452
İKİNCİ KİTAB
zılı telli cin olan Al da tez fürsətdən istifadə edə bilər. Yatmaq istə
yən qadının üzünə dalayan süpürgə, keçi tükü də sürtürlər, həm Alı
da qorxuzmaq, həm də yatmaq istəyən xəstəni yuxuya getməyə qoy
mamaq üçün bir neçə dəfə otaqda tüfəng atırlar. Qoca bir tat qadının
dediyinə görə, belə hallarda bəzən bir ata uzaqdan arpa çanağı gös
tərir, onu kişnədirlər. Dəmir-dümürə, qavala, mis qazanı döyəcləyir,
bir sözlə, təzə doğan qadını yatmağa qoymurlar. Yastığının üstündə
çoxlu dua oxuyur, onun üzünə “pak” su çiləyirlər və s. Əlbəttə,
qeyd etməliyik ki, bu məsələnin xurafatla bağlı tərəfi bir yana (xura
fat insan şüurunun bu və ya başqa bir əməl qarşısında acizliyi, bu və
başqa xəstəliyin səbəbini, onu yaradan amillərin qarşısını almağı
bilmədikdə yaranmış fövqəladə bir qüvvəyə malik cisim və heyvan
ların, ümumiyyətlə, xurafı mövcudatm yaranmasına səbəb olmuş
du), onun əməli tərəfi də var; yeni doğan qadını yatmağa qoymamaq
tədbirlərinə indi də bizim doğum evlərimizdə riayət olunur, körpəsi
dünyaya yeni gəlmiş ananın başı üstündə oturan tibb bacısı və ya
xidmətçi qadın onu danışdırır, üzünü şillələyir, güldürür, hər vasitə
ilə olursa-olsun onu yatmağa qoymur. Çünki bədən yatdıqda onun
damar və əzələlərinin gərginliyi azalır ki, bu da qadının çox qan iti
rib huşunu itirməsinə səbəb olur.
Tatların yuxuya inamı böyükdür, onların arasında mahir yuxu
yozanlar vardır. Tatlara görə, qadının yuxusu tərsinə olmalıdır. Yu
xuda üz qırxmaq, diş çəkdirmək, suda qərq olmaq çox pis sayılır;
yuxuda birinin öldüyünü görmək onun çox ömür edəcəyi kimi yo
zulur. Yuxuda saf su görmək yaxşı, bulanlıq su görmək pis xəbər
kimi izah olunur.
Tatlar asqırmağa xüsusi ehtiram bəsləyirlər. Hərgah bir məc
lisdə, söhbətdə biri asqırırsa (tatca: Sabur avardan - səbir gətirmək)
bir sıra xalq və etnik qruplarda olduğu kimi, asqırana “afıyət olsun”,
“Səlamət olun”, “будте здоровы” demirlər, əllərini göyə qaldırıb
“əlhəmdülillah” deyərək dua oxuyur, salavat çevirirlər. Tatlann fik
rincə, gözə görünməz bir qüvvə, xeyirxah bir “varlıq” səbri gətirir
ki, o da yalnız təmkinli, səbirli, hövsələli olmaq pərisidir. O, insan
lara yalnız yaxşılıq istəyir, onun üçün də səfərə çıxmaq, bir işi baş-
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
453
lamaq, bir iş görmək istəyən adam asqırma səsini eşidən kimi sala
vat çevirir, “Allah şeytana lənət etsin” deyərək öz qərarından əl çə
kir, indicə görmək istədiyi işi daha yerinə yetirmək istəmir. Tatlara
görə, bu xeyirxah səbr pərisi onu bu işdən saxlayır. Əgər ona qulaq
asmayıb bu şi yerinə yerirməyə cəhd etsə, müvəffəqiyyətsizliyə dü
çar ola bilər, əgər həmin adam ikinci dəfə asqırmanı eşitsə bu icazə
əlaməti sayılır, guya səbr pərisi təhlükənin dəf olduğunu həmin şəx
sə xəbər verir, onu həmin işi görməyə təşviq edir. Zökəm nəticəsin
də bir-birinin ardınca bir neçə dəfə asqırmaq hesaba alınmır.
Yatanda çığıran uşağın, ümumiyyətlə, gecələr qorxan uşağın
yastığının altına tatlar çörək parçası qoyarlar. Onların fikrincə, çö
rək hər cür qorxunu və təhlükəni rəf edə bilər. Ümumiyyətlə, bərə
kətə tatların böyük etiqadı vardır. Yerə çörək atmaq günahdır. Yer
də bir tikə çörək, bir dənə buğda, ya arpa görən tat onun qaldırıb
öpər, sonra alnına vurub bir ayaq dəyməyən yerə qoyar. Bunu nemət
və bərəkət üçün, məhsul üçün çəkilən zəhmətin ağırlığı ilə izah etmək
olar. Tatlar deyirlər ki, çörək bişib süfrənin üstünə gələnə qədər onun
üçün nə qədər adam əziyyət çəkmişdir. Ona görə məhsulu (o cümlə
dən çörəyi) yerə atmaq, onu məhv etmək bu məhsul üçün çəkilmiş
zəhmətə qiymət verməmək, bu zəhmətə hörmətsizlikdir. Bizcə, tat
lann məhsula bu gözəl münasibəti qarşısında baş əymək lazımdır.
Kaş bir çox adamlar böyük zəhmətlə əmələ gələn məhsulu qoru
maqda, onu qayğı ilə saxlamaqda etinasızlıq göstərən şəxslər
tatlann bu adətindən xəbərdar olaydılar, yaxud ən azı alın təri ilə
əmələ gələn məhsula hörməti onlardan öyrənəydilər.
O L U M -Ö L Ü M
Ailə-məişət həyatının bir sıra maraqlı məsələləri kimi, tatlann
ölüm və dəfn prosesinə aid olan bəzi cəhətləri də diqqəti cəlb edir.
Bu ədətlərdə qədim dövrlərə, daha uzaq keçmişə aparan cəhətlər xü
susilə maraqlıdır. Bəhs etdiyimiz mərasimlərdə tatlar qədim dövr
lərə, xüsusilə islam dövründən qabaqkı dini görüşlərə aid əqidə və
inamlarını indi də qismən qoruyub saxlaya bilmişlər. Bu da təbii bir
454
İKİNCİ KİTAB
haldır. Çünki insanın ailə həyatının bəzi hadisələrində (məsələn, ərə
getmə, evlənmə, uşağın doğulması və böyüməsi və s.) olduğu kimi,
ölümə aid məsələlər də adət və ənənələrin elə düyün nöqtəsidir ki,
bunlarda islamiyyətdən qabaqkı adətlər, xüsusilə arxaik ənənələr
özünü daha qabarıq şəkildə saxlamağa məcburdur.177
Tatların fikrincə, yüngül ölüm və ağır ölüm kimi iki növ ölüm
vardır. Xəstə əgər tez can verib ölərsə, bu, tatlara görə, yüngül
ölümdür, onun canı daha tez ilahiyyətə “qovuşacaqdır” . Belə ölümə
“bəxtəvərə mürdən” (xoşbəxt ölüm) deyirlər. Çətinliklə can verən
şəxsin ölümü ağır ölümdür. Onların fikrincə həmin ölməkdə olan
şəxsin canını-ruhunu “göylər” çox da asanlıqla qəbul etmirlər. Bun
dan belə bir nəticə çıxarırlar ki, o, ömründə hansı bir böyük günahsa
işlətmişdir. Belə ölüm haqqında deyirlər: “yəzuqə canu nəbədür-
marən” (yazığın canı çıxmır), “filankəs bə zulumaz mürd” (filankəs
əziyyətlə öldü).
Əgər ölüm gecə və ya axşam baş vermişsə, onu basdırmaq
üçün sabahı gözləyir, lakin ölünü tək qoymurlar. Onu xalçanın və
ya palazın üstünə uzadır, altına döşək salır, üstünü örtürlər. Molla
(əgər kənddə olmazsa, qonşu kənddən çağırırlar) səhər açılana qədər
onun başı üstündə müxtəlif ayələr oxuyur. Bu onunçundur ki, guya
onun cisminə şeytan girməsin, cəsədi “dəyişdirməsin”. Bunun üçün
onun sinəsinə və qarnının üstünə hərəsi 2-3kq ağırlığında iki daş qo
yurlar. Ölünün gözlərini, ağzını bağlayır, ayaqlarını cütləyib sarıyır
lar. Meyitin üstünə tirmə şal, bəzən rəngli bahalı parça atırlar. Bu o
deməkdir ki, ölən cavandır, nakam ölmüşdür. Kənddə həmişə daimi
tabut olur. Ölünü yuyandan sonra tabuta qoyurlar. Qaldırıb apar
maqdan qabaq tabutu üç dəfə yerə qoyub götürürlər. Bu o deməkdir
ki, qoy bu sonuncu itki olsun. Ölünü basdırmağa aparanda onu apa
ranları hamı tez-tez dəyişir. Bu ölənə hamının sonuncu xidməti-
dir.Tatlar adətən ölünün əl və ayaq dırnaqlarını tutar, üzü tüklü olsa
üzünü qırxarlar. Başqa xalqlar kimi bir il ölünün yasını saxlayırlar.
Ölünün 3-ünü, 7-sini və qırxım verirlər, hər tərəfdən qohum-qardaş
tökülüb gəlir, müsibət üz vermiş ailəyə təskinlik verirlər. Belə halda
ölənin yaxın adamları gələnlərin qabağına çıxır, bir-birini qucaqla
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 5 5
yıb öpür, ağlaya-ağlaya birlikdə evə daxil olurlar. Ölənin bir ili ta
mam olana qədər onun yaxın adamları musiqi çaldırmır, şənlik məc
lislərində iştirak etmirlər. Tatlar ölünün 3, 7, 40 günündə və bir ilin
də gələn qonaqları yedirdib-içiıməlidirlər, onlara ölənin xatirinə
hörmət edirlər. Gələn adamlar isə mütləq özü ilə ölü sahibinə kö
mək etmək məqsədilə “hədiyyə”, bəxşiş adlanan bağlama və xonça
lar gətirirlər. Bu, ölüsü ölən evə yardımdır ki, bu da qoyun, un,
qənd, çay və s.-dən ibarət ola bilər. Hər cümə axşamı ölənin evin
dən qonşular və kənd əhalisinə şirniyyat, halva paylanılır ki, bu da
ölünün ruhunu şad etmək vasitəsi sayılır.
Qeyd etdiyimiz kimi, ölüm və ölü basdırma adətləri içərisində
qədim dinin ilk formaları özünü daha sabit saxlaya bilir. Bu heç də
təəccüblü deyil. İslam dinində də, zərdüştilikdə də qədim dinin pri
mitiv formaları dini ənənələrin arzu etdiyindən çox-çoxdur.178 Ölüm
və ölü basdırma adətləri müasirləşməyə ən zəif meyil göstərən sahə
lərdəndir. Bunu biz elə müasir dövrdə, yaşadığımız günlərdə də mü
şahidə edirik. Məhz bu sahə ən qədim adətləri özündə hifz edərək
bu günə qədər yaşamış və bizə gətirib çatdırmışdır. Buna görə də
bəzən hansı adətin daha qədim, yerli, etnik qrup və ya xalqın adına
çıxmaq, yaxud bunun islam dini tərəfindən yaradılmış və yayılmış
adət olduğunu ayırd etmək məlum çətinliklər törədir.
Tatların ölüm adətləri içərisində ölənlərin və ulu babaların ru
huna sitayiş məhz bu cəhətdən maraqlı sahələrdən biridir. Bir çox
xalqlar kimi tatların da mifologiyasında Quranın tələb etdiyi insanın
canım alan ölüm mələyi Əzrail, qəbir mələkləri və mühakimə müs
təntiqləri İnkir və Minkir və s. islam dininin tələb etdiyi dərəcədə öz
yerini tutur. Buraya cənnət, cəhənnəm, qiyamət günü və s. də daxil
dir ki, onlar da eynilə Qurandakı kimi təsvir olunur. Bununla birlik
də, tatların ölüm kompleksində ibtidai dinə aid bir sıra əlamətlər aş
kar şəkildə müşahidə edilir. Bu arxaik adətlərdən bəzilərini biz in
san ruhuna, daha doğrusu, insan ruhuna və insan canına münasibət
də də görürük. Tatlarda bu iki ruhluluq, yəni ruh və can məsələsi
çox maraqlıdır. Bunların arasındakı fərq vaxt siliıısə də hər halda bu
mövcuddur. Tatlar can verməkdə olan adam haqqında əgər deyirlər
Dostları ilə paylaş: |