Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 

33

Resursların bölgüsü planlaşdırmanın əsas vəzifələrindən biri hesab edilir. Plan 



qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  resursları  işin  istiqamətləri  üzrə 

bölüşdürülməsinə  kömək  edir.  Kəmiyyət  formasında  bölünmüş  resurslar  firmanın 

büdcəsini əmələ gətirir. 

Strategiyanı  seçdikdə  planları  işləyib  hazırladıqdan  sonra  qarşıya  qoyulan 

məqsədə  nail  olmağı  aydınlaşdırmaqdan  ötrü  təşkilatın  strukturunu  yoxlamaq 

vacibdir.  Çünki  strategiya  strukturu  müəyyənləşdirir.  Təşkilat  inkişaf      etdikcə    və  

onun  məqsədi  yeniləşdikcə   bilavasitə   strategiya  və plan da öz növbəsində dəyişir. 

Bu proses strukturda da təzahür olunur. 

Strateji plan – firmanın real imkanları əsasında qarşıya qoyulan məqsədə nail 

olmaq üçün əsas yolların müəyyən edilməsidir. Strateji planın işlənib hazırlanmasına 

aşağıdakı elementlər daxildir: 

- strateji planların təşkili üzrə rəhbər tərəfindən göstərişin hazırlanması; 

- firmanın  hər  bir  daxili  bölməsi  üçün  strateji  planın  formalaşması  üzrə 

təkliflərin hazırlanması; 

- alınan təkliflərin ümumiləşdirilməsi; 

- əsas  strateji  məqsədin  və  kommersiya  siyasətinin  hərtərəfli,  müfəssəl 

əsaslandırılması; 

- vahid perspektiv planın yaradılması. 

Strateji  planlaşdırma  –  müəssisənin,  firmanın  məqsədini,  marketinqin  bütün 

elementlərini,  maliyyə  resurslarının  və  istehsal  imkanlarının  vahid  kompleks  plan 

halında əks etdirilməsidir. Strateji planlaşdırmanın əsasını 5 strateji konsepsiya: 

-  bazarın seqmentasiyası; 

-  məqsədli bazarların seçilməsi; 



 

34

-  bazara çıxış metodlarının seçilməsi; 



-  marketinq metodunun və vasitələrinin seçilməsi; 

-  bazara çıxış müddətinin seçilməsi. 

Strateji planlaşdırmada firmanın missiyasının müəyyənləşdirilməsi mühüm rol 

oynayır. Firmanın missiyası – hər şeydən öncə, bazarda firmanın davranış fəlsəfəsini 

əsaslandırmaqdır,  onun  imici,  partnyorlar  qarşısında,  eləcə  də  bütövlükdə  cəmiyyət 

qarşısında  iqtisadi  və  sosial  məsuliyyətdir.  Strateji  planlaşdırmanın  başlıca  məqsədi 

minimum  məcmu  xərclə  maksimum  nəticənin  alınması  üçün  firma  tərəfindən  daha 

effektiv  istiqamətlərini  seçməkdən  ibarətdir.  O,  firmanın  dəqiq  formalaşmış 

missiyasını  mütləq  əsaslandırmalı,  yəni  bazara  daxil  olmağın  ən  optimal  yolları 

seçilməlidir. 

Dialektik nöqteyi-nəzərdən hər bir təsərrüfat subyektinin necə olacağı  sualına 

düzgün  cavab  verməkdən  ötrü  ilk  növbədə  orada  həyata  keçirilən  biznesin  inkişaf 

perspektivini  müəyyənləşdirmək  lazımdır.  Yalnız  biznesin  perspektivini,  həmçinin 

onun  inkişaf  istiqamətlərini  və  metodlarını  müəyyənləşdirdikdən  sonra  müəssisənin 

gələcək fəaliyyəti haqqında düzgün fikir söyləmək mümkündür. 

Strateji  planlaşdırmanın  klassik  nəzəriyyəsi  çərçivəsində  müəssisənin  pers-

pektiv inkişafının müəyyənləşdirilməsinə dair altı yanaşma mövcuddur (cədvəl 1). 

Kennet  Endryus  Harvard  biznes  məktəbinin  bir  neçə  alimləri  ilə  birlikdə 

təşkilatın  hazırki  vəziyyətini  onun  daxili  potensialının  və  xarici  mühitin  inkişaf 

meyllərinə  uyğunlaşdırmaq  vasitəsilə  onun  gələcək  inkişafını  müəyyənləşdirməyi 

təklif  edir.  Onun  yanaşmasında  mərkəzi  yeri  SWOT  təhlili,  yəni  təşkilatın güclü və 

zəif  tərəfləri,  imkanları  və  ətraf  mühitin  təsiri  nəticəsində  inkişaf  təhlükələri  ətraflı 

təhlili  təşkil  edir.  Təşkilatın  güclü  və  zəif  tərəflərinin  və  daxili  potensialının 

qiymətləndirilməsi onun fərqli xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir. 




 

35

Cədvəl 1. 



Təşkilatın məqsədli vəziyyətinin müəyyənləşdirilməsinə  

yanaşmaların qısa xarakteristikası 

 

Adı 

Qısa xarakteristikası 

K.Endryusun yanaşması 

Təşkilatın  hazırkı  vəziyyətinin  onun  daxili 

potensialının  və  xarici  mühitin  inkişaf 

meylinə 

uyğunlaşdırmaq 

vasitəsilə 

təşkilatın  gələcək  vəziyyətinin  müəyyən 

edilməsi 

M.Porterin yanaşması 

Sahədə 

rəqabətin 



təhlili 

nəticəsində 

təşkilatın  məqsədli  vəziyyətinin  müəyyən 

edilməsi.  Bu  zaman  gələcək  vəziyyət 

sahədə  təşkilatın  rəqib  mövqeləri  ilə 

əlaqələndirilir 

Bennis və Neymusun yanaşması 

Lider  öz  təşkilatının  məqsədli  vəziyyətini 

görməyi bacarmalıdır 

K.Praalad və Q.Xmelin yanaşması 

Təşkilatın 

məqsədli 

vəziyyəti 

fərqli 


qabiliyyətin təzahür etdiyi vəziyyət kimi 

Səmərəli inkrimentalizm 

Təşkilatın  məqsədli  vəziyyəti  təşkilati 

böhranın imtina olunması kimi 

Liderin arxasınca qaçmaq 

Təşkilatın məqsədli vəziyyəti sahə liderinin 

vəziyyəti kimi 

 

  M.Porterin  yanaşması  sahənin  mövcud  vəziyyətinin  təhlili  nəticəsinə 



əsaslanmağa  imkan  verir,  hansıki  müəssisənin  biznes  fəaliyyəti  həyata  keçirilir  və 

onun gələcək vəziyyətinin əsasını müəyyən edir. M.Porterin yanaşması K.Endryusun 

ideyasının  özünəməxsus  inkişaf  etdirilməsidir.  Burada  həmçinin  mahiyyətcə  söhbət 

müəssisənin  daxili  vəziyyəti  ilə  xarici  mühitin  dəyişilməsi  arasında  ən  yaxşı 

uyğunlaşmanın müəyyənləşdirilməsindən gedir. 

M.Porterin  fikrincə  sahədə  vəziyyəti  müəyyənləşdirən  beş  rəqabət  qüvvəsi, 

yəni  satıcının  bazar  hökmranlığı,  istehlakçının  bazar  hökmranlığı,  sahə  rəqabətinin 

intensivliyi,  yeni  iştirakçılardan  gələn  təhlükələr  gələn,  məhsul  və  xidmətlərdən 

təzahür edən təhlükələr vardır. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə