125
Paşa Əfəndiyev,
N.Tusi adına Azərbaycan Dövlət
Pedaqoji Universiteti Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor.
Ev ünvanım və telefonum: Bakı şəhəri,
Nizami küçəsi 98, mənzil 43.
Telefon: 98-07-73.
1995
MOLLA CÜMƏ
(1854-1920)
Mən hələ uşaq yaşlarında Molla Cümə haqqında çox
eşitmişdim. Yadımdadır, axşamlar tonqal qalayıb onun ətrafına
toplaşar, müxtəlif kitablar oxuyar, nağıl danışardıq. «Koroğlu»
dastanı, «Nizami əsərlərinin el variantları» kitablarını oxumaq-
dan doymazdıq. Yoldaşlarımız arasında hətta saz salmağı baca-
ran da var idi. Kiçik bir sazı dınqıldada-dınqıldada o oxuyardı:
Mən necə şad olum sən ağlayanda,
Ay miskin maralım, sən ağlayanda.
Ay bülbül sədalım, sən ağlayanda…
Tale elə gətirdi ki, pedaqoji institutun dil və ədəbiyyat
fakültəsinə daxil oldum, qurtaranda aspiranturada saxlandım
və…
…Xalqımızın mənəvi sərvətinin – folklorunun arayıb a-
xtarıcısı oldum. Molla Cümə, onun sənətkar taleyi, onun haq-
qında kənddə eşitdiyim rəvayətlər və nəhayət, bu böyük saz
ustadının yaradıcılığı zaman-zaman məni düşündürürdü. Vax-
tilə H.Əlizadənin onun bir sıra şeirlərini çap etdirdiyini bilir-
dim. Molla Cümə aşıq sənətimiz tarixində ən az öyrənilən
126
aşıqlardan idi. 1960-cı il. Kafedramızın müdiri akademik Fey-
zulla Qasımzadə məni yanına çağırtdırıb gələn ilin elmi işi
üçün bir mövzu verməyi tapşırdı. Molla Cümə yaradıcılığı ilə
məşğul olmaq istəyimi professora bildirdim.
F.Qasımzadə Molla Cüməyə bələd idi. XIX əsr Azər-
baycan ədəbiyyatını tədqiq edəndə onun da əsərlərinə rast gəl-
mişdi. O, mənim arzumu bəyəndi və əlavə etdi ki, çox maraqlı
bir şəxsiyyətdir, ancaq əvvəlcə onun əsərlərini toplayıb üzə
çıxarıb sonra tədqiq etmək lazımdır.
1961-ci ilin oktyabrında aşığın şeirlərini toplamaq məqs-
ədilə ilk fərdi ekspedisiyaya getməli oldum. İşə əvvəlcə Qax
rayonunun İlisu kəndindən başladım. Yunis Təhməzovu nişan
verdilər. Yunis dayı çox həvəslə Molla Cümədən söhbətlər etdi
və aşığın əsərlərindən ibarət böyük bir əlyazmasını lütflə mənə
bağışladı. Beləliklə, İlisudan başlanan yol məni Qaxa, Zaqa-
talaya, oradan Balakənə və qayıdan baş aşığın vətəni – Şəkiyə
gətirib çıxardı.
Bir ayın müddətində kəndləri dolaşdım… Nə gördüm…
Bu yerlərin torpağı, daşı da Molla Cümədən danışırdı. Şifahi
dildən aşığın çoxlu şeirlərini yazıya aldım. Qocalarla, ağsaq-
qallarla, aşıq şeiri həvəskarları ilə və nəhayət aşıqlarla görüşüb
söhbətlər apardım. Xatirələr yazdım.
İkinci dəfə fərdi ekspedisiyada oldum, bəzi məsələləri
dəqiqləşdirdim, yenə şifahi dildən şeirlər yazıya aldım. Hazırda
əlimdə aşığın şifahi dildən yazıya aldığım şeirlərindən ibarət
ona qədər bloknot vardır. Əsas nəticə bu oldu ki, Molla
Cümənin şeirlərindən ibarət dörd əlyazması ilə geri qayıtdım.
Bizcə Molla Cümənin elmi tərcümeyi-halını yazmaq çox
çətindir. Bu, yalnız Molla Cüməyə deyil, bütün ustad aşıql-
arımıza aiddir. Ustadlarımızın həyatı haqqında ən səhih mənbə
onların şeir və dastanlarıdır. Biz bu kitabda Molla Cümənin
həyat və fəaliyyətilə bağlı əldə etdiyimiz çoxlu xatirə və
məlumatların müəyyən bir qismini verməyi lazım bilirik.
Bunları 60-cı illərdə fərli ekspedisiyalar zamanı toplamışıq və
127
o zaman topladığımız şəkildə də kitabın qeydlər və izahlar
bəhsində verməyi lazım bildik.
Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini
qeyd edilmişdir. S.Mümtaz, H.Əlizadə, H.Araslı, F.Qasımzadə
bu barədə zaman-zaman yazmışlar.
Əsrimizin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir
yerə yığıb səliqə ilə köçürmüş və oğlu Həsənə yadigar
vermişdir. Bunu sənətkarın aşağıdakı müxəmməsindən aydın
görmək olar:
Min üç yüz otuz iki
Tarixdədir indi sənə.
Altmışa çatmış yaşım,
Sevda sərdə durur yenə.
Pozulub bürcü-bədən
Üstdən gedir gündən-günə.
Tapşırır Molla Cümə
Oğul, sənə dönə-dönə,
Sidqnən yaxşı tutub
Göz yetir dəftərə, Həsən.
Yazdığım bu dəftəri
Saxla yadigara, Həsən.
Şeirdən aydın olur ki, Molla Cümə hicri tarixilə 1332-ci
ildə, miladi tarixi ilə 1914-cü ildə 60 yaşına çatıbmış. Demək,
ulu söz ustadı 1854-cü ildə doğulmuşdur. Savadlı, bilikli
olduğu üçün ona Molla demişlər. Vaqifə, Vidadiyə deyildiyi
kimi. Qax rayonunda aşıq Məhəmməd bizə danışdı ki, Molla
Cümə «Mən» rədifli qoşma – vücudnaməsini tərəkəmə aşıqları
ilə mübahisə zamanı bədahətən söyləyib. Bu şeirdən Molla
Cümənin özü, yaşadığı yeri, ailəsi haqqında səhih məlumat ala
bilirik:
Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki,
Mahalım Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən.
128
Binəm Layisqiyə düşübdür mehman,
Pədərim Salahdır, madərim Reyhan.
Vələdim Həsəndir, əxim Süleyman,
Familim Molla Oruc, ədnasıyam mən.
Aşığın şeirlərindən onun mükəmməl mədrəsə təhsili
alması, ərəb, fars dillərini dərindən bilməsi aydın
görünməkdədir:
Aşnayam, gedərəm doğru yolunan,
Bülbüləm söhbətim olur gülünən,
Danışsalar yetmiş iki dilinən,
Ol qədər arifəm, qanasıyam mən.
Oxuram, ustaddan almışam dərsi,
Oxumuşam ərəb, türkinən farsi,
Fikrim seyr edər, ərşinən kürsü,
Dərin kitabların mənasıyam mən.
Molla Cümə 1920-ci ilin may-iyun aylarında vəhşicəsinə
öldürülmüşdür. O, Şəkinin ətrafında olan Qax, Zaqatala, Bala-
kən rayonlarını, bu yerlərdə olan kəndləri dolaşmış, məclis-
lərdə çalıb oxumuş, gördüyü gözəllərin şəninə gözəlləmələr
qoşmuşdur.
Deyildiyinə görə, Molla Cümə əsasən əkinçiliklə məşğul
olmuşdur. Çox zaman o, taxıl məhsulunun yetişdiyi dövrdə
ətraf rayon və kəndlərə getmiş, varlıların zəmisində biçinçiliklə
məşğul olmuş, ondan aldığı zəhmət haqqı ilə güzəranını
keçirmişdir. Qızı Reyhanın dediyinə görə ölüncə onun əlindən
oraq düşməmişdir. Sonralar ehtimal ki, onun kiçik sahədən
ibarət torpağı olmuş, buranı özü, öz arvadı ilə birlikdə əkib
becərmişdir. Aşığın gəlib bizə çatan «Arvad» və «Sərçələr»
adlı iki şeiri fikrimizə əyani sübutdur.
«Sərçələr» şeirində deyilir:
Fəqir dostum cəfa çəkib əkibdir,
Kərim dostum toxumunu tökübdür,
Dostları ilə paylaş: |