188
sayəsində yenidən təkrar istehsal olunur və mühafizə edilir. Bu
halda insanlar kollektiv əxlaqı
həyata cəlb olunurlar
1
.
Dürkheym bütün hallarda əxlaqın sosial mahiyyətini
etiraf edirdi. O, “əxlaqın müqəddəs xarakterini” geyd edir və
bunu onunla izah edirdi ki, həm dinin, həm də əxlaqın mənbəyi
və obyekti cəmiyyətdir; cəmiyyət isə öz güvvəsinə və nüfuzuna
görə fərddən üstündür. Cəmiyyət şəxsi təmənnasızlıq və özünü
fəda etməyi tələb edir, bunlar əxlaqın vacib komponentləridir.
“Kant allahı quraşdırır, bunsuz onun əxlaq haqqında hipotezi
başa düşülməzdir. Biz fərdlərdən spesifik şəkildə fərqli olan
cəmiyyət quraşdırırıq, çünki başqa cür olduqda əxlaq
məqsəddən, borc isə əsasdan məhrum olur”.
Dürkheym inqilabi xarakterli ictimai idealı irəli sürməyi
və əsaslandırmağı mümkün hesab etmirdi. Çünki belə ideal
sosial strukturun köklü surətdə dağıdılmasını tələb edirdi. Onun
fikrincə, əxlaq “cəmiyyətin real şəraitindən geri qaldıqda” onun
dəyişilmiş strukturla ancaq uyğunlaşdırılması tələb olunur.
Əxlaqın sabit ictimai strukturdan asılı olması ideyası
Dürkheymi əxlaqi relyativizmə gətirib çıxarırdı. Əgər bütün
əxlaq
formaları
mövcud
strukturla
eyni
dərəcədə
şərtləşdirilibsə, onlar eyni hüquqludur, onlardan birinin
üstünlüyünü etiraf etmək üçün obyektiv meyarlar yoxdur.
Dürkheymə görə, əsasən əxlaqi təbiətə malik olan
ictimai
böhranın əsasında ümumi şüurun məzmun və xarakterinin
dəyişilməsi dayanır. Norma və dəyərlərin sürətlə dəyişilməsi
cəmiyyətdəki əvvəlki nizam və qaydanın itirilməsinə gətirib
çıxarır. Fərdiyyətçilik əxlaqı hələ ictimai sərvətin və ümumi
şüurun məzmununun başlıca cəhəti kimi möhkəmlənməmişdir.
Mövcud cəmiyyətdəki həmrəylik davranış qaydalarının
çatışmamazlığını istisna etmir, əxlaqi vakuum, normasızlıq
vəziyyətinə səbəb olur. Nəticədə cəmiyyət əxlaqi nizamsızlıq
girdabına düşərək sosial qarmaqarışıqlıq dövrünü yaşayır.
Böhrandan çıxış yolu əxlaqi tənzimetməni gücləndirməkdir.
1
Yenə orada, s.135
190
nəticələrinin təhlilinin, onların sosiomədəni dəyişkənliyinin
birtərəfli və digər tərəfdən ümumi xarakterinin etiraf edilməsi
müsbət hal idi .
Əxlaqa sosial cəhətdən şərtlənmiş fakt kimi yanaşılması
əxlaqın fövqəltəbii xüsusiyyətini əsaslandıran və ona açıq
şəkildə istinad edən fəlsəfi nəzəriyyənin intiutivizminə qarşı
yönəlmişdi. Dürkheym, eyni zamanda hisslərdən doğan əxlaqi
mülahizələrlə onların həqiqiliyini və yanlış olmasını inkar edən
əxlaqi emotivizmi də rədd edirdi.
Əxlaqın sosioloji şərhi prinsipcə də çox əhəmiyyətlidir.
Ancaq Dürkheymin konsepsiyası olduqca mücərrəd və
birtərəfli idi. Cəmiyyətin xeyrinə olan vahid dəyərli əxlaqi
məqsədlər zəif idi və əsaslandırılmamışdı. Şəxsiyyətin əxlaqi
dəyərini, onun harmonik inkişafını inkar etmək olmaz.
Dürkheym fərdin hüquq və ləyaqətini etiraf edib fəal surətdə
müdafiə etsə də, onun nəzəriyyəsi konkret tarixi şəraitdə
şəxsiyyətlə cəmiyyətin qarşılıqlı əlaqəsinə dialektikcəsinə
yanaşmağa imkan vermir. Cəmiyyətin fərd üzərində qeyri-
şərtsiz üstünlüyü prinsipi sübutsuz idi. Dürkheym tərəfindən
həmişə tənqid olunan mücərrəd fərdilik kimi mücərrəd, qeyri-
tarixi kollektivçilik də bir o qədər qəbul olunmadı. Cəmiyyətlə
şəxsiyyətin qarşılıqlı münasibətinə əxlaqi nöqteyi-nəzərdən
yanasılması subordinasiya əlaqəsi kimi başa düşülə bilməz.
Onların arasında dialektik qarşılıqlı əlaqə mövcuddur.
Əxlaq kimi mürəkkəb fenomenin dialektik izahı, onun
nisbi müstəqilliyini, sosial, mədəni, ekoloji, psixoloji və başqa
bir sıra bütöv amillərdən asılılığını nəzərə alır. Düzdür,
cəmiyyətin Dürkheymsayağı başa düşülməli birmənalı deyildir
və kifayət qədər geniş öyrənilməmişdir. O, nəticədə burada
ekologiya və demoqrafiya, eyni zamanda mədəniyyət və sosial
psixologiyada öz ifadəsini tapan
elementləri daxil etmişdi
1
.
1
История социологии в Западной Европе и США. NORMA-İNFRA-M.
M.: 2001, 576 с.