M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

 
 
69 
reyestrinin  aparılması  Qaydaları"nın  təsdiq  edilməsi  haqqında  28 
dekabr 2012-ci il, 323 № li qərarı.  
4.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  qərar 
Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  malların 
buraxılışının  dayandırılması,  buraxılışın  dayandırılma  müddətinin 
uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə 
məlumat verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 25 iyun 
2013-cü il 163 № li qərarı.  
5.  A.Ş.Şəkərəliyev  ―  Ölkənin  maliyyə  təhlükəsizliyinin  təmin 
edilməsində  gömrük  orqanlarının  rolu‖  Az  DİU  nun  2009-cu  ilin 
büdcə təyinatı elmi-tədqiqat işlərinin hesabatı. B, 2010 səh 92-103 
6.  M.Y.Yadulla.  Theoretical  Views  of  the  national  economy. 
Journal 
of 
American 
Science. 
2/12/2014/ 
Tomson-reyter 
agentliyinin siyahısı. 
 
 
 
 
 
 
 
 
 


 
 
70 
Mövzu 4. Gömrük prosedurları və onların mahiyyəti 
 
1. İxrac, təkrar ixrac və müvəqqəti ixrac gömrük proseduru 
2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru 
3. Təkrar idxal gömrük proseduru gömrük proseduru 
 
 
Daxili  malların  ixracı-  Gömrük  ərazisindən  kənarda  daimi 
qalması üçün aparılan daxili mallar ixrac gömrük proseduru altında 
yerləşdirilir.  Gömrük  Məcəlləsinin  127.1-ci  maddəsi  aşağıdakı 
mallara tətbiq edilmir:  
1.  son  istifadə  və  ya  xaricdə  emal  xüsusi  gömrük  proseduru 
altında yerləşdirilmiş mallara;  
2. daxili tranzit xüsusi gömrük proseduru altında  yerləşdirilmiş 
və  ya  bu  Məcəllənin  130-cu  maddəsinə  uyğun  olaraq,  gömrük 
ərazisindən müvəqqəti ixrac olunan mallara. 
Xarici malların təkrar ixracı - xarici mallar gömrük ərazisindən 
aparıldıqda,  gömrük  orqanları  onların  ixrac  rəsmiləşdirilməsini 
həyata  keçirir  və  digər  səlahiyyətli  gömrük  orqanlarına  təqdim 
etmək  üçün  təkrar  ixrac  bildirişi  verirlər.  Gömrük  Məcəlləsinin 
128.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:  
1.  gömrük  ərazisindən  beynəlxalq  tranzit  xüsusi  gömrük 
proseduru altında yerləşdirilərək keçirilən mallara;  
2.  sərbəst  zona  daxilində  bir  nəqliyyat  vasitəsindən  digərinə 
boşaldılıb  yüklənmiş,  yaxud  sərbəst  zonadan  birbaşa  təkrar  ixrac 
edilən mallara;  
3.  müvəqqəti  saxlanc  yerlərindən  birbaşa  təkrar  ixrac  edilən, 
müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallara.  
Sərbəst  dövriyyəyə  buraxılışından  1  (bir)  il  ərzində  gömrük 
ərazisindən  təkrar  ixrac  olunan  mallar  müvafiq  icra  hakimiyyəti 
orqanının  müəyyən  etdiyi  şərtlərə  cavab  verdikdə,  həmin  malların 
idxalı  üçün  ödənilmiş  gömrük  rüsumları  və  vergilər  qaytarılır. 
Malların  təkrar  ixrac  gömrük  proseduru  altında  yerləşdirilməsi 
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir 


 
 
71 
Azərbaycan Respublikasının Nazirlər Kabineti «Malların təkrar 
ixrac  gömrük  proseduru  altında  yerləşdirilməsi  Qaydaları»nın 
təsdiq edilməsi haqqında 31 oktyabr 2012-ci il 252 
li Qərar qəbul 
etmişdir.  Bu  Qaydaların  müddəaları  aşağıdakı  mallara  tətbiq 
edilmir:  
1.  gömrük  ərazisindən  beynəlxalq  tranzit  xüsusi  gömrük 
proseduru altında yerləşdirilərək keçirilən mallara;  
2.  sərbəst  zona  daxilində  bir  nəqliyyat  vasitəsindən  digərinə 
boşaldılıb  yüklənmiş,  yaxud  sərbəst  zonadan  birbaşa  təkrar  ixrac 
edilən mallara;  
3.  müvəqqəti  saxlanc  yerlərindən  birbaşa  təkrar  ixrac  edilən, 
müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallara.  
Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilmiş  xarici 
mallar Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan 
Respublikasının  ərazisindən  kənara  aparıldıqda  təkrar  ixrac 
proseduru  altında  yerləşdirilir.  Təkrar  ixrac  zamanı  mallara  görə 
ödənilmiş  gömrük  ödənişləri  aşağıdakı  şərtlər  daxilində  şəxsə 
qaytarılır:  
1.  idxal  anında  malların  qüsurlu  olması  və  ya  sövdələşmə 
şərtlərinə cavab verməməsi aşkar edildikdə;  
2. malların onları göndərən şəxsə və ya onun təyin etdiyi digər 
şəxsə geri qaytarılması nəzərdə tutulduqda;  
3.  mallar  gömrük  ərazisində  emal  əməliyyatlarına  məruz 
qalmadıqda  və  ya  istifadə  olunmadıqda  və  Gömrük  Məcəlləsinin 
128.3-cü maddəsi ilə müəyyən  edilmiş 1 (bir) il  müddətində təkrar 
ixrac edildikdə.  
Malları  istifadə  etmədən  onların  qüsurlu  olmasını  və  ya  təkrar 
ixraca səbəb olmuş şərtlərini aşkar etmək mümkün deyildirsə, belə 
istifadə  gömrük  ödənişlərinin  qaytarılmasına  mane  olmamalıdır. 
Təkrar  ixraca  alternativ  olaraq,  mallardan  dövlətin  xeyrinə  imtina 
edilə  və  ya  gömrük  orqanının  icazəsi  ilə  gömrük  nəzarəti  altında 
həmin mallar məhv edilə bilər. Belə imtina və ya məhvetmə dövlət 
büdcəsindən xərcə səbəb olmamalıdır. Səlahiyyətli şəxs və ya onun 


 
 
72 
nümayəndəsi  müraciət  etdiyi  andan  gömrük  orqanı  bu  Qaydaların 
2.2-ci bəndində nəzərdə tutulmuş halları 3 (üç) iş günü müddətində 
təsdiqləyib akt tərtib edərək, həmin şəxsə təqdim etməli və ya yazılı 
şəkildə  əsaslandırılmış  məktubla  təkzib  etməlidir.  Bu  Qaydaların 
2.2-ci  bəndində  nəzərdə  tutulmuş  şərtlərə  cavab  verən  mallar,  təbii 
aşınma  nəticəsində  dəyişikliklər  və  ya  normal  şəraitdə  daşınma  və 
saxlanc itkiləri istisna olmaqla, idxal olunduğu andakı vəziyyətində 
olmalıdır. Malların təkrar ixrac gömrük proseduru altında  yerləşdi-
rilməsinə  gömrük  orqanları  tərəfindən  onların  eyniləşdirilməsi 
mümkün olduqda icazə verilir.  
Təkrar  ixrac  olunan  mallar  aparılarkən  onların  gömrük 
rəsmiləşdirilməsi zamanı  mallara dair səlahiyyətli şəxs və  ya  onun 
nümayəndəsi tərəfindən  gömrük rəsmiləşdirilməsini həyata keçirən 
gömrük  orqanına  bu  Qaydaların  əlavəsi  ilə  müəyyən  olunmuş 
formada  ərizə  ilə  müraciət  edilir.  Səlahiyyətli  şəxs  və  ya  onun 
nümayəndəsi  malları,  onlara  dair  idxal  gömrük  bəyannaməsini, 
kommersiya  və  nəqliyyat  sənədlərini  gömrük  rəsmiləşdirilməsini 
həyata  keçirən  gömrük  orqanına  təqdim  edir.  Rəsmiləşdirməni 
həyata  keçirən  gömrük  orqanında  təqdim  olunmuş  sənədlərdə 
göstərilən  məlumatların  düzgünlüyü  yoxlanılır,  malların  eyniləşdi-
rilməsi aparılır və onların ixrac rəsmiləşdirilməsi həyata keçirilərək, 
digər  səlahiyyətli  şəxsə  və  ya  onun  nümayəndəsinə  24  saat  müd-
dətində  təkrar  ixrac  bildirişi  verilir.  Malların  gömrük  ərazisindən 
aparılmasını  rəsmiləşdirən  gömrük orqanına  1 (bir) ay  müddətində 
malların  faktiki  çıxarılmasına  dair  məlumat  daxil  olmadıqda, 
gömrük  orqanı  bu  prosedura  verilmiş  təkrar  ixrac  bildirişinin  ləğv 
edilməsi  haqqında  qərarı  3  (üç)  iş  günü  müddətində  qəbul  edir  və 
onun  surətini  1  (bir)  iş  günü  müddətində  səlahiyyətli  şəxsə  və  ya 
onun nümayəndəsinə göndərir. 
Qısa  ixrac  bəyannaməsi  və  ona  düzəlişlərin  edilməsi-  Gömrük 
ərazisindən  malların  aparılması  üçün  gömrük  bəyannaməsi  və  ya 
təkrar  ixrac  bildirişinin  tələb  olunmadığı  hallarda  gömrük 
orqanlarına qısa ixrac bəyannaməsi təqdim edilməlidir. Riskin təhlili 
və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatları 
özündə əks etdirən qısa ixrac bəyannaməsinin formasını və təqdim 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə