MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə52/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   48   49   50   51   52   53   54   55   ...   106

_____________Milli Kitabxana______________

Bu dünya bazarını gəzdim canım ovcumda,

Şadlıq ucuz, qəm baha, taraz tərəzi hanı?!

Hər xaqan yadigarı bir müdhiş xərabədir,

Mədain xütbəsini car çəkmirmi Xaqani?!

Boyunbağı düzmüşdür boğazıma göz yaşı,

Bu yağış havasında tor gördüm asimanı.

Sevinc yaşlarım ilə yusam qəm qubarını,

Bəqa çeşməsi çıxar, suvarar bu cahanı.

Gecənin quyusıından qoy çıxsın bədr olmuş ay,

Gül səpsin üfüqlərə, bəzəndirsin hər yanı.

Ayrılıq gecəsində göz yaşı tökən şamım

Dedi: sükut diliylə vəsf eylə yaradanı.

Dünyanın barısından gecə gizli qapı aç,

Dərgahına yetişsin məhbusların fəğanı.

Zöhrəmin ətrafında sürüsünü otarır

Camalı nur saçan ay-ulduzların çobanı.

Bu tufan körfəzindən xərac alasan gərək,

Sahildir xilaskarın, sinənlə yar dəryanı.

Ürfan nəğməsi deyir Allah vahidliyindən,

O böyük Xacə Hafiz süsləndirir ürfanı.

Hafiz taxtına çıxan sərmayəsiz Şəhriyar,

Tənəzzüfə düşməsin bu şeir xanədanı!

ŞÖVQ KARVANI

Səməndini səyirdərək toz qaldrıb gəldi yarım,

Göz yaşımla tez yuyuldu ürəyimdən qəm-qubarım.

Kipriyimi yumub səpdim qədəminə sevinc yaşı,

Neylər mənə hicran qəmi, yanımdadır qəmküsarım.



_____________Milli Kitabxana______________

Canda canım qalmamışdı, canım gələn nigar imiş,

Qurbanlığım olmasa da, baş ucaltdı şux nigarım.

Dizimdə taqətim vardı düşəm dilbər ayağına,

Gözümüzündə qalmışdı, əlindəydi ixtiyarım,

O gül üzdən uzaq yolun qubarım yumaq üçün

Gözlərimdə bulud kimi doluxmuşdu intizarım.

Boynuma qol saldı vüsal, yoxa çıxdı qəm kölgəsi,

Qaysaq tutdu sinəm dağı, loğman imiş cəfakarım.

Gündüzlərim üzündəydi, gecələrim saçlarında,

Belə gecə-gündüz ilə bəxtiyardı ruzigarım.

Cismim oda tutulduqca şimşək çalan ağac kimi,

El yüyürsə nə faydası, təkcə odur xilaskarım.

Çıraq tutdum yollarına sevdalanmış gözəllərin,

Qəm çəkmərəm, bu yollarda sona yetsə son güzarım.

Sərv boylu gözəllərin kölgəsində can dirçələr,

Əksiltməsin bu kölgəni başımdan pərvərdigarım.

Göyərçinim, ha deyirdin bu fəryadm faydası yox,

Görürsən ki, bar gətirdi fəryadlarım, dualarım.

Kor taleyin hər cövrünə bir dağ kimi tab eylə sən,

Bəxtiyar ol, ayparatək sən də qalma bəxti yarım.

İnsanlığın meyarıdır ümid, qorxu, bir də rica,

Qorxu qoruqçu olmasa oğurlanar ümid barı.

Yarəb, salam yetirsin qoy nigarıma səhər yeli,

Salamımdan şad olsa yar, abad olar yar diyarı.

Yaddan çıxmaz o günlər ki, məclisimin çırağıydı,

Şirin-şirin xatirələr gül üzlümün yadigarı.



_____________Milli Kitabxana______________

Şair Sayə kölgəsində nurlanmışdı üzlərimiz,

Ucaltmışdı başımızı Nadirpurun şah vüqarı.

Şir ovlayan bir ovçuydum mən ki, sənət ovlağında,

Fəqət burda yar gözünün boynuburuq bir şikarı.

Müşiri ki, çoxlarını şahmat ilə mat eylədi,

Üzündədir bu şairin həm xəzanı, həm baharı.

Tənəli bir təbəssümlə söyləyirdi Məftun gözü:

Nə şəhəri xoşlayıram, nə şəhərli Şəhriyarı.

MƏLƏYİN MÜJDƏSİ

Səhərin ağ müjdəsini gətirmiş bir mələk bizə,

Xoş avazlı hüma quşu bağışlar ağ lələk bizə.

Çərxin davarını sağır Zöhrənin çobanı məgər,

Süd şüalar bir töhfədir göydən şəlalətək bizə.

Ağ pərinin dərgahından qaçmış qara div ordusu,

Al geyinmiş Süleymanı göstərəcək fələk bizə.

Allaha yaxın qocanın kamanından çıxan oxlar

Uçur çərxin billurundan, gətirir min dilək bizə.

O xərabat qocasına sübh çağında müjdə verin,

Kəhər atlı piri-muğan bir azdan gələcək bizə.

Məsihadır yoxsa Qüdsün nütfəsindən yaranmışdır,

Nəfəsiylə can gətirib, o vermişdir ürək bizə.

Hərçəndi, gec gəlməyindən bağrım qana döndü mənim,

Hər tükündən nur saçılan qızıl aslan gərək bizə.

Daha pünhan qala bilməz nə xeyir, nə şər əməli,

Küdurətin küp qarısı gələ bilməz kələk bizə.



_____________Milli Kitabxana______________

Onun qızıl nizəsinə hədəf eylə öz sinəni,

O, bir şəfa şahmarıdır, təbib olsun gərək bizə.

Ən bilici mühasibdir, ən bilici müəllimdir,

Hesab, ürfan aləmində odur əzəl örnək bizə.

Qoca fələk öz çarxını arzumuzca fırladacaq,

Kainatın rəhbərindən xəbər verir şimşək bizə.

O vaxtdan ki, qəlbimizi verdik eşqin sevdasına,

Göründü hər iki dünya puçluğuyla gerçək bizə.

Əgər saqi bir içimlə salırsa ayaqdan bizi,

Bir içimdə həyat verir, iylədir gül-çiçək bizə.

Bizi heyran qoya bilməz kainatın bəzəkçisi,

Şəhriyarın yaratdığı olacaqdır bəzək bizə.

YAŞAYIŞ

Çəkmişəm əllərimi süfrəsindən həyatın,

Yığmışam gözlərimi töhfəsindən həyatın.

Tale qonaqlığında qan içmisən, ey ürək,

Şaxta duydun həmişə nəfəsindən həyatın.

Bir gülər üz ğörmədim axıradək dünyada,

Göz yaşım selə döndü hiyləsindən həyatın.

Başıma bir sayə sal, sən ey ölüm mələyi,

Canım qurtara bəlkə məhbəsindən həyatın.

Karxanalar, mədənlər naləsinə qulaq as,

Ağızlar qan əndərir silləsindən həyatın.

Vaxtsız düşən bir uşaq məhəbbət şivənidir,

Canda bir can məhv olur tənəsindən həyatın.



_____________Milli Kitabxana______________

Olum həyatsa əgər, ölüm qorxusu nədir,

Qurtaran yoxdur hələ tələsindən həyatın.

Ölümlə keşməkeşdə ürək bir qəhrəmandır,

Qəddimiz kaman olur şələsindən həyatın.

Həyat bizimdir deyə güvəncimiz nahaqdır,

Bir ümman dərdimiz var giləsindən həyatın.

Sarvanı ölüm olan bir karvan içindəyik,

İblislər zahir olur kölgəsindən həyatın.

Dünyanın həyanıdır elm, ürfan, mərifət,

Daşdır, arxayın olma pilləsindən həyatın.

Eşqin qoca təbibi dərdə çarə bulmadı,

Sağ çıxmağa ümid yox çilləsindən həyatın.

Başım üstə Nuh kimi dayanmışdı o təbib,

Can qayığım batırdı həmləsindən həyatın.

Cəhənnəmdə cəhənnəm intizarı çəkirik,

Ölüm həyat istəyir köləsindən həyatın.

HAFİZ BARGAHI

Nədir gecələr məni zülmətə çağıran səs,

"Oyan" deyib astadan xəlvətə çağıran səs?!

Münacat çəkənlərin yanğılı dodağıyla,

Hafiz bargahına - sərvətə çağıran səs...

Açılmaz tilsimi var onun şeir sazının,

Aça bilmir tilsimi heyrətə çağıran səs.

Ruhunu mələklərin qanadında ucaldır

Qüds aşiyanından cənnətə çağıran səs.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə