146
nəhayət, əsil həqiqət üzə çıxarılmışdır. Bəzən isə bütün səy və
axtarışlar hələlik bir nəticə verməmişdir.
Hələ 1960-cı illərin əvvəllərində “Azərbaycan gəncləri”
qəzetində “Molla Cümənin yeni əlyazması” adından (diqqət
edin, aşığın adı çoxlarının yazdığı kimi Cumə deyil, doğru
olaraq Cümə yazılmışdır) məqalə çap olunmuşdu. Məqalənin
müəllifi o zaman Əlyazmaları Fondunun elmi əməkdaşı Nəs-
rəddin Qarayev idi. N.Qarayev məqalənin əvvəlində 1927-ci
ildən sonra Molla Cümənin şeirlərinin çap olunduğu qaynaqları
yada salır. O yazır: Son illərdə Azərbaycan Elmlər Akade-
miyası Respublika Əlyazmaları Fonduna Molla Cümənin bir
neçə əlyazması daxil olmuşdur. Həmin sənədlərdən birində
yazılır: “Bu dəftər yazıldı 1333-cü Kitabətün Molla Cümə, ibn
Salah, mərgum Aşağı Layisqi”. Miladi tarixi ilə 1914-cü illərə
təsadüf edən bu qeyddən məlum olur ki, həmin əlyazması
Molla Cümənin avtoqrafıdır. Oxuculara məlum olsun ki, bu,
1914-cü ildə Molla Cümənin seçib bəyəndiyi şeirlərdən ibarət
topladığı və oğlu Həsənə yadigar verdiyi əlyazmasının avtoq-
rafıdır.
Mən Baş Göynükdə olarkən məktəbin dil və ədəbiyyat
müəllimi, Molla Cümənin şeirlərini toplamaqla məşğul olan
Şərif İdrisov dedi ki, mən əlyazmaları fondunda aşığın əlyaz-
malarını görmüşəm. Vaxtilə onların şifrlərini də yazıb götür-
müşəm. Şərif müəllimin dediyinə görə, həmin əlyazmalarının
nüsxələrindən bəzilərini vaxtilə Mövlud Yarəhmədov oğurla-
yıb evinə aparmışdır.
Aşığın bir əlyazması haqqında da Dilruba Qiyasbəyli
məlumat vermişdir
12
.
Bu əlyazması da Şəkidən tapılmışdır. İlisu əlyazmasında
olduğu kimi, burada da, aşığın qoşduğu şeir şəkillərinin adları
sadalanır. Orada oxuyuruq: “Ey həzərat, mənim bu dəftərimin
içində yazılıbdır: Əvvəl divani və ikinci qafiyə, üçüncü dübey-
ti, dördüncü heçabeyt, beşinci kükəri və ərəbi, altıncı təcnis,
12
Bax: D.Qiyasbəyli. Molla Cümə. “Elm və həyat” jurnalı, 1971, № 6
147
yeddinci təxmis, səkkizinci şikəstə, doqquzuncu bayatı, onuncu
qaraheca, on birinci dodaqdəyməz, on ikinci müxəmməs”. Çox
maraqlıdır ki, Molla Cümə şeir şəkillərini “Divani” ilə başlayır.
Ona görə ki, aşıqlar məclisi divani ilə, daha dəqiq desək, “Baş
divan” ilə başlayırlar. Molla Cümənin bütün əlyazmalarında
“qoşma” adı çəkilmir, aşıq qoşmaya qafiyə deyir. Dübeyti,
hecabeyt kimi şəkillər gəraylı üstündədir. Onu da əlavə edim
ki, bizdə olan çoxlu əlyazmalarında “kükəri və ərəbi” şeir
şəkillərinə rast gəlməmişik. Əlyazmalarında “təxmis” adı çəki-
lir. Çox maraqlıdır ki, əlyazmasında “qara heca” şeir şəklinin
adı çəkilir. Bizcə bu, sadə, aydın mənalarına gəlib çıxır. Özü
də, deyəsən, gəraylı üstündə oxunur. Molla Cümənin gəray-
lılarından birində belə bir bənd var:
Oxuduğum qara heca,
Çox danışmaq gəlməz vecə.
Cümə sənlə bircə gecə
“Yə” “əlif”ə, “te” “əlif”ə.
Molla Cümənin şeirləri həm şifahi şəkildə və həm də
əlyazmaları şəklində yayılmışdır. Doğrudan da, aşığın əlyaz-
maları çox olub, hətta Dağıstanda da onun əlyazmaları oldu-
ğunu deyirlər. Mənə belə gəlir ki, Molla Cümənin zəngin və
rəngarəng yaradıcılığı hələ indicə öyrənilməyə başlanmışdır.
Aşığın anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan
Milli Elmlər Akademiyasının Folklor İnstitutunda yubiley ses-
siyası keçirilmiş, Molla Cümənin yaradıcılığı müxtəlif qütblər-
dən öyrənilmişdir.
Oxucu bəzi şeirlərdə misraların, yaxud sözlərin yerində
nöqtələr görəcək. Bunlar iki səbəbdən belə olmuşdur. Əlyaz-
masında bəzi söz və misralar pozulmuş, axtarışlar isə hələlik
bəhrə verməmişdir. İkincisi isə aşıq bir sıra həcvlərdə qəzəb-
lənərək ədəbdən kənar sözlər işlətmişdir.
148
Bizcə, Molla Cümənin elmi tərcümeyi-halını yazmaq çox
çətindir. Bu, yalnız Molla Cüməyə deyil. Bütün ustad aşıqla-
rımızın həyatı haqqında ən səhih mənbə onların şeir və dastan-
larıdır. Biz bu kitabda Molla Cümənin həyat və fəaliyyətilə
bağlı əldə etdiyimiz çoxlu xatirə və məlumatların müəyyən bir
qismini verməyi lazım bilirik. Bunları biz 1960-cı illərdə fərdi
ekspedisiyalar zamanı toplamışıq və o zaman topladığımız şə-
kildə də kitabın qeydlər və izahlar bəhsində verməyi lazım bil-
dik.
2.1961-ci ildə Qax rayonunun Ləkit kəndində Əzəddin
Əsgərovla görüşdük. Yaşı altmışı haqlamışdı. O, cavanlıqda
aşıq şeirinin vurğunu olub, özünün dediyinə görə, ona aşıqlıq
butası verilib. Yəni Xızr peyğəmbər ona eşq camı içirib. “Eşq
dünyası ayrı şeydir. Bir qıza vuruldum, az qala dəli olmuşdum,
məhəbbətim ona qonmuşdu”. Ə.Əsgərov davam edir: “Hafizəm
lap iti idi. Gündə on şeir əzbərləyirdim. Səhərdən axşama qədər
şeir oxuyurdum. O zaman aşıqların çoxusu şeiri əzbərləyəndə
də yadda saxlaya bilmirdilər. Mənnən xahiş edirdilər ki, əzbər-
ləyim və yadda saxlayım. Böyük Vətən müharibəsinə getdim,
yaralandım, oradan qayıdandan sonra şeirlərin çoxusu yadım-
dan çıxdı. İndi bəzən radioya qulaq asıram, aşıqlar şeirləri düz
oxumurlar, qarışdırır, dolaşdırırlar. Molla Cümə ilə əlaqədar bir
əhvalat yadıma düşdü. Molla Cümə yolnan gedirmiş. Bir cütçü
yer əkir və onun şeirlərini oxuyur və hamısını da qarışdırır, düz
oxumur. Molla Cümə ona yaxınlaşır (əlbəttə, cütçü onu tanı-
mırdı). Cütü əlindən alır, yeri bir o yandan, bir də bu yandan
əkir, başqa sözlə, torpağı yaralayır, cızıqları pozur. Cütçü o
saat dillənir ki, a kişi, sən nə eləyirsən? Molla Cümə o saat
cavab verir ki, sən eləyəndən eləyirəm. Cütçü səhvini başa
düşür”.
S.Əsgərovun dediyinə görə, Molla Cümənin Qax-Zaqa-
tala zonasında dostu çox olub. S.Əsgərovun dediklərindən:
“İsmi Pünhan Molla Cüməyə buta verilib, sonra aşıq onu
aşkara çıxarmamışdır. Butası isə Qax rayonunun Şabalıtlı kən-
Dostları ilə paylaş: |