§ 185). Birinci fiqurda – T-X-U müqəddimələrdən heç biri: T-X və X-U hələ vasitələnməmiĢdir; birinci müqəddimə
üçüncü fiqurda, ikinci müqəddimə isə ikinci fiqurda vasitələnir. Ancaq bu iki fiqurdan hər biri öz müqəddimələrinin
vasitələnməsi üçün o biri iki fiqurun da olmasını tələb edir.
Bunun sayəsində anlayıĢın vasitələnmiĢ vəhdəti artıq abstrakt xüsusilik kimi deyil, təkcə və ümuminin inkiĢaf etmiĢ
vəhdəti kimi və ilk öncə bu təriflərin refleksləĢmiĢ vəhdəti kimi müəyyənləĢdirilməlidir; təkcə həm də ümumi kimi
müəyyənləĢdirilməlidir. Belə aralıq üzv refleksiya əqlinəticəsini verir.
beta) Refleksiya əqlinəticəsi
§ 190
Əgər aralıq üzv artıq 1)
yalnız subyektin abstrakt xüsusi müəyyənliyindən ibarət olmayıb digər müəyyənliklərlə
birlikdə bu müəyyənliyə malik olan bütün təkcə konkret subyektlərdirsə, onda biz məcmu (der Allheit) əqlinəticəsi
alırıq. Subyekti xüsusi müəyyənlik, aralıq termin olan bütün subyektlərin məcmusu kimi böyük müqəddimə daha çox
özünün yönəldiyi nəticəni nəzərdə tutur. 2) Ona görə də böyük müqəddimə aralıq üzvü a, b, s, d və i. a. təkcələrin tam
sırasından ibarət olan induksiyaya əsaslanır. Amma bilavasitə empirik təkcə ümumidən fərqləndiyindən və buna görə də
bütövlüyü təmin edə bilmədiyindən induksiya 3) aralıq üzvü təkcədə onun öəmli ümumiliyi, cinsi yaxud mühüm
müəyyənliyi anlamında oan analogiyaya əsaslanır. Birinci əqlinəticə özünün vasitələnməsi üçün bizi ikinci əqlinəticəyə,
ikinci isə üçüncüyə yönəldir. Ancaq subyektiv əqlinəticənin fiqurunda təkcəlik və ümumilik arasındakı dıĢ iliĢgi
formaları mərhələsi keçildikdən sonra üçüncü və birinci ikincidən heç də az olmayaraq özü özündə müəyyənləĢmiĢ
ümumini və ya cins kimi təkcəliyi tələb edir.
Qeyd. Məcmu əqlinəticə vasitəsilə empirik idrakın əsas əqlinəticə formasının
§ 184-də göstərilmiĢ qüsuru aradan qaldırılır, amma bu zaman yeni qüsur,yaxud yanlıĢlıq yaranır, yəni nəticə olmalı
fikri böyük müqəddimə bilavasitə müddəa kimi fərz edir. "Bütün insanlar öləndir, deməli, Kay öləndir"; "Bütün metallar
elektriki keçirir, deməli, mis də elektriki keçirir". Bütün təkcələrin bilvasitə təkcə və empirik müddəalar kimi yer aldığı
bu böyük müqəddimələri söyləmək imkanı əldə etmək üçün təkcə Kay və təkcə mis haqqında müddəalar öncədən
düzgün müddəalar kimi qeyd olunmalıdır. "Bütün insanlar öləndir, Kay insandır və i. a." kimi əqlinəticələrin nəinki
pedantizmi, eləcə də boĢ, heç nə söyləməyən formalizmini hər kəs görür.
Əlavə. Məcmu əqlinəticə təkcə subfektlərin birləĢdirici aralığını yaradan induktiv əqlinəticəyə yönəldir. Biz, "Bütün
metallar elektriki keçirir" dedikdə, bu bütün metalların ayrı-ayrılıqda öyrənilməsindən irəli gələn empirik müddəadır.
Beləliklə, aĢağıdakı formada induktiv əqlinəticə alırıq:
X-T-U
T
T
.
.
.
Qızıl metaldır, gümüĢ metaldır, qurğuĢun metaldır və i. a. Bu – böyük müqəddimədir. Buna kiçik müqəddimə, yəni
"Bütün bu cismlər elektriki keçirəndir" müqəddiməsi birləĢir və bundan nəticə çıxır ki, bütün metallar elektriki
keçirəndir. Deməli, burada bütün metalların məcmusu kimi təkcə bağlayıcı funksiyası yerinə yetirir. Bu əqlinəticə isə öz
sırasında baĢqa əqlinəticəyə yönəldir. Onun aralıq üzvi təkcələrin bütün sırasıdır. Bu bəlli bir sahədə müĢahidə və
təcrübənin tamamlanmasını tələb edir. Ancaq burada söz təkcələrdən getdiyindən yenidən sonsuz proqres alınır (T, T,
T...). Ġnduksiyada təkcələr heç vaxt tükənə bilməz. "Bütün metallar, bütün bitkilər və s." deyilməsi yalnız bizim
indiyədək tanıĢ olduğumuz "Bütün metalları, bütün bitkiləri" göstərir. Biz bu və ya digər müĢahidə etdiyimizi və həta
çoxlu müĢahidələr apardığımızı deyə bilərik, lakin bütün halları, nüsxələri müĢahidə etdiyimizi deyə bilmərik.
Ġnduksiyaya xas olan bu qüsur bizi analogiyaya müraciət etməyə yönəldir. Analoji əqlinəticədə biz müəyyən Ģeylərin
bəlli xassəyə malik olmasından nəticə çıxarırıq ki, həm də baĢqa Ģeylər həmin xassəyə malikdirlər. Məsələn, biz
"Ġndiyədək bütün planetlərdə bu hərəkət qanununu aĢkar etmiĢik" deyəndə analoji olaraq bu qanunu yeni tapılan planetə
də aid edirik; bu – analoji əqlinəticədir. Analogiya haqlı olaraq empirik elmlərdə böyük rəğbətlə iĢlənir və onun
vasitəsilə önəmli nailiyyətlər qazanılmıĢdır. Ġnstinkt hiss etdirir ki, empirik yolla tapılmıĢ bu və ya digər tərifin əsası
onun aid olduğu predmetin iç təbiətində, yaxud cinsindədir və özünün sonrakı hərəkətində bu tərifə söykənir. Lakin
analogiya dayaz, yaxud əsaslı ola bilər. Məsələn, deyəndə ki, "Ġnsan, Kay – alimdir; Tit də insandır, deməli, o da
ehtimal ki, alimdir", onda bu, Ģübhəsiz, olduqca pis analogiyadır, çünki alimlik heç də insan cisinə mənsub deyildir.
Amma biz bu cür dayaz analogiyalarla tez-tez qarĢılaĢırıq. Belə ki, adət üzrə, məsələn, deyirlər: "Yer göy cismidir və
canlı varlıqlar məskunlaĢmıĢdır; Ay göy cismidir, deməli, Ayda da ehtimal ki, canlı varlıqlar vardır". Bu analogiya
yuxarıdakından heç də yaxĢı deyil. Yerdə canlı varlıqların olmasının əsası təkcə onun göy cismi olmasında deyildir,
bunun üçün digər Ģərtlər də tələb olunur; məsələn, bunun üçün göy cisminin atmosferlə əhatə olunması da lazımdır ki,
orada su olsun və i. a.; bu Ģərtlər isə, bildiyimizə görə, Ayda yoxdur. Ən yeni zamanda naturfəlsəfə adlandırılan təlim
boĢ, zahiri analogiyalarla mənasız oyundan ibarətdir. Lakin bizdən tələb edirlər ki, biz onları dərin mahiyyətlər sayaq;
onların sayəsində təbiətin fəlsəfi araĢdırılmasının krediti haqlı olaraq itirildi.
gamma) Zərurət əqlinəticəsi
§ 191
Yalnız abstrakt təriflərə görə götürülən zərurət əqlinəticəsinin aralıq üzvi refleksiya əqlinəticəsindən (aralıq üzvi
təkcədir) fərqli olaraq ümumidir; refleksiya əqlinəticəsinin forması ikinci fiqur, üçüncü fiqurun – birincisidir (
§ 187). Bu əqlinəticədə ümumi önəmli dərəcədə özü özlüyündə müəyyənləĢmiĢ haldadır. Ġlk sırada 1) xüsusi müəyyən
cins və ya anlamında vasitələndirici tərifdir ki, bu, qəti əqlinəticə olur; 2) sonra, bilavasitə varlıq anlamında təkcə
vasitələndirici olduğu qədər də vasitələnəndir; bu hipotetik əqlinəticədə özünü göstərir; 3) vasitələndirici ümumi özünün
xüsusiliklərinin totallığı kimi və xüsusi təkcə, təkcəliyin istisnası kimi düĢünülür; bununla dizyunktiv əqlinəticədə
qarĢılaĢırıq. Beləliklə, dizyunktiv əqlinəticə təriflərində eyni bir ümumi çıxıĢ edir və bu təriflər ümuminin ifadəsinin
ayrı-ayrı formalarından ibarətdir.
§ 192
Öncəki paraqraflarda götürülən əqlinəticə özündəki fərqlərə və bu fərqlərin inkiĢafının sonuclarına görə fərqlərin özü
özünü və anlayıĢın özündən-kənar-varlığını aradan qaldırmasından ibarətdir. 2) Bu momentlərdən hər biri özünü
momentlərin totallığı, deməli, bütöv əqlinəticə kimi göstərir; 2) onların fərqinin inkarı və vasitələnməsi özü-üçün-varlığı
təĢkil edir, belə ki, eyni bir ümumi bu formaların hər birində və onların eyniyyəti kimi olur. Mometlərin bu ideallığında
əqlinəticə prosesi aĢağıdakı tərifi alır: əqlinəticə müəyyənliklər vasitəsilə baĢ verən proses olub özündə önəmli dərəcədə
Dostları ilə paylaş: |