Gülsüm Hüseynova. Tat dilinin leksikası
89
89
Çoxmənalılıq hadisəsinə əsaslanaraq, müəyyən konkret
dilin
leksik
zənginliyi
haqqında mülahizə söyləmək
mümkündür. Bu leksik-semantik hadisə çox vaxt sözün
işlənmə dairəsinin genişlənməsi ilə yaranan prosesdir (99,
146). Çoxmənalılıq tədricən baş verir. Yəni, söz əvvəl bir
mənaya malik olur. Lakin zaman keçdikcə müxtəlif səbəblər
nəticəsində söz yeni mənalar qazanır. Bu cəhət bütün sözlərə
aid deyil. Sözlərin yalnız müəyyən bir qisminə çoxmənalılıq
xasdır. Leksik vahidlərin məzmun planı ilə ifadə planı arasında
birbaşa əlaqə yoxdur. Başqa sözlə desək, məzmun və ifadə
forması arasında müvafiqlik axtarmaq düzgün deyil. Söz tarixi
inkişaf prosesində çoxmənalılıq kəsb edir. Çoxmənalı sözün
bütün mənaları ümumi semantik əsasa malik olur: bu
mənaların hamısı bir leksemin tərkibinə daxil olur…
Çoxmənalılıqda söz həqiqi və məcazi mənaya malik olur.
Sözün həqiqi mənası bilavasitə əşyaya yönəldilmiş olur.
Həqiqi məna motivləşmiş və motivləşməmiş ola bilər (140,
303).
Çoxmənalı sözlərin əsas və sonrakı mənalarını təyin
etmək üçün onların mənaları arasındakı oxşar və fərqli cəhətlər
müəyyənləşdirilir. Bu zaman sözün ifadə etdiyi məfhumların
zaman baxımından daha əvvəl və daha sonrakı olması da
nəzərə alınır.
«Ümumi məna sözdəki bütün mənaları ehtiva edir. Bu
ümumi və zəruri məna xüsusi və təsadüfi mənalara qarşı
qoyulur. Çoxmənalı sözün bütün mənaları məhz bu ümumi
məna zəminində birləşib, bir-biri ilə əlaqələnir. Sözün ümumi
mənası onun bütün işlənmə məqamlarında sabit, dəyişməz
qalır. Bu mənaya «semantik invariant» demək mümkündür.
Ümumi məna sözün nüvəsini təşkil edir (140, 304).
Anqul//ənqul. Tat dilində anqul//ənqul sözünün üç
mənası qeydə alınır: 1) yumru sarılmış ip, sap; 2) düyün; 3)
Gülsüm Hüseynova. Tat dilinin leksikası
90
90
boxça. Bu üç məna arasında ümumi mənanı tapmağa çalışaq və
mümkün əlaqəni aydınlaşdıraq. Ümumi məna çox vaxt ilkin,
yeni sözün əldə etdiyi digər mənalar əlavə, ikinci məna olur.
Yəni, sözün əldə etdiyi digər mənalar ilkin mənadan inkişaf
edir. Belə olan halda, «yumru sarılmış ip», «boxça»
realiyalarının tarixən düyün məfhumundan sonralar yaranması
heç bir şübhə doğurmur. Deməli, çoxmənalı sözün mənalar
cərgəsində birinci yerdə «düyün» mənası durur. Bu, ilkin
mənadır. Düyün iki və daha artıq ilmək yeri, bir-birinə
bağlanmasından əmələ gələn yumru ilmək yeri, habelə ipin
özünün ilmək halına salınmış yeridir. Təbii ki, daha qədim
dövr nəzərə alınarsa, ipin yaxud sapın düyünlənməsindən
alınan ilgək yeri mənasını da bir kənara qoymaq lazım gəlir.
Yəni, düyün sözü sapın, ipin, kəndirin hazırlanmasından alınan
«ilgək yeri» mənasını da bir kənara qoymaq lazım gəlir. Yəni,
düyün sözü sapın, ipin, kəndirin hazırlanmasından əvvələ
təsadüf edəcəkdir. Düyün sözünün semantikasında müxtəlif
şeylərin (xüsusi halda iplərin) bir-birinə ilişməsi, birləşməsi və
bu birləşmə, ilişmə yeri haqqında informasiya var.
Düyün sözünun Azərbaycan dilindəki düymək feli ilə
bağlılığı vardır. Bu felin kökü «düy»dur. Düymək felinin
məcazi mənası «bağlamaq, calamaq»dır.
İran dillərində düyün sözünün daha geniş yayılmış
variantı gir köklüdür. Bu kök «yumruluq», «dəyirmilik»,
«topalıq», «girdəlik» semlərini daşıyır. İran dillərində ağacın
gövdəsindəki budaqların çıxdıqları yer də anqul//anqıl adlanır.
Eyni yerdən çıxan budaqların sayı çox olduqda düyün daha
möhkəm, qarışıq və topa olur. Çoxlu sayda ipin bağlanması
zamanı da eyni hal müşahidə edilir. Buradan belə nəticə
çıxarmaq olar ki, anqul sözünün əsas mənası düyün, düyün
yerinin topalığı, yumruluğu və düyündə çoxelementlilikdir
(məs. iplər).
Gülsüm Hüseynova. Tat dilinin leksikası
91
91
Anqul yumru şəkildə sarılmış ipə də deyilir. Bu məna
düyün sözünün əsas mənasından irəli gəlir. Uzun ipi bir yerə
toplamaq, yumrulamaq, bağlamaqdan alınan yeni məfhuma
düyünlə oxşar cəhətlərinə görə bu ad verilmişdir. Bu adın
verilməsində məhz sapın sarınmasının da rolu var. Təsadüfi
deyil ki, düyün sözünü izah edərkən ipin, sapın bir-birinə
calanması əsas götürülür.
Boxça dördkünc və ya düzbucaqlı şəklində parçanın
üstünə müəyyən şeyləri topladıqdan sonra onun çarpaz uclarını
bir-birinə düyünləməklə alınan şeydir. («Boxça. İçinə dəyişək,
parça və s. qoyulub bükülmüş bağlama») (ADİL, I, 298).
Deməli, boxça son düyünləmə prosesində əldə olunduğu üçün
ona da «anqul» adı verilmişdir. Puştu dilində düyün sözünün
bir mənası kimi buğça, boxça da verilmişdir (RPDS, 705).
Aparılmış təhlil göstərir ki, tat dilində anqul çoxmənalı sözdür.
Onun hər üç mənası arasında əlaqə var. Talış dilində quruyub
bərkimiş torpaq parçasına (kəsək) anqülü deyilir (225, 40). Bu
söz də eyni əsasdan yaranmışdır.
Tat dilindəki vəşundan sözünün «yaymaq, açmaq
(xəmiri)»; «qaytarmaq (qusmaq)»; «yunu açmaq, daramaq»
mənaları var. Vəşundan çoxmənalı sözdür. Sözün birinci və
üçüncü mənaları arasındakı əlaqə aydın görünür. Burada topa
şəklində olan şeyi yaymaq, topanı ayırmaq mənası əsasdır.
Əlbəttə, xəmiri yaymaq «kündəni yastılamaq» anlamını da
verir. Lakin əsas məna məhz «açmaq», «yaymaq» və
«təmizləmək»dir. «Qusmaq» mənasının qeyd olunan ümumi
məna ilə bağlılığını aydınlaşdırmaq bir qədər çətindir. Yunu
açmaq, daramaq prosesinin təmizləmə xüsusiyyəti var. Darama
və açmada artıq şeylər, zir-zibil yundan çıxarılır. Qusmaq da
orqanizmdə olan zərərli maddələrin xaric edilməsi prosesidir.
Fikrimizcə, qeyd olunan mənalararası bağlılığı bununla izah
etmək mümkündür.
Dostları ilə paylaş: |