Gülsüm Hüseynova. Tat dilinin leksikası
170
170
tərəfi til şəklində olan zindanın adıdır. Çiloğ dan silindrik
məmulatların hazırlanmasında istifadə olunmuşdur. İn çiloğa
çan soli kor bəfidoştənim. «Bu zindanı («çiloğu») neçə ildir
işlədirik». Qıblasundum əsas zindandır, ona «ana zindan»
deyirlər. Bə misgəri bütün korhon bə sər qıblasundum dirə
bəbiran. «Misgərlikdə bütün işlər ana zindanın üzərində
görülür». Korsundum misin spesifik formaya salınması
məqsədilə istifadə edilən zindan növüdür.
Tat dilinin misgərlik və dəmirçilik terminologiyasında
istifadə edilən çəkiclərin də çoxlu sayda novləri var və bu
növlərin hər birinin məxsusi adı var. Məsələn: korsü «ağzı
dördbucaqlı şəklində olan çəkic»: Nəzər korsürə nayoft.
«Nəzər çəkici tapmadı»; kələ korsü «iri çəkic», lözani (lö
«dodaq» və zərən «vurmaq» felindən). Metal məmulatın dar
hissəsində iş görmək üçün olan aləti bildirir. Bəstirə gərdənirə
ve lözani rost bısoxtənund. «Güyümün boğaz hissəsini bu
alətlə düzəldirlər».
Mis sözünün etimologiyası da maraq doğurur. Bu söz tat
dili və bir sıra İran dillərində işlənir. Türk dillərinin
bəzilərində bakır sözü həmin mənada işlənir. Bakır türk
dillərinin qədim
yazılı abidələrində qeydə alınmışdır.
H.Əsgərovun fikrincə, Azərbaycan dilində mis sözü
işləndiyindən, bakır mühafizə edilməmişdir (57, 90-95). Türk
dilləri üçün «mis» anlamında işlənmiş ilkin kökün cez (qaz),
des (alt), çes (tuv), ciz (tat), ces (başq; çuv.) variantlarından
biri olması qənaətinə gəlmək mümkündür. Qədim türk
lüğətində cez «sarı mis» mənasında verilmişdir (DTS, 260).
Müəyyən fonetik əvəzlənmələrə istinadla mis sözünün bu
kökdən yarandığını ehtimal etmək olar.
Tat dilində, xüsusən də, onun Lahıc ləhcəsində misgərlik
və dəmirçilik sənətinə aid kifayət qədər çox termin var. Nəri
«qalın metalı dartıb uzatmaq üçün alət», lözani «metal
Gülsüm Hüseynova. Tat dilinin leksikası
171
171
məmulatın dar hissəsində iş görmək üçün alət», coz «qayçı
növü»,
daranoy
«ling
növü»,
noylülə
«ling
növü»,
damdamundan «körük basmaq», mola doran «lehimləmək»,
abiyə «lehimləmə növü», nö «isti metalı soyutmaq üçün su
doldurulmuş hovuz və ya qab», nügoni «təmirolunma», tö
«misgərlikdə metalın qızdırılıb soyudulması prosesi», tənəkə
«misin lay forması», xəzinəliyə qeyçi «xəzinəli qayçı», bəsti
«güyüm», vəri «güyümün boğaza qədərki hissəsi», bin, kəəb
«güyümün alt hissəsi», danduna «metalı cilalamaq məqsədilə
tutmaq üçün dişli alət», «maşa», düş doran «qaynaq etmək»,
gom «qaynaq növü», pəstöyi «yarımfabrikat» və s. belə
terminlərdir.
Ayrı-ayrı xalqlar arasında iqtisadi, ictimai-siyasi və digər
əlaqələrdə dil əhəmiyyətli rol oynamışdır. İqtisadi əlaqələr bir
xalqa məxsus əşya və məmulatların başqa xalqın məişətində
yer almasına şərait yaratmışdırsa, dil əlaqələri prosesində
sənətlə bağlı terminlərin bir dildən digərinə keçməsi hadisəsi
baş vermişdir. Ona görə də tat dilində işlənən misgərlik
terminlərinin bir qismi alınma terminlərdir. Bu terminlər
Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsi ilə
alınmışdır. Ümumiyyətlə, tat dilinin terminoloji leksikasını üç
qrupa ayırmaq olar: 1) mənşəcə tat dilinə məxsus terminlər; 2)
ümumiran mənşəli terminlər; 3) alınma terminlər. Belə bölgü
bütün sənət növlərinə
aid termionologiya üçün eyni
olduğundan başqa sahələrə aid terminlərdən bahs edərkən
terminlərin mənşəcə növlərə bölgüsünü təkrar aparmağa
ehtiyac qalmır və terminlərin mənşəcə növləri haqqında sonda
qısa məlumat verməklə kifayətlənirik.
Misgərlik terminləri tat dilində işlənən terminlərin bir
hissəsidir. Məlumdur ki, terminlərlə ümumişlək sözlər arasında
əsas fərqlərdən biri leksik vahidin dildə işləkliyidir.
Terminlərin bəziləri dildə, daha doğrusu, ünsiyyət prosesində
Gülsüm Hüseynova. Tat dilinin leksikası
172
172
az işlənirsə, digərlərinə nitqdə tez-tez rast gəlmək olur. Bu da
daha çox bu və ya digər əşyanı bildirən adla bağlı olur.
Məsələn, misgərlərin hazırladıqları əşyaların müəyyən hissəsi
əhalinin məişətində istifadə olunduğundan, onların adları
danışıqda çox işləkdir. Lakin misgərlik alətləri haqqında
məlumat daha çox bu sahə ilə məşğul olanlara aid olduğundan
bu sözlər onların dilində və ya nitqində üzə çıxır. «Linqvistik
təhlil və araşdırma prosesində mühüm funksionallıq kəsb edən
terminoloji leksikanın işlənmə və mənimsənilmə texnikasının
öyrənilməsi gündəlik tələbat və zəruri ehtiyacdan doğur. Özü
də bu, terminlərin hamısına aid məsələ deyildir. Məlumdur ki,
terminlərin, o cümlədən dilçilik terminlərinin əhəmiyyətli bir
hissəsi ümumişlək
xarakterə malik olduğundan, onlar
sintaqmatik mövqe etibarı ilə sərbəst funksiya daşıyırlar» (30,
233). Ə.Cavadovun bu fikri müxtəlif sənət sahələrinə aid
leksikanın işlədilməsində də özünü doğruldur. Bu cəhət
misgərlik terminlərinin işlənməsində də müşahidə olunur.
Azərbaycan tatlarının dilində işlənən misgərlik terminlərinin
başqa bir qisminə aid nümunələri nəzərdən keçirək. Onu da
qeyd edək ki, misgərliklə bağlı söz və terminlər, əsasən, Lahıc
ləhcəsinə aiddir. Bu da yuxarıda qeyd etdiyimiz kimi,
misgərliyin Lahıcda daha çox inkişaf etməsi və yayılması ilə
bağlıdır.
Misgərlikdə istifadə olunan terminləri üç əsas qrupda
birləşdirmək olar: 1) misgərlikdə istifadə olunan alət və
vasitələrin adları; 2) misgərlikdə istifadə olunan texnoloji
proseslərin və üsulların adları; 3) misgərlik məmulatlarının
adları; 4) misgərliklə bağlı digər söz və terminlər.
Misgərlikdə istifadə olunan alət və vasitələrin adları.
Bu sənət sahəsində bir sıra alət və avadanlıqlardan istifadə
olunur. Qeyd olunduğu kimi, onlardan bəzilərinin müxtəlif
növləri var. Aşağıda misgərlikdə istifadə olunan alətlərin
Dostları ilə paylaş: |