Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə56/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   52   53   54   55   56   57   58   59   ...   95

 
207 
 
 
 
 
- razılaşdırılmış proqramlar çərçivəsində tapşırıqların bölünməsi, 
partnyorlar arasında müqavilə məqsədlərindən irəli gələn istehsal 
ixtisaslaşmasının təsbit edilməsi;  
-beynəlxalq partnyorlar arasında qarşılıqlı və ya birtərəfli məhsul 
tədarükü və əməkdaşlıq çərçivəsində istehsal proqramlarını uyğun 
satışının əlaqələndirilməsi.  
İstehsal 
əməkdaşlığının 
nəticəsi 
” 
beynəlxalq 
iqtisadi 
inteqrasiyadır,  bu  isə  öz  növbəsində  ölkələrin  milli  təsərrüfatları 
arasında  dərin  sabit  əlaqələr  və  əmək  bölgüsü  əsasında  siyasi-
iqtisadi birlik prosesi, müxtəlif səviyyələrdə və formalarda istehsal 
strukturlarının  əməkdaşlığıdır.  Mikrosəviyyədə  bu  proses 
yaxınlıqda  yerləşən  ölkələrin  ayrı-ayrı  təsərrüfat  subyektlərinin 
(müəssisələrinin,  firmalarının)  öz  aralarında  iqtisadi  müqavilələr 
sisteminin  formalaşdırılması,  xaricdə  filiallarının  yaradılması 
yolu ilə kapitallarının əlaqələndirilməsi vasitəsilə həyata keçirilir. 
Dövlətlərarası  səviyyədə  isə  inteqrasiya  dövlətlərin  iqtisadi 
birliklərinin  formalaşdırılması  və  milli  siyasətin  razılaşdırılması 
əsasında baş verir. 
        Firmalararası  əlaqələrin  sürətlə  inkişaf  etməsi  ”  iqtisadi, 
elmi-texniki,  maliyyə-valyuta,  sosial,  xarici  və  müdafiə  siyasəti 
çərçivəsində  əmtəənin,  xidmətlərin,  kapital  və  işçi  qüvvəsinin 
ölkələrarası  sərbəst  dövriyyəsinin  təmin  olunmasına  yönəlmiş 
dövlətlərarası  tənzimlənmənin  vacibliyini  irəli  çəkir.  İqtisadi 
birliyin  ən  sadə  forması  ”  azad  ticarət  zonasının  yaradılmasıdır: 
onun  çərçivəsində  iştirakçı  ”  dövlətlər  arasında  ticarət 
məhdudiyyətləri, ilk növbədə isə gömrük rüsumları, ləğv edilir.  
Digər  birlik  forması  -  gömrük  ittifaqıdır.  Bu  növ  ittifaqın 
yaradılması,  azad  ticarət  zonasının  fəaliyyəti  ilə  yanaşı,  vahid 
xarici ticarət tariflərinin müəyyən edilməsini və üçüncü dövlətlərə 
münasibətdə  vahid  xarici  siyasətin  yeridilməsini  nəzərdə  tutur. 
Hər  iki  halda  dövlətlərarası  münasibətlər  yalnız  mübadilə 
sahəsinə 
toxunur 
və 
qarşılıqlı 
ticarətin 
və 
maliyyə 
hesablamalarının  inkişafında  iştirakçı-dövlətlər  üçün  eyni 
imkanların təmin olunmasına xidmət edir.  
       İqtisadi birliyin nisbətən mürəkkəb forması ümumi bazardır. 
Ümumi bazar onun iştirakçılarına azad qarşılıqlı ticarət və vahid 
xarici  tariflər  şəraiti  yaratmaqla,  həm  də  kapitalın  və  işçi 


 
208 
 
 
 
 
qüvvəsinin azad hərəkətini və iqtisadi siyasətin razılaşdırılmasını 
təmin edir. 
Lakin  dövlətlərarası  iqtisadi  birləşmənin  ən  mürəkkəb  forması 
iqtisadi  (vəmaliyyə)  ittifaqıdır.  Bu  növ  birlik  yuxarıda  göstərilən 
bütün formaları  özündə  birləşdirir və  ümumi iqtisadi və  valyuta-
maliyyə  siyasətinin  yeridilməsini  tələb  edir.  İqtisadi  birlik 
qarşılıqlı əlaqələri həyata keçirən ölkələrə bir sıra əlavə imkanlar 
yaradır. 
Birincisi,  birgə  əməkdaşlıq  ”  təsərrüfat  işləri  aparan  subyektlərə 
(əmtəə  mal  istehsaçılarına)  müxtəlif  növ  resurslara,  o  cümlədən 
maliyyə,  material,  əmək,  region  miqyasında  yeni  texnologiya 
resurslarına  geniş  yol  tapmağa,  eləcə  də  bütöv  birlik  qrupunun 
yığcam  bazarına  yönəlmiş  məhsul  istehsalına  imkan  yaradır. 
İkincisi,  region  çərçivəsində  ölkələrin  iqtisadi  yaxınlaşması 
iqtisadi  birlik  iştirakçısı  olan  ölkələrin  firmalarına  bir  sıra 
imtiyazlar  verir,  müəyyən  dərəcədə  onları  üçüncü  ölkələrin 
firmalarının  rəqabətindən  qoruyur.  Üçüncüsü,  birgə  əməkdaşlıq 
onun  iştirakçılarına  geridə  qalmış  ayrı-ayrı  rayonların  inkişaf 
şəraitinin 
tarazlaşdırılması, 
əmək 
bazarında 
vəziyyətin 
yumşaldılması, 
əhalinin 
aztəminatlı 
təbəqəsinə 
sosial 
zəmanətlərin  verilməsi,  səhiyyə,əməyin  mühafizəsi  və  sosial 
təminat  sisteminin  daha  da  inkişaf  etdirilməsi  kimi  nisbətən 
kəskinsosial  problemlərin  birlikdə  həll  olunmasına  imkan 
yaradır. İqtisadi birləşmə öz kökündə bir sıra obyektiv faktorlara 
söykənir ki, onlardan ən vacib yerləri aşağıdakılar tutur: 
1. Təsərrüfat həyatının artan beynəlmilləşməsi;  
2. Əməyin beynəlxalq bölgüsünün dərinləşməsi; 
3. Elmi-texniki inqilabın mahiyyətcə ümumdünya xarakteri 
daşıması;  
4. Milli iqtisadiyyatların açıqlıq \dərəcəsinin artması.  
        Bütün  bu  amillər  bir-birindən  asılıdırlar.Beləliklə,  əməyin 
beynəlxalq bölgüsü və sənayenin yenidən təşkili əmək bazarı üçün 
əhəmiyyətli nəticələr verir. 
        İlkin,  ikinci  və  üçüncü  sektorlarda  seqmentləşmənin 
mövcüdluğu eyni səciyyəli xüsusiyyətlərə malikdir və inkişaf edən 
ölkələrin  azad  iqtisadi  zonalarındakı  iş  yerlərinə  aiddir.  Lakin 
azgəlirlə,  kiçik  və  orta  səviyyəli  müəssisələrlə  bağlı  olan  Şimalın 


 
209 
 
 
 
 
ikinci  və  üçüncü  sektorlarından  fərqli  olaraq,  cənub  ölkələrində 
işə götürən sahibkarlar qismində çox vaxt strateji planlarına ucuz 
qadın  əməyinin  cəlb  olunması  daxil  olan  subkontrakt  şəbəkəli 
multimilli korporasiyalar çıxış edirlər. 
          Məşğulluğun daha bir növü olan və  qadınları xüsusilə  cəlb 
edən  evdə  görülmüş  işi  ayrıca  qeyd  etmək  gərəkdir.  Bu  əmək 
minimum qiymətlərlə ödənilsə də, uşaqlara baxmaq və ev işlərini 
görmək imkanı verir. 
          Qadınlar  tərəfindən  müftə  icra  edilən  və  qida  hazırlığı, 
paltar  yumaq,  uşaqlara,  xəstə  və  qoca  qohumlara  qulluq,  evdə 
işlədilən  əşyaların  hazırlanması  ilə  bağlı  olan  bu  ev  işləri 
özlüyündə gizli məşğulluğun bir növüdür.  
2. Əməyin təklifi və əməyə tələbat: 
Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən 
asılıdır, o cümlədən: 
1.  İqtisadiyyatın  strukturundan,  firma  və  ya  sənaye  sahəsi 
səviyyəsində əməyin təşkilindəki dəyişikliklərdən;  
2.  Yeni  texnoloji  kəşflərdən  və  işçi  qüvvəsinin  digər  idarə 
üsullarından;  
3. Beynəlxalq rəqabət bacarığından;  
4. Firmaların, sənaye sahələrinin strategiyasından, habelə gəlir  
meyarlarından və bazar qiymətlərindən;  
5. Əmək haqqı normasına nisbətdə əməyin səmərəliliyindən;  
6. Sosial və əmək hüquqlarının təminat səviyyəsindən; 
7. Əmək münasibətlərinin çevikliyindən (məsələn, subkontrakt və 
ya vaxt əsasında işçiləri nə qədər asan işdən azad etmək və ya işə 
cəlb etmək mümkündür); 
8.  Firma  istehsalatı  üçün  lazım  olan  təhsil,  peşə  bilikləri  və 
bacarıqdan;  
9. Həmkarlar ittifaqlarının aktivliyindən;  
10.Hökumətin hərəkətlərindən;  
11.Monetar siyasətdən.  
          Son  əsrdə  əmək  və  kapital  arasında  əmək  haqqı  tarifləri, 
əmək  şəraiti  və  ittifaqlar  yaratmaq  uğrunda  həlledici  döyüşlər 
nəzərə  çarpırdı;  bugün  bir  çox  ölkələrdə  qadınlar  özlərinin  yaxşı 
işi  və  əməyin  kişilərə  bərabər  ödənilməsi  hüquqları  uğrunda 
mübarizə aparırlar. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə