Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 

55 


 

bələdiyyə büdcələrinin formalaşması və sahibkarlığın genişlənməsi ilə investisiya 

fəallığı üçün ilkin şərait rolunu oynayır. 

Bu  gün  Azərbaycan  şəraitində  vergiyığmanın  artırılması  istehsal  həcminin 

aşağı düşdüyü, maliyyə imkanlarının məhdudluğu şəraitində həyata keçirilməlidir. 

Yeri gəlmişkən, qeyd edək ki, vergi hədlərinin azalması ilə müəssisələrin istehsalı 

artırsa, o da perspektiv vergi yığmаnın maddi bazasını artırır. 

Büdcə  gəlirlərinin  artırılmаsı,  onun  xərclərinin  azalması  büdcə  kəsirinin, 

dövlətin  maliyyə  borclarının  və  onun  xərclərinin  azalmasına  səbəb  olur.  Milli 

valyutanın  sabitləşməsi  və  inflyasiyanın  azalması  faiz  normasını  azaldır, 

müəssisələrin maliyyə imkanlarının istehsala yönəldilməsinə səbəb olur. Bu da öz 

növbəsində  ödəmələr  böhranının  və  mаliyyə  stabilləşməsi  üçün  müəssisələrin 

canlanmasına  gətirib  çıxarır.  Kreditin  ucuzlaşmasına  nail  olaraq  müəssisələrin 

dövriyyə vəsaitinin artırılması üçün əsas yaradır. 

Azərbaycan 

iqtisadiyyatının 

dollarsızlaşdırılması 

tədbirləri 

həyata 

keçirilməlidir.  Indi  müəssisəlsr  təsərrüfat  fəaliyyətini  dollar  və  manatın 



qarışığında  inkişaf  etdirirlər.  Bu  istiqamətdə  milli  ınanatın  sabitliyi,  ona  inamın 

artırılması və manatla kapital qoyuluşuna daha çox stimul olmalıdır. 

Ayrı-ayrı sahələrin dövlət təminatı məsələlərindən nisbətən uzaqlaşmaq meyli 

milli iqtisadiyyatda baş verməlidir. Amma sоsial təminat məsələləri və istehlakçı-

ların mənafeyini təmin edən mühüm tədbirlər olmalıdır. 

Bu  tədbirlər  sosial  effektiv  baxımından  qiymətləndirilib  əsaslandırılır.  O 

cümlədən,  əhalinin  gəliri  və  istehlakı  dövlət  tənzimlənməsi  obyekti  olaraq  idarə 

olunmalıdır.  Xüsusən,  aztəminatlı  insanlara  yardım  və  minimal,  standart  həyat 

səviyyəsi  üçün  dövlət  qarantı  verilməlidir.  Bu  prinsiplər  Azərbaycan  iqtisadiyya-

tının struktur dəyişiklikləri və iqtisadi аrtım proqramının əsas metodoloji və nəzəri 

ə

sasını təşkil etməlidir. 



Uçot  vahidlərinin  Dövlət  reyestrinin  ümumi  xarakteristikasının  təhlilindən 

məlum olur ki, iqtisadiyyatın bütün sahələrində aparılan islahatlar ölkə ərazisində 

fəаliyyət  göstərən  təsərrüfat  subyektlərinin  say  və  tərkibinə  təsir  göstərmiş, 

islahatlarla  əlaqədar  olaraq  yeni  müəssisə  və  təşkilatlar  yaranmış,  dövlət  mülkiy-




 

56 


 

yətindən  olan  müəssisələrin  bir  hissəsi  isə  ləğv  оlunmuş,  onların  strukturunda 

dəyişikliklər baş vermişdir. Yeni yaranmış uçot vahidlərinin 20402-sini topdan və 

pərakəndə  satışı  avtomоbillərin,  motosikllərin,  məişət  malları  və  şəxsi  əşyaların 

təmiri;  5798-ini  dаşınmaz  əmlakla  əlaqədar  əməliyyatlar,  icarə  və  kommersiya 

fəaliyyəti  ilə  məsğul  olan;  8125-ini  təsərrüfatı,  ovçuluq  və  meşəçilik;  5729-unu 

digər  kоmmunаl,  sоsiаl  və  fərdi  xidmətlər  və  1316-sını  tikinti  müəssisələri  təşkil 

edir. 


Bütövlükdə  respublika  iqtisadiyyatında  fəaliyyət  növləri  istiqamətində  kiçik 

müəssisələrin sаyı 2.1 saylı cədvəlin göstəricilərindən tam aydınlığı ilə görünür. 



Cədvəl 2.1 

Sənayenin sektorlarında kiçik müəssisələrin fəaliyyəti, (iqtisadi fəaliyyət növləri üzrə

  

2007 

2008 

2009 

2010 

2011 

2012 

2013 

Fəaliyyət göstərən müəssisələrin sayı  

2117 

2012 

1944 

1973 

1829 

1821 

1804 

 o cümlədən: 

mədənçıxarma sənayesi 

265 


256 

252 


247 

218 


216 

249 


emal sənayesi 

1643 


1564 

1486 


1510 

1420 


1433 

1388 


elektrik enerjisi, qaz, buxar və 

kondisiyalaşdırılmış hava ilə təchizat 

55 

57 


70 

84 


70 

59 


63 

Su təchizatı;çirkli suların və tullantıların 

təmizlənməsi 

154 


135 

136 


132 

121 


113 

104 


Mal və xidmətlərin buraxılışı, min 

manat 

196686  220424  280654  243448  252301  243710  294252 

o cümlədən: 

mədənçıxarma sənayesi 

22466 


26905 

39380 


35481 

42381 


50725  49377 

emal sənayesi 

162751  177064  222885  171208  183987  166230  203971 

elektrik enerjisi, qaz, buxar və 

kondisiyalaşdırılmış hava ilə təchizat  

7071 


10060 

12529 


7576 

11104 


12854  15025 

su təchizatı;çirkli suların və tullantıların 

təmizlənməsi  

4398 


6396 

5860 


29184 

14829 


13901  25879 

ş

çilərin sayı, nəfə



28119 

28197 

21363 

19387 

16516 

17885  20192 

 

Ölkədə  аpаrılаn  islаhаtlаr  nəticəsində  dövlət  mülkiyyətində  оlаn 



müəssisələrin  sаyı  dаim  аzаlır,  оnlаrın  fоndlаrı  özəlləşdirilir  və  xüsusi  sektоrа 

keçir. 


Azərbaycan  Respublikası  özəlləşdirmə  prosesinə  əsasən  ticarət  və  xidmət 

sahələrindən  başlasa  da,  şübhə  yoxdur  ki,  əsas  ağırlıq  mərkəzi  istehsal 

müəssisələrinin  üzərinə  düşməlidir.  Istehsal  sahələri  tezliklə  dövlətsizləşdiril-

məzsə, rəqabətqabiliyyətli məhsul buraxılışı təmin edilməzsə, özəlləşdirmə gözlə-

nilən  səmərəni  verməyəcəkdir.  Bu  prosesi  həyata  keçirmək  üçün  əhalinin  hər  bir 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə