Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

________________________Milli Kitabxana________________________ 
98 
 
Qatar-qatar 
bölük-bölük, 
yığın-yığın canları, 
fədakar insanları;  
Sən görmədin o ili,  
Görmədin, Rəfili! 
 
* * * 
 
Rəngi qan, 
qəlbi qan, 
Göylərin ən qatı qatına qalxan,  
Bir günün zərrəsindən, 
tufanların səsindən  
yaranan bu həyat qanadlandıqca,  
Yolçular atlandıqca,  
Bu axın səni də aldı qoynuna;  
Sənsə "ona könül verdin  
Və sarıldın boynuna"...  
Dəyişdi adət, 
Gəzdi ürəkləri sevinc, səadət.  
Al saçaqlı şəfəqlərə bələndin,  
Sevindin, nəşələndin...  
Gözlərinə 
Sarı bir eynək taxdın  
Həyata hər şeyə biganə baxdin...  
Ancaq eşit  
Söyləyirik biz; 
Bu gündən sonradır mübarizəmiz.  
Yalandır həyatı nəşədə duymaq,  
Yalandır həyata nəşədən uymaq! 
  
 
 
1930


________________________Milli Kitabxana________________________ 
99 
 
***
 
 
Dinlə məni, gozəl bahar! 
                          Qəlbinlə dinlə.  
Sənə deyiləcək 
                           sözüm var:  
Bilirəm sən, 
                    lk duyğularımın şahidisən!  
Unutmadım sizi mən.  
Unutmadım  
adımı dolaşıq çağıran  
suların düyümlü səsini...  
Mənə çox görməsin zaman  
Çalışıb yaşamaq həvəsini... 
 
1930 
  


________________________Milli Kitabxana________________________ 
100 
 
Ş
A R N SƏS  
 
Mikayıl Müşfiqə 
 
Axşamdan bəridir könlümdə yenə  
Hirsli fırtınalar, qasırğalar var.  
Çox da uymayıram könlüm deyənə,  
Gözlərim hər şeydə bir hikmət arar. 
 
çim dalğalanır sanki bir dəniz,  
Mən bu dalğalarla qucaqlaşıram,  
Nələr düşünürəm, duya bilsəniz!  
Sanki varlığımdan uzaqlaşıram... 
 
Bezən də fikrimin qanadlarını  
Küləklər qoparıb, qaldırır göyə.  
Sürürəm əsrimin qır atlarını,  
"Bu axın başqa bir axındır", - deyə, 
 
Bütün arzularım gülür yarına  
Xəyaldan ilhamlar almamaq üçün;  
Baxıram Leninin kitablarına  
Dəstədən geridə qalmamaq üçün. 
 
1930 
  
 
 


________________________Milli Kitabxana________________________ 
101 
 
DÖNÜŞ 
 
Ah, nə zaman ki, duyğularım ac,  
Gözlərim səmimi bir şerə möhtac,  
Dolanır günlərim; 
Duyuram bəzən  
Gizli varlığını kölgələr gəzən  
Yapma bir gözəllik..  
Xəstə bir əməl...  
O çağırır məni, söyləyir: gəl, gəl!  
Yazıq bilməyir ki, unutdum onu,  
O sonsuz gecənin yox imiş sonu.  
Haydı get!.. 
ndi mən uzaqlarda tək  
Yaşaram; kimsəsiz yaxamdan əl çək!  
Sənin xəyalınla od tutub yanmaq,  
O yalan varlığa bir də inanmaq  
Nə qədər gülüncdür. 
Ş
öhrətinlə sən 
Yenidən qəlbimə hökm edə bilsən  
Mən bu həqiqətə təslim olmaram. 
 
1930 


________________________Milli Kitabxana________________________ 
102 
 
B R AZ GÜLMƏK ÜÇÜN 
 
Qardaşım Osman Sarıvəlliyə 
 
Söylə sən ey, təbiət! Yoxmu sənin günəşin?  
Bu qaranlıq gecələr həmişəlikmi əşin?  
Mən də bir insanam, ah! Məna ver sözlərimə,  
Bəlkə də kor kimiyəm, işıq ver gözlərimə,  
Mən də görüm varlığı, Ayı, Günü, ulduzu;  
Hər çiçəyi, hər gülü, hər qadını, hər qızı  
Oxşamaqdan yoruldum; 
Başqalşmaq istərəm.  
Qanadlı bir quş kimi dağlar aşmaq istərəm.  
Arzularım çoxalır, mən acizəm uçuşda,  
Karvanım çıxdı yoldan bir çıxılmaz yoxuşda...  
O qaranlıq gecədə mən itirdim yolumu,  
Həyat bükdü belimi... Həyat qırdı qolumu...  
Sən ey quduz təbiət! Sən ey zəhərli ruzgar!  
Bu nəşəsiz günlərin, söylə, nə mənası var?  
Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir...  
Bəlkə də hər şirinlik bir acılıq yeməkdir...  
Bəlkə yalandır Günəş, həqiqətdir gecələr,  
Yordu mənim beynimi bu saysız bilməcələr.  
Sorsalar bu pərdəli fəlsəfələr neçindir?  
Deyin bu göz yaşları bir az gülmək üçündür. 
 
1930, 5 dekabr 
 


________________________Milli Kitabxana________________________ 
103 
 
MƏN HAZIRAM 
 
Bu gün mənim 
Sağlam bədənimdə qan-tərə batan 
Və yatan 
Bir saat kimi 
qəlbimi 
Bir şad xəbər salamladı:  
Dedilər: "Sinif qovğasıdır"  
Gələcək hərbin adı.  
gid bir əsgər 
və qəhrəman  
Bir komandan kimi bəzən  
çimdə mən 
Qalın və dolama yollar aşaraq – 
Ş
rak!  
Ş
rak!  
Ş
rak! 
Atılan güllələrə sinə gərirəm,  
Düşmən ordugaha yol göstərirəm 
və deyirəm:  
Qollarında qüvvət,  
Ürəyi sağlam bir gənc üçün  
Yaralanmış bir göyərçin kimi  
Qanadlarını sallayaraq  
Ucuz ölmək gülncdür.  
Burax, dedim - 
Məni burax!  
Dayanılmaz hərəkət...  
Azad nəfəs aldığım bu məmləkət  
Halal etməz igidlərin qanını,  
Mən hücumdan geri qalsam!  
Dəmirdir əsam. 
Nişan alsalar da gözlərimin qarasına – 
Bolşevik qəlbimlə, 
hazıram mən də  
Gələcək sinif qovğasına! 
 
1930 
 


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə