Gülsüm Hüseynova. Tat dilinin leksikası
134
134
-ava//-avo. Bu şəkilçi isimlərə qoşularaq, xörək adlarının
yaranmasına xidmət edir. Məs.: duğavo «dovğa», şiravo
«südlü sıyıq», ardava «xəşil» və s.
Tat dilinin Qonaqkənd (59, 119), Lahıc (72, 67) və
Abşeron ləhcələrində bu şəkilçi -ava formasında işlənir. O,
Azərbaycan dilində işlənən bəzi sözlərdə müşahidə olunur:
paxlava, qaysava, şoraba//şorava və s. (114, 101).
Azərbaycan dilinin dialekt və şivələrində ava şəkilçisi
geniş işlənir. Məs: ardava «sıyıq» (un xörəyi), əngilava (<
əngür «üzüm») «üzüm mürəbbəsi» (Dərbənd) (12, 174), xəkav
«susuz qalmış əkin yeri» (12, 240), qorava «həddindən artıq
duzlu», «heyva mürəbbəsi» (12, 341), qaysava «yağda
qovrulmuş qaysı və ya kişmiş» (12, 318), lartava «əriştə,
lobya və sarımsaqlı qatıqdan hazırlanan xörək» (12, 356).
K.N.İmanquliyeva Azərbaycan dialekt və şivələrində -ov
tərkibi sözlərdə bu morfemin «su», «maye» anlamında
işləndiyini qeyd edir. Məs: xakov «torpaq suyu» (birinci
suvarma), təzov «ikinci suvarma», sərap «üçüncü suvarma»
(83, s. 103).
-bənd//-mənd. İsimlərə qoşularaq, kökün ifadə etdiyi
təsəvvürlə motivlənən sözlər əmələ gətirir. Məs.: sinəbənd
«boyunbağı», ağılmand «ağıllı», asulbənd «əsilli, nəcabətli»,
dövlətbənd
«dövlətli»,
döndərbənd
«araba
ləvazimatı»,
bozibənd
«qolbaq»
«bazubənd»,
kəmərbənd
«qayış»,
əngülbənd «boxça», nəəlbənd «nalbənd» və s.
Bu şəkilçinin tat dilinin Qonaqkənd ləhcəsində isimlərə
qoşularaq, düzəltmə sifət əmələ gətirdiyi qeyd olunur:
əqülbənd «ağıllı» və s. Əslində bu halda bənd və mənd
formalarının qarışdırılması göz qabağındadır.
-mand. Keyfiyyət bildirən düzəltmə sifət əmələ gətirir.
Məs: ağılmand «ağıllı». Bu şəkilçi digər tat ləhcələrində «-
bənd» formasında isimlərə qoşulub, düzəltmə sifət əmələ
Gülsüm Hüseynova. Tat dilinin leksikası
135
135
gətirir. Məs: əqlübənd «ağıllı» (59, 118).
-ın, -in, -ün. Bu şəkilçilər isimdən sifət əmələ gətirir.
Məs: alatün «paltarlı», arağın «tərli», ardeyin «unlu», bihin
«heyvalı», birincin «düyülü», çəhin «kirli», dimbeyin
«quyruqlu», əvvəlin «əvvəlki», zəvərin «yuxarıdakı», rışın
«işıqlı», pasin «paslı», nunın «çörəkli», sanqın «daşlı»,
ləheyin
«palçıqlı», qəhreyin «açıqlı», qərsqun//qartqun
«borclu», guştun «ətli», lööbün «həlimli», ruğanın «yağlı» və
s.
Bu şəkilçi talış dilində -ın, -əynə kimi işlənərək, konkret
isimdən keyfiyyət bildirən sifət yaradır. Məs.: Umuna
piyərmun nunun soxte – «Atamız bizi çörəkli edib», («Atamız
bizi çörək sahibi edib»); Qunağun bə zəvərin məhəllə iş
raftund – «Qonaqlar yuxarıdakı məhəlləyə də getdilər»;
Əvvəlin ruz xəbər usto ki, tı əcə umore? – «Əvvəlki gün xəbər
aldı ki, sən haradan gəlmisən?» və s.
-i. Məhsuldar şəkilçi olub, isim, sifət və zərflərə
qoşularaq, konkret və mücərrəd mənalı isimlər düzəldir. Məs.:
peyğəmbəri «qarğıdalı növü», tərsi «qorxu», dizdi «oğruluq»,
mərdi «kişilik», zərdi «yumurta sarısı», düsti «dostluq», xərabi
«xarabçılıq», «pislik», dulusi «dulusçuluq», düri «uzaqlıq»,
nəzdiki «yaxınlıq», əssəli (yonca növü), məqbuli «gözəllik»,
rəncbəri «rəncbərlik», «əkinçilik», təngdili «təngnəfəslik»,
ulduzi
«ulduzşəkilli
naxış»,
duxturı
«həkimlik»,
aqranomi//əqrənomi
«aqranomluq»,
bikari//bikori
«bekarçılıq», xakistəri «külrəngi», piyozi «çəhrayı», hineyi
«xınalı», şaqumi//şəngümi «axşamkı».
Misallar: Ə Loyic umorəni be mun əssəlı miyorni –
«Lahıcdan gələndə bizə yonca gətirərsən (Lah.); Kamran bə
boy ye ta dəhteyi da – «Kamran ona bir dənə onluq (qızıl)
verdi» (Ab.) və s.
-i,-yi,-ic. Məkan bildirən adlara qoşularaq, həmin yerə
Gülsüm Hüseynova. Tat dilinin leksikası
136
136
mənsub olan şəxsləri bildirir. Məs.: löyiji «lahıclı», zəroti
«zaratlı», ximrani «ximranlı», əhəni «əhənli», mişgəmiri
«mişgəmirli», boxuyic «bakılı», surxunic «suraxanlı» və s.
Tat dilinin Qonaqkənd ləhcəsində bu şəkilçiyə -ic
formasında rast gəlirik: gümüric «gümürlü» və s. (59, 116).
A.L.Orünberq səhv olaraq bu şəkilçinin tat mənşəli
olduğunu və müasir fars dilində paraleli olmadığını qeyd edir
(181, 109).
Qeyd etmək lazımdır ki, bu şəkilçi digər İran dillərindən
talış dilində -c//-y, -voc (230, 149), -z/-vz (254, 171), əfq. -ız-ic
(imariz «günəşli») (199, 79), orta fars. -ğık, -ki, (fars. -ğı/-ci)
formasında rast gəlinir və s.
-ın-in,-ün. Bu şəkilçi isimlərdən düzəltmə sifət əmələ
gətirir. Məs: nunın «çörəkli», sanqın «daşlı», ləheyin
«palçıqlı», qəhreyin «acıqlı», qərsqun «borclu», güştün «ətli»,
lööbün «həlimli», ruğanın «yağlı», əvvəlin «əvvəlki», pasın
«paslı», dimbeyin «quyruqlu» və s.
Bu şəkilçi zərflərə qoşularaq, düzəltmə sifət əmələ
gətirir. Məs: zəvərin «yuxarıdakı», piştin «arxadakı», porin
«inişilki», deydinin «dünənki» və s. (205, 362).
Man bə tükun qərsqun na mundun – «Mən dükana borclu
qalmadım»; Bə zəvərin məhəllə umuna küəmümun Əhəd əmi
yaşamış bire. – «Yuxarıkı məhəllədə bizim əmioğlu Əhəd əmi
yaşayırdı».
-az/-əz.
Bu
şəkilçisi, əsasən, tat dilinin Quba,
Qonaqkənd, Xaçmaz ləhcələrində qeydə alınmışdır. İsim və
zərflərdən zərf və birgəlik məzmunlu sözlər yaradır. Məs:
öuraz «su ilə», zuraz «zorla, güclə», xiştənaz «özü ilə» və s.
-inə. Bu şəkilçi, əsasən, isimlərə qoşularaq, kiçiltmə
mənası bildirən isimlər əmələ gətirir. Məs.: qitinə «yun
qırığı», lavoşinə «lavaşana», ruzinə «baca», qiçinə «çimdik»,
morinə «dişi», nərinə «erkək», sorinə «cümə» və s. Misallar:
Dostları ilə paylaş: |