işlərini davam edə bilmişlər. Qalanları isə sağlam bazar məkanı
olmadığından
iflasa
uğramaması
üçün
fəaliyyətlərini
dayandarmağa məcbur olmuşlar.
Dövrün, günün acı real həqiqəti ondan ibarətdir ki,
bazar iqtisadiyyatı və eləcə də birjaların qanunvericilik
bazarları zahirən nizam-intizama salınıb möhkəmləndirildikcə
əvvəllər əldə edilmiş sahibkarlıq və təsərrüfatçılıq azadlıqları
əsassız maneələr, sahə maraqları və inzibati-məmur
iddialarının təsiri altında boğuşmağa başladı. Bütün bunlar
korrupsiyanın
artmasına,
təbii
dövlət
inhisarlarının
mövqelərinin möhkəmlənməsinə və onların sərəncamlarında
olan elektrik enercisi, neft məhsulları, qaz, su və digər kütləvi
gündəlik tələbat əşyalarına qiymətlərin yüksəlməsinə gətirib
çıxardı.
Görünür, Milli Məclis tərəfindən qəbul olunan
qanunlarda Azərbaycan Respublikası kimi keçmiş sosialist və
təsərrüfatçılığı sistemindən mütərrəqi və çevik bazar
iqtisadiyyatı üsul idarəsinə keçiddə müəyyən spesifik
xüsusiyyətlər
mütləq
nəzərə
alınmalıdır.
Həmçinin
məqsədəuyğundur
ki,
yüksək
səviyyəli
hakimiyyət
dairələrindən gələn qanun, sərəncam və göstərişlər onların
hökumətin ümumi iqtisadi siyasətinə, inkişaf etmiş kapitalist
ölkələrinin qanun və qaydalarına, beynəlxalq standartlara və s.
uyğun gəlməsini təyin etmək məqsədilə xüsusi ekspert
qiymətləndirməsindən keçsinlər.
Bazar iqtisadiyyatına keçid şəraitində Bakı şəhərində
fəaliyyət göstərən əmtəə və digər birjaların təkmilləşdirilməsi
cəmi milli iqtisadiyyatın ümumi inkişaf problemləri ilə bağlı
məsələlərdir. Belə ki, öncə sənaye, kənd təsərrüfatı, tikinti və
digər birbaşa maddi istehsal sahələrinin inkişafı əsasında
əhalinin məşğuliyyətini, onların halal yolla işləyib qazanmaq
imkanlarını genişləndirmək, sonra isə onların tələblərinə uyğun
ticarət və birjaların fəaliyyətinin təşkili, planlaşdırılması və
idarəedilməsi haqda düşünmək olar. Bizlərdə isə yuxarıda qeyd
edildiyi kimi, əvvala sonralar özünü doğrultmayan ticarət
sistemləri və birjaları yaradılır. Fikrimizcə isə onların
imkanlarından cəmi iqtisadiyyatı inkişaf etdirilməsində istifadə
etmək lazımdır.
Təhlildən isə aydın olur ki, Azərbaycana keçidin və
birjaların yaradılması sahəsində beynəlxalq təcrübə yerli
problemlərlə yaxşı əlaqələndirilməmişdir. Belə ki, əksər inkişaf
etmiş ölkələrdə bazar iqtisadiyyatına keçid kapitalist
təsərrüfatçılığı sisteminin, yəni bazar mexanizmlərinin, təbii-
tarixi dəyişmə və təkmilləşmə prosesi kimi keçirdi. Misal üçün,
ikinci dünya müharibəsi nəticəsində məğlub olmuş Almaniya,
taliya və Yaponiyada xalq təsərrüfatı çox ükladlı idi, onlarda
çoxsaylı mülkiyyət formaları və kapitalist prinsipləri əsasında
öz iqtisadiyyatlarının inkişafına dair zəngin təcrübələri vardır.
Müharibədən
sonra
həmin
dövlətlərdə
iqtisadiyyatın
inkişafında dinamizm, bazar mexanizmlərinin iş fəaliyyətində
elastiklik və çeviklik çatmırdı, baxmayaraq ki, onların geniş
miqyaslı inkişaf etməsi ilə əlaqədar makro- və mikro
iqtisadiyyat sahəsində çoxsaylı şüarlar mövcud idi. Yalnız
ABŞ, ngiltərə, Kanada özləri və digər ölkələrin təcrübəsini
saf-çürük etdikdən, həmin ölkələrin vəziyyətlərinin üstün və
mənfi cəhətlərini tənqidi qiymətləndirdikdən sonra dünyanın ən
yaxşı iqtisadçıları həmin məğlub olmuş kapitalist ölkələrinin
iqtisadiyyatlarının yeni bazar yoluna keçirilməsi üçün elə
proqram hazırlamışdırlar ki, başqa dövlətlərdə miqyasına və
səviyyəsinə görə heç vaxt analoqu olmamışdır. Bunun üçün
Azərbaycanda da, müəyyən məqamlarda dayanıb yerli şəraiti
cari vəziyyət və yaranmış problemləri nəzərə alaraq, ölkənin
milli iqtisadiyyatının bazar iqtisadiyyatına keçidi strategiyası
və taktikasını dəqiqləşdirmək gərəkdir. Görünür, başlıca
strategiya insanların bütün fəaliyyət sahələrində bazar
iqtisadiyyatına xas olan münasibətlərin yaradılmasından ibarət
olmalıdır. Həmin strategiyanın reallaşdırılması məqsədilə daha
sərfəli taktiki variantlar və onlar üzrə qərarlar axtarılıb
tapılmalıdır. Belə ki, oturub gözləmək lazım deyil ki, bazar
iqtisadiyyatının özü-özünü tənzimləyən və idarə edən
mexanizmi işə düşərək və bununlada problemlərin taktiki
reallaşdırılması üçün labüd olan şərait yaranacaq. Bu cür
gözləmə yolunu seçsək ola bilsin biz ölkəmizi iqtisadi böhran
və onunla əlaqədar kəskinləşməkdə olan digər problemlərdən
heç vaxt çıxara bilməyək, çünki ölkəmizdə qeyd olunduğu
kimi, bazar iqtisadiyyatının infrastrukturu və işləmə
mexanizmləri tam formalaşıb işə düşməyib, qanunverici
sənədlərdə münaqişəli və ziddiyyətli hallar çoxdur, icra və
nəzarəetedici sistemdə ciddi boşluqlar və çatışmamazlıqlar
vardır. Bununla əlaqədar, ilkin mərhələdə bazar iqtisadiyyatına
keçidi təmin edib, onun işləmə mexanizmini işə salmaqdan
ötəri təşkili və idarəetmənin inzibati-amirlik üsullarından
istifadə etmək gərəkdir. Düzdür, həmin üsulların özündə
çoxsaylı ziddiyyətlər və münaqişələr mövcuddur. lakin onlar
sağlam əsaslarda, korrupsiyasız və yerlibazlıqsız prinsipləri
üzərində ciddi dövlət orqanlarının ciddi nəzarəti altında, açıqlıq
və aşkarlıq şəraitində keçirilsə, özümüzü və dövlətimizi bir çox
təhlükələrdən sığorta etmiş olarıq. Belə ki, yeni saf, sağlam
bazar iqtisadiyyatının «qızıl» qanunları əsasında müasir ticarət
evləri, broker firmaları, heç olmazsa strateci kənd təsərrüfatı və
sənaye məhsullarını istehsalı və satışı üzrə əqdlərin
(müqavilələrin) nəinki dövlət, hətta mülki bağlanılması
sistemini yaratmaq lazımdır. Bu cür şəbəkə respublika əmtəə
birjasının müxtəlif regionlarda yaradacağı (Gəncədə, Əli-
Bayramlıda, Mingəçevirdə, Masallıda və b. yerlərdə)
nümayəndəliklər ola bilərdi. Gələcəkdə bunun kimi
nümayəndəliklər, ola bilsin broker yerləri bir sıra iqtisadi
cəhətdən önəmli Russiya Federasiyası, Avropa ölkələri, ABŞ,
Yaponiya və digər ölkələrdə fəaliyyət göstərən birjalarda alıb
yaratmaq ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiya
olmasına (qovuşmasına) köməklik göstərir və bu sahədə iş
adamlarımıza əməli təcrübə toplamağa kömək edərdi.
Dostları ilə paylaş: |