MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə86/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   82   83   84   85   86   87   88   89   ...   106

_____________Milli Kitabxana______________

O zamandan mənə düşmən kəsilib,

Bu cavan canıma qan-qan kəsilib.

Hər kəs ağlıyla edər düşməni mat,

Ağlım olmuş mənə düşmən, heyhat!

Bu zəkadan nə ziyan çəkmədi baş?

Qanmayaydım, ulu tanrım, daha kaş!

Xoş olar fəhlə, ya hammal olasan,

Başı boş, lüt, özü də mal olasan.

Qoymaya kimsə qəmə, şadlığa fərq,

Ya da bərbad ilə abadlığa fərq.

Kəndlinin ömrü xoş, aram ürəyi,

Kəndlinin ömrü - halallıq küləyi.

Nəyə lazım ayıra dal-qabağı?

Niyə seçsin sol əli, ya ki, sağı?

Qəm ilə şadlığa biganədir o,

El qəmi bir yana, bir yanədir o.

Bolluğa, dincliyə dalmaq işidir,

Ləkələnməkdən uzaq bir kişidir.

Nə rüsumat, görüş ardınca qoşur,

Nə mənim tək sənət eşqilə coşur.

Nə sevir gündə boyunluq ağ ola,

Ütülü şalvarı dümdüz, cağ ola.

Nə bilir qar kimi köynək, kravat?

Qaloşa, getrə həvəs zövqünə yad.

Nə tanışlıq, nə yalaqlıqdır işi,

Sünilikdən uzaq olmuş gülüşü.

Qeydü şərtin o, giriftarı deyil,

Əmrü Zeydə nə qul olmuş, nə veyil.

Başda yoxdursa əgər bir papağı,

Fikri də yoxdu və dincdir qulağı.

Yığıla yüz mamaça, hey dolana,

Düşəcəkdir yenə də güc doğana.

Ümmileyli deyil Afaq, deyə, mən

İstərəm müfləq ipək çadra, jupən.

Nə sevir boynuna taxsın kəpənək,

Nə də sevmir alaqarson, ya bəzək.

Saysalar da bu işi bir dəlilik,




_____________Milli Kitabxana______________

Eybi yox, var bu cünunluqda bilik.

Görünən hər şeyi təqlid nə gərək?

Nökər olsaq da, olaq eşqə gərək.

Nəyə lazım sürülən süni ömür?

Gəl, ömür karvanını sidq ilə sür.

Qanmazın ömrü keçir keyf ilə, şən,

Düşünən insan olur dərdi çəkən.

Bəlli, artdıqca zəka, gün qaralar,

Ürəyi min cürə neştər yaralar.

Artsa elm ilə bəsirət kökü, bil,

Artacaq canda əzabın yükü, bil.

Bədənin ağrısı can ağrısımı?

Yox əzizim, o, şədid dağ basımı.

Xalvar ilən bədənə gəlsə də dərd,

Səy edir misqal ilə tərk edə dərd,

Azalarsa birinin hissi, yəqin,

Qurtarar zəhməti canın, ürəyin.

Canın artarsa əzabı, o zaman

Artacaq hissi də şiddətlə haman.

Dözə bilsə ona hər kim kişitək,

Bu əzablar onu öldürməyəcək.

Nə qədər artsa əzab, azdı, ya çox,

Bu yolun "öldüsü var, döndüsü yox!".

Ya bu dünyada özün qayda yarat,

Ya da əl çək, əbədi bir yana at.

Yoxdu bir kəs bu cahandan ala kam,

Varsa, öz hissinə biganədi tam.

Bilməyincə bu cahan eşqini, bil,

Tanımaq kimsəyə mümkün də deyil.

Bu cahan bəslər ikən kibr ilə qəm,

Kar olaydıq, kor olaydıq, deyirəm.

Göz görür, qəlb əriyir, yaş süzülür,

Gəmirir qurd kimi qəm, can üzülür!




_____________Milli Kitabxana______________

QƏSİDƏLƏR

HƏYAT

Əzəl gündən bu dünya nemət dolu dəstərxan,

Mən ki, tamah əlimi çoxdan çəkmişəm ondan.

Fələk qara kasadan nə pay vermişdir mənə,

Bu dünya gözlərimdə qaralmışdır hər zaman.

Bir ömürlük göz yaşı axıtmışam aləmə,

Göz yaşı dəryasında dəhşətdir qopsa tufan.

Saçının kölgəsini üstümə sal, ey ölüm,

Nə vaxtacan bu həyat olacaq mənə zindan.

Karxanalar, mədənlər naləsinə qulaq as,

Göylərədək ucalır yerdən qalxan bu fəğan.

Dünyaya göz açanda, uşaq şivən qoparır,

Cəhənnəmi görəntək, fəryad qoparır insan.

Ölum ilə ölümün arası səfər yolu,

Müsafir xurcununda qəmdir, bir də ki, hicran.

Dərdə tablaşmır ürək, döyüşdə əldən düşür,

Elm, ürfan, mərifət tamam hədyandır, hədyan.

Eşqin qoca təbibi itirmiş öz başını,

Çox gəzmiş, dərdimizə tapmamış hələ dərman.

Yatağımın başında oturmadı Nuh kimi,

Gəmisi göz yaşımda tufana düşən zaman.

Ölümlə əlbəyaxa vuruşmaqdır bu həyat,

Bu fəlakət içində necə tab eyləyər can?

İkinci cəhənnəmə nə ehtiyac varımış,

Bu həyat başdan-başa cəhənnəm imiş, inan!

Bu şerə gözlərim sataşan zaman,

Utandım həyatm şərəf-şanından.

Dedim ki, nankərsan, duz-çörək yedin,

Həyat süfrəsində sındı nəməkdan.

Əgər yüksəlişə səndə həvəs yox,

Nöqsan özündədir, özündə, inan.



_____________Milli Kitabxana______________

Həyatla ey könül, əhdin var - dedim,

Abad gördüyünə söylmə viran.

İnsan zəkalısa, baxıb görər ki,

Həyat başdan-başa elmdir, ürfan.

Həyat dənizində eşq qəvvası ol,

Oradan çıxarsan əlində mərcan.

Çətinlik kamala aparır səni,

Həyat imtahandır, böyük imtahan.

Xızrtək zülmətə qatlaşsan əgər,

Dirilik suyunu onda taparsan.

Ömrü zəhrləyən qara ölüm də,

Həyatı özünə seçmişdir məkan.

Heyatın qədrini bildi Şəhriyar,

Həyata şairin canı da qurban.

ATAMIN MATƏMİNDƏ

Yalqız qoyub gedən məni, ey bixəbər ata!

Getdin özün, məni elədin bipədər, ata.

Ey can verən vətəndə, ölən bir qəribtək,

Yandırdı qəlbimi bu ələm, bu kədər, ata!

Sandım əsa olum sənə, ancaq nə faidə,

Düşdüm özüm də batlağa, bilsən əgər, ata!

Ey bizləri yetim qoyub, kimsəsiz qalan,

Xoş getdin, ay ata, səfərin bixətər, ata!

Gizlin baxım camalına qoy bir də son kərə,

Artıq bu son səfərdi, ağır bir səfər, ata!

Qəlbin qanıyla bəsləyən ey bağban məni,

Dünyada görməyən əməyindən səmər ata.

Oğlundan ötrü eyləmiş əğyar tənələr,

Sarsıtdı bəlkə qəlbini bu tənələr, ata.



_____________Milli Kitabxana______________

Əfsus, qafil imişəm aləmdə gör necə,

Heç bilmədim gəlibdir atamdan xəbər, ata!

Sən rəhmdil, vəfalı, sən əhli-güzəşt idin,

Əfv et məni, bu olsa müyəssər əgər, ata.

Səbrim, mətanətim dağ ola, sındırar qəmin,

Bu ayrılıq dağın qıracaqdır kəmər, ata!

Tək mən deyil ki, əhli-hünər bipədər qalıb,

Millət qalıb, bu yerdə, inan, bipədər, ata.

Söylə, necə dönüm evə bir gün bu qəmlə mən,

Səndən o evdə görməyim heç bir əsər, ata?

Mən qalmışam, ümid qalıb, bir də dərdü qəm,

Onlar da oldu puç, qəmində hədər, ata.

Getdin özün, nə etməli, tufani-ruzgar

Etdi bu xanimanımı zirü zəbər, ata.

Söndün səhər güləndə sən, ey sübhün ülkəri,

Açdın mələk kimi göyə sən balü pər, ata.

Ömründə şamtək yanıb, axırda həmnəfəs

Oldu səhər sənə, bu nəsimi-səhər, ata.

Öldün özün, ürəkdə adın daima yaşar,

Çəkdim qəmində gər biləsən mən nələr, ata!

ƏZİZ AZƏRBAYCANIMA XİTAB

Fədakarlıq günüdür qalx, anam Azərbaycan!

Əbədiyyət beşiyi, ölümsüz bir cahansan.

Ey min-min bəlalara sinə gərib, mərd duran,

Ey düşmənlər önündə qaya kimi sərt duran.

Ömrünü, taleyini bəxş edən tufanlara,

Ahm dağlara düşsün, göz yaşm dumanlara.

Ey məhəbbət, ey ülfət məskəni məğrur Vətən!




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə