44
iqtisadiyyatda faiz dərəcələrinin ümumi səviyyəsinə təsir göstərir. Faiz dərəcələrinin
enib qalxması ölkələr arasında sərmayənin hərəkət istiqamətini müəyyən etmək son
dərəcədə milli valyutaların məzənnələrinin dəyişilməsinə gətirib çıxarır. Faiz
dərəcələrinin
rəsmi
yüksəldilməsi
pul
kütləsi
və
kredit
həcminin
məhdudlaşdırılması, tədiyə balansının yaxşılaşdırılması üçün xarici kapitalın
(qisamüddətli) ölkəyə ахınının stimullaşdırılması, valyuta ehtiyatlarının qorunmasi
və valyuta məzənnəsinin dəstəklənməsi məqsədini güdür. Uçot faizini azaldanda
milli və xarici kapitalın çəkilməsi baş verir. Bu da tədiyyə balansının saldosunu və
milli valyutanın məzənnəsini aşağı salır.
Müasir şəraitdə diskont siyasətinin səmərəliliyi azalmışdır. Bu,hər şeydən
ə
vvəl daxili və xarici məqsədlər arasında olan ziddiyətlərlə əlaqədardır. Əgər faiz
dərəcəsinin aşağı salınması hesabına rəqabətdə canlanma baş verirsə, bu tədiyə
balansına mənfi təsir edir(əgər kapitalın çəkilməsi baş verirsə) Tədiyə balansının
yaxşılaşdırılması məqsədilə uçot faizinin qaldırılması durğunluq dövründə ölkə
iqtisadiyyatına mənfı təsir göstərir. Diskont siyasətinin nəticə verməsi ölkəyə xarici
kapitalın axmasından asılıdır.Lakin qeyri-sabitlik şəraitində faiz dərəcələrinin aşağı
və ya yuxarı qaldırılması heç də həmişə kapital hərəkətini müəyyən etmir. Aparıcı
dövlətlərin diskont siyasəti bəzən rəqib dövlətlərin vəziyyətinə mənfi təsir edir,
çünki onlar milli mənafeyə olub-olmamasından asılı olmayaraq, aparıcı dövlətlərin
yeritdiyi siyasətə uyğunlaşmağa məcbur olurlar.Faiz dərəcələri «müharibələri» bu
baza əsasında yaranır.
Deviz siyasəti-dövlət orqanları tərəfindən valyuta bazarına müdaxilə
etməklə xarici valyutaların alınıb-satılması yolu ilə milli valyutanın məzənnəsinə
təsir etmə üsuludur. Milli valyutanın məzənnəsinin yüksəldilməsi məqsədi ilə
Mərkəzi Bank xarici valyutanı satır, aşağı salmaq məqsədilə isə milli valyutanı satır.
Deviz siyasəti başlıca olaraq göstərilən valyuta müdaxiləsi şəklində, yəni milli
valyuta məzənnəsini tənzimləmək üçün xarici valyutanın alınıb-satılması
ə
məliyyatları ilə həyata keçirilir. Bu əməliyyatın əsas fəqləndirici cəhəti tətbiq
edildiyi qisa müddət ərzində iri miqyaslı olmasıdir.
45
Valyuta müdaxiləsi (intervensiyası) rəsmi qızıl-valyuta еhtiyatları hesabına
və ya banklararası «svop» (eyni valyutanın müxtəlif müddətlərdə alıcısını və ya
satıcısını özündə birləşdirən banklar arasında valyuta sövdələşməsi svop əməliyyatı
adlanır) müqaviləsinə əsasən mərkəzi bankın qısa müddətli kreditləri hesabına baş
verir və ya həyata keçirilir. Qızıl monometallizmin ləğv edilməsindən sonra valyuta
müdaxiləsi geniş vüsət aldı. 1929-33-cü illərdə dünya iqtisadiyyatı böhranı zamanı
mərkəzi banklar valyuta dempinqinə təsir göstərmək üçün öz milli valyutalarının
məzənnələrini aşağı salmaq məqsədi ilə valyuta müdaxiləsindən istifadə etdilər.
Valyuta müdaxiləsinə çəkilən külli miqdarda məsrəflər məzənnə
formalaşdıran bazar amilləri dövlət tənzimlənməsindən güclü olduqda sabitliyi heç
də həmişə təmin etmir. Məsələn,Yaponiya Mərkəzi Bankı 1998-ci il aprel ayında öz
valyuta məzənnəsinin aşağı düşməsinin qarşısını almaq üçün valyuta ehtiyatlarının
10%-ni(21 milyard ABŞ dolları) valyuta bazarında satdı.Lakin məzənnənin aşağı
düşməsinin qarşısını ala bilmədi.
Bretton-Vuds valyuta sistemi dövründə təsbit olunmuş valyuta məzənnəsini
dəstəkləmək üçün mütəmadi olaraq valyuta müdaxiləsi tətbiq edilirdi. Üzən valyuta
məzənnəsi sisteminə keçilməsi ilə valyuta müdaxiləsi kəskin məzənnə
dəyişmələrinin qarşısının alınmasına yönəldilirdi.
Valyuta siyasətinin mühüm formalarından biri valıyuta ehtiyatlarının
diversifikasiyasının(çoxşaxəliliyinin)təmin
olunmasıdır.Valyuta
ehtiyatlarının
diversifikasiyası - valyuta ehtiyatlarının tərkibində beynəlxalq hesablaşmaları təmin
etmək, valyuta müdaxiləsini aparmaq və valyuta itkilərinin qarşısını almaq məqsədi
ilə dövlətlərin,bankların,transmilli şirkətlərin yeritdiyi siyasətdir. Bu siyasət adətən
qeyri-sabit valyutaların satılması və sabit valyutaların, habelə beynəlxalq
hesablaşmaların aparılması üçün lazım olan valyutaların alınması yolu ilə həyata
keçirilir.
Valyuta siyasətinin formalarından biri olan valyuta məhdudlaşdırmaları
aşağıdakıları nəzərdə tutur:
46
1.
Beynəlxalq ödəmələrin, kapital köçürmələrinin, mənfəətin xaricə
aparılmasının, qızıl, pul nişanlari və qiymətli kağızaların hərəkətinin
tənzimlənməsi.
2.
Xarici valyutanın sərbəst alqı-satqısının qadağan edilməsi.
3.
Valyutaya malik olma hüququnun dövlətə verilməsi və bütün xarici
valyuta və digər valyuta dəyərlərinin dövlətin əlində cəmlənməsi.
kinci dünya müharibəsindən sonra beynəlxalq valyuta sistemində mühüm
yenilik
valyuta
məhdudlaşdırmalarının
BVF
vasitəsilə
dövlətlərarasi
tənzimlənməsidir. BVF-nun nizamnaməsinə uygun olaraq üzv ölkələrdə
ə
məliyyatlar üzrə valyuta məhdudlaşdırmaları ləgv edildi və valyuta dönərliliyi
tətbiq edildi.Lakin fondun nizamnaməsi iqtisadi qeyri-sabitlik yarandıqda kapital
hərəkəti üzrə valyuta məhdudlaşdırmaları tətbiq etməyə üzv ölkələri məcbur edir.
Valyuta məhdudlaşdırmaları milli valyutanın beynəlxalq hesablaşmalarda,
valyuta və kredit əməliyyatlarında istifadə olunmasına, onun xarici valyutalara
sərbəst çevrilməsinə mane olur. Ona görə də iqtisadi proseslərin getdikcə daha çox
beynəllilləşməsi valyuta dönərliyi problemini olduqca aktuallaşdırmışdır.
Valyuta dönərliliyinin geniş miqyaslı iqtisadi mənası milli valyutanın
valyuta bazarlarında xarici valyutalara sərbəst olaraq çevrilməsi, ölkənin valyuta
ə
məliyyatlarının üzərinə heç bir məhdudlaşdırma qoyulmamasını ifadə edir.Ancaq
bu dönərlik hüdudsuz dönərliliyi ifadə edir. Lakin real həyatda belə hüdudsuz
dönərlilik mövcud deyildir. Çünki müxtəlif dövlətlər qarşısında qoyduğu iqtisadi və
maliyyə
məqsədlərindən
asılı
olaraq,
dönərlilik
sahəsində
müxtəlif
məhdudlaşdırmalar tətbiq edirlər. Ona görə də müxtəlif dərəcəli dönərli olan
valyutalar mövcuddur. Belə valyutalar 3 qrupa bölünür:
I qrup. Sərbəst dönərli valyutalar. Valyuta qanunlarında heç bir məhdudiyyət
qoymayan ölkələrin valyutalrı sərbəst dönərli valyuta adlanır. Məsələn, ABŞ dolları,
Kanada dolları, sveçrə frankı, Yapon ieni, Avro və s.
Dostları ilə paylaş: |