Melodik strukturun formalaşmasında səslərin ardıcıl gedişi
ilə yanaşı sıçrayışlı hərəkətlərə də rast gəlirik. Melodik
konfiqurasiyanın özək tematik planını 2-4-cü xanələr təşkil
edir. Melodiya «Alleqretto» tempində, gümrah əhval-ruhiy
yədə səslənir.
«Aman lələ» instrumental havanın musiqi forması 2
hissəli şəkildədir. Burada ilk 6 xanəni giriş adlandırmaq
olar. Birinci hissə 9-29-cu xanələri, ikinci hissə 30-45-ci
xanələri əhatə edir. Girişin musiqi mövzusu demək olar ki,
havanın sonunadək nisbətən dəyişilmiş şəkildə eşidilir.
Burada ölçünün dəyişilməsi (6/8- 2/4) melodiyanın ritmik
cəhətdən zənginləşməsinə gətirib çıxarır. Qeyri-kvadrat
periodda olan hər iki hissə cümlələrin (birinci hissə 6, ikinci
hissə 5 cümlə) cüzi dəyişilmiş təkrarından ibarətdir.
«Ağır Qarabağı» rəqs havası da tulumda ifadan nota
alınmışdır. Bu havanın lad strukturu «Rast» əsasmdaöır.
Kvarta (sol diyez-do diyez) intervalı həcmində olan səs
diapazonunda intonasiyalar dəyişkən formada verilir.
«Lya» mayəli «Rast» üstündə olan rəqsin melodiyasının
inkişafında intonasiyalar gah «Şikəsteyi-fars»ın istinad
pərdəsi olan «si» pərdəsi, gah da «Rast»m mayə pərdəsi
«lya» səsinə həll olur. Buna görə də rəqsin ifasmda lad
daxili müvəqqəti modulyasiyalarla rastlaşırıq. Rəqsin me
lodiyası «si» pərdəsinə əsaslanaraq, yəni ona istinad edərək
başlayır. Bu hal 7 xanə davam edir. Melodik inkişafın 8-13-
cü xanələrində tonallıq «lya»pərdəsinə istinad edir və yenə
də 14-20-ci xanələrdə «si» pərdəsinə istinad olunur. Lad
daxilində istinad pərdələrinin yerdəyişməsi intonasiyaların
rəngarəngliyini təmin edir:
Not nümunəsindən göründüyü kimi «lya» mayə
pərdəsi, «si» və «do diyez» isə istinad pərdələridir. «Ağır
Qarabağı» rəqs havasının təhlili göstərir ki, bu havanın
melodik dilinin formayaradıcı amillərində lad daxili
modulyasiyalara yer verildiyi üçün havanın intona
siyalarında xüsusi rəngarənglik əldə edilmişdir.
Rəqs havasının ritm-intonasiya xüsusiyyətlərini də
təhlil etmək üçün onu 2 hissəyə bölmək lazımdır. Rəqsin
birinci hissəsi (1-25-ci xanələr) muğam üstündə Rastın
«Şikəsteyi-fars» şöbəsi əsasında ifa olunduğu üçün onun
melostrukturunun formayaradıcı amillərinin rimik kom
ponentləri daha mürəkkəb quruluşdadır. İkinci hissə isə
(26-60-cı xanələr) rəqs musiqisi olduğu üçün dəqiq 2/4
metrik ölçüdə ifadə olunmuşdur. Bu hissənin melostruk-
turunu əsasən triollar təşkil edir. Hər iki hissənin rit-
moformulları aşağıdakı not nümunəsində göstərirlir:
Not misalından gördüyümüz kimi muğam into
nasiyaları əsasında olan melostrukturun ritmik kom
ponentləri daha mürəkkəb və zəngindir.
Muğam melodiyalarına xas cəhətlərin hamısı birinci
hissədə (1-25-ci xanələr) özünü büruzə verir və ayrı-ayrı
musiqi fikirlərinin məcmusu muğam kontekstinə daxil olan
formanı təcəssüm etdirir.
Rəqsin II hissəsi 25-60-cı xanələri əhatə edir. Bu
hissənin melodik strukturunun formayaradıcı amili 26-27-ci
xanələrin ifadə vasitələridir ki, onu da rəqs melodiyasının
özək strukturu adlandırmaq olar. Məhz bu xanələrin in
tonasiya çeşidləri əsasında əsas melodik fikir forma
laşdırılmış və inkişaf etdirilmişdir.
Rəqsin musiqi forması iki hissəli şəkildədir. Bu rəq
sin formalaşmasında muğamdan geniş istifadə olun
muşdur. Rəqsin birinci hissəsi muğam üstündə qurulmuş
ifadır ki, onu «A» ilə qeyd etmişik. Birinci hissə üç musiqi
cümləsindən təşkil olunub. Cümlələr 6(«a»)+6(«aı»)+13(«b»)
xanələrə bölünüb. İkinci hissənin musiqi materialında 6/8
(3/4) ölçünün 2/4 ilə əvəzlənməsi və fakturada triollardan
istifadə olunması nəticəsində şən rəqsvari əhval-ruhiyyə
bərpa olunur. Bu hissədə əsasən 5 musiqi epizodundan «a»
(26-29-cu xanələr), «b» (30-33-cü xanələr), «c» (34-37-ci
xanələr),
«d»(38-41-ci xanələr), «cı»(42-45-ci xanələr)
istifadə edilmişdir. Son 15 xanəni (46-60-cı xanələri) sonluq
adlandırmaq olar. Sonluğun musiqi materialı bütövlükdə
46-47-ci xanələrin beş dəfə təkrarından ibarətdir. Rəqsin
musiqi formasının ümumi sxemi aşağıdakı şəkildədir:
_A_ + ______В______
a+aı+b
a+b+c+d+cı
«Hoynərə» havası digər yallı havaları kimi Naxçıvan
folkloruna məxsus musiqi folkloru nümunələrindəndir.
Orta tempdə başlayan bu havanın birinci hissəsinin
melodik strukturu dörd xanədən ibarət özək motiv
üzərində qurulmuşdur. Rəqsin intonasiyaları xor şəklində
daha möhtəşəm səslənir. Xalis kvarta (do diyez-fa diyez)
intervalı hüdudunda olan rəqsin intonasiyaları yaxın səs
lərə həll olduğu üçün üfüqi istiqamətdə hərəkət etmişdir:
Yallının lad quruluşu «Bayatı-Şiraz»
muğamı
üstündədir.
«Hoynərə II» yallı havası birinci hissənin başqa, yeni
variantıdır. Burada melodiya variant şəklində başqa
səpkidə qurulmuşdur. Özək intonasiyaları eyni olan hər iki
havanın lad bünövrəsi «Bayatı-şiraz»a əsaslanır.
«Hoynərə» rəqs musiqisi də iki hissəli rəqs
havalarmdandır. Əvvəlki rəqs musiqisindən fərqli olaraq
burada variantlılıqdan istifadə olunmamışdır. Sadəcə ola
raq «Hoynərə» rəqsinin birinci hissəsinin melodik struk
turu, ikinci hissədə oktava yuxanda səsləndirilmişdir.
Rəqsin metrik ölçüsü ənənəvi olaraq 6/8 ölçüdədir və onun
ritmoformulları aşağıdakı şəkildə qurulmuşdur:
Misaldan göründüyü kimi rəqsin melostrukturunun
formalaşmasında 4 xanədən ibarət ritmik komponentlər
təşkil etmişdir.
Qeyd edək ki, hər iki hissənin melodik dili eyni
formadadır. Bu havanın xarakteri mülayimdir. Melodiyanm
quruluşu 8 xanədən ibarət olsa da, onun əsas özək melodik
strukturunu ilk 4 xanə təşkil edir. Həmin xanələr sonradan
təkrar olaraq ifa olunur. Belə forma yallının silsilə
formasından irəli gəlir və rəqs davam etdikcə melodik
quruluş təkrar-təkrar ifa olunur.
«Hoynərə» və «Hoynərə II» yallı havası da silsilə
formasında ifa edildiyi üçün iki ayrı-ayrı strukturlarda
verilmişdir. Strukturu 4 xanədən ibarət olan havanın birinci
xanəsinin ritmoformulları yambik motivin elementlərini və
melodiyanın özək melostrukturunun əsasım təşkil edir.
«Qaz-qazı» yallı havası təhlilə cəlb edilən «Hoynərə»
havasının bir növ ardıdır. Yallı havalarının silsilə şəklində
ifa olunması və uzun zaman içində rəqqasların yallı
getməsi Naxçıvan folkloru ənənəsindən irəli gəlir. Bu faktın
Dostları ilə paylaş: |