62
Elm və mədəniyyətin beşiyinin qədim Şərqdə olması və onun
antik dövrünə təsiri haqqında bir çox inkaredilməz faktlar vardır.
Elə elmin müxtəlif sahələrini kordina edən xüsusi məktəblər,
cəmiyyətlər və s. hələ o zaman qədim Şərqdə olması haqqında
məlumatlar az deyildir. Lakin bu məfhumları ifadə edən Akademiya
sözü ilk növbədə Qədim Yunanıstanda yaranır. Fəlsəfi məktəb adı
ilə məşhur olan ilk Akademiya Qədim Yunanıstanda, Afinada
Platon tərəfindən təşkil olunmuşdur. Akademiya sözü özü də qədim
yunanların mifik qəhrəmanı Akademin adı ilə bağlıdır.
Sonralar bu ad altında müxtəlif fəlsəfi ali məktəblər, cəmiy-
yətlər, ayrı-ayrı elmlərin fəaliyyətini kordina edən idarələr və s. nə-
zərdə tutulur. Hal-hazırda müxtəlif ölkələrdə bir çox kənd təssər-
rüfatı, incəsənət, tibb, hərbi tibb, texniki elmlər və s. akademiyaları
mövcuddur.
Tarixə nəzər saldıqda görürük ki, ilk dəfə Akademiya
haqqında təsəvvürün Qədim Yunanıstanda yaranmasına baxmaya-
raq akademiyaların sonraki, inkişafı orta əsrlərdə Şərqdə olmuşdur.
Platonun özünün Yunanıstanda yaratdığı ilk Akademiya lazımi
səviyyədə olmadığından öz-özünə aradan getdi.
489-cu ildə Bizantiyada məşhur elmi, tibbi, fəlsəfi təfəkkürün
mərkəzi olan Edessa Akademiyası Zenon imperotorunun əmri ilə
bağlanır. Onun ardınca 529-cu ildə yenə Bizantiya imperatoru Afi-
nada olan Akademiyanı bağlayır. Bu akademiyalarda çalışan alimlər
Orta Şərqə üz tutub, orada yeni Akademiyaların yaranmasına
kömək edirlər. Bunlardan birincisi o zaman Sasanilər dövründə Ni-
sibin şəhərində yaradılmış böyük fəlsəfi məktəb idi. Bu məktəbdə
xüsusilə riyaziyyat, astronomiya, tibb və s. elmlərin inkişafı başla-
yır. Tarixi mənbələrə əsasən VI əsrin sonlarında bu Akademiyada
minə yaxın elmi işçi var idi. Bunların içərisinə Aristotel və Platonun
tələbələri də daxil idi.
Lakin Şərq alimlərinin özləri də bu böyük yunan alimlərinin
fikirlərini sadəcə qəbul etməyib, onları inkişaf etdirərək yeniləşdir-
mişlər. Hətta məlumdur ki, Qədim Yunanıstanın özündə də elm və
mədəniyyəti inkişaf etdirən alimlərin içərisində Şərq alimləri də az
63
deyildir. Məsələn, Afina Akademiyasının sonuncu rəhbəri Də-
məşqdən olan Damask adlı alim idi. Hərçənd ki, o, elmə İsgəndəriy-
yə və Afinada yiyələnmişdir, Aristotelin, Platonun və onların ardı-
cıllarının bir çoxunun fikirlərinin əleyhinə çıxırdı. Elə bunun
mütərəqqi fikirləri Afinada Akademiyaların bağlanmasına səbəb
olmuşdur. Oradan bir sıra alim I Xosrov Ənuşirəvanın (531-579
İranda hökmdarlıq etmiş, məşhur Sasani padşahı) yanına gəlib,
onun köməyi ilə o dövrün ən böyük Akademiyalarından biri olan
Cündişapur Akademiyasını yaradırlar (VI əsrin əvvəllərində). Bu
Xuzestan əyalətində indiki, Dizful şəhərinin yaxınlığında idi.
Həmin Akademiyanın bir sıra elmi əsərləri və tarixi abidələri bizə
gəlib çatmışdır. Bu Akademiya Antik, Yunan, Rim elmi və
mədəniyyətinin, xüsusilə tibb sahəsində Şərqdə davamı idi.
869-cu ildə bu Akademiyanın başçısı Sabur ibn Sabir (IX əsr)
demək olar ki, bütün dünyada məşhur olan ilk “Farmakopeya” kita-
bını yazır. Cündişahur Akademiyasının işçiləri tərəfindən 22 cild-
dən ibarət “Toksikologiya” əsəri yaradılır. Orada zəhərlərin geniş
xarakteristikası, zəhərlənmələrin diaqnostikası və müalicə metodları
göstərilmişdir. Bu Akademiyanın məşhur həkim-alimlərindən Cubra
əl-Sulfistani, əl-Duristabaz, Yuhanna və digərlərinin adı fəlsəfə və
tibb tarixində həmişəlik qalır.
Cündişapur Akademiyasının alimləri tibbi ara həkimlərdən
təmizləyərək, tibbin bir çox müasir sahələrinin yaranmasına yaxın-
dan kömək etmişlər. Bu Akademiyanın alimləri qədim Hind, Çin və
başqa ölkələrin elmi nailiyyətlərindən də bəhrələnmişlər. Bu ölkə-
lərin bir çox qədim kitabları burada tərcümə olunmuşdur. Tarixi
məlumatlara əsasən hələ o zaman Cündişapur Akademiyasının nəz-
dində tibb və başqa elmlərə aid konqreslər keçirilmiş, o dövrün tibb
də məşhur alimlərinin biri əl-Həris ilə Ənuşirəvanın arasında tibbə
aid olan mübahisələr haqqında kitab (VII əsr) bizə gəlib çatmışdır.
Bu Akademiyanın nəzdində olan tibbi fakültədə bir neçə xəstəxana
var idi. Bu klinikalar o dövr üçün lazım olan yüksək cihazlar ilə
təmin olunmuşdur. Məsələn, narkoz vermək üçün xüsusi cihazlar
var idi. Klinikaların nəzdində apteklər və aptek bağları mövcud idi.
64
Tibbdən əlavə burada fəlsəfə, riyaziyyat, kimya, astronomiya
və başqa elmlər də mövcud idi. Həmin Akademiya Suriya dilinə bir
sıra qədim yunan alimlərinin və filosoflarının əsərlərini tərcümə
etdirmişdir.
Sasanilər dövründə Cündişapur Akademiyası ilə bərabər
Hərran şəhərində olan Akademiyanı da göstərmək lazımdır. Hərran
Suriyada olan şəhərdir. Bu şəhər uzun müddət Yunan dilli alimlərin
pənah yeri və məşhur fəlsəfi mərkəzi sayılırdı. Elə buradan da Şərq
fəlsəfəsinin inkişafına böyük yardım edilmişdir. Bu Akademiyada
fəlsəfədən başqa tibb, məntiq və s. elmlərin inkişafına böyük
yardım göstərilmişdir.
VII əsrin 30-40-cı illərində ərəblərin Şərqdə tam qələbə çal-
ması nəticəsində Suriya sonralar Fələstin, Misir, İraq və başqa Orta
Şərq ölkələrində, xüsusən Abbasilər sülaləsinin başçılığı dövründə
VIII əsrdən başlayaraq Şərqdə yeni bir böyük Akademiya, Bağdad
Akademiyası formalaşır. Bağdad Akademiyası mahiyyət etibarı ilə
Cündişapur Akademiyasının davamı olaraq onun nailiyyətlərini
özündə cəmləşdirib, inkişaf etdirirdi. Bu Akademiyada tibb ilə
bərabər astronomiya, riyaziyyat, həndəsə və bir çox digər elmlər öy-
rənilirdi.
Qərbdə bu zaman kimya haqqında da heç bir məlumat olma-
dığı halda Bağdad Akademiyası bu haqda böyük nailiyyətlər gör-
müşdür. Burada çalışan alimlər (Cabir ibn Həyyan, Ər-Razi) həm
canlı və həm də cansız orqanizmdə olan maddələrin dəyişməsini
öyrənirdilər. Onların fikrincə kimya elmi üçün mümkün olmayan
heç bir şey yoxdur. Əl kimya adı ilə məşhur olan bu elmin Bağdad
Akademiyasında yeni metodları yaranır, olan metodlar təkmilləşir,
çoxlu elmi əsərlər yazılırdı. Distillyasiya ekstraksiya, filtrasiya,
buxarlandırma üçün yeni cihazlar hazırlanırdı. Bu böyük işlərin
hamısına əsas rəhbərlik edən dahi klinisist Zəkəriyya Ər-Razinin
rolu olduqca böyükdür. O, ilk növbədə spirti, şəkərli maddələrdən
qovmaq vasitəsi ilə alır. Onun başçılıq etdiyi məktəbdə müasir
tibbdə geniş istifadə olunan alkaloidlər, qlikozidlər alınır. Elə alka-
loid adı da ərəb sözü olub, alkali-yəni qələvi deməkdir. Bu məktəb-
Dostları ilə paylaş: |