Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

82 
 
-ölkənin  təbii  və  əmək  potensialından  səmərəli  istifadə  etməklə  qeyri-neft 
sektorunun sürətli inkişafının təmin edilməsi; 
-infrastruktur  təminatının  yaxşılaşdırılması  istiqamətində  tədbirlərin  davam 
etdirilməsi; 
-sahibkarlıq  mühitinin  yaxşılaşdırılması  ilə  bağlı  məqsədyönlü  tədbirlərin 
həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; 
-iqtisadiyyatın  inkişafına  investisiyaların  cəlb  olunması  işinin  davam 
etdirilməsi; 
-ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; 
-muasir  tipli  infrastruktur  obyektlərinin  yaradılması,mövcud  obyektlərin 
beynəlxalq standartlar uyğunlaşdırılması; 
-əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması

-əhalinin  məşğulluq  səviyyəsinin  artırılması  istiqamətində  tədbirlərin  davam 
etdirilməsi; 
-yoxsulluğun səviyyəsinin azaldılması.[25] 
Qeyd  edək  ki,  istənilən  makroiqtisadi  səviyyədə  sosial  tənzimlənmə  əsasən 
büdcə-vergi siyasəti vasitəsi ilə həyata keçirilir. Azərbaycan iqtisadiyyatında 1995-
ci  ildən  sonra  makroiqtisadi  sabitlik  yarandıqdan  sonra  bu  istiqamətdə  sosial 
yönümlü  tədbirlər  daha  çox  ikinci  istiqamətdə,  yəni  büdcə-vergi  tənzimlənməsi 
üzrə  həyata  keçirilməsi  zəruridir.  Bunun  üçün  də  hazırda  Azərbaycanda  sosial 
siyasətin  tənzimlənməsinin  iqtisadi  əsasları  kimi  aşağıdakıların  araşdırılması 
məqsədəuyğun hesab edirik: 
-Dövlət büdcəsinin sosial məsrəfləri; 
-Dövlət sosial müdafiə fondunun sosial məsrəfləri; 
-Neft fondunun sosial məsrəfləri. 
        ndi isə göstərilən istiqamətlər üzrə aşağıdakı təhliləri həyata keçirək. Bunun 
üçün ilk  növbədə  Azərbaycan  Respublikasının dövlət büdcəsinin  sosial xərclərini 
təhlil edək. 2015-ci il dövlət büdcəsinin xərclərində sosial yönlü xərclərin (büdcə 
xərclərinin  iqtisadi  təsnifatına  uyğun  olaraq  əməyin  ödənişi,pensiya  və 


83 
 
müavinətlər,  dərman,  sarğı  ləvazimatları  və  materiallarının,  ərzaq  məhsullarının 
alınması  üzrə  xərclərin  cəmi)  xüsusi  çəkisi  27,6  faiz  olmaqla,  2014-cü  illə 
müqayisədə 1,1 faiz-bənd artmışdır.Mütləq ifadədə bu məqsədə 5826,4 mln. manat 
vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilə nisbətən 489,2 mln. manat və ya 
9,2 faiz,2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 920,0 mln. manat və 
ya 18,8 faiz çoxdur. 
     2015-ci il dövlət büdcəsində elm,təhsil,səhiyyə,sosial müdafiə və sosial təminat, 
incəsənət,  mədəniyyət,  informasiya,  bədən  tərbiyəsi  və  digər  kateqoriyalara  aid 
edilməyən  xərclər  üçün  5019,6  mln.  manat  vəsait  nəzərdə  tutulmuşdur  ki,  bu  da 
2014-cü  ilə  nisbətən  110,1  mln.  manat  və  ya  22  faiz,  2013-cü  ilin  faktiki  icra 
göstəricisi ilə müqayisədə isə 820,7 mln. manat və ya 19,5 faiz çoxdur. 
     Təhsil xərcləri üçün ayrılmış vəsaitin 898,3 mln. manatı və ya 52,5 faizi ümumi 
təhsil  xərclərinin,  525,7  mln.  manatı  və  ya  30,7  faizi  təhsil  sahəsində  digər 
müəssisə  və  tədbirlərin  (2014-cü  illə  müqyisədə  41,8  mln.  manat  və  ya  8,6  faiz 
çox),  165,6  mln.  manatı və  ya  9,7  faizi məktəbəqədər  təhsil xərclərinin  (2014-cü 
illə müqayisədə 14,2 mln. manat və ya 9,4 faiz çox ), 39,2 mln manatı və ya 2,3 
faizi ali təhsil xərclərinin (2014-cü illə müqayisədə 6,2 mln. manat və ya 18,9 faiz 
çox),  44,6  manatı  və  2,6  faizi  orta  ixtisas  təhsil  xərclərinin(2014-cü  illə 
müqayisədə  0,2 mln. manat və ya 0,4 faiz çox), 34,3 mln. manatı və ya 2,0 faizi 
ilk-peşə ixtisas təhsilin,(2014-cü illə müqyisədə 0,1 mln. manat və ya 0,4 faiz çox), 
3,5  mln  manatı  və  ya  0,2  faizi  əlavə  təhsilin  maliyyələşdirilməsinə 
yönəldiləcəkdir.[29] 
    Ölkədə  əhalinin  sosial  problemlərinin  həlli,o  cümlədən  pensiya  və 
müavinətlərin,ünvanlı sosial yardımın,məcburi köçkünlərin sosial məsələlərinin və 
digər sosial tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsində sosial 
müdafiə  və  sosial  təminat  xərcləri  üçün  2040,5  mln.  manat  vəsait 
proqnozlaşdırılmışdır,ki bu da 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 290,2 
mln. manat və ya 16,6 faiz çoxdur. 


84 
 
     2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1100,0 
mln.  manat  Azərbaycan  Respublikasının  Dövlət  Sosial  Müdafiə  Fondu  vasitəsilə 
həyata  keçirilən  əmək  pensiyalarının  maliyyələşdirilməsinə,  548,4  mln. 
manatı(2014-cü  ilə  nisbətən  41.6  mln.  manat  və  ya  8.2  faiz,2013-cü  ilin  faktiki 
icrasına nisbətən 90,3 mln. manat və ya 19,7 faiz çox) Azərbaycan Respublikasının 
Ə
mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə 
həyata  keçirilən  sosial  müavinətlərin,təqaüdlərin  və  digər  sosial  xarakterli 
ödənişlərin, 224,5 mln. manatı (2014-cü ilə nisbətən 2.3 mln. manat və ya 1,0 faiz, 
2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 12,7 mln. manat və ya 6,0 faiz çox) 
Azərbaycan  Respublikasının  Qaçqınların  və  Məcburi  Köçkünlərin  şləri  üzrə 
Dövlət Komitəsi vasitəsilə  qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin 
təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir. 
    Bununla yanaşı, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində 
də  sosial  müdafiə  və  sosial  təminat  təyinatlı  infrastrukturlara  aid  olan  investisiya 
layihələri üzrə müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur. 
     2015-ci  ildə  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Fondundan  dövlət 
büdcəsinə  10388,0  mln.  manat  transfert  nəzərdə  tutulur  ki,  bu  da  cari  ilin 
proqnozuna nizbətən 1051,0 mln. manat və ya 11,3 faiz çoxdur. 
 
       3.2. Azərbaycan Respublikasının sosial inkişafında yoxsulluğun                        
azaldılmasına yönəldilən sosial siyasətin təkmilləşdirilməsi istiqamətləri 
 
Dünya  ölkələrinin  sosial-iqtisadi  inkişaf  səviyyəsinin  öyrənilməsi  göstərir  ki, 
bütün dünyada, eləcə də Azərbaycanda (xüsusilə müstəqillik illərinin əvvəllərində) 
yoxsulluq problemi çox ciddi xarakter almışdır.Odur ki, yoxsulluqla mübarizə bir 
çox  beynəlxalq  təşkilatların  prioritetinə  çevrilmişdir.  Bu  baxımdan  yoxsulluğun 
azaldılması üzrə həyata keçirilən tədbirlərdə yalnız iqtisadi aspekt deyil, həmçinin 
siyasi və hüquqi amillər də nəzərə alınmalıdır. Lakin problemlə bağlı əsas diqqət 
dövlət  tərəfindən  əhalinin  rifah  halının  yaxşılaşdırılmasına  yönəldilməlidir.  Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə