82
hadisədir. Bu mənada dövlətin son məqsədini biznes fəaliyyəti üçün əlverişli xarici
mühit yaratmaqla üstün iqisadi və sosial effektivliyə nail olmaq təcəssüm etdirir.
stənilən biznes-struktur açıq bir sistemdir. O bütün ətraf dünya ilə çoxtərəfli
münasibətlərlə bağlı olaraq kommersiya təşkilatının davranışına və onun
səmərəliliyinə əhəmiyyətli dərəcə təsir edir. Bu təsirlilik isə dövlət qolları vasitəsi
ilə tənzimlənir. Dövlət və hökumət geniş alət və metodlar arsenalına malik olmaqla
biznes fəaliyyətinin makro mühitini mülayim dərəcədə nəzarətə alaraq onun
hərəkətini nizamlayır. Burada vergi, kredit, idxal-ixrac və pul siyasətindən geniş
istifadə olunur. Bütün bu nizamlayıcı alətlər sistemi kompleks halında biznesin
xarici mühitinə dövlətin bazar dolayısı adlanan metodlarla təsirində akkumlyasiya
olunur. Biznes fəaliyyətinin genişlənınəsində müvafiq kompleksliliyi və sistemliyi
birbaşa müdaxilədə dövlət qanunvericilik fəaliyyəti ilə gücləndirir. Bununla belə
dünya təcrübəsi göstərir ki, bütün yüksək inkişaf tapmış ölkələrdə sosial-işgüzar
partnyorluq bazar və qeyri-bazar metodlarının qarşılıqlı əlaqəsi və vahidliyinin
üzvü təqdimatlığında keyfiyyət və səmərə tapır. Buna görə də neft biznesinin
tənzimlənməsi mexanizmləri dövlət və bazar metodları ilə reallaşmağa
məhkumdur.
Neft biznesi fövqəl olaraq kapitaltutumlu sahələr kateqoriyasına aid edilir. Bu
təyinat investisiya kapitalının «məhsul verimi» baxımından uzunmüddətliliyi ilə də
fərqlənir. Neft sektorunda biznes fəaliyyəti üzrə pul axınlarının dövrülük proqnozu
– orta müddətdə təxmini 10 ilə hesablanır. Bu müddət yalnız axtarış-kəşfıyyat
işlərinin çox vaxt aparması ilə deyil, həm də istismarın effektivliyinin tam təminatı
ilə əlaqədardır. Odur ki, Azərbaycanda neft biznesinin tənzimlənməsi mexanizmi
uzunmüddətli çərçivələri əhatə etməli və həm də o cari və perspektiv vəziyyəti
nəzərə almalıdır.
Cari vəziyyətdə neft biznesinin tənzimlənməsi mexanizminin təkmilləşdiril-
məsi ARDNŞ daxilində, perspektivdə isə diversifıkasiya kontekstində aparıl-
malıdır.
Azərbaycanda neft biznesinin tənzimlənməsi mexanizminin təkmilləşdirilmə-
si məsələsinə ARDNŞ çərçivəsində baxılması zəruridir. Digər tərəfdən dəqiqləşdi-
83
rilməlidir ki, neft biznesinin tənzimlənməsi mexanizmlərinə hansı alətlər və qollar
daxildir. Qeyd olunduğu kimi nəzəri və praktiki sferada neft biznesinin tənzim-
lənməsi dövlət, firmadaxili və bazarın özünün nizam mexanizmlərini ehtiva edir.
Dövlətin bu sahədə tənzimləmə mexanizmi aşağıdakı istiqamətləri əhatə edir:
– əlverişli biznes iqlimi yaratmaqla lizensiya və konsensiya əsasında
müdaxilə;
– fiskal mexanizmlərlələ, vergi və kredit siyasəti ilə nizamlama;
– qanunvericilik sferasında tənzimləmə;
– dövlət proqramları çərçivəsində nizamlama.
Firmadaxili tənzimləmə isə mövcüd iqtisadi və təşkilati tədbirlər sistemini
əhatə edir. Buraya aşağıdakı mexanizmlər şamil olunur:
– təşkilati-iqtisadi metodlar;
– güclü informasiya təminatı əsasında əlverişli marketinq işinin təşkili;
– banklarla partnyorluğa istinad edən alət və mexanizmlər;
– faydalı və qarşılıqlı əverişli assosiativ inteqrasiya;
– lobbizm.
Biznesin bazarın görünməz qolu ilə tənzimlənməsi isə mövcud iqtisadi
qanunlar və ələlxüsus da tələb və təklif qanunu vasitəsilə reallaşır.
Neft sektorunun spesifık xüsusiyyətləri bu sahədə qurulan biznes işinin
xüsusiyyətlərini daim nəzərə almağı şərtli edir. Burada ilk öncə sahənin kapital
tutumluğu önə çəkilir.
Sahənin kapital tutumu bütövlükdə kompaniyanın xüsusi və borc kapitalının
məcmusu olan bütün kapitalının dəyəri ilə müəyyən edilir. Təcrübi gerçəklik
belədir ki, neft kompaniyası maliyyələşmələrin 70 faizini borc vəsaiti hesabına
görürsə böyük maliyyə levericinə malik olur [34, 37]. Belə vəziyyət isə onun
dəyərini digər sahələrə nisbətdə daha miqyaslı edir. Ona görə də kompaniyanın
dəyəri xüsusi və borc kapitalının konfiqurasiyasından əsaslı dərəcədə asılı olur.
Lakin statistik məlumatlara əsasən ARDNŞ-da cəlb edilmiş xarici borc kapitalı
yalnız müştərək müəssisələr aspektində olduğu nəzərə alındıqda görərik ki, onun
həcmi şirkətin likvid dəyərinin çox cüzü hissəsinə bərabərdir. Belə olduqda isə bu
84
təhlükə minimuma enir. Ümumiyyətlə götürüldükdə isə borc kapitalının azlığı
baxımından ARDNŞ-da biznes fəaliyyətinin genişlənməsi imkanlı iqtisadi baxım-
dan çox əlverişli sayılır. Lakin bu əlverişliliyi geniş biznes üçün mövcud qaydalara
və qanunauyğunluqlara görə adekvat motivasiyada hazırlamaq gərəklidir.
Burada digər məsələ isə neftin qiyməti llə bağlıdır. Belə ki, hər hansı bir
biznes işinin təşkili tələb qiymətlərinin ölçüləri ilə qarşılıqlı asılılıq yaradır. Lakin
neft biznesində qiymət dayanaqlılığı daxili çoxaspektli və xarici təsir amillidir.
Sistem kənarından təsirlilik isə risk amili doğurur və biznes mənsublarına neftin
diskontluq kateqoriyasını nəzərə almağı diqtə edir. Buna görə də burada neft
bazarındakı meyllərlə hesablaşmaq zərurəti olduca böyükdür. Lakin ARDNŞ-da
məxsusi olan sistemdaxili trasfert quruluşlu qiymətqoyma mexanizim mövcuddur.
Qiymətqoymanın trasfert mexanizminin mahiyyəti ondan ibarətdir ki,
ARDNŞ dövlətin timsalında NQÇ və MM-lərdən trasfert qiymətində neft alır,
onun 20-30 faizini ixraca yönəldərək qalan hissəni neftayırma zavodlarına
göndərir. Neft emal prosesindən keçdikdən sonra alınan məhsullar daxili bazarda
reallaşdırılır. Təbii qaz isə təmizləmə prosesindən və emaldan keçərək tamamilə
daxili bazara yönəldilir. Bu zaman trasfert qiyməti cari istehsal xərcələrindən aşağı
olmayaraq vergi minimumlaşdırılması istiqamətində təyin edilir. Belə qiymətlər
çox zaman eksport və məlum bazar qiymətlərindən çox aşağı olur. Göründüyü
kimi 20-30 faiz xam və bir qədər də neft məhsulları qismində xaricə çıxarılan
neftin hərəkəti üçün liberal məkan ayrılır. Məhz bu məkan daxilində də neft
biznesinin sferası təyin edilir. Neftin satışı və marketinqi prosesində qurulan biznes
fəaliyyətinin tənzimlənməsi isə müqavilə öhdəliklərindən irəli gələn qiymət
meylindən asılı olur. Buradakı riski mülayimləşdirmək və bütövlükdə prosesi
nəzarətə götürmək üçün dövlət ARDNŞ vasitəsi ilə sığorta təyinatlı təşkilati və
menecment mexanizmlərini işə salır. Nəzərə alsaq ki, perspektivdə neftin trasfert
qiymətləndirilməsi prosesi minimuma enəcək və gələcəkdə kapital əsasən qimətli
kağızlar formasında dövr edəcək, onda neft biznesinin mövcud tənzimlənmə
mexanizminin təkmilləşdirilməsi zərurətə çevriləcəkdir.
Dostları ilə paylaş: |