İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   23   24   25   26   27   28   29   30   31

 

89 


(1483-1556)  böyük  bir  ehtirasla  öyrənir  və  onun  anatomik  fikirləri 

barədə kitab yazır. 

“Füzuli  təfəkküründə  anatomiya  izləri”  adı  ilə  buraxılan  bu 

əsər sözün tam mənasında  yüksək elmi səviyyədə  yazılmışdır. Axı 

Füzuli indiyə qədər böyük şair və filosof kimi tanınıb; onun anato-

miya ilə  bağlı mülahizələri haqda heç kəs  yazmamışdır. Doğrudur, 

o, hələ əvvəlki yazılarında da (1977-1988) Füzulinin anatomik fikir-

lərinə toxunmuşdur. Lakin bu kitabda məsələ daha ətraflı təsvir edi-

lir.  Müəllif  göstərir  ki,  Füzuli  dövründə  yəni  Renessans  dövrünə 

qədər anatomiyanın fəlsəfi mahiyyəti hələ öz mövqeyini itirməmiş-

dir. Sonra o,  əlavə  edir  ki,  müasir anatomiyanın  əsası  da məhz  hə-

min dövrdə-Füzuli dövründə Avropada (İtaliyanın Padua şəhərində) 

Vezali tərəfindən qoyulmuşdur. Lakin Bağdadda yaşayan Füzulinin 

bu  işlərdən  xəbəri  olmayıb.  Buna  görə  də  Füzuli  Qədim  Yunanıs-

tanda əsası qoyulan fəlsəfi anatomiyanın bəzi məsələlərinə toxunur. 

Belə ki, o vaxtlar (XVI əsr) Bağdad da qədim yunan filosofları çox-

dan  öyrənilirdi.  Füzuli  isə  həmin  filosofları-Herakliti,  Empedoklu, 

Demokriti,  Platonu,  Aristoteli  və  başqalarını  yaxşı  tanıyırdı.  Bu 

haqda  “Mətlə”ül-e”tiqad”  (“E”tiqata  giriş”)  əsərində  Füzuli  öz 

fikirlərini veribdir ki, bunlar da kitab da ətraflı təhlil edilir. 

Bu kitabı yazarkən müəllif Füzulinin başlıca olaraq aşağıdakı 

əsərlərinə əsaslanıb: “Mətlə”ül-e”tiqad”, “Səhhət və Mərəz”, “Yed-

di  cam”. Sonra o,  əlavə  edir: “Əlbəttə, Füzuli anatom olmayıb,  bu 

sahədə elmi axtarışlar aparmayıb və insan meyitlərini tədqiq etmək 

fikrinə də düşməyib”. Füzuli öz əsərlərində anatomiya izlərini qələ-

mə alanda bəlkə də  anatomiya haqqında heç düşünməyibdir.  Lakin 

biz bu əsərləri oxuyarkən onları yenə də başa düşmürdük. M. S. Ab-

dullayevin bu kitabını oxuduqdan sonra Füzulinin anatomiyaya dair 

fikirləri haqqında tam məlumat yaranır. 

Müəllif göstərir ki, Füzuli anatomiyanın yalnız Renessansdan 

əvvəlki  inkişaf  səviyyəsindən  danışır.  Bu  da  başlıca  olaraq  fəlsəfi 

xarakter daşıyır. Hər şeydən əvvəl  Füzuli qədim yunan filosofu və 

həkimi  Empedoklun  fikirlərinə  müraciət  edir.  Füzuli  göstərir  ki, 

canlı  varlıqları,  o  cümlədən  insan  orqanizmində  quruluş  əsasını 




 

90 


dörd ünsür (od, hava, su, torpaq) təşkil edir. Sonra müəllif “Yeddi 

cam”  əsərinə  toxunur  və  əlavə  edir:  “Füzuli  də  Empedokl  kimi 

özünün həmin fikirlərini poetik formada və aşağıdakı kimi verir: 

Gah tərpənişim yeldən olub

gülmüşəm hər vaxt

Bəzən də ki, atəşlər ilə 

eylədim ülfət. 

Bəzən ulu torpaqdan alıb, 

nəşvü-nümanı, 

Bəzən də sudan toplayaraq 

zövqü-səfanı, 

Sərkəştəliyin bayrağını 

ərşə ucaltdım, 

Şadlıqlar içində göyərib 

qol-budaq atdım”. 

Şerdə  “hava”  sözü  yel  kimi  qeyd  olunub.  M.  S.  Abdullayev 

daha  bir  incəliyi  açıqlayarkən  yazır:  “Füzuli  də  dörd  element 

haqqındakı  fikirlərində  atəşə  üstünlük  verir.  Sonra  müəllif  istər 

Empedoklun  və  istərsə  də  Füzulinin  belə  mövqeyinin  bizim  qədim 

tariximizlə, yəni “Avesta”ilə bağlı olduğunu geniş izah edir. O, qeyd 

edir  ki,  Füzuli  də  Empedoklda  olduğu  kimi  həmin  ünsürlərin  bir-

birilə  birləşməsini  “məhəbbətlə”  (“Avesta”  dili  ilə  desək,  “xeyirlə”) 

və  onların  ayrılmasını  “ədavətlə”,  ya  “şərlə”  izah  etməyə  çalışır. 

Orqanizmin canlılığının ruhdan asılı olduğunu Füzuli də qəbul edir. 

Bu məsələni M. S. Abdullayev ətraflı təhlil edir və Füzuli təfəkkürü 

ilə istər Aristotel və istərsə də Platonun mövqeləri arasında qarşılıqlı 

rabitəni izləyir. Sonra müəllif “Mətlə”ül-e”tiqad”  əsərində  Füzulinin 

aşağıdakı fikrini verir: “Bitki mineraldan inkişafı ilə, heyvan bitkidən 

hərəkəti ilə, insan heyvandan əqli və ixtiyarı ilə ... üstündür”. 

Müəllifə görə Füzuli qədim yunan fəlsəfəsinə dərindən bələd 

olduğu  üçün  anatomiyanın  təkamül  prinsipləri  haqda  belə  düzgün 

mövqe seçə bilmişdir. 

Kitabda göstərilir ki,  Füzuli insan orqanizminin vacib orqan-

ları-beyin,  ürək,  ağciyər,  qaraciyər,  dalaq  və  s.  orqanlar  haqqında 




 

91 


“Səhhət  və  Mərəz”  əsərində  alleqorik  tərzdə  ətraflı  mülahizələr 

verir.  Bu  əsərdə  habelə  bədənin  ayrı-ayrı  hissələri-qarın,  böyrək, 

baldır  və  ümumiyyətlə,  ətraflar  haqqında  da  danışılır.  Beş  duyğu 

orqanlarının  adlarını  çəkir  və  onlara  öz  münasibətlərini  bildirir. 

Xarici  və  daxili  duyğulardan  söz  açır.  M.  S.  Abdullayev  bütün  bu 

məsələləri müasir anatomiya baxımından məharətlə izah edir. 

“Səhhət və Mərəz” əsərində anatomiya izləri daha qabarıqdır. 

Müəllif  göstərir  ki,  bu  əsərdə  anatomiya  haqqındakı  mülahizələr, 

daha  doğrusu  insan  orqanizmi  və  onun  ayrı-ayrı  orqanları  başlıca 

olaraq  ruh  ilə  əlaqəli  şəkildə  verilir.  Füzuli  “Səhhət  və  Mərəz” 

əsərində orqanizmin adını heç vaxt çəkmir, onu insan adlandırır. 

M.  S.  Abdullayev  bu  kitabda  da  Füzulinin  ürək  haqqındakı 

mülahizələrinə toxunur və ona xüsusi yer verir. O göstərir ki, Füzuli 

ürəyə çox vacib və lazımi orqan kimi baxır. Ürəkdə iki növ fəaliy-

yət  izləyir,  bir  tərəfdə  ümid,  fərəh,  məhəbbət  və  digər  tərəfdə 

ədavət, qorxu və qəm. Əsas cəhət ondadır ki, Füzuli insanı sağlam 

görmək  istəyir,  o,  çalışır  ki,  insanın  orqanları  norma  çərçivəsində 

işləsin,  yəni  fərəh,  məhəbbət,  kinə  və  ədavətə  üstün  gəlsin.  Bütün 

bu deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, Füzuli tibb elmini, 

daha  dəqiq  desək  anatomiyanı  bilib  və  bu  haqda  müvafiq  əsərlə-

rində məlumatlar verib. 

Beləliklə, M. S. Abdullayevin”Füzuli təfəkküründə anatomiya 

izləri”  əsəri  tibb  elminə  hədiyyə  olmaqla  yanaşı,  füzulişünaslığa 

təqdim olunmuş qiymətli tədqiqatdır. 

2000-ci  ildə  M.  S.Abdullayevin  daha  bir  sanballı  monoqra-

fiyası “Qalenizm və Renessans anatomiyasının iztirabları” əsəri işıq 

üzü gördü. 

Tibb  tarixində  bu  mühüm  problem  haqqında  ilk  dəfə  M.  S. 

Abdullayev  tədqiqat  apardı  və  tutarlı  monoqrafiya  qələmə  aldı. 

Əsərdə yalnız tibb elminin ümumiyyətlə anatomiyanın deyil, onunla 

bilavasitə  bağlı  olan  incəsənətin  də  renessans  dövrünə  keçdiyi 

çətinliklərdən bəhs edir. Yüksək elmi mövqedə və fəlsəfi baxımdan 

düzgün  təhlil  edilən  bu  kitab  giriş  və  üç  fəsildən  (Qalen  və  qa-



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə