Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

59 

 

formalaşma  strukturunu  dəyişməyə  (xammaldan  istifadəni  azaldaraq,  yüksək 



texnologiyaların tətbiqi ilə alınan məhsulları artırmaq) əlverişli imkan yaradır. 

Bu  cəhətləri  nəzərə  alıb,  öncə  ölkənin  elmi–tədqidat  sferasının  mövcud 

vəziyyətini  qiymətləndirək.  Öncə  qeyd  edək  ki,  elmi-tədqiqat  sferasının  fəaliyyətini 

birbaşa  qiymətləndirmək  üçün  patentlərin  sayı,  innovasiya  məhsullarının  həcmi, 

uğurlu elmi nəticələrin sayı və.s. bu kimi göstəricilərdən istifadə edilir. Bundan başqa 

elmtutumlu  məhsullar  istehsalı  və  ixracı,  elmi  məsrəflərin  həcmi  və  elmin  kadr 

resursu kumu göstəricilər də istifadyə yararlı hesab olunur. Qeyd olunmalıdır ki, son 

dövrdə  ölkə  elmi-tədqiqat  sferasında  müəyyən  inkişaf    baş  verıb  və  2000-ci  illərin 

əvvələrində cəmi 12 patent alınması göstəricisi 2012-ci ildə 55-lə əvəzlənib.2012-ci 

ildə  150  mühüm  elmi  nəticə  əldə  edilib.(AMEA-nın  hesabat  yığıncağının 

sənədlərindən).Əlbəttə  ki,dinamika  mövcuddur.Ancaq  ölkələrarası  müqayisələrdə 

vəziyyətin çox da qənaətbəxş olmadığı aşkarlanır. Üstəlik  ölkədə elmtutumlu istehsal 

ÜDM-in cəmi 0,2%-ni təşkil edir və bu da çox da məqbul olmayan vəziyyətdə xəbər 

verir.Vəziyyəti daha ətraflı göstərmək üçün zəruri müqayisələri cədvəl şəklində təsvir 

edək. 

Cədvəl 8. 



Elmtutumlu məhsul ixracı və patentlərin sayı 

Ölkələr 


Yüksək 

texnolojiyalı 

ixrac.mld.dollar 

Patentlərin 

sayı.mln.nəfərə 

ABŞ 


141,5 

359,8 


AFR 

142,5 


255.1 

Çin 


348,9 

0,5 


Rusiya 

4,6 


15 

Azərbaycan(cəmi 

qeyri-neft ixracı) 

1,6 


5,5 

 



60 

 

Mənbə:World 



devolopment 

indicators-2012 

və 

dövlət 


statidtika 

komitəsi.(elektron resurs) 

Beləliklə,  ölkədə  elmi-tədqiqat  sektorunun  fəaliyyətinin  müasir  vəziyyətini 

qiymətləndirərkən  bir  tərəfdən  müsbət  dinamikanın  olduğunu,  digər  tərəfdən  isə 

bütövlükdə  postsovet  regionuna  məxsus  problemlərin  mövcudluğunu  qeyd  etmək 

gərəkdir. 



 

2.2

  Azərbaycanda  innovasiya  proseslerinin  dövlət  tənzimlənməsinin 

müasir vəziyyəti. 

 

Azərbaycanın inkişaf etmiş ölkələrdən elmi-texniki geriliyini aradan qaldırmaq 



və onun tam tərəfdaş kimi qlobal innovasiya mühitinə daxil olması milli innovasiya 

sisteminin tezliklə formalaşmasından çox asılıdır. Bununla əlaqədar müvafiq inkişaf 

proqramının  işlənilməsi  bir  çox  problemlərin  konstruktiv  həllini,  idarəetmə 

qərarlarının  qəbul  edilməsi  üçün  zəruri  olan  təsirli,  səmərəli  innovasiya  sistemi 

nəzəriyyəsinin işlənilməsinin vacibliyini ön plana çəkir. 

Son  illər  əsaslı  iqtisadi  və  sənaye  isahatları,  ardıcıl  olaraq  həyata  keçirilən 

məqsədli dövlət proqramları,akkumulyasiya edilən maliyyə imkanları və geniş xarici 

iqtisadi  əlaqələr  Azərbaycanı  xoş  gələcək  qurmaq  üçün  möhkəm  baza  ilə  təmin 

etmişdir. Bununla belə, bu gələcək uğurun əsas elementləri – yeni ideyalar yaratmaq 

və  bu  ideyaları  ölkənin  innovativ  və  uğurlu  məhsulları,  xidmətləri  və  yeni  tipli 

şirkətləri timsalında həyata keçirmək bacarığından asılıdır. Bu, öz gücünə əmin, yeni 

imkanları tədqiq etmək və uğurlu həyata keçirmək istəyən yeni azərbaycanlı nəslini 

yetişdirmək  üçün  Azərbaycan  dövlətinin  qarşıya  qoyduğu  məqsədin  bilavasitə 

təsdiqidir. 

Cənab  Prezident  lham  Əliyev  keçid  dövrünün  başa  çatdığını  elan  etməklə 

inkişafda yeni mərhələnin başlandığını və keçən onilliklərdə problemlərin həlli üçün 

istifadə edilən üsul və yanaşmaların bu yeni, bilik və imkanlar mərhələsi üçün kifayət 

olmadığını göstərdi. Artıq qloballaşma erasında qabarıq büruzə verən fakt, insan və 




61 

 

intellektual  resurların,  inkişafın  ənənəvi  dəyərləri  torpaq,  əmək  və    kapital 



ehtiyatlarından önə keçməsidir. Ona görə də müasir inkişaf mərhələsində yaradıcılıq, 

işgüzarlıq,sahibkarlıq və s. Innovativ amillər əsas götürülməlidir. 

  Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi “Təhsilvə elm zəruri səviyyədə 

olmasa  milli  inkişafın  perspektivləri  və  Azərbaycan  dövlətçiliyinin  davamlı  inkişafı 

barədə  düşünməyimiz  çətin  olacaqdır.  Bu  gün  aşkar  görünür  ki,  prezident  lham 

Əliyev  qarşıdakı  illərdə  məhz  millətin  intellektual  bazasının  yeniləndirilməsi  və 

genişləndirilməsi 

üçün 


inkişaf 

strategiyasını 

müəyyən 

edir.” 


(mənbə:www.science.az/az/?id=1757 ) 

Milli  innonasiya  sisteminin  formalaşması  öz-özlüyündə  müxtəlif  istiqamətlər 

üzrə–zəruri 

qanunverici 

bazanın 

yaradılması, 

elmi–texniki 

prioritetlərin 

müəyyənləşməsi,  elmi-  tədqiqat sektorunun idarəedilməsi,  elmi–tədqiqat  sektorunun 

maddi–texniki  bazasının  yeniləşməsi  vəs.  üzrə    tədbirlərin  reallaşmasını  tələb 

edir.Şübhəsiz  ki,  bu  baxımdan  vacib  tədbirlərdən  biri  də  elmi–tədqiqatın  təşkilinin 

inzibati-təşkilati metodundan proqram–məqsədli metoduna keçididir. Belə   bir  keçid 

heç də inzibati–təşkilati metodun bütövlükdə ləğvini tələb etmir və ümumiyyətlə, bu 

mümkün  də  deyil.Yəni  məsələ  inzibat–təşkilati  metogun  ləğvində  deyil.  Məsələ  bu 

iki  metodun  düzgün  uzlaşdırılmasındadır.Bu  məqamin  qeydindən  sonra  elmi  - 

tədqiqatın proqram–məqsədli təşkili vəziyyətinin  təhlilini həyata keçirək. 

Qeyd  edək  ki,  elmi–tədqiqatın  proqram–məqsədli  təşkili  həm  müxtəlif  elmi 

layihələrə  donor  təşkilatlar  tərəfindən  qrantlar  verilməsi  yolu  ilə,  həm  konkret 

layihələrin  birbaşa  maliyyələşməsi  vasitəsi  ilə  vəs.  üsullarla  gerçəkləşə  bılər. 

Ümumiyyətlə, bu yanaşma hər hansı elmi təşkilatın deyil, elmi - tədqiqat layihəsinin 

maliyyələşdirilməsini  nəzərdə  tutur.Buna  görə  də  özəl  sektorda  aparılan  elmi–

tədqiqat  işlərinin  bütövlükdə  proqram–məqsədli  təşkil  əsasında  reallaşdığını  iddia 

etmək olar və xarici təcrübələrin təhlilində də məsələyə belə yanaşılmışdı. 

Bələliklə, elmi–tədqiqat sektorunu maliyyələşdirilməsi strukturu əsasında elmi - 

tədqiqatın  proqram–məqsədli  təşkili  vəziyyətini  qiymətləndirmək  olar.Öncə 

bütövlükdəelmi–tədqiqat sferasının maliyyələşdirilməsi vəziyyətini dəyərləndirək. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə