KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

FƏXRİ VALEHOĞLU
zənin  Güney  Qafqazdakı  sonuncu  böyük  dayaq  nöqtəsi  olan 
İrəvan  qalasının  işğalı  və  rus  hökmranlığını  Araz  çayına  qədər 
uzatmaq  idi.  Rusiya  hələ  çar  I  Aleksandrın  hökmranlığı  vaxtın­
dan  Kür-Araz xəttini İranla sərhəd zolağına çevirməyə çalışırdı.
Yürüşdən  qabaq  ruslar  müharibənin  başlanğıcında  baş  ver­
miş  üsyandan  ibrət  dərsi  götürərək  müəyyən  ehtiyat  tədbirləri 
görmüşdülər.  Qafqaz canişininin Borçalı baş pristavma  1827-ci il 
22  mart  göstərişiylə  Borçalı  ağabəyləri  müharibəylə  ilgili  Tif­
lisə  öz  uşaqlarından  amanatlar  (əmanətlər)  göndərmişdilər.1 
«Tiflisskiye-  vedomosti»  qəzeti  1828-ci  ildə  yazırdı:  «Hərbi 
qubernator,  general-adyutant  N.  M.  Sipyagin  Tiflisdə  amanatlar 
üçün m əktəb təsis etdi,  indi burada islam qanunlarını, hesabı,  rus 
və tatar dillərini öyrənən 32 müsəlman şagird təhsil alır».1
 2
Aprel  ayında rus qoşunlarının general  N.  Benkendorftm rəh­
bərliyi  altındakı  avanqard  (öncül)  dəstələri  Pəmbəkdən  İrəvan 
xanlığının  ərazisinə  girdi.  8  iyunda  Paskeviçin  əsas  qüvvələri 
Cəlaloğlu  -   Hamamlı  -   Əştərək  yolu  ilə  Eçmiyədzinə  (Üç- 
kilsəyə) ulaşdı.
Rus  ordusuna  irəliləm ədə  əsas  maneəni  şahın  qoşunları 
deyil,  köçəri  türk  tayfaları  yaradırdı.  M ənbələr  təsdiqləyir  ki, 
İrəvan yürüşü zamanı  və  ümumiyyətlə  bütün  müharibə  boyunca 
ruslara  ən  çox  ziyan  yetirən  tayfa  q a ra p a p a q la r  idi.  Tarixçi, 
general  V.  Potto  yazırdı:  «Rus  ordusunun gəlişinə  qədər İrəvan 
vilayətində  20-yə  yaxın  tatar  tayfası  həyat  sürürdü.  Bütün  bu 
tayfalardan  ciddi  əhəm iyyət  kəsb  edən yeni  düşmən  təşkil  olu­
nurdu.  Xüsusilə  qarapapaqlar  nəzərə  alınmaması  qeyri-müm­
kün  olan  düşmənlər  idilər...  Onlar  içərisində  qeyri-adi  igidlər 
vardı.  Onların qanadları altına özləri kimi qoçaqlar yığını axışıb 
gəlirdi və onlar çox təhlükəli ola bilirdilər.  Rus qoşunlarının on­
lara yaxın  vilayətlərə daxil olması  onlar üçün  olduqca xoşagəl-
1 Ş. Məmmədli, göstərilən əsəri, s. 66.
«Тифлисские ведомости»,  1828,19 sentyabr (№  12).
102
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXt
məz  idi».1  Potto  daha  sonra  yazdıqlanna  qarapapaqlann  bu  mü­
haribədə N a ğ ı   x a n   və İ s m a y ı l   a ğ a n ı n   başçılığında müstə­
qil hərəkət etməyə hazırlaşdıqlarını əlavə edirdi.
14  mayda  rus  polkovniki  Qurko  Arazın  sağ  sahilində  çox­
saylı  alaçıqlar  görür.  Cəsusluq  edən  ermənilər  xəbər  gətirirlər 
ki,  bu  alaçıqları  Q arapapaq  Nağı  xa n  qurub.2  Başkomandan 
general  İ.  Paskeviçin  bununla  bağlı  qraf Nesselroda  göndərdiyi 
rəsmi məktubundan  bəzi  sətirləri  nəzərinizə  çatdinnq:  «İrəvan 
v ilay ətin d ən   100  qarapapaq  ailəsi  T ü rk iy əy ə   keçdi.  Başqa 
qarapapaqlar  (800  a ilə )  öz  d ü şərg ələrin i  A razın  o  tayında 
salıblar  və  N a ğ ı  x a n   ilə  İ s m a y ı l   a ğ a n ı n   rəh b ərliy i  al­
tında  onların  ə n   yaxşı  m iniciləri  H əsən   x an a  x idm ət  edir. 
R əisləri  İ s g ə n d ə r   x an   9  mayda  b izim lə  vuruşda  ö ld ü rü l­
müş  Çoban  K ə rə lilə r (20  ailə)  də  o n la rla d ır...
Q arapapaq  xalqı  arasında  ə tra f  v ila y ə tlə rin   ham ısında 
uğurlu qaçaq çılıq la şöhrətlənm iş  çox  c əsu r  in san lar v ar» .3
Qarapapaqlann  anti-rus  fəaliyyəti  Paskeviç  ordusu  tərkibin­
də  İrəvan  yürüşünə  qatılan  məşhur  rus  diplomatı  və  yazıçısı 
Aleksandr Sergeyeviç  Qriboyedovun  (1795-1829) yol  qeydlərin­
də  də  nəzərə  çarpır.  19-20  may  qeydi:  « Q a ra p a p a q la r  türk 
sərh əd in ə  köçüblər,  bizim   nüm ay ən d ələri  ə lə   keçirib  öld ü ­
rürlər.  O nları  oradan  necə  sıxışdırm aq  o lar?» .4
Q raf  Paskeviç  şadlılar  tayfasının  rəhbəri,  XX  əsrin  ikinci 
onilliyində  Vedibasar  mahalında  erməni-daşnak  işğalçılarına 
qarşı  mübarizə  aparmış  xalq  qəhrəmanı  A bbasqulu  bəy  Şad- 
linskinin  ulu  babası A slan  Sultan  Binnətalı  Sultan  oğlu  ilə  gö­
rüşmək  təşəbbüsündə  bulunur.  «O  (Paskeviç  -   F.  V.)  Vediba- 
sarda məskunlaşan olduqca döyüşkən,  əy ilm əz q a ra p a p a q la r
1 В.  Потто.  Кавказская  война в отдельных очерках,  эпизодах,  легендах и 
биографиях,  том  III,  Персидская  война  1826-1828 г.,  вып.  2,  СПб,  1887, 
с.334-335.
2 Yenə orada, s.  315.
3 АКАК, VIII с., II h., s.  548
4 Полное собрание сочинений А.С.Грибоедова, т.1, СПб,  1889, c.l 11.
103


FƏXRİ VALEHOĞLU
tayfası  arasında  Aslan  Sultanın  böyük  nüfuz  sahibi  olduğunu 
bilir,  onun  vasitəsilə  qarapapaqları  yola  gətirm ək  istəyirdi».1 
Aslan  Sultan  200  şadlı  və  10  qarapapaq  ağsaqqalı  ilə  Eçmiyəd- 
zində  Paskeviçlə  görüşüb  rusların  təbəəliyini  qəbul  edir.  Paske- 
viçin yazdığına görə bu qarapapaqların  üzlərindən ruslara itaət­
dən çox etibarsızlıq açıq oxunurdu.
Aslan  Sultanın  rus  himayədarlığını  qəbul  etməsi  müəyyən 
nəticələr verməyə başladı.  V.  Potto:  «Şadlılardan  60 nəfər silah­
larını  atıb  Sərdarabaddan  qaçdı,  N ağı  x an ın   ən  yaxşı  atlıların­
dan olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı. Ancaq bu 
hələ  ki,  ayrıca  istisnalar  idi.  Tatar  tayfalarını  daha  təhlükəsiz 
etmək  üçün  müvafiq  tədbirlər  heyata  keçirmək  lazım  gəlirdi. 
Belə  tədbirlərdən  daha  məqsədəuyğunu  onlarla  dinc  münasibə­
tin yaradılması idi.  Rus tərəfinə keçmiş tatarların  sayı  az olsa da, 
ümid  etmək  olardı  ki,  başqaları  da  onların  yolunu  seçəcəklər».1
 2 
Paskeviç  şadlılardan  bir neçəsini  qarapapaqlarla  əlaqə  yaratmaq 
və  onlardan  mal-qara  almaq  üçün  dağlara  göndərir.  Əlbəttə  ki, 
başkomandanm  əsas  məqsədi  qarapapaqlarla  ticarət  əlaqəsinin 
yaradılması  deyildi.  O  qraf  Nesselroda  ünvanladığı  m əktubda 
açıqlayırdı  ki,  əsas  məqsəd  30 verst aralıdakı  daşınmaların G öy­
çə  səmtindən  «Həsən  xan  tərəfdə  döyüşən  soydaşları  kimi  qa- 
çaqçılıqla  nəfəs  alan  oradakı  qarapapaq  atlılan  tərəfdən  narahat 
edilməməsindən ibarət idi».3 V.  Potto Göyçə qarapapaqları  haq­
qında  yazırdı:  «iranlıların  özləri  də  onlan  köçməyə  təhrik  etmirdi. 
Çünki bilirdilər ki, dağlarda qalmaqla da qarapapaqlar onlar üçün lazımi 
işlər  görəcəklər.  Əla  at  sürənlər,  ancaq  tənbəl  əkinçilər  kimi  onlar 
ruslann ərzaqla təmininə heç bir kömək edə bilməzdilər, əksinə ruslann 
əksinə  çevrilməklə  hər  bir  keçiddə,  hər  bir  tərəfdən  rus  dəstələrinə 
ziyan vura bilərdilər».4
1 Ə.  Ələkbərli. Abbasqulu bəy Şadlinski, Bakı,  1996, s.  32.
2 V.  Potto, göstərilən əsəri, s. 336.
3 AKAK, VIII c„ II h., s.548.
4 Potto, göstərilən əsəri, s.  337.
104
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
General  Paskeviçin  gördüyü  tədbirlər öz müsbət nəticələrini 
verirdi.  Belə ki, A.  S.  Qriboyedovun xatirələrindən və  Pottonun 
bu müharibə  barədə yazdıqlarından aydın olur ki,  Həsən xanın 9 
iyunda Nağı xanın rəhbərliyindəki qarapapaqlarla rus daşınmala­
rına hücum etmək,  «od və  qılıncla Gümrüdən  Cəlaloğlu və  Baş- 
keçid  vasitəsilə  Zalqaya  keçmək  niyyətini»  Paskeviçin  Eçmiəd- 
zinə  gəlişi  və  dərhal  ətraflardakı  türk  tayfaları  ilə  apardıqları 
danışıqlar pozmuşdur.
Ruslar  iyunun  ortasında  İrəvan  qalasını  mühasirəyə  alıb 
hücum  etsələr  də  heç  bir  nəticəyə  nail  ola  bilmədilər.  Paskeviç 
general  Krasovskinin  20-ci  piyada  diviziyasına  qalanın  müha­
sirəsini davam etdirməyi tapşırdı, özü isə əsas qüvvələri ilə Gər- 
niçaya  doğru  istiqamət  götürdü.  Çünki  Abbas  Mirzə  qoşununu 
Arazın  sağ  sahilində  cəmləşdirmişdi  və  rusİarla əsas  döyüşü  sa­
hildəki  Abbasşbad  qalasında  qəbul  etməyi  planlaşdırırdı.  «Pas­
keviç  G ərn içay a  h ə rə k ə t  etm əm işdən  qabaq  qarapapaq  x al­
qının  G öyçədə  yaşayan  hissəsi  ilə   yeni  ə la q ə lə r  yaratdı. 
Ona  m əlum   idi  ki,  qarapapaqlar  arasında  N a ğ ı  x a n d a n  
sonra  öz  ağlı  v ə  m ərd liy i  ilə   daha  çox  A razın  bu  tayındakı 
d ağ lard a  qalm ış  M ə m m ə d   ağa  tanınır.  Paskeviç  M əm m əd  
a ğ a   ilə   sıx  ə la q ə lə r  yaratm ağa  çalışdı.  Bu  m ə q sə d lə   o  po- 
ru çik   K orqanovu  3  gürcü  zadəganı  ilə   dağ lara  göndərdi. 
Şadlı  sultanı  öz  qardaşını  v ə  oğlunu  d ü şərg əd ə   girov  qoya­
raq  onların  tə h lü k ə siz liy in ə   cavabdeh  o ld u » .1  Korqanovun 
ilkin danışıqları çox  uğurlu olur. Ruslar qarapapaqlarla aralarının 
düzəldiyini  sanıb  heç  nədən  çəkinmədən  hərəkət  edərək  19 
iyunda  Gərniçaya  çatır.  Bu  vaxt  rus  düşərgəsinə  gözlənilməz 
xəbər yayılır ki,  qarapapaqlar yenidən ruslara qarşı  ayağa qalxıb 
Korqanovla  onu  müşayiət  edən  gürcüləri  əsir  götürüblər  və 
H əsən  xan  onların  dəvətilə  dağlarla  Alagözdən  Göyçəyə  keçib. 
Əsir  götürülənlər  tezliklə  azad  olunur  və  qarapapaqlar  sakitlə­
şirlər, Həsən xanın Göyçəyə gəlməsi xəbəri isə doğru deyildi.
1 Yenə orada, s. 338-339.
105


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə