Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə27/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   23   24   25   26   27   28   29   30   ...   104

 
88 
“Hophhopnamə”ni Şəki rayonu Aşağı Göynük kənd orta 
məktəbinin müəllimi Vədud Salman oğlu Hacıyev saxlamışdır. 
Əsas sahibi isə Vədud müəllimin atası Salman Hacalı oğludur. 
(O,  1943-cü  ildə  vəfat  etmişdir).  Salman  Molla  Cümə  ilə  20 
ildən artıq dostluq etmişdir. Özü də savadlı olmuşdur.  
Vədud  müəllimin  dediyinə  görə,  Salman  hər  dəfə  Molla 
Cümənin xahişi ilə “Hophopnamə”ni də götürüb onlara getmiş, 
daha bir neçə nəfər ziyalının iştirakı ilə kitabı oxuyub diqqətlə 
qulaq  asmışlar.  Molla  Cümə  Salmanı  səbirsizliklə  gözlərmiş. 
Çünki  əvvəllər  şifahi  olaraq  eşitdiyi,  sevdiyi  Sabir  şeirlərini 
indi əyani şəkildə oxumaq, görmək onun üçün əvəzi olmaz bir 
mənəvi nemət idi. Ona görə də Salman “Hophopnamə”sini gö-
türüb evə yola düşəndə Molla Cümə kitabı bir daha əlinə alar, 
həm  minnətdarlıq  əlaməti,  həm  də  xatirə olaraq  səhifələrin  ağ 
yerlərinə şeirlərini öz dəst-xətti ilə yazarmış, “Hophopnamə”də 
ağ  yer  qalmamış,  Molla  Cümə  şeirləri  Sabir  satiralarına 
qaynayıb-qarışmışdır. 
“Hophopnamə”də şeirlərin, demək olar ki, hamısı  Molla 
Cümənin öz dəsti-xətti  ilə  yazılıb, ancaq digər şəxs tərəfindən 
yazılan  şeirlər  də  vardır,  bunlar  da  yenə  Molla  Cüməyə 
məxsusdur.  Maraqlıdır  ki,  kitabın  lap  əvvəllərində  böyük  bir 
şeirin altında Rəşid bəy Əfəndizadənin imzası vardır. 
Tapılan  hər  bir  yeni  əlyazması  bu  maraqlı  şəxsiyyətin 
tərcümeyi-halının  müəyyən  bir  sahəsini  aydınlaşdırmağa  kö-
mək edir. 
Molla Cümənin iki övladı olmuşdur. Oğlu Həsən və son-
beşiyi Reyhan, 1914-cü ildə aşıq əldə olan şeirlərinin seçilmiş 
nümunələrini  səliqə  ilə  bir  dəftərə  köçürmüş,  oğlu  Həsənə 
yadigar  vermiş  və  dönə-dönə  tapşırmışdı  ki,  “yazdığım  bu 
dəftəri,  saxla  yadigara  Həsən”.  Dəftərin  ilk  səhifəsindəki  mü-
xəmməsdə  aşıq  həm  özü  haqqında  yazmış,  həm  də  oğluna 
məsləhətlər vermişdi. O, Həsənə demişdi ki, bu dəftəri diqqətlə 
oxu, cildə çək, göz bəbəyi kimi qoru. 


 
89 
1919-cu  ildə  Həsən  26  yaşında  ikən  vəba  xəstəliyindən 
vəfat  etmişdir.  Bu  hadisə  qoca  aşığı  sarsıtmışdır.  “Hophop-
namə”  nin  səhifələrində  indiyə  qədər  heç  bir  əlyazmasında 
olmayan,  hətta  şifahi  dildə  də  rast  gəlmədiyimiz  bir  şeir  var. 
Forma  etibarı  ilə  də  maraqlı  olan  həmin  şeiri,  bizcə,  aşıq 
oğlunun ölümü münasibəti ilə söyləmişdir. 
Qeydlərimizin  sonunda  demək  istəyirəm  ki,  Molla 
Cümənin əsərlərinin bütün mövcud əlyazmaları əsasında geniş 
şəkildə  nəşrinin  vaxtı  çatmışdır.  Aşağıda  əlyazmasında  olan, 
aşığın  indiyə  qədər  çap  edilməmiş  şeirlərindən  bir  neçəsini 
oxuculara təqdim edirik. 
 
 
        Bayatılar 
 
Aşiqəm, çəkən dərdi, 
Çəkdikcə çəkən dərdi, 
Yüz dəvə çəkə bilməz, 
Bir canım çəkən dərdi 
 
Aşiqəm, al qaranı yaz, 
Qələm al qaranı yaz, 
Əvvəl dəftər başına, 
 Mən bəxtiqaranı yaz.  
 
Aşiqəm, gül əsəndə, 
Darışıb güləsən də, 
Bülbülün bağrı çatlar 
Yel dəyib gül əsəndə. 
 
Dağı qar qucar yatar, 
Sonanı sar qucar yatar, 
Cəfanı bülbül çəkər 
Gülü xar qucar yatar. 


 
90 
 
Mən aşiqəm bir az gül, 
Bir az nərgiz, bir az gül, 
Çünki sən çox gülmüsən 
Xətrim üçün bir az gül. 
 
                              1976 
 
 
                         
Molla Cümənin əlyazmaları 
 
Klassik  Azərbaycan  aşıq  poeziyasının  görkəmli  nüma-
yəndələrindən  olan  Molla  Cümə  həyatı,  yaradıcılığı,  poetik 
aləmi etibarilə maraqlı şəxsiyyət olmuşdur. O, müəyyən savad  
görmüş,  ərəb,  fars  dillərini,  klassik  Azərbaycan  aşıq  və  yazılı 
poeziyamızı dərindən bilmişdir. Şeirlərini müxtəlif zamanlarda 
yazıya  köçürən  Molla  Cümənin  ədəbi  irsi  yalnız  Sovet  haki-
miyyəti illərində toplanıb, çap edilib oxuculara çatdı-rılmışdır. 
Hazırda  da  aşığın  şeirləri  xalq  içərisində  dildən-dilə  gəzmək-
dədir.  Biz  aşığın  şeirlərini  toplamaq  məqsədilə  bir  neçə  dəfə 
ekspedisiyaya getmiş, onun anadan olduğu və fəaliyyət göstər-
diyi  Şəki,  Qax,  Zaqatala,  Balakən  rayonlarının  kəndlərini  do-
laşmışıq. Yaşlılarla, aşıqlarla, hətta Molla Cüməni görən, məc-
lislərində  iştirak  edənlərlə  söhbətlər  aparmış,  onların  dilindən 
çoxlu  şeirlər,  xatirələr  yazmışıq.  Belə  səfərlər  zamanı  Molla 
Cümənin  müxtəlif formalı şeirlərindən ibarət dörd əlyazmasını 
əldə  etmişik.  Həmin  əlyazmalar  haqqında  oxuculara  məlumat 
vermək istəyirik. 
Birinci  əlyazmasını  fərdi  ekspedisiya  zamanı  Qax  rayo-
nunun  İlisu  kəndində  Yunis  Təhməzovdan  almışıq.  92  səhifə-
dən  ibarət olan  bu  əlyazmada  aşığın  200-ə  qədər  şeiri  toplan-
mışdır.  


 
91 
İri  həcmli  mühasibat  dəftərindən  ibarət  həmin  əlyazma-
dan  məlum  olur  ki,  Yunis  dayıda  Molla  Cümənin  müxtəlif 
illərdə  əldə  etdiyi  şeirləri  olub.  O,  şeirləri  səliqə  ilə  həmin 
dəftərə  köçürmüşdür.  Əlyazması  bu  sözlərlə  başlayır:  “Rəh-
mətlik  Molla  Cümənin  qəlbindən  süzülən  müxəmməs,  təcnis, 
təxmis,  divani,  qafiyə,  kötəlləmə,  əvvəl-axır...  həmin  dəftərə 
yazıldı. 
 
Bunları yazdım burda qalmaq üçün, 
Oxuyanlar bir dua qılmaq üçün”.  
 
Şeirlər  şəkillər  üzrə  düzülmüş,  nömrələnmişdir.  Əlyaz-
ması  müxəmməslə başlayır. Sonra  isə təcnislər gəlir. Dəftərdə 
təcnisin  bir  çox  nümunələri  verilib.  Təcnislərdən  biri  belə  ad-
lanır:  “Təcnis  dodaqdəyməz,  özü  də  yedəkləmə,  əlif  əvvəl-
axır”.  Bu,  forma  etibarilə  çox  maraqlı,  müəmmalı  şeirdir. 
Şeirin  qurtaracağında  bu  sözlər  yazılmışdır:  “Afərin  o  adama 
ki, bu təcnisi oxuyub mənasın bilə, bilməyən qanmaza heyfdir, 
heyf”. 
Molla  Cümənin  əlyazmaları  içərisində  bayatılar  da  var-
dır. Vərəqlərin kənarında ağ yerlərdə həmişə haşiyələrdə yazı-
lan bayatılara burada xüsusi səhifə ayrılmışdır. Onlar aşağıdakı 
şeir parçası ilə başlayır: 
Xuda çatmaz dada Molla Cümə, 
Yetməzsən murada Molla Cümə, 
Sirrini vermə yada Molla Cümə, 
Cəfan gedər bada Molla Cümə. 
 
Sonra isə bayatılar verilmişdir. İlk bayatı belədir: 
 
Əzizim yüzdə donar, 
Tellər də yüzdə donar, 
Məhəbbət gözdə olar 
Görməsə yüz də donar. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə