İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


olardı.  Ona  görə  də  bir  neçə  məsələyə  ümumi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

 
133 
olardı.  Ona  görə  də  bir  neçə  məsələyə  ümumi 
surətdə işarə edirik. 
 
BƏDƏNİN TƏBİİ EHTİYACLARINA 
CAVAB 
Allah-taala  alim  və  hikmətli  olduğu  üçün  insan 
bədəninə nə vaxt su içməyi, qidalanmağı, yatmağı və sair 
işləri  öyrədibdir.  Hətta  xəstələnərsə  özünü  mualicə 
etməyi  də  öyrədib.  (Əksər  dərmanlar  yalnız  müalicənin 
sürətini  artırır  bədən  üçün  köməkçi  rolunu  oynayır. 
Həqiqətdə  bədəni  müalicə  edən  dərman  deyil,  bədənin 
özüdür).  Ona  görə  də  bədənin,  şəriətin  icazə  verdiyi 
istəklərinə  mötədillik  həddində  cavab  vermək  lazımdır. 
Belə  olmazsa  xəstəliyə  səbəb  olar.  İmam  Rzanın  (ə) 
buyurduğu  hədisin  əhəmiyyəti  elə  burada  məlum  olur. 
Buyurur:  "Acarkən  ye,  susuzlayərkən  su  iç,  sidik  güc 
gətirərsə  özünü  rahat  et,  ehtiyacın  olmasa  cinsi  əlaqədə 
olma və yuxun gələn zaman yat. Bu işlər sənin bədəninə 
sağlamlıq gətirər."
1
 
Hədisdən  bu  mövzunu  da  başa  düşmək  olur  ki, 
acmamış, susuzlamamış yeyib-içmək olmaz. Hər kəs tox 
olarkən  yeyərsə,  özü  xəstəliyi  yaradır.  Həmçinin 
hədisdən  anlaşılır  ki,  çox  cinsi  əlaqədə  olmaz  zərərlidir. 
                                                 
1
 “Tebbe həkim” 


 
134 
Bu barədə "uzunömürlülük" bölümünün "az cinsi  əlaqə" 
hissəsində qısa izah verilmişdir.  
 
 
 
HİCAMƏT (Bədəndən qan alma) 
İmam  Sadiq  (ə)  buyurub:  "Hicamət  olunan  yerdən 
bədənin zəhərindən başqa bir şey xaric olmur" Həzrət Əli 
(ə)  buyurub:  "Uşağın  bədənini  hicamət  etmək  ağacı 
budamaq  kimidir.  Hicamət  ölümdən  başqa  bütün 
dərdlərin  dərmanıdır".  Əziz  Peyğəmbər  buyurub: 
"Cəbrayıl  (ə)  mənə  hicamət  etməyi  elə  tapşırdı  ki,  onun 
vacib olduğunu sandım". 
Hicamətin cismi faydaları. 
1-  Hicamət  uşaqlarda  və  yeniyetmələrdə  boyun, 
çəkinin və inkişafın sürətini artırar. 
2-  Hicamət  körpələrin,  uşaqların  və  yeniyetmələrin 
iştahının artmasına səbəb olur.  
3-  Hicamət  uşaq  və  yeniyetmələrdə  91  dərdin  o 
cümlədən:  Xənazir  (su  çiçəyi),  migren,  xroniki  öskürək, 
ardıcıl  soyuqdəymə,  astma,  alergiya,  körpələrdə  sarılıq 
(fizioloji  sarılıq),  gecə  yerini  islatmaq,  zəif  görmə  və  s. 
kimi xəstəliklərin müalicəsində müsbət təsirə malikdir.  
4-  Görmə  qabiliyyəti  yaxşı  olmayan  bəzi  uşaqlar 
hicamət  etdikdən  sonra  gözlərinin  zəifliyi  düzəlir  və 
daha eynəyə ehtiyacları olmur.  


 
135 
5-  Hicamət,  uşaq  və  yeniyetmələrin  üz  və  dərilərinin 
şəffaflıq  və  gözəlliyinə  səbəb  olur.  Habelə  saçların 
böyüyüb təravətlənməsində də təsirlidir. 
6-  Uşaq  və  yeniyetmələrin  əksər  dəri  xəstəlikləri 
hicamət etməklə düzəlib.  
7-  Hicamət  uşaq  və  yeniyetmələrin  yaddaşını, 
qavrama qüvvəsini şiddətli dərəcədə gücləndirir.  
8-  Hicamət  uşaq  və  yeniyetmələrin  qan  dövranını 
yaxşılaşdırır və qanazlığının dərmanıdır. 
9-  Hicamət  yeniyetmə  qızlarda  menstruasiyanın 
nizamlanmasında eləcə də aylıq adətlərindəki narahatlıq 
və ağrının azalmasında çoxlu təsiri malikdir.  
10-  Hicamət  uşaq  və  yeniyetmələrdə  bədənin 
müqavimətinin 
artmasına, 
əzələlərin 
daha 
çox 
genişlənməsinə,  idman  və  hərəkət  zamanı  onların  cismi 
təsirinin artması və bədən fəaliyyətinə səbəb olur. 
11-  Demək  olar  ki,  hicamət  bütün  cismi  və  ruhi 
xəstəliklərin dərmanıdır, ya da nisbi surətdə müalicə edir 
və  ya  heç  olmasa  başqa  dərmanların  müalicəvi  təsirini 
gücləndirir. 
12-  Cavad  Fazil  "İslamda  tibb  və  gigiyena"  kitabında 
belə  yazır:  "Hicamət  vasitəsilə  müalicə  olan  ən  mühüm 
xəstəliklər:  diş  ağrısı,  diş  ətlərinin  korlanması,  ürək 
sıxılması, böyrəyin fəaliyyətində pozuntu, sidik kisəsinin 
xroniki  narahatlıqları,  uşaqlığın  narahatlıqları,  aybaşı 
pozuntuları, dəri səpkiləri, çibanlar və s.- dən ibarətdir.
1
 
                                                 
1
 "İslamda tibb və gigiyeniya", səh.152. 


 
136 
Hicamət tədqiqat müəssisələrinin apardıqları 
axtarışların nəticəsi  
Son  17  il  ərzində  İran  hicamət  tədqiqatları  müəssisəsi 
şöbəsində aparılan tədqiqatlar və hicamət olunan 500 yüz 
min  nəfərdən  götürülmüş  statistika  hicamətin  təxminən 
200  xəstəlik  üzərində  tam  yaxud  nicbi  təsirini  sübuta 
yetirmişdir.  Hicamətin  aradan  qaldırdığı  xəstəliklərin 
bəziləri aşağıdakılardan ibarətdir: 
1- Güclü baş ağrıları və migren; 
2- Siqaret və narkomaniyaya aludəlik
3- Görmə qabiliyyətinin zəifliyi
4- Qan təzyiqi və qanın laxtalanması;  
5- Qanda yağlanma, şəkər və cövhər; 
6- Üzdə səpkilər və ləkələr; 
7- Dəri və bədəndə qaşınma xəstəlikləri
8-  İnfarkt  və  apopleksiya  (beynə  qan  sızması 
nəticəsində iflic); 
9- Saçın tökülməsi və baş kəpəyi; 
10-  Bədənin  təhlükəsizlik  qüdrətinin  zəifliyi  (immun 
sisteminin zəifləməsi); 
11- Revmatizm; 
12- Əl və ayağın keyiməsi; 
13- Uşaqların qısaboy olması; 
14-Astma, 
öskürək, 
təngnəfəslik, 
allergiya 
və 
həssaslıqlar; 
15- Xroniki soyuqdəymə və qrip; 
16- Sonsuzluq və zöhrəvi xəstəliklər
17- Uşaqlarda huş və yaddaşın zəifliyi; 
18- Qadınlarda menstruasiya pozuntuları;  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə