21; Никольский 1896. 82). Nəzərə alsaq ki, Arme-
nakın totem adı Alagözdür, deməli Çolak Alagöz nəs-
lindən çıxmışdır. Alagöz dağının ətəyindəki Çolakert
yaşayış məskəni XIX əsrə qədər qalır, yerli əhali hə-
min kəndi Çolax adlandırdı (Никольский 1896. 73).
Çolak nəslinin son nümayəndələri özlərini Ço-
laxlı və Axsaxlı adlandırır, ayrımlar arasında yaşa-
yırdı. Yesayi Həsən Cəlallının yazdığına görə, onların
yaylağı hardasa Gəncə yaxınlığında olmuşdur (Хасан
Джалалян 1989. 46). Çolaxlı nəslinin başqa bir qolu
XVI əsrdə Anadoluda köçəri yürüklər arasında qeydə
alınmışdı (Еремеев 1969. 11).
Çolax nəslinin xristian qolu XI əsrdə səlcuqların
təzyiqilə Krıma köçmüşdür. Belə hesab edirik ki,
Sudak şəhərinin monaxının 1249-cu ildə yazdığı sal-
namədə adı çəkilən türk əsilli xristian din xadimi
Çolak (Посольство… Имеретию 1926. 220) onların
son nümayəndələrindən biridir.
Gürcülərin knyaz nəsillərindən biri
Tumanişvili
(Чубинашвили 1948. 117), sonralar isə
Tumanov
(Хаханов 2020. 11) adlanırdı. Tumanişvili gürcü fa-
miliyası türk dillərindəki Duman sözündən törəmişdir.
XIX əsrdə özbəklərin bir tayfası Tuman adlanır-
dı (Budaqov, Qeybullayev 2002. 179). Fəzlullah Rəşi-
dəddinə və Əbülqazi Bahadur xana görə, türkmən
tayfa başçılarından biri
Tuman xan olmuşdur (Раши-
даддин 1987. 111. 71). Eyni zamanda, Misirin çərkəz
əsilli sultanı Tuman bay adı daşıyırdı. O, Sultan
Səlimin çağdaşı idi (Faruk Sümər 1992. 348).
Dədəmiz Qorqudun kitabında Duman tayfasının
Gürcüstandakı iqamətgahı
Tumanın qalası adlandırılır
(KDQ 1988. 118). Sonralar gürcülər həmin şəhərin
adını Dmanisi şəklinə salıblar.
Tuman tayfasının əsas hissəsi Ərəb xilafəti
dövründə şimal-şərqi Qafqazda yaşayırdı. Əhməd ibn-
Asam əl-Kufi (X əsr) yazır: – Mərvan İbn-Məhəmməd
Gürcülər
Duman
qalasının adını
Dmanisi şəklinə
salıblar.