67
Cənub həsrəti
deyənləri dar ağacından asmış, ana dilində
danışanların dilini kəsib, qalanları dünyaya
səpələyib elə günə salmışdir ki, iki parça
olaraq tikə-tikə, dilim-dilim doğranıb "Cənub
- Şimal" adı altında hələ də qalmaqdadır.
İndi özünün Azərbaycanlı qızı olduğunu
deyən, lakin xalqın dilində bircə kəlmə də
bilməyib farsca fərəhlə danışan həmin xa-
nımı aparıcı biz millətə rəsmi olaraq təm-
təraqla təqdim etdi: Şahbanu Fərəh Pəhləvi.
Mən azərbaycanlı olduğum üçün özümü
bir daha təhqir olunmuş hiss etdim və
xalqımı vurmuş ildırımın ağrısını bir daha
duydum.
Ad - titul kimi təqdim olunan bu üç kəlmə
sözün dərin faciəvi mənası var idi ki, bu
dərinlik Böyük Azərbaycanın 200 illik
bölünmə tarixi ilə ölçülürdü. Bu elə ölçü idi
ki, heç bir tarixə sığan deyildi, sığsaydı "tarix
çatlardı".
Ona görə də eşitdiyim sözlər xəstəliyə
səbəb olan alergiya verirdi.
Qəribə olsa da bu hissi həmin qadının üz
cizgiləri, baxışları və danışığındakı təbiilik də
təsdiq edirdi. Çünki, o üzdə anaların,
68
Əvəz Müəllim
qadınların üzündəki həlimlikdən, mehri-
banlıqdan əsər-əlamət yox idi. (təkcə vəh-
şilikdən başqa). Bəs nə vardı?!- Azərbaycan
kimi yağlı ovu əlindən sivişib çıxmış yalqu-
zaqın ifadəsi hakim kəsilmişdi o sifətdə. Bu
sifət azərbaycanlıların bir xalq kimi mövcud
olduğunu özlərinə dandırmağa çalışan cəllad
Pəhləvi şah üsul-idarəsinin canlı abidəsi idi
ki, gəlib indi də Azərbaycan efir məkanına
soxulmuşdu.
Hələ bu "abidə" utanmadan özündən
sonrakı sifətin (oğlunun) yenidən İran taxt-
tacına sahib durmaq iddiasını da arzulamağı
yaddan çıxarmadı. Deyirəm üzə bərəkallah!
Nə isə, qayıdaq üç sözdən ibarət olan
həmin söz birləşməsinin məna və tərcümə
çalarlarına: Şahbanu Fərəh Pəhləvi.
1) "Şahbanu"- şahın banı, yəni başının
üstü, "krışası", başından yuxarı, yəni başının
tacı.
2) "Fərəh"- fərəhlənən. Yəni, ata-anası
azərbaycanlı olduğu halda (dediyinə görə
atası Gilandandır) Azərbaycan dilində bircə
kəlmə də bilməyib, heç bilmək də istəməyib
fars dilində danışmaqdan fərəhlənən. Öz
69
Cənub həsrəti
xalqının dilinin kəsilməsindən, varlığının
unutdurulmasından, torpağının, mənəviyya-
tını Pəhləvi nəslinin ayaqları altına atıl-
masından fərəh duyan, fərəhlənən. Ata-
babasının, soy-kökünün öz əlilə məhv olun-
masından fərəhlənən. Xalqının xalqlar içrə
yoxluğundan, azəri qızlarının namusunun
yadlara satılmasından fərəh duyan...
3) "Pəhləvi"- Azərbaycan adlı bir məm-
ləkəti zorla yox kimi qəbul etdirməyə
çalışan, onun dilinin, adət-ənənələrinin varlı-
ğının olmadığını israr edən, azəri oğullarının
zaman-zaman asdığını-asıb, kəsdiyini-kəsib,
qalanlarını qaçıb dünyaya səpələnməyə vadar
edən tarixi qaniçən cəllad və cani.
Deməli, Azərbaycan xalqının tarixi tor-
paqlarını, şəhər-kəndlərini öz dədəsinin malı
bilən, azərbaycanlıların farsdan törəmə olub,
dili olmayan xalq olduğunu məcbur edən
Pəhləvi sülaləsinin axırıncı şahı olan Rza
şahın başının tacı, Şahbanusu olmaqla fərəh-
lənən bir varlığın adının deyim forması imiş
bu Şahbanu Fərəh Pəhləvi.
Təəccüblü bunların bu sifətlə Azərbay-
cana gəlməsidir. Bunlar bu xalqdan yenə nə
70
Əvəz Müəllim
istəyir və nə üzlə özlərinin tanınmış üzlərini
bir də tanıdırlar (üzdə nə üz?). O gəldi-gəldi,
bəs onları efirə buraxanlar nə üzlə bu addımı
atırlar?
Bəlkə burada da "xalqın xeyrinə" nəsə
var. Indi bu "nəsələrə" baş sındıraq, ya nə?...
Təəssüf ki, onu danışdıran jurnalist qız da
vacib sualların heç birini vermədi, bəlkə də
verməyi bacarmadı və ya cəsarəti çatmadı.
Yəqin bu "uğurlu müsahibə" üçün belə
lazım imiş. Tək bir sual istisna oldu ki,
pəhləvilər hakimiyyətə gələndən sonra
Azərbaycan xalqının dilini və hüquqlarını
qadağan etdi? (hətta "niyə" sözünü də
demədi). Cavab isə sanki, heç nə olmayıbmış
kimi sözarası getdi: "səhvlər olmuşdu".
"Səhvlər olmuşdu" sözünü elə dedi ki, sanki
heç nə olmamışdır və ya olmuşsa da düz
olmuşdur. Mən isə elə bilirdim ki, ona elə
suallar veriləcək ki, həmin suallar qarşısında
o, mənəvi cəhətdən olduğu kimi fiziki
cəhətdən də ölmüş olduğunu dərk edəcəkdi
(xəcalətindən bu dünyanı tərk edəcəkdi).
Təəssüf ki, olmadı. Ona görə də bu
müsahibənin məramı mənə çatmadı, aydın
71
Cənub həsrəti
olmadı. Çünki, qonaq cavan qızı Leylanın
onlar İrandan qaçandan sonra Fransada 31
yaşında vəfat etdiyini söyləməsi də müəmma
kimi səsləndi?! Bu nə demək idi? Dərdə
şərik, özünə həmdəm axtarmaq, yoxsa özünü
yerə vurmamaq şərtilə bizlə barışmaq? Bax o
anda məndə sual yarandı: Üzün varmı
barışmağa?
Böyük xalqı cılız görən
Gen dünyanı qəfəs hörən,
Ölümünə fərman verən.
Sözün varmı danışmağa?
Üzün varmı barışmağa?
Öz hökmünü verən zaman
Qan axıtdın ümman-ümman.
Sağlığına yoxdur güman,
Sözün varmı danışmağa?
Üzün varmı barışmağa?
Fərəhlənmə ki, banisən
Əl-qolu qanlı canisən
Gəldi-gedərsən, fanisən
Dostları ilə paylaş: |