112
qabiliyyətlərinin problemlərini əks etdirən dəyişənlər müəyyənləş-
dirilmişdir. Əsərdə 1970-2002 illər ərzində borc kapitalları üzrə
dünya bazarına daxil olmaq imkanına malik olan 47 ölkə üzrə mə-
lumatlar istifadə edilmişdir. Borc böhranlarının yaranmasına təsir
edən indikatorlar qismində aşağıdakı göstəricilərdən istifadə olun-
muşdur: ödəmə qabiliyyətinin, satıınlma qabiliyyətinin, xarici bor-
cun xidmətinin; ölkənin borc böhranı zamanı sabitliyini əks etdirən
makroiqtisadi göstəricilər; büdcə və siyasi göstəricilər.
Dövlət borcu ilə bağlı böhranın xüsusiyyətləri göstərilmişdir.
Valyuta böhranından fərqli olaraq borc böhranı daha uzun müddət
davam edir və onun nəticələri xeyli müddət ölkənin inkişafına təsir
edir. Modeldə yalnız borc böhranının yaranmasının deyil, həmçi-
nin ondan çıxışın proqnozlaşdırılması mümkünlüyü nəzərdə tutul-
muşdur. Onlar müxtəlif dövrlər üçün yoxlanılaraq sabit nəticələr
göstərmişlər.
Borc böhranlarının proqnozlaşdırılmasının yüksək keyfiyyə-
tini qeyd etmək lazımdır. Modellərin effektivliyinin artırılması
üçün müəlliflər dövlətin büdcə problemlərini, kredit reytiqnlərini,
dövlət istiqrazları üzrə spredləri qeydə almağı təklif etdilər. Borc,
bank və valyuta böhranları arasında qarşılıqlı əlaqələrin öyrənilmə-
si zəruriliyi qeyd olunmuşdur ki, bu onların daha dəqiq proqnoz-
laşdırılmasına imkan verəcək.
Bu baxımdan, valyuta böhranlarının proqnozlaşdırılması
üzrə müxtəlif statistik modellərin tədqiqatı aparılmış M.Bussie-
renin əsəri
99
xüsusilə qeyd olunmalıdır. Təhlil nəticəsində böh-
ranların cəmi dörd mühüm indikatoru ayrılmışdır:
•
qısamüddətli borcun valyuta ehtiyatlarına nisbəti;
•
böhranların zəncirvarı reaksiyası;
•
özəl sektorun kreditləşməsinin artım templəri;
•
valyuta kursunun trendə nisbətən qalxması.
99
Bussiere M. Balance of payment crises in emerging markets. How early were
the “early” warning signals? European central bank. Working Papers Series No
713. January, 2007.
113
Maraqlıdır ki, qeyd olunduğu kimi həmin indikatorlar
maliyyə bazarının bütün iştirakçılarının vəziyyətini və xarici
ş
okların mövcudluğunu əks etdirir. ndikatorların davranışının
zaman dinamikasının təhlili onların müxtəlif zaman intervallarında
böhranın baş vermə ehtimalı haqqında işarə verməsini müəyyən
etməyə imkan verdi. lk iki indikator qısamüddətli, qalan ikisi isə
uzunmüddətlidir. Bu, ölkə qısamüddətli satılma qabiliyyətinlə
problemlər yaşadığı və ya bazarlarda böhranlar dalğası yarandığı
halda, yüksək sürətli reaksiyaya qarşı tələbləri müəyyən edir.
Beləliklə, müəyyən olunmuşdur ki, maliyyə böhranlarının
müəyyənləşdirilmiş indikatorları və maliyyə bazarının müxtəlif
seqmentləri üçün tətbiq edilən erkən qarşısını alma modelləri
birinci fəsildə müəyyən olunan, maliyyə bazarlarının qloballaşması
şə
raitində böhranların baş verməsi və yayılması səbəblərini və
mexanizmlərini təsdiqləyirlər.
Son on il ərzində valyuta və maliyyə böhranlarının qarşısının
alınması üçün istifadə olunan üsulların sayı artmışdır. Onlardan
ə
sas hesab etdiyimiz bəzilərini müzakirə edək.
Məlumdur ki, risklər haqqında məlumat yaxud proqnoz artıq
qarşısını almadır. Onları təşkilatlar yaxud ayrı-ayrı alimlər təqdim
edir. BVF, ÜDB, BMT, BHB kimi beynəlxalq təşkilatların,
universitetlərin və özəl tədqiqat institutlarının nəşrləri böyük
diqqətlə izlənilir. Tanınmış alimlərin əsərləri böhranların qarşısının
alınması üçün görülən tədbirlərə mühüm təsir göstərə bilərlər.
D.Stiqlitsin qloballaşmaya və dünya miqyasında neoliberal eksper-
imentin yekun nəticələrinin qiymətləndirilməsinə həsr olunmuş ki-
tabında
100
inkişaf edən ölkələrin iqtisadi siyasətinin formalaşması
zamanı şablon tövsiyələrin istifadəsi nəticəsində yaranan beynəl-
xalq təşkilatların problemləri və səhvləri göstərilir. Beynəlxalq
ictimaiyyət və ölkələrin hökumətləri böhran hadisələrini azaltmaq
və sabit iqtisadi inkişafı təmin etmək üçün həmin tövsiyələri nə-
zərə almalıdırlar. A.Kobyakov və M.Xazin ABŞ iqtisadiyyatının
100
Стиглиц Дж. Глобализация: тревожные тенденции.
114
inkişaf tendensiyalarını təhlil edərək Amerika dollarının ehtiyat
valyutası kimi keyfiyyətlərinin kəskin pisləşməsini və dünya val-
yuta sisteminin strukturunun dəyişməsini proqnozlaşdırırlar
101
.
Proqnozların və əvvəlcədən deyilənlərin həyata keçməsi çətin ida-
rə edilən ehtimal prosesidir. Proqnozun əsas məqsədi – böhranın
qarşısının alınması üsullarının hazırlanması, təhlükənin dəf edil-
məsinə hazırlığın gücləndirilməsi, qabaqlayıcı tədbirlərin görülmə-
si. Xəbərdarlıqlara vaxtında və adekvat reaksiya verildikdə proq-
nozda göstərilən müddətlər təxirə salına, nəticələrinin təsiri isə
yüngülləşdirilə bilər.
Məlumatlandırma K V, nəşrlər və konfranslarda edilən
çıxışlar vasitəsilə ya məxfi surətdə həyata keçirilməklə risklərin
təsirinə məruz qalan və ya böhranların qarşısının alınması üzrə
tədbirlər görən məqsədli qruplar üçün yaxud ictimai surətdə həyata
keçirilməklə dünya ictimaiyyəti, hökumətlər, iqtisadi subyektlər və
digər maraqlı şəxslər üçün nəzərdə tutulmuş olur.
Böhranların qarşısının alınması üçün mühüm element döv-
lətlərin və iqtisadi subyektlərin iqtisadiyyatının və maliyyəsinin
vəziyyəti haqqında standartlaşdırılmış məlumatın vaxtında təqdim
edilməsi və yayılması, yalnız statistik məlumatların deyil, həm-
çinin qəbul edilən qərarların şəffaflığının təminatıdır. Geniş
mənada, məlumat funksiyasına əlavə kimi, böhranların qarşısının
alınması mexanizmi maliyyə bazarında böhranların yaranma ehti-
malının və onların sosial-iqtisadi nəticələrinin azaldılması tədbir-
lərini təklif etməlidir.
Toplanmış təcrübənin təhlilini aparsaq dünya təcrübəsində
istifadə olunan maliyyə bazarı böhranlarının qarşısının alınması
üzrə aşağıdakı əsas tədbirləri ayıra bilərik:
• şəffaflığın təminatı, maliyyə göstəriciləri və beynəlxalq
təşkilatların, hökumət və korporasiyaların siyasəti haqqında məlu-
matlandırma;
101
Кобяков А.Б., Хазин М.Л. Закат империи доллара и конец «pax
americana». – М.: Вече, 2003. – s. 386.
Dostları ilə paylaş: |