Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

təravətini artırır.
«Qayna, 
samavarım, 
qayna» 
mahnısının  lad- 
intonasiyası  xalis  kvarta  (si-mi)  intervalı  hüdudundadır. 
Onun lad quruluşu aşağıdakı şəkildədir.
Not  misalından  göründüyü  kimi  «si»  mayə,  «re»  isə 
istinad  pərdələridir.  Melodik  fikrin  formalaşmasmda 
əsasən  «si»,  «do»,  «re»  pərdələrinin  intonasiyaları  xüsusi 
əhəmiyyət kəsb etmişdir.
Onun  melostrukturu  sadə  folklor  dilinə  uyğun, 
metrik  ölçüsü  isə  ənənəvi  6/8-dir.  «Moderato»  tempində, 
mülayim  tərzdə  verilmiş  bu  mahnının  ritmoformulları 
aşağıdakı ritmik konfiqurasiyalardan təşkil olmuşdur:
Not  misalında  verilən  1-2-ci  xanələrin  ritmik  for-
t
mulları  kuplet  formasında  olan  mahnının  birinci  bəndinin 
melodik  strukturunu  formalaşdırmışdır.  Misalın  9-10-cu 
xanələrinin  ritmik  komponentləri  isə  nəqəratın  melos- 
trukturunun  təməlini  təşkil  etmişdir.  Ritmik  konfiqu-
göründüyü  kimi  mahnı  mülayim  xarakterə
malikdir.
«Qayna,  samavarım,  qayna»  xalq  mahnısının  melo­
dik  dili  öz  melodikliyi  ilə  seçilir.  «Moderato»  tempində  ifa 
olunan  bu  nəğmənin  melodik  fikrinin  əsasını  birinci  iki 
xanənin  özək  melodik  tezisi  tutur.  Bu  struktur  bütün
I% 
j


kupleti  əhatə  edir  və  musiqi  fikrinin  sxematik  quruluşu  da 
bu  iki  xanənin  ritmik  formulları  əsasında  ifa  olunur. 
Nəğmənin  mətninin  misralarının  heca  quruluşundan  və 
məzmunundan  asılı  olaraq  melodiyanın  strukturunda 
sekvensiyadan  istifadə  olunmuşdur.  Birinci  dörd  xanədə 
verilən  musiqi  fikri,  ikinci  musiqi  fikrində  sekvent  üsu­
lundan  istifadə  olunmaqla  bir  ton  yuxarıda  səslənmişdir. 
Melodik fikrin inkişafmda dəyişən musiqi frazalarınm koda 
xarakterli  ifadə  xüsusiyyətləridir  ki,  bunlar  da  6-cı,  8-ci 
xanələrdə özünü göstərir.
Nəğmənin nəqarət hissəsində melodiyanın özək tezis 
strukturunda  ritmik  komponentlərin  yerdəyişməsi  melo­
diyanın  səslənməsində  özünü  yeni  çalarlıq  baxımından 
göstərir.  Nəğmənin  10-cu,  '14-cü  xanələrində  musiqi
obrazlarının  yerdəyişməsi  melodik  frazanı  əvəz  edərək 
intonasiyalara  yeni  çalarlar  gətirmişdir.  Melodiyanın  son­
rakı  inkişafında  həmin  intonasiyaların  variant  dəyişmələri 
ilə rastlaşırıq.
Mahnının  musiqi  forması  2  hissəlidir.  Kuplet  və 
nəqarətdən  ibarət  olan  mahnı  6/8  metrik  ölçü  əsasında 
yaranmışdır.  Mahnının  birinci  iki  misrası  əsasında  oxunan 
musiqi  cümləsini  «a»,  o  biri  iki  misranın  musiqi  cümləsini 
isə  «b»  adlandırsaq  birinci  hissənin  musiqi  forması  a+b 
olacaq.  Mahnının  ikinci  hissəsində  nəqəratda  da  iki  musiqi 
cümləsindən  istifadə  olunmuşdur.  Birinci  musiqi  cümləsi 
«aı»,  ikinci  musiqi  cümləsi  isə  «a
2
»dir.  Qalan  musiqi 
cümlələri  ikinci  hissənin  epizodlarının  təkrarlarından 
ibarətdir. Mahnının ümumi sxemi aşağıdakı şəkildədir:


__А__+ _ В _
a+b 
aı+ а
2
' •
«Ay  qız,  dur  gəl,  sabah  oldu» 
xalq  mahnısı 
xarakterinə  görə  oynaq,  cəld  şəkildə  ifa  olunur.  «Şur» 
muğamı  intonasiyaları  üstündə  olan  bu  hava  tonal 
baxımmdan  «sol»  minora  əsaslanır.  Xalis  kvinta  (fa-do) 
intervalı hüdudunda  olan xalq mahnısının melodik  fikrinin 
formayaradıcı  strukturunda  ladm  bütün  pərdələri  iştirak 
edir  və  bununla  da  intonasiya  rəngarəngliyi  təmin  olunur. 
Kuplet formasmda olan mahnının kupletinin melodik quru­
luşu  birinci  iki  xanənin  intonasiyalarından  təşkil  olun­
muşdur.  Nəqərat  isə  metrik  ölçüsünə  görə  dörd  çərəyə 
bölündüyü  üçün  onun  intonasiyalarının  quruluşu  9-cu 
xanənin  ritmik  konfiqurasiyaları  əsasmdadır.  Mahnının 
ifasında  metrik  ölçülərin  dəyişməsi  kupletin  dəqiq,  iti 
sürətli  gedişini  az  zaman  daxilində  təmin  edir.  Nəqəratda 
isə  intonasiyaların  başqa  metrik  ölçüdə  işlədilməsi  ifaya 
daha  genişlik,  əhatəlilik,  bir növ xüsusi  pafos  gətirir.  Bu  da 
onu  göstərir  ki,  ifanın  xarakterik  xüsusiyyətlərinin  müəy­
yənləşməsində  metroritmik  formulların 
intonasiyaların 
mahiyyətinə  təsiri  şəksizdir.  Sol  şurda  olan  mahnmın  lad 
strukturu belədir:


Not  misalından  göründüyü  kimi  «sol»  mayə  səsi, 
«do»  isə  istinad  pərdələridir.  Xalq  mahnısının  lad- 
intonasiya  dairəsi  onun  xarakterik  xüsusiyyətlərini  tam 
mənada  üzə  çıxardığı  üçün  mahnının  işıqlı,  şən,  təravətli 
səslənməsini təmin etmiş oldu.
Kuplet  formasında  olan  malımda  kupletin  metrik 
ölçüsü  2/4,  nəqarətin  ölçüsü  isə  dörd  çərəyə  bərabər  olan 
«C»-dir.  Kupletin  melodik  strukturunu  birinci  iki  xanənin 
ritm-intonasiyaları,  nəqarətin  melostrukturunu  isə  9-cu 
xanənin ritm formulları təşkil edir:
Mahnının  2/4  metrik  ölçüdə  və  «Alleqro»  tempində, 
qeyd  edilən  ritmik  komponentlərlə  səslənməsi  dəqiq gedişi 
təmin  edirsə,  nəqəratda  «C»  metrik  ölçü  və  9-10-cu 
xanələrdə  göstərilən  ritmoformullar  isə  bir  qədər  təmkin, 
geniş  ifa  xarakterini  aşılayır.  Sözsüz  ki,  bunların  hamısı 
ritmik  konfiqurasiyaların  mahnının  xarakterik  xüsusiy­
yətlərinə təsirindən irəli gəlir.
«Ay  qız,  dur  gəl,  sabah  oldu»  xalq  mahnısında 
melodik  xəttin  inkişafı  yüksələn  və  enən  istiqamətlərdədir. 
Nəğmənin  birinci  8  xanəsi  kupleti  ifadə  edir.  Sonrakı  9-10- 
cu  xanələr  nəqəratı  bildirir.  Burada  melodiya  daha  geniş, 
bir  qədər  də  təmkinli  ifa  tərzi  ilə  seçilir.  Əvvəlki  nəğmənin 
melodik  quruluşundan  fərqli  olaraq  burada  melodiklik 
daha  cazibəli,  oynaq  xarakterdədir.  Melodik  fikrin 
formalaşmasında iki  metrik ölçüdən 2/4 və  «C»  dən istifadə


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə