M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə82/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   98

 
265
5)  depozitarinin  deponent  qarşısında  hesabat  verməsinin 
forması və dövriliyi; 
6) depozitarinin vəzifələri. 
Öz  aralarında  danışan  brokerlər  onlarda  saxlanılan  bütün 
qiymətli  kağızların  sertifikatlarını  yığır  və  birja  depozitarisində 
deponent  edirlər.  Bu  zaman  bütün  reyestrlərdə  bu  qiymətli 
kağızları broker hesabından nominal sahib kimi çıxış edən birja 
depozitarisinin hesabına köçürürlər. Birja depozitarisində hər bir 
brokerə  "depo  hesabı"  açılır  ki,  burada  da  ona  məxsus  olan 
bütün  qiymətli  kağızların  hesabatı  gedir.  Beləliklə,  brokerlər 
arasında  görülən  sazişlərin  nəticələrinin  rəsmiləşdirilməsi  üçün 
reyestr xidmətlərinə müraciət etmək lazım deyil. Mülkiyyətçinin 
dəyişdirilməsi  birja  depozitarisinin  depo  hesablarında  öz  əksini 
tapır.  Beləliklə  də  qiymətli  kağızların  hesabatını  aparılması 
nağdsız olur və depo hesablarında dəyişikliklər edilir. 
Qiymətli  kağızların  göndərilməsi  üzrə  qarşılıqlıöhdəliklərin 
müəyyən edilməsi (qiymətli kağızlarla əqdlər üzrə məlumat top-
lanması,  yoxlanılması,  təshih  edilməsi  və  onlar  üzrə  mühasibat 
sənədlərinin  hazırlanması)  bu  öhdəliklərin  hesaba  alınması  və 
qiymətli  kağızlаr  üzrə  hesablanma  aparılması  klirinq  fəaliyyəti 
hesab edilir. 
Praktikada  klirinq  təşkilatları  aşağıdakı  kimi  adlandırılırl-
ar:  hesabat  palatası,  klirinq  palatası,  klirinq  mərkəzi,  hesabat 
mərkəzi və s. Ümumi planda hesablaşma klirinq təşkilatları ixti-
saslaşdırılmış bank tipli təşkilatlardır ki, qiymətli kağızlar bazarı-
nın  iştirakçılarına  hesablaşma  ilə  bağlı  xidmət  göstərir.  Onun 
aşağıdakıəsas məqsədləri vardır: 
1.  bazar  iştirakçılarına  hesablaşma  xidmətləri  xərclərinin 
minimuma endirilməsi; 
2. haqq-hesab vaxtının qısaldılması; 
3.  Hesablaşma  zamanı  yer  alan  bütün  risklərin  minimum 
səviyyəyə endиrilməsi. 
Hesablaşma-klirinq təşkilatları kommersiya şirkətləri olub, 
gəlirlə  işləməlidir.  Onun  nizamnamə  kapitalı  onun  üzvlərinin 


 
266 
ödəmələri  hesabına  yaradılır.  Bu  təşkilatın  əsas  gəlir  mənbəyi 
aşağıdakı kimidir: 
1. sazişləri qeydiyyatdan keçirmə haqqı; 
2. məlumatların satılmasmdan əldə edilən gəlir; 
3. tədavüldəki pul vəsaitlərindən əldə edilən gəlir; 
4.öz hesablaşma texnologiyasının satışından daxil olmalar; 
5. digər gəlirlər. 
Hesablaşma-klirinq  təşkilatlaın  törəmə  qiymətli  kağızlar 
olan  fyuçers  müqаvilələri  və  birja  opsionlarının  alqı-satqısında 
mərkəzi yer tutur.Hesablaşma-klirinq təşkilatları ilə onun üzvləri, 
birjalar  və  digər  təşkilatlar  arasında  qarşılıqlı  münasibətlər  mü-
vafiq müqavilələr əsasında qurulur. 
Hesablaşma-klirinq  təşkilatlarının  üzvləri  əsasən  iri 
banklar, iri finans şirkətləri, həmçinin də fond və fyuçers birja-
ları  olur.Hesablaşma-klirinq  təşkilatlarının  kredit  və  ya  digər 
aktiv əməliyyatları həyata keçirmək hüququ yoxdur. Hesablaş-
ma-klirinq təşkilatları depozitari xarakterli xidmətləri də həya-
ta keçirir. 
Qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması 
sistemini təşkil edən göstəricilərin toplanмası, qeydə alınması, 
işlənməsi, saxlanması və verilməsi qiymətli kağızların sahiblə-
rinin reyestrinin aparılmasıüzrə fəaliyyət hesab edilir. Qiymətli 
kağızların  sahiblərinin  reyestrinin  aparılmasıüzrə  fəaliyyətlə 
yalnız  hüquqi  şəxslər  məşğul  ola  bilər.  Reyestrin 
aparılmasıüzrə  fəaliyyət  emitent  və  ya  onun  tapşırığı  ilə 
qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  tərəfindən 
həyata  keçirilə  bilər.  Qiymətli  kağızların  sahiblərinin 
reyestrinin  aparılmasıüzrə  fəaliyyəti  həyata  keçirən  şəxslər 
reyestr saxlayıcıları və ya qeydiyyatçılar adlandırılır. Reyestrin 
aparılmasıüçün  yalnız  bir  qeydiyyatçı  ilə  müqavilə  bağlanılır. 
Qeydiyyatçı  qeyri-məhdud  saylı  emitentlərin  qiymətli 
kağızlarının  sahiblərinin  reyestrini  apara  bilər.  Öz  əsas 
funksiyalarından  başqa  qeydiyyatçılar  reyestrlə  bağlı  bir  sıra 
əlavə funksiyalar
ı yerinə yetirirlər. Qeydiyyatçılar qiymətli ka-
ğ
ızların  sertifikatlarına  da  nəzarət  edirlər.  Sahibkarın 


 
267
dəyişdirilməsi  zamanı  qeydiyyatçı  yeni  sahibkarın  adına 
sertifikat  yazmalıdır  və  bu  zaman  o,  ona  qeydiyyatdan 
keçirmək  üçün  verilən  sertifikatın  doğrudan  həmin  şəxsə 
məxsus olduğunu, oğurluq olmadığını və ya axtarışda olub  ol-
madığını  yoxlamalıdır.  Bir  qayda  olaraq,  qeydiyyatçı 
emitentin  agentidir.  Qeydiyyatçı  vasitəsilə  emitent  öz 
investorlarına  məlumat  verə  bilər.  Əgər  qeydiyyatçı  rolunu 
bank yerinə yetirirsə, o, həmçinin də emitenti ödəmə agenti ki-
mi  çıxış  edə  bilər.  Bir  qayda  olaraq,  qeydiyyatçılar  qiymətli 
kağızların  sahiblərinin  şəxsi  hesablarını  aparır.  Şəxsi  hesabda 
sahibkara    məxsus  olan  qiymətli  kağızların  sayı  və  sahibkar 
haqqında digər lazımi informasiyalar olur. Əgər alqı-satqı baş 
veribsə, sahibkarın dəyişdirilməsi reyestrdə qeyd olunmalıdır. 
Qiymətli  kağızların  nominal  saxlayıcı  reyestrinin 
aparılması  sistemində  qeydə  alınmış,  o  cümlədən  hüquqi 
sahibinin tapşırığı ilə və onun xeyrinə depozitarinin deponenti 
olan  və  qiymətli  kağızlar  barəsində  sahib  olmayan  şəxsdir. 
Nominal  saxlayıcı    bu  o  şəxsdir  ki,  onun  adına  reyestrdə  bir 
neçə  qiymətli  kağız  yazılıb,  amma  həqiqətdə  o,  bu  kağızların 
sahibi  deyildir.  Qiymətli  kağızların  nominal  saxlayıcısı  kimi 
qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  ola  bilərlər. 
Depozitari  və  brokerler  müştərilərlə  bağlanan  mü-
qaviləəsasında  qiymətli  kağızların  nominal  saxlayıcısı  kimi 
qeydiyyatdan  keçə  bilərlər.  Nominal  saxlayıcılar  özləri  real 
sahiblərin uçotunu apara bilər. Əgər yeni və köhnə sahibkarlar 
öz hesabını nominal saxlayıcılarda açıblarsa, alqı-satqı zamanı 
nominal saxlayıcıda hesabın vəziyyəti dəyişir, amma sayı sabit 
olaraq  qalır.  Buna  görə  də  uzağa  gedib  qeydiyyatçıdan  qey-
diyyatdan  keçmək  lazım  deyil,  sahibkarın  dəyişdirilməsi 
nominal  saxlayıcıda  da  rəsmiləşdirilə  bilər.  Əgər  emitent 
qiymətli  kağızların  sahiblərinin  reyestrini  istəyirsə,  bu  zaman 
qeydiyyatçı  nominal  saxlayıcıya  sorğu  göndərir  və  o  da 
hesablarını  apardığı  sahibkarların  adlarını  təqdim  edir.  Bir 
çox  inkişaf  etmişölkələrdə  qeydiyyatçılar  institutu  yoxdur. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə