Aytən Quliyeva
90
Görkəmli sənətkarın şirin, cəlbedici təhkiyə üsulu, maraqlı
süjet-
kompozisiya qurmaq bacarığı onun hekayələrinin təsir
qüv
vəsini artırır, onları daha yaddaqalan edir.
Sənətkarın hekayələrinin müsbət qəhrəmanları son dərəcə
adi, sadə, lakin
mənəvi-əxlaqi cəhətdən kamil, güclü insanlardır,
bu güc onların daxili aləmlərinin paklığından, sadəliyindən irəli
gəlir.
Yazıçı hekayələrində daha çox insan mənəviyyatının sirli-so-
raq
lı aləmindən xəbər verir. Bu hekayələrdə müasir insanın mə-
nəvi-əxlaqi aləmi, daxili dünyası, hissləri ciddi problem kimi bir
növ tədqiqata cəlb edilir.
Anarın nəsri, xüsusi ilə hekayələri müasir dövr Azərbaycan
ədəbiyyatının aktual problemləri, ideya-mövzu və əsas istiqa-
mətləri haqqında ümumiləşdirici fikir söyləmək, “yeni nəsr” an-
la
yışının mahiyyətinə aydınlıq gətirmək baxımından xüsusi əhə-
miy
yət kəsb edir.
“Anar elə yazıçı, elə yüksək səviyyəli milli ziyalıdır ki, hansı
zir
vədə görünməsindən asılı olamayaraq, xalqımız ondan həmişə
da
ha böyük sənət zirvələrinin fəth olumasını umur, gözləyir. Bu-
nun
la belə, bir yaradıcı şəxsiyyət və milli ziyalı kimi Anar öz
əsərləri ilə ədəbiyyatda və ictimai mühitdə həmişə yeni zirvə ki-
mi görünür” (42).
Sənətkar hekayələrində təkcə mövzü istiqamətlərinə görə de-
yil, Azərbaycan ədəbi dilinin inkişaf qanunauyğunluqlarına, sö-
zün semantik məna xüsusiyyətlərinə və imkanlarına vaqif bir sə-
nətkar kimi təsdiqlənir.
F. Sadıq yazır: “Anar—deyilən də, gözümün qabağına bir
A
na yol gəlir. Bu yol “Keçən ilin son gecəsi”ndən baş alıb,
“Otel otağı”na gəlib çıxır. Bu yolda böyük-kiçik yüzlərcə yol və
cığır kəsişir. Bu yolu ayaq üstə təsəvvür edə bilsəydik, qollu-bu-
daq
lı, çoxşaxəli bir ağaca bənzəyərdi. Bir ağac—bir orman! Bu
Anar – 75
91
yo
lu ləngərli, dolu, uzun bir çaya da oxşatmaq olar. Dağlardan,
dərələrdən, düzlərdən keçib, dənizə yaxınlaşanda neçə-neçə ki-
çik çaylara bölünən, delta yaradan bir çaya!” (69).
Anar nəinki Azərbaycanda, həm də Türk dünyasında özünə
la
yiqli yer tutan, Azərbaycan mənəviyyatını, milli-əxlaqi düşün-
cə tərzini dünyaya çatdıran yazıçı, mütəfəkkir və ictimai xadim-
dir. O, əsərlərində milli dəyərlərimizi daim yüksəkdə saxlayan,
Azərbaycan ədəbiyyatı və mədəniyyətini dünya standartları sə-
viy
yəsinə qaldırmağa nail olan qüdrətli yazıçıdır.
Anar hekayələrində çağının ən aktual problemlərini qaldırdı-
ğından, ən həssas nöqtələrinə toxunduğundan bu əsərlər təbii ki,
müx
təlif növlü polemikaya, marağa səbəb olur. Onun yaradıcı-
lığı haqqında Azərbaycanda və dünyanın müxtəlif ölkələrində
ya
zılan çoxsaylı məqalələr, aparılan tədqiqatlar da bu marağın
nəticəsidir.
Dostları ilə paylaş: |