Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   ...   4   5   6   7   8   9   10   11   12

21 

 

 



71. Qanunun 8-ci maddəsinin 4-cü bəndinə əsasən, islam dini icmaları məscidlərdə Azərbaycan 

Respublikasının  vətəndaşları  tərəfindən  yaradılır.  Bu  müddəa  din  azadlığı  hüququ  baxımından 

iki  məhdudiyyətə  gətirir.  Birincisi,  Qanun  məscidləri  islam  dini  icmalarının  yarana  biləcəyi 

yeganə  məkan  olaraq  müəyyən  edir.  kincisi,  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

tərəfindən  belə  icmalar  yaratmağın  qarşısını  alır.  Xüsusilə  də,  bəzi  islam  dini  qruplarının  öz 

etiqadlarının tərkib hissəsi olaraq məscidlərdən yan keçmək kimi mümkün istəklərini də nəzərə 

alsaq, islam dini qurumlarının  yalnız məscidlərdə  yaradılması tələbi çox aşırıdır və demokratik 

cəmiyyətdə  zəruri  deyil.  Ümumiyyətlə,  vətəndaşlıq  məhdudiyyətinin  olması  qeyri-vətəndaşlara 

dini  qurumlar  yaratmasına  və  orada  iştirak  etməsinə  qadağa  qoyur.    Dini  icmalar  yaratmaq 

hüququnun  vətəndaşlarla  məhdudlaşdırılması,  həmçinin,  hər  kəsə  mənsub  olan  din  azadlığı 

hüququna və MSHBP-nin 22 (1)-ci maddəsi və A HK-nin 11 (1)-ci maddəsi ilə müəyyən edilən 

birləşmək azadlığı hüququna ziddir.  

72. Beləliklə, tabeçiliyin dini məsələləri deyil, yalnız inzibati aspektləri əhatə etməsi halı istisna 

olmaqla,  dini  icmaların  konkret  təşkilati  və  iyerarxik  strukturuna  təsir  edən  qeyd  edilən 

müddəalara  dəyişikliklər  edilməsi  zəruridir.  Dini  icmalar  inanc,  etiqad  və  ya  qrupun  daxili 

idarəçiliyi kimi istənilən məsələ də daxil olmaqla muxtariyyətə malikdirlər və öz müqəddəratını 

təyin etməkdə sərbəst olmalıdırlar.   

73.  Qanunun  9-cu  maddəsinin  1-ci  bəndinə  əsasən,  islam  dini  qurumları  Qafqaz  Müsəlmanları 

darəsində  birləşirlər.  Bu  müddəa  dini  icmaların  vahid  rəhbərlik  altına  məcburi  salınması 

istiqamətində dövlət tədbirlərini istisna edən din azadlığı hüququ ilə ziddiyyət təşkil edir.

38

 Bu 


səbəbdən, bu müddəaya dəyişiklik edilməli və ya Qanundan çıxarılmalıdır. 

 

74. Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən, təşkilati mərkəzləri xaricdə olan qeyri-islam 



dini  qurumları  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan  

hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta bilərlər.  Azərbaycan qanunvericiliyinə 

istinad  həddindən  artıq  geniş,  qarışıq  və  tələbkardır.  Bu  mənada,  həmin  dini  icmaların  ictimai 

təhlükəsizlik, qayda, sağlamlıq, mənəviyyat və ya başqalarının əsas hüquqlarına qarşı çıxmaması 

tələbini qeyd etmək yetərli olardı.  

 

75. Qanunun 9-cu maddəsinin 4-cü bəndinə əsasən, dini mərkəz və idarələr öz nizamnamələrində 



nəzərdə tutulmuş qaydada ibadətgahlar və dini təhsil müəssisələri yarada bilərlər. Bununla belə, 

fərdlərin  və  dini  qrupların  (dini  icmalar  da  daxil  olmaqla)  da  ibadət  yerləri  (ibadətgahlar) 

yaratmaq hüququnun nə üçün olmaması aydın deyil. Eləcə də, başqa qurumların deyil, nəyə görə 

məhz  dini  mərkəz  və  idarələrin  təhsil  müəssisələri  yaratmaq  hüququnun  olmasının  səbəbini 

anlamaq  çətindir.  Bu  məhdudiyyətlərə  demokratik  cəmiyyətdə  zərurilik  adı  altında  haqq 

qazandırmaq mürəkkəb məsələdir. Odur ki, bu müddəanın yenidən işlənməsi tövsiyə edilir. 

 

                                                            



38

  Bax:  A HM,  Metropolitan    Bessarabia  Kilsəsi  və  b.  Moldovaya  qarşı,  ərizə  N.  45701/99,  Palata  qərarı 

13.12.2001, bənd 117 



22 

 

 



Maddə 11. Dini qurumların nizamnamələri  

76. Qanunun 11-ci maddəsinin 2-ci bəndinə əsasən, dini qurumun nizamnaməsi dindar şəxslərin 

ümumi yığıncağında və ya dini qurultaylarda, konfranslarda qəbul olunur. Bu müddəa dini və ya 

etiqad qurumlarının muxtariyyətinə aid məsələdə mümkün və geniş müdaxiləyə yol açır. Daxili 

qaydaların  qəbulu  və  qüvvəyə  minməsi  forması  məhz  dini  qurumun  özü  tərəfindən  müəyyən 

edilməlidir. Odur ki, bu müddəanın yenidən hazırlanması tövsiyə edilir. 

77. Qanunun 11-ci maddəsinin 4-cü bəndinə əsasən, dini qurumun adı onun hansı dinə mənsub 

olduğunu  özündə  əks  etdirməlidir.  Bu  müddəa  dini  qurumların  öz  adlarını  seçmə  azadlığı  və 

muxtariyyəti baxımından yetərincə məhdudlaşdırıcıdır. Bundan başqa, dini qurumun adının onun 

mənsub olduğu dini əks etdirib-etdirməməsini qiymətləndirməyin hansı quruma həvalə edilməsi 

sual  doğurmaqla  dövlətin  qərar  verməli  olmadığı  dini  məsələdir.  Bu  mənada,  Türkiyədəki 

Ortodoks  Patriarxının  “ümumdünya”  titulundan  istifadə  etmək  hüququ  ilə  bağlı  Venesiya 

Komissiyasının  rəyini  qeyd  etmək  lazımdır.  Venesiya  Komissiyası  bildirib  ki,  “bu  hüquqa  hər 

hansı  müdaxilə  A HK-nin  9-cu  maddəsinə  əsasən,  Ortodoks  Kilsəsinin  muxtariyyətinin 

pozuntusu sayılar.

39

 



78.  Qanunun  11-ci  maddəsinin  7-ci  bəndinə  əsasən,  dini  qurumun  nizamnaməsi  öz  dini 

mərkəzinin  (idarəsinin)  nizamnaməsinə  uyğun  olmalıdır.  Bu  müddəa  da  dini  qurumların 

muxtariyyətinə müdaxilə olmaqla dövlətin dini qurumların daxili işlərinə qarışıb-qarışmaması ilə 

bağlı sual doğurur. Bu müddəaya ya dəyişiklik edilməli, ya da Qanundan çıxarılmalıdır. 



 

Dini qurumların dövlət qeydiyyatı  

Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması 

79. Qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra 

fəaliyyət  göstərə  bilərlər.  Bu  müddəa  yetərincə  sərt  olmaqla,  hər  kəsin  dini  ifadə  etmək  və  ya 

tətbiq etmək azadlığına geniş müdaxiləyə yol aça bilər. Qurumun qeydiyyatı məcburi tələb deyil, 

könüllü olmalıdır.

40

 Təbii ki, hüquqi qeydiyyatın bəzi üstünlükləri ola bilər və bu mənada, dini 



icmalara  qeydiyyat  məqsədilə  bəzi  zəruri  formal  tələblərin  qoyulması  düzgün  sayıla  bilər. 

Bununla belə, qeydiyyatın məcburi şərt olaraq müəyyən edilməsi din azadlığı kimi əsas prinsip 

və müvafiq beynəlxalq insan hüquqları standartları, eləcə də, A HK-nin 11-ci maddəsi, MSHBP-

nin 22-ci maddəsi ilə qorunan birləşmək azadlığı ilə ziddiyyət təşkil edir. 

  

                                                            



39

 CDL-AD(2010)005, §110, əsaslandırma §§ 80-100   

40

  Müqayisə  et:  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq 



Vasitəsilə  Demokratiya  Uğrunda  Avropa  Komissiyası  (Venesiya  Komissiyası)  ilə  məsləhətləşmə  əsasında 

hazırladığı Din və ya Etiqad Azadlığı ilə bağlı Qanunvericiliyin Araşdırılması barədə Bələdçi. 2004-cü ilin iyununda 

Venesiya Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028, səh. 17 



Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə