Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

45 

 

  Klasterlərin  yaradılması  ayrı-ayrı  sahələrdə  iqtisadi  artım  prosesini 



sürətləndirir  ki,  bu  da  ölkənin  innovasiya  aktivliyinin  və  rəqabətqabiliyyətinin 

artmasına gətirib çıxarır. Xarici ölkələrin təcrübəsi təsdiq edir ki, klasterlərin tərki-

bində bir qrup sahələrin qarşılıqlı fəaliyyət göstərməsi məşğulluğun və investisiya 

qoyuluşunun artmasına və milli iqtisadiyyatda qabaqcıl texnologiyaların tətbiqinin 

sürətlənməsinə səbəb olur. 

   Təcrübə göstərir ki, yüksək texnologiyalı müasir istehsal yalnız inteqrasiya: 

üfüqi,  diaqonal  və  şaquli  proseslərə  əsaslana  bilər.  qtisadi  tərəqqi  səpələnmiş 

müəssisələrdə deyil, onların birləşməsi və qruplaşması, klasterlər və şəbəkələr ilə 

inkişaf edərək dərinləşir. 

  Dövlətin  innovasiya  siyasətinin  formalaşmasının  ümumi  meyillərinə, 

innovasiyalı  inkişaf  ərazilərinin  tipini,  Avropa  ttifaqı  ölkələrinin  elmi-texniki 

potensialının  yüksək  təmərgüzləşməsini  nəzərə  almaqla,  onun  formalaşmasında 

universitetlərin rolu və yerinin müəyyənləşdirilməsinə yanaşma aiddir.  

  Universitetlərin  klasterə  daxil  edilməsi  ölkənin  rəqabət  üstünlüyünü  təmin 

edir: investorlar  eyni vaxtda iqtisadiyyatın real sektoruna, təhsilə və elmi-tədqiqat 

işlərinə  investisiya  yatıra  bilər.  Belə  klasterlərin  mühüm  fərqli  cəhəti  onların 

innovasiya yönümlü olmalarıdır. 

 

nnovasiyalı  klaster  –  müstəqil  müəssisələrin:  elmi  təşkilatların, 



universitetlərin,  elmtututmlu  biznesin,  elm  və  istehsalın  qaşılıqlı  əlaqəsini  təmin 

edən,  birgə  innovasiya  fəaliyyətində  iştirak  edən  təşkilatlar  və  istehlakçıları 

dəstəkləyən xidmətlərin məcmusudur. 

Son  illər  Azərbaycanda  sənaye  klasterlərinin  yaradılması  istiqamətində 

müəyyən  işlər  görülüb,  yəni  sənaye  məhələləri,  texniki  parklar,  biznes 

inkubatorları  yaradılıb.  Klasterlərin  tərkibində  kiçik  müəssisələrin  birgə  fəaliyyət 

göstərməsi kiçik sahibkarlığın sürətli inkişafına və ölkənin sosial-iqtisadi inkişafda 

onun rolunun əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. 

Ş

irkətlərin birləşməsinin digər formaları ilə müqayisədə klasterin üstün cəhəti 



ondan ibarətdir ki, sinergetik effekt alınır.  qtisadiyyatda sinergetik effekt şirkətlər 

qrupunun  birgə  fəaliyyətinin  nəticəsidir,  hansıki  öz  aralarında  qarşılıqlı  fəaliyyət 




46 

 

göstərmədikləri zaman onların fəaliyyətinin toplu nəticələrini əhəmiyyətli dərəcədə 



üstələyir. 

Sinergetik effektin alınması üçün şərtlər aşağıdakılardır: 

-  əmək  bölgüsü  (məhsulun  keyfiyyətini  yüksəldir,  hər  bir  şirkət 

ixtisaslaşmasına səy göstərir); 

- şirkətlərin lokal yerləşdirilməsi (nəqliyyat xərclərinin azaldılması); 

-  qarşılıqlı  fəaliyyətin  güzəştli  şərti  (uzunmüddətli  əməkdaşlıqla  əlaqədar 

kontraktların dəyərinin azaldılması); 

- ümumi əmək resursları. 

Bu  şərtlərin  yerinə  yetirilməsi  şirkətlərin  maliyyə  və  təsərrüfat  fəaliyyətinə 

müsbət təsir göstərir. Daha doğrusu, məhsulun maya dəyərini xeyli azaldır ki, bu 

da  daha  çevik  qiymət  siyasətinin  aparılmasına  imkan  verir;  istehsal  olunan 

məhsulun keyfiyyəti yüksəlir ki, bu da klasterə daxil olan şirkətlərin bazar rəqabət 

qabiliyyətini artırır. 

Yuxarıda  göstərilən  informasiyaları  nəzərə  almaqla  nəticə  çıxarmaq  çətin 

deyil ki, məhz həmin amillər şirkətlərin birləşməsi və klasterlərin yaradılması üçün 

təməl prinsipləri hesab edilir. 

Klasterin  iştirakçıları  nəzəri  cəhətdən  bir  sıra  üstünlüklər  əldə  edirlər,  yəni 

investisiya  cəlbediciliyi  artır,  xərclər  azalır,  rəqabət  qabiliyyəti  yüksəlir  və  s. 

Klasterlərin  idarəetmə  sistemində  onun  iştirakçıları  arasında  münasibətlər  sistemi 

böyük rol oynayır, istənilən sistemin isə nəzarətə ehtiyacı vardır. 

Hər bir klasterdə daxil olan iqtisadi resursların bölüşdürülməsi, həm də klaster 

layihələrinin  reallaşdırılması  üzərində  nəzarətin  həyata  keçirilməsi  ilə  klaster 

inkişaf  mərkəzi  (K M)  məşğul  olur.  Əksəriyyət  halda  bu  mərkəzin  funksiyasını 

bələdiyyə orqanları yerinə yetirirlər. 

Klaster  layihəsinin  üç  əsas  iştirakçıları  olur:  investorlar,  müəssisə  və  haki-

miyyət orqanı. Həmin iştirakçıların hər birinin maraqları təqdim edilir (cədvəl 5). 

Cədvəl  5-dən  göründüyü  kimi,  klaster  iştirakçılarının  maraqları  fərqlidir. 

Klasterin  iştirakçılarından  hər  hansı  birinə  hakimiyyəti  vermək  səhv  olar,  çünki 

onlar  resursları  obyektiv  bölmək  və  bütün  klasterin  maraqlarına  uyğun  hərəkət 

etmək iqtidarında deyil. 




47 

 

Cədvəl 5

 

Klaster iştirakçılarının maraqları

 

Tələbat

 

Maraqlar

 

əssisənin

 

nvestorların

 

Hakimiyyət orqanlarının

 

Resurslarda 



Maliyyə resursları ilə 

təmin edilməsi 

Müştəri bazasının ge-

nişlənməsi. Müəssisə-

nin pul axınlarının 

toplanması 

Regional verginin artması. 

Sosial layihələrin 

maliyyələşdirilməsi 

Risklərin 

azaldılmasında 

Konsaltinq, investisiya, 

informasiya infrastruk-

turunun inkişafı 

nvestisiyanın qayta-

rılmasına zəmanət 

Ə

halinin sosial 



müdafiəsinin yüksəl-

dilməsi.  şsizliyin 

azaldılması. Əhalinin 

gəlirinin artırılması 

Cəlirin 

artırılmasında 

Rentabelliyin yüksəldil-

məsi. Vəsaitin dövr et-

məsinin sürətlənməsi 

Maliyyə resursla-

rından istifadənin 

səmərəliliyinin 

yüksəldilməsi 

Layihənin sosial və iqtisadi 

səmərəliliyi 

Rəqabət 


üstünlüyünün 

saxlanılması və 

artırılmasında 

Bazar payının artırıl-

ması, markasının nüfu-

zunun artırılması, əmtə-

ə

nin çeşidinin genişlən-



dirilməsi 

nvestorun reputasi-

yasının və kapital 

bazasının artırılması 

Nəqliyyat, istehsal, sosial 

məişət infrastrukturunun 

inkişaf etdirilməsi. Əhalinin 

həyat səviyyəsinin 

yüksəldilməsi. 

    


 

Klasterin  inkişaf  mərkəzinin vəzifəsi  klasterin inkişafı amillərini  yaxşılaşdır-

maqdan ibarətdir. Bütün amilləri iki qrupa ayırılır: daxili və xarici amillər (şəkil 1). 

 

 



 

  

   



 

 

 



 

 

 

Şə

kil 1. Klasterin inkişaf amillərinin təsnifatı 

 

Ş

irkət  xarici  amillərə  təsir  göstərə  bilmir.  Daxili  amillərə  isə  şirkət  təsir 



göstərə  bilir,  onlara  müsbət  təsir  göstərmək  Klaster  nkişaf  Mərkəzinin  əsas 

vəzifəsi hesab edilir. 

Кластерин инкишаф 

амилляри 

Харижи 

Дахили 


Верэи  

Валйутанын мязянняси 

Хаммаларын гиймяти 

Рягиб ширкятлярин сайы 

Ямтяяйя тяляб 

Инвестисийанын бюлцнмяси 

Истещсал технолоэийасы 

Щейятин ихтисасы 

Дахил олмуш инвестисийа-

нын щяжми 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə