Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə41/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

 
130
təsdiqləyir
116
. Qabaqlayıcı tədbirlərin planlaşdırılmasına, hazırlığı-
na və təcili reaksiya verilməyə xüsusi diqqət yetirilir
117

Araşdırmanı  ümumiləşdirərək  böhranların  erkən  qarşısının 
alınması sisteminin əsas elementlərini aşağıdakı şəkildə ayırmaq olar:  
•  təhlükələrin  müəyyənləşdirilməsi,  keçmişin  ibrətlərinin  nə-
zərə alınması, xarici və daxili təhlükələrin və cəmiyyətin zəifliyinin 
qiymətləndirilməsi, məlumatların toplanılması və işlənilməsi;  
•  sistemin  işə  hazırlanması,  işçi  heyətin  və  istifadəçilər 
qruplarının yoxlanılması və təlimi; 
•  məqsədli  qruplar  və  bütövlükdə  cəmiyyət  üçün  təhlükə 
haqqında xəbərdarlığın qısa şəkildə hazırlanması və müvafiq məlu-
matın yayılması, xəbərdarlığa olan reaksiyanın qiymətləndirilməsi. 
Həmçinin  strukturu  maliyyə  bazarının  xüsusiyyətlərini 
nəzərə  alaraq,  BMT-nin  QXS  -nə  verdiyi  birinci  tərifdən  irəli 
gələn aşağıdakı elementlərlə tamamlamaq lazımdır:  
•  ehtimal olunan böhranlı vəziyyətlərin proqnozlaşdırılması; 
•  riski istisna edən yaxud azaldan qabaqlayıcı tədbirlərin iş-
lənib hazırlanması və tətbiqi və effektiv reaksiyanın hazırlanması.  
QXS strukturu və funksiyaları müəyyən sahədə və cəmiyyə-
tin sosial-iqtisadi və siyasi şəraitində böhranın yaranması riskindən 
asılı olaraq dəyişə bilərlər. Sistem sadədən tutmuş həddindən artıq 
mürəkkəb,  çox  məqsədli,  çox  sayda  təhlükələrə  yönəlmiş  sistemə 
qədər dəyişə bilər. Əsas məqam bazar iqtisadiyyatı subyektlərinin, 
maliyyə bazarında böhranın yaranması riskinin amillərinin təsiri al-
tında olan əhalinin və ictimai qrupların tələbatlarının ödənilməsidir.  
Erkən qarşısını alma və sabit sosial-iqtisadi inkişaf konsepsi-
yalarının  müxtəlif  sosial-iqtisadi  məqsədlər  və  istiqamətlər 
                                                 
116
 Early Warning Systems: Do`s and Don`ts. Report of Workshop, 2003. – 20-
23 
October, 
Shanghai, 
China. 
/prepared 
by 
M.Glantz. 
– 
www.esig.ucar.edu/warning/
.  
117
 USAID FEWS Project. Early Warning Primer: An Overview of Monitoring 
and 
Reporting/Prepared 
by 
C.Chopak, 
2000. 
www.fews.net/resources/gcontent/pdf/1000006.pdf. 


 
131
baxımından  inkişaf  etməsinə  baxmayaraq  oxşar  cəhətləri  çoxdur. 
Ölkənin və dünya ictimaiyyətinin sabit sosial-iqtisadi inkişafı ətraf 
mühitin  vəziyyətinə  görə  narahatlığa  və  gələcək  nəsillər  üçün 
ehtiyat bazasının müdafiəsi zəruriliyinə əsaslanır. BMT-nin  nkişaf 
proqramı  ilə  işlənib  hazırlanmış  bu  konsepsiya  inkişaf  edən 
ölkələrdə  yoxsulluğun  və  ətraf  mühitin  çirklənməsinin  artmasına 
bir  növ  cavab  olmuşdur
118
.    QXS  daha  məhdud  vəzifələri  yerinə 
yetirir və sabit inkişaf prosesinin bir hissəsidir. Erkən qarşısını al-
ma sistemi bilavasitə təhlükə yarandıqdan sonra iş düşə bilər,  sabit 
sosial-iqtisadi inkişafın həyata keçirilməsi siyasəti isə tədricən apa-
rılır. Sabit inkişafın məqsədlərinə o cümlədən QXS ilə olduğu kimi 
cari  vəziyyətin  yalnız  qorunub  saxlanılması  deyil,  həmçinin  onun 
yaxşılaşdırılması daxildir.  
QXS  təhlükələrə  əks  təsir  göstərmək  və  zərərin  azaldılması 
məqsədilə  hökumət  və  rəsmi  strukturların  böhranların  potensial 
riskləri haqqında xəbərdarlığı zəruriliyinə əsaslanır. Sistem cəmiy-
yəti  o  cümlədən  maliyyə  bazarında  böhranın  yaranma  təhlükəsini 
dəf etmək üçün hazır vəziyyətdə saxlamalıdır. QXS inkişaf yolun-
da  risklərlə  bağlı  maneələri  müəyyənləşdirib  aradan  qaldırmağa 
kömək edir, həmçinin hökumətin ölkənin sabit sosial-iqtisadi inki-
ş
afı planlarının həyata keçirilməsi sahəsində işinin mühüm hissəsi-
dir. Xərclərin azaldılması nöqteyi-nəzərindən bu valyuta və maliy-
yə  sahəsində  böhranların  yaranması  üzrə  potensial  təhlükələrə 
reaksiyanın  və  onlarla  mübarizənin  effektiv  üsuludur.  Təhlükələr 
zərərin vurulması və ehtiyatların böhranların və fəlakətlərin nəticə-
lərinin  aradan  qaldırılmasına  ayrılması  səbəbindən  cəmiyyəti  geri 
sala biləcək çox böyük mənfi potensiala malikdirlər. Sabit inkişa-
fın  perspektivi  əsasən  müxtəlif  risklərin  erkən  qarşısının  alınması 
üzrə bir çox sistemlərin effektivliyindən asılıdır.  
                                                 
118
 Lopes C. Sustainable development: meeting the challenges of the millennium 
/  Choices.  Mobilizing  actions  for  sustainable  development/  -  UNDP.  World 
summit on sustainable development, 2002. – S. 7/  


 
132
Sabit inkişaf prosesinin tərkib hissəsi olan QXS-nin məqsədi 
sosial-iqtisadi sahədə müsbət nəticələrin uzun müddətə təminatın-
dan və dəstəklənməsindən ibarətdir. Sabit inkişaf siyasətini həyata 
keçirən cəmiyyət daima təbii və antropogen böhranlardan müdafiə 
axtarışındadır.  Həmin  cəmiyyətdə  müxtəlif  növ  təhlükələrin  ehti-
mal olunan nəticələrinin azaldılması yolu ilə onun gücləndirilməsi-
nə səbəb olan mexanizmlər işləyir. QXS isə həmin təhlükələrin öh-
dəsindən daha yaxşı gəlməyə kömək edir. Beləliklə, QXS məqsədi 
qloballaşma  şəraitində  cəmiyyətin  sabit  inkişafının  təminatı  olan 
daha ümumi sistemin alt sistemidir. Bu səbəbdən sistem yanaşma 
baxımından bu iyerarxiya tabeliyi tabe olunmuş sistem qarşısında 
duran məqsəd və vəzifələrin prioritetlərini müəyyən edir. QXS fəa-
liyyətinin bir neçə variantı olduqda sabit inkişaf məqsədlərinə daha 
yaxşı  cavab  verən  varianta  üstünlük  verilir.  Bu  müddəa  həmçinin 
maliyyə bazarında böhranların qarşısının alınması sisteminə aid ol-
malıdır.  
Maliyyə  bazarında  böhranların  qarşısının  alınması  prosesin-
də  təyinedici  hissə  həmin  sistemin  istiqamətləndiyi  təhlükələrin 
təsviridir. Bu gün fəlakət riskinin demək olar ki hər bir növü üçün 
müəyyənləşdirilməsi və qarşısının alınması üzrə müvafiq sistem və 
ya  metodika  hazırlanmışdır.  Təhlükələr  və  risklər  zamanla  yalnız 
gücünə, tezliyinə, yaranma yerinə, müddətinə görə deyil, həmçinin 
nəticələrin  əhəmiyyətinə  görə  dəyişə  bilərlər.  Cəmiyyət  bəzi 
müəyyən risklərlə mübarizə aparmağın yolunu öyrənib, digər risk-
lərə isə yalnız onların yaranması yaxud  zəncirvarı yayılma reaksi-
yası nəticəsində zərər  yaşadıqda diqqət yetirir. Məsələn, BMT hi-
mayəsi altında təbii fəlakətlərin erkən qarşısının alınması proqramı 
həyata  keçirilmişdir  və  çox  sayda  insan  qurbanlarına,  Tailandın, 
Hindistanın,  ndoneziyanın, Şri-Lankanın sahil xəttinin dağılması-
na,  sığorta  və  turizm  şirkətlərinin  böyük  zərərinə  və  bazar  dəyiş-
mələrinə səbəb olmuş 25 dekabr 2005-ci ilin hadisələrindən sonra 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə