bir aydan sonra
Gürcüstana hərəkət etdi. Qətl və qarətdən və Tiflis şəhərini xarab
etdikdən sonra, qayıdıb Muğanın Çehilnam adlı yerində qışladı.
Şirvan, Bakı, Şəki, Quba və Dərbənd hakimləri ərizə və hədiyyələr
göndərib sədaqət izhar etdilər. Şəki hakimi Məhəmmədhəsən xan
Hüseyn xan oğlu, Ağası xanın oğlu Mustafa xanın əleyhinə təbliğat
aparmaq üçün, öz inanılmış adamı, Hacı Seyid bəy adlı bir nəfəri
Ağa Məhəmməd xanın hüzuruna göndərdi. Lakin o, Məhəmməd-
həsən xanın özündən şeytanlıq etdi. Sərdar olan Qacar Mustafa
xan Dəvəli, Mustafa xanı cəzalandırmaq üçün təyin olundu. Mə-
həmmədhəsən xan da Şəki qoşunu ilə zahirdə onun köməyinə tə-