İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə54/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   50   51   52   53   54   55   56   57   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Bəlkə,  siz  sabah  varlı  və  xoşbəxt  bir  qadın  oldunuz,  bəlkə, 

göylər sizə böyük sərvət bağışladı, siz hələ yoxsulluqda bəyəndiyiniz 

bir gənci yenə əvvəlki kimi sevə bilərdinizmi? 

O, sevimli bir əda ilə başını aşağı saldı. 

-

 



Çox yoxsul bir gənci? 

Viktorina yenə başını aşağı saldı. 

Madam Voke bağırdı: 

-

 



Orada nə boş-boş danışırsınız? 

Ejen dedi: 

-

 

Bizi rahat qoyun, bizim öz işimiz var. 



Yemək otağının qapısında görünən Votren: 

-

 



Əgər  məsələ  bu  yerdə  isə,  kavaler  Ejen  de  Rastinyakla  mad-

mazel Tayferi adaxlandırmaq lazım gəlməzmi? - dedi. 

Madam Kutürlə madam Voke bir səslə çığırdılar: 

-

 



Ah, siz məni lap qorxutdunuz! 

Votrenin səsi heç zaman duymadığı dəhşətli bir həyəcana səbəb 

olsa da, Rastinyak gülə-gülə cavab verdi: 

-

 



Zənnimcə, mən ondan yaxşısını tapa bilməyəcəyəm. 

Madam Kutür onlara xitabən: 

-

 

Münasibətsiz zarafatların yeri deyil! - dedi. - Viktorina, gedək 



otağımıza. 

Voke  öz  otağında  şam  və  odun  yandırmamaq  üçün  axşamını 

keçirmək  məqsədi  ilə  qadınlarla  bərabər  yuxarı  qalxdı.  Ejen  Vot- 

renlə tək qaldı. 

Votren sarsılmaz soyuqqanlılıqla: 

-

 



Sizin bu nəticəyə gələcəyinizi bilirdim, - dedi. - Lakin sözümə 

qulaq asın. Mənim də başqaları kimi qanacağım var. Siz bu saat heç 

bir  qərara  gəlməməlisiniz,  siz  pərişan  görünürsünüz.  Sizin  borca 

düşdüyünüzü  bilirəm.  Mən  arzu  edərdim  ki,  sizi  mənim  dərgahıma 

gətirən nə ehtiras, nə də ümidsizlik deyil, ağıl olsun. Bəlkə, sizin bir 

neçə minə ehtiyacınız var? İstəsəniz, buyurub ala bilərsiniz. 

İblis pul kisəsini cibindən çıxartdı, bir neçə minfranklıq götürüb 

Rastinyakın  gözləri  qabağında  oynatmağa  başladı.  Ejenin  vəziyyəti 

dəhşətli  idi.  O,  markiz  d’Ajudaya  və  qraf  de  Traya  beş  yüz  frank 

uduzmuşdu.  Cibi  boş  olduğundan  qrafinya  de  Restonun  müsa- 

mirəsinə  getməyə  cürət  etmirdi.  Halbuki  gələcəyini  vəd  etmişdi. 

Qrafinya sadə bir müsamirə düzəltmişdi, yəni orada çaydan və 

162 

downloaded from KitabYurdu.org




peçenyedən başqa bir şey olmasa da, vist oyununda altıca min frank 

uduzmaq mümkün şeydi. 

Ejen  bədənindəki  titrəməni  büruzə  verməməyə  çalışaraq  Vot- 

renə dedi: 

-

 

Cənab  Votren,  siz  anlamalısınız  ki,  mənə  etdiyiniz  təklifdən 



sonra sizdən heç bir iltifat qəbul edə bilmərəm. 

İblis dedi: 

-

 

Çox gözəl! Siz mənə başqa bir cavab versəydiniz, məni məyus 



edərdiniz. Siz cavansınız, qanacaqlısınız, şir kimi məğrursunuz, gənc 

qız kimi zərifsiniz. Şeytan üçün siz ən ləziz xörəksiniz. Mən cavan- 

lann bu cəhətini çox sevirəm. Yüksək siyasət aləmindən bir-iki fikir 

daha  söyləsəm,  dünyanın  həqiqi  mənzərəsini  görmüş  olarsınız.  Bu 

dünyada  bəzi  kiçik  qəhrəmanlıq  səhnələrini  oynamaq  lazım  gəlir,  o 

zaman  yüksəklərdə  qanad  çalanlar  parterdə  əyləşən  axmaqlann 

gurultulu  alqışları  altında  bütün  şıltaqlıqlarını  təmin  edə  bilərlər. 

Daha  bir  neçə  gün  keçər,  siz  bizə  yoldaş  olarsınız.  Ah,  əgər  siz 

mənim  şagirdim  olmaq  istəsəydiniz,  hər  şey  əldə  edə  bilərdiniz, 

ürəyinizdən  hansı  arzu  keçərdisə,  ona  dərhal  artıqlaması  ilə  əməl 

olunardı:  şərəf  istəsəniz,  şərəf,  pul  istəsəniz,  pul,  qadın  istəsəniz, 

qadın.  Bütün  mədəniyyət  meyvələrindən  biz  sizə  cənnət  suyu 

hazırlardıq. Siz bizim nazlı balamız, bizim üçün Veniamin

1

 olardınız, 



sizin  arzunuzu  yerinə  yetirmək  üçün  biz  məmnuniyyətlə  özümüzü 

parçalamağa  belə  razı  olardıq.  Yolunuzdakı  bütün  maneələri  yox 

edər,  hər  şeyi  göylərə  püskürdərdik.  Əgər  siz  məndən  pul  aldıqda 

vicdan  əzabı  çəkirsinizsə,  demək,  siz  məni  cinayətkar  sayırsınız? 

Qörürsünüzmü,  sizin  kimi  özünü  namuslu  sayan  cənab  de  Türen* 

quldurlarla  xırda-xırda  sazişlərə  girir  və  bundan  ləkələnə  biləcəyini 

qətiyyən nəzərə almır. Siz mənə borclu qalmaq istəmirsiniz, eləmi? - 

Votren irişdi və  yenə sözünə davam edərək:  - Nə eybi  var,  - dedi.  - 

Bu  kağız  parçasını  götürün  (Votren  Rastinyaka  gerbli  bir  kağız 

uzatdı).  Bu  kağızın  kənarında  yaza  bilərsiniz  ki:  “Cİç  min  beş  yüz 

frank alınmış və bir  ildən sonra qaytarılmalıdır". Tarixini də qoyun! 

Faizi kifayət qədər çox olduğundan vicdan əzabı çəkməyə bilərsiniz; 

sizin  məni  sələmçi  adlandırmağa  haqqınız  var,  mənə  qətiyyən 

minnətdar  olmaya  bilərsiniz.  Bu  gündən  etibarən  mənə  nifrət  belə 

etməyə  icazə  verirəm,  mən  əminəm  ki,  sonralar  siz  məni 

sevəcəksiniz. Siz mənim qəlbimdə 



1

 

Veniamin

 - Bibliyada patriarx İakovun ərköyün kiçik oğlu 

163 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

dərin uçurumlar, bir yerə cəmləşmiş böyük hisslər görə bilərsiniz ki, 



axmaqlar  bunu  qəbahət  adlandırır,  lakin  siz  heç  vaxt  məndə  naşü-

kürlük və xəyanət görməzsiniz. Xülasə, əziz balam, mən nə fil, nə də 

piyadayam, mən şahmatdakı topam. 

Ejen əsəbi halda dedi: 

-

 

Siz kimsiniz, necə adamsınız? Siz mənim qəlbimi parçalamaq 



üçün yaranmışsınız! 

-

 



Qətiyyən. Mən ancaq xeyirxah adamam, sizi çirkabdan ömrü-

nüzün  sonuna  qədər  xilas  etmək  üçün  sizin  əvəzinizdə  çirkaba  gir-

məyə  hazır  olan  bir  adam.  Siz,  yəqin,  fikirləşirsiniz  ki,  mənim  bu 

sədaqətimə  səbəb  nə  ola  bilər?  Eybi  yoxdur,  bir  zaman  gələr,  mən 

bunun  cavabını  verərəm,  ancaq  yavaşca,  qulağınıza  söylərəm.  Mən 

əvvəlcə  ictimai  quruluş  mexanizmini  və  bu  maşının  mühərrikini 

göstərib,  sizi  qorxuya  saldım.  Lakin  döyüş  meydanında  siz  başa 

düşəcəksiniz  ki,  insanlar  öz  başlarına  kral  tacı  qoyanların  səadəti 

uğrunda  ölməyə  məhkum  olan  əsgərlərdən  başqa  bir  şey  deyillər. 

Zəmanə çox dəyişmişdir. Bir zamanlar bir qoçağa deyə bilərdilər ki, 

“al bu yüz qızılı, filankəsi öldür!” - Heç bir səbəb olmadan, günahsız 

bir adamı cəhənnəmə vasil edib, rahatca şam edərdilər. İndi isə mən 

sizə yalnız başınızla işarə etmək üçün böyük sərvət təklif edirəm, bu 

işarə sizi heç də alçaltmaz, siz isə hələ tərəddüd də edirsiniz. Əprimiş 

əsrdir! 

Ejen vekselə imza atdı və pulları götürdü. 

Votren sözünə davam edərək: 

-

 



Afərin! - dedi. - İndi ciddi danışa bilərik. Mən bir neçə aydan 

sonra  Amerikaya,  tütün  əkməyə  gedirəm.  Dostluq  naminə  sizə  siqar 

göndərəcəyəm. Varlansam, sizə kömək edərəm. Əgər uşağım olmazsa 

(bu  çox  mümkündür,  mən  kök  salmaq  fikrində  deyiləm),  bütün 

sərvətimi sizə vəsiyyət edəcəyəm. Məgər bu, dostluq deyildirmi? Mən 

sizi  sevirəm.  Mən  özümü  bir  başqasının  yolunda  qurban  verməyə 

hazıram.  Bu,  mənim  adətimdir.  Məsələ  burasındadır  ki,  əziz  balam, 

mən başqa insanların yaşadığı fəzalardan daha yüksəklərdə dolaşıram. 

Mənim  üçün  hərəkət  bir  vasitədir,  mənim  gözlərimin  qarşısındakı, 

ancaq  hədəfimdir.  İnsan  mənim  üçün  nədir?  Bax  bu!  -  Votren  baş 

barmağının  dırnağını  dişlərinə  şıqqıldatdı.  -  İnsan  ya  hər  şeydir,  ya 

heç. Əgər onun adı Puare isə o, heçdən də balacadır, yastıdır, iy verir, 

taxtabiti kimi əzərsən, qanı da 

164 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə