MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə31/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   27   28   29   30   31   32   33   34   ...   106

_____________Milli Kitabxana______________

Bir soyuq mərəkəni məhşəri-kübra elədim.

Bir işıltıydı, Süha ulduzutək görsənməz,

Göz yaşımla mn onu üqdi-Sürəyya elədim.

Ümidim var ki bu dərya həl oğyanus ola,

Ona zamin bu zəminə ki, mühəyya elədim.

Ürfana çatmasa serü ədəb əbqa olmaz,

Mən də ürfanə çatıb, şerimi əbqa elədim.

Əbədiyyətlə yanasdım doğula Hafizə tay,

Şirazın şahçırağın Təbrizə əhda elədim.

Türkinin camm almışdı həyasız tağut,

Mən həyat aldım ona, heqq üçün əhya elədim.

Feyzi-Ruhülqüdüs oldu mədədim Hafiztək,

Mən də Hafiz kimi ecazi-Məsiha elədim.

Qəmə-qəddarələr ağzında dil olmusdu söyüş,

Mən səvinc etdim, xəncəri xurma elədim.

İndi göylərdə gözəl səflə, səfa ilə gəzir,

Məncəlablarda üzən ördəyi durna elədim.

Bax ki "Heydərbaba" əfsanətək olmuş bir Qaf,

Mən kiçik bir dağı sərmənzili-ənqa elədim.

Burda Rövşənzəmirin də hünərin yad edəlim,

Mən onun da qələmin tutiyi-quya elədim.

Nə tək İranda mənim vəlvələ salmış qələmim,

Bak ki Türkiyyədə, Qafqazda nə qövqa elədim.

Bax ki Tehranda nə Fərzanələr olmuş Valeh,

Bax ki Təbrizdə nə şairləri Şeyda elədim,

Həm "Səhəndiyyə" Səhəndin dağın etdi başuca,

Həm mən öz qardaşımın haqqını ifa elədim.

Acı dillərdə şirin türki olurdu hənzəl,

Mən şirin dillərə qatdım onu, halva elədim.

Hər nə qalmışdı keçənlərdən ona bal pəteyi,

Əridib mumlu balın şəhdi-müseffa elədim.

Türki, vallah, analar oxşağı, laylay dilidir,

Dərdimi mən bu dəva ilə müdava elədim,

Şəhriyar, heyf, sovuxdur bu dəyirman hələ də,

Dartmağa yoxdu dəni, mən də müdara elədim.



"ƏSLİ-KƏRƏM" ŞERİNƏ

BİR HAŞİYƏ


_____________Milli Kitabxana______________

Kərəm deyər: Mən bir səfil səyyadam,

Hər marala tor ataram, mar gəli.

Yar bağının bülbülləri oxuyur,

Bizim yurda siyrə də yox, sar gəli.

"Əsli-Karəm" dastanından

Evdə bir il ah çəkərəm, xəbər yox,

Evdən çıxam mən o yana, yar gəli.

Tay-tuşlarım çölə çıxa, gün çıxar,

Mən çıxanda yağış getsə, qar gəli.

Yazıq quzum! Aclığa döz, darıxma,

Bu gün-sabah bahar gəli, bar gəli.

Bizə gələ-gəlməyə bir kal iydə,

Qonşumuza heyva gəli, nar gəli.

Xan evinə şir gələ, quyruq bular,

Bizim evə kor it gələ, har gəli.

Xəlqə qonax gəli gözü sürməli,

Bizim evdən kor getməmiş, kar gəli.

Bəxtimə arvad nə çıxa, bilmirəm.,

Bəllidir ki, sərsağa sovsar gəli.

Bir "üç ətək" əndazədir əynimə.

"Salisburi" gen gəlməsə, dar gəli.

Dövlətliyə yas da gələ oynayar,

Biz kasıba toy gələ, axsar gəli.

Qəm yükündən kəndxudanın hissəsi

Xərdal olu, bizimki xalvar gəli.

Kənddə bizi döyüllə, bir havar yox,

Biz bir kəlmə haqq danışaq, car gəli.

Darğa şayırtlar bizə sərkər çrxar,

Dar dibindən qurtula, sərdar gəli.

Bundan belə özgə görəm özgədən

Minnət çəkir, qeyrət mənə ar gəli.

İşçi, toyuq kəsəndə mən baxanmam,

Bilməm necə ürəyindən var gəli?

Qəmdən mənim bir eynək var gözümdə,

İşıq-aydın gün gözümə tar gəli.



_____________Milli Kitabxana______________

Eşqim düşüb yadıma, gözlər daşar,

Baharda sel atlanı - çaylar gəli.

Çox şairin təbi donar buz kimi,

Şəhriyarın şeri də qaynar gəli.

SABİRİN XORUZU

Sübh xəyalilə xoruzlandı kənd,

Mən də Hopop tək bir ağız banladım.

Qalmadı salim mənə də qol-qanad,

Banlamağın mən də dadın anladım.

Cücələrim gəlmədilər bağrıma,

Ağrımı aldım yanıma, yanladım.

Bax, necə heyvan eləyirlər məni?

Mən necə bu heyvanı insanladım?

Aqil olub əql məni danladı,

Aşiq olub mən də onu danladım.

"Əl atıb Allah ətəyin tut" - dedi,

Gör necə müşgülləri asanladım.

Tehranı Dəccal mənə Təbrizlədi,

Mən də gəlib Təbrizi Tehranladım!

Qapqara zülmət gecəni sızlayıb

Sübhə qədər sursatı sahmanladım.

Xalqı oyatdım bu sınıq qətb ilə -

Allaha şeytanları şeytanladım.

Küfr, müsəlmanları kafirlədi,

Mən də dedim: -Küfrü müsəlmanladım.

Şükr ola, mən istəmişəm zülmdən

Bir para zalımları peşmanladım.

Bax ki, xoruztək açılanda səhər,

Mən də acıq səslə qoçaq banladım.

ALLAH VƏDƏSİ



_____________Milli Kitabxana______________

Qoy bu inqilab sel kimi axsın,

Göy guruldasın, ildırım şaxsın.

Müstəzəfin qoy, haqqa çatarkən,

İslam baydağın dağlara taxsın.

Məzlumun ahı qoy alov çəkib

Zülmü rişədən yandırıb-yaxsın.

Allah süfrəsi açıq olarmı? –

Bir iddə yesin, bir iddə baxsın?!

İNS VƏ CİN

Bar ilahi! Sən bizə ver bu şəyatinidən nicat,

İnsanın nəslin kəsib, ver insə bu cindən nicat.

Bizdən ancaq bir qalırsa, şeytan artıb min doğub,

Hansı röyada görüm mən, bir tapa mindən nicat?

Beş min ildir bu səlatinə giriftar olmuşuq,

Din də gəldi, tapmadıq biz bu slatmdən nicat.

Bir yalançı din də olmuş şeytanın bir möhrəsi,

Doğru bir din ver bizə, ver bu yalan dindən nicat.

Hər dua şeytan edər, dünya ona "Amin" deyər,

Qoy dua qalsın, bizə ver sən bu "Amin"dən nicat.

Ərsini təndirlərin guvduşlarında oynayır,

Kimdi bu guvduşlara versin bu ərsindən nicat?

Ya kərəm qıl, kinli şeytanın əlindən al bizi,

Ya ki, şeytanın özün ver bircə bu kindən nicat.

Öldürür xəlqi, sora xətmin tutub, yasin oxur,

Bar ilahi, xəlqə ver bu hoqqa yasindən nicat.

Şurəvidən də nicat umduq ki, bir xeyr olmadı,

Olmasa çay sandığında çay, gələ Çindən nicat.

Mən toyuq tək öz hinimdə dustağam illər boyu

Bir xoruz yolla, tapam mən bəlkə bu nindən nicat.

Şəhriyarın da əzizim, bir tutarlı ahı var,

Düşməni Əhrimən olsun, tapmaz ahindən nicat.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə