Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

________________________Milli Kitabxana________________________ 
128 
 
ROT FRONT 
 
Gözlərim sancılarkən bu bayrağın rənginə,  
çimdə dalğalardan gurultu qopdu yenə...  
Bu bayraq ki, üfüqsüz dənizlərdən keçərək  
Tutuldu güllələrə qızıl qanlar içərək;  
Ş
rapnellər ötürkən sağından və solundan,  
Bir çox döyüşdən çıxdı, qayıtmadı yolundan.  
O dolaşdı Berlinin sokaklarında
*
 bəzən,  
Havasında bir ölüm, bir də ayrılıq gəzən  
Gecələrin qoynunda dalğalandı bu bayraq.  
Ş
erim inandırmasa, gəl onun rənginə bax!  
O bayraq ki, rəngi qan, varlğı, qəlbi qandır,  
Milyonların əlində bir yenilməz qalxandır.  
Mənsəb dalınca deyil, haqq axtarır dünyada,  
Ağ saçlı keçmişləri salsan bir az da yada  
Haq verərsən sözümə; 
Ki yer üzü,  
Sözün düzü,  
ki düşmən cəbhədən görünmədə gözümə, 
Haq veriniz sözümə.  
Bu bayraqdan oxudum sahildəki qanları,  
Sayıb sona yetmədim günahsız qurbanları.  
Bu bayraqda canlanır bir son aclıq dünyası,  
Qızlığmda dul qalan insanların röyası.  
Fahişəlik, yazıqlıq, sonra bilməm ki, nələr...  
Yol üstündə titrəyən ağ saqqallı çənələr;  
" nsaf edin! Əl açın! Mən işsizəm" sözləri,  
Ağlamaqdan kor olan bir ananın gözləri;  
Cəbhələrdən qayıtmış, tək qollu qəhrəmanlar,  
Kitablara düşməmiş qanlı, qorxunc zamanlar,  
Hisli, nəmli, qaranlıq podvallarda yaşayan,  
Ömrün ağırlığını öz çiynində daşıyan,  
ş
çilərin adından bir elçidir bu bayraq,  
Ş
erim inandırmasa, gəl onun rənginə bax! 
 
 
                                                           
*
Küçələrində
 
 
 


________________________Milli Kitabxana________________________ 
129 
 
 
 Bu bayraq ki üfdqsüz dənizlərdən keçərək,  
Tutuldu güllələrə qızıl qanlar içərək;  
O gərdi öz köksünü bombaların səsınə,  
Gəlib çıxdı nəhayət Şuralar ölkəsinə.  
Bizim bu qızıl Bakı aldı onu qoynuna,  
Qardaşlıq əllərilə sanlırkən boynuna  
Bu qırılmaz peymanı uzaqlardan gördülər,  
Avropanın, asyanın köpəkləri hürdülər.  
ndi bu bayraq gəzir əldən-ələ, dolanır,  
Mil düzünün, Muğanın pambıqları sulanır. 
 
Yarış gedir Şəkidə  
Lənkəranda, Ləkidə  
Qazax, Gəncə, Qarabağ,  
Bir çox dərə, bir çox dağ  
ndi durub üz-üzə,  
Gecə dönür gündüzə.  
Günlər keçir axaraq.  
Veriləcək bu bayraq  
Birincilik qazanan  
nsanlara şübhəsiz,  
Bilirsiniz bunu siz. 
 
O bayraq ki, üfüqsüz dənizlərdən keçərək,  
Tutuldu gülləlrə qızıl qanlar içərək.  
Ş
rapaellər ötürkən sağından və solundan,  
Bir çox döyüşdən çıxdı, qayıtmadı yolundan.  
Üstündəki o yumruq üsyanın simvoludur,  
Bir üsyan ki, tarixdə qurtuluşun yoludur.  
Ordusunu çəkirkən yazdı genosse
*
 Telman,  
Halqalı zəncirlərin qırıldığı bir zaman:  
Berlinin kəlləsində sancılacaq bu bayraq,  
Ş
erim inandırmasa, gəl onun rənginə bax! 
 
1932 
 
 
 
                                                           
*
 
Yoldaş 
 


________________________Milli Kitabxana________________________ 
130 
 
SALAM 
 
Anam qoca, 
ömrü yarı,  
Axıtdığı göz yaşları  
Atama bir cavabdır.  
Ə
srlərdən qadın üçün  
Ağlamaq bir savabdır...  
Bişir, düşür, yama, dara;  
Günün qara, gecən qara.  
Get dalında yetim gəzdir,  
Döşlərindən süd əmizdir.  
Ac qalsan da il uzunu,  
Sənə layiq gördü bunu  
Məhəmmədin şəriəti.  
Çünki adın  
Oldu qadın. 
Sillə, yumruq, qamçı, zopa,  
Haqq bağıran nəfəsindən  
Qışqırıqlar qopa-qopa  
Bu dünyada nələr çəkdin!..  
Nə gül dərdin, nə gül əkdin;  
Sən qaranlıq bucaqlarda  
Gün görmədin əzəlləri,  
O dərdindən danışmadı  
Vaqiflərin gözəlləri.  
Sirri dərin 
ə
srlərin 
Pəncəsində çox zarıdın.  
Nə gün gördün, 
nə yarıdn… 
Salam sənə, işçi qadın!  
Dəyişmişdir bu gün adın.  
Boynundakı o halqalı  
Zəncirləri atırsan,  
Artıq bu gün yeni-yeni  
Məqsədlərə çatırsan. 
  


________________________Milli Kitabxana________________________ 
131 
 
Bildim, səni Oktyabr yaratdı,  
nsanlığın günü-gündən  
Çiçəklənib boy atdl.  
Salam sənə, azad qadın!  
Dəyişmişdir bu gün adin.  
Sən bizimlə yol yoldaşı...  
Səninlədir bu həyat,  
Səni oğul və ər kimi  
Salamladım iki qat! 
 
1932 
 
  


________________________Milli Kitabxana________________________ 
132 
 
AŞIĞIN DƏRD  
 
Mən səni görmüşəm on beş ıl əvvəl,  
Dilində bir qoşma, bir dərdli qəzəl,  
Çadırdan çadıra qonaq gəzərdin.  
Yazıq! Duyulmadı sənin də dərdin,  
Sənin də göz yaşın sellərə döndü,  
Qaranlıq yollarda çırağın söndü;  
Sənin də bağrını nizələr dəldi,  
Buludlar qarşında salama gəldi.  
Sənin de yar deyib gözlədiyin qız  
Satıldı... şahlara dolandın yalnız.  
Bağladın meylini telli bir saza – 
O sarı simlərə söz yaza-yaza,  
Keçdikcə dağlardan, göy dərələrdən,  
Bir də ürək açan mənzərələrdən,  
Dərd alıb, dərd yedin illər uzunu,  
Bir soran olmadı kim gördü bunu? 
 
* * * 
Dilsiz qayalara dil deyib durdun  
Sənin bu dərdini dinlədi yurdun,  
Tapdandı gəncliyin, şərəfin, adın;  
Qamçılar altında sındı qanadın,  
Elin şikayəti ötdü səsində.  
Bəzən də bəylərin toy məclisində  
Dedin Koroğludan, Leyli-Məcnundan,  
Yoxsula bir xeyir çıxmadı bundan.  
Odlara bir yanıb, bir də qalandın,  
Ağır ellər kimi sən də talandın ... 
 
* * * 
Ay da taleyinə uzaqdan baxdı,  
Çaldığın havalar yandırıb yaxdı  
Yaslı gəlinləri, yaslı qızları,  
Ahından əridi dağların qarı. 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə