|
Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləriticarət üçün yer verilməsi (satıcı və alıcılar burada toplaşır və qiymətlər barədə razılığa
|
səhifə | 40/66 | tarix | 30.12.2023 | ölçüsü | 0,96 Mb. | | #166965 |
| Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)ticarət üçün yer verilməsi (satıcı və alıcılar burada toplaşır və qiymətlər barədə razılığa gəlirlər);
birja hərraclarının təşkili;
ticarət qaydalarının, o cümlədən birja vasitəsilə satılan məhsulun standartlarının müəyyənləşdiril-məsi;
alqı-satqı sövdələşmələri üzrə nümunəvi müqavilələr paketinin işlənib hazırlanması;
qiymətlərin təyini;
mübahisələrin tənzimlənməsi və ya arbitrajı;
informasiya fəaliyyəti;
Qiymətli kağızlar və ya əmtəələr üzrə sövdələşmə zamanı müəyyən təminat vermək və əvəzində müəyyən haqq alma.
Sövdələşmə (əməliyyat) - maliyyə alətinin (pul, bank sənədləri və s.) bir şəxsdən digərinə keçməsi ilə müşayiət olunan, birja əmtəəsinə münasibətdə hüquq və öhdəliklərin qarşılıqlı verilməsi haqqında razılaşmadır. Birjadakı bütün sövdələşmələri (əməliyyatları) aşağıdakı qruplara bölmək olar:
real əmtəəyə görə sövdələşmə (əmtəə birjalarının əksəriyyətində real əmtəə göndərişinin payı ümumi əmtəə dövriyyəsinin 1-2%-dən artıq olmur) - bu zaman əmtəə satanın əlində olmalı və kontraktda göstərilmiş vaxtda yerinə çatdırılmalıdır. Belə müddətli sövdələşmələrə forvard sövdələşmələri də deyirlər;
sövdələşmə həyata keçirilən vaxt əldə olmayan əmtəələrlə (məsələn, gələn ilin məhsuluna görə) fyuçers sövdələşmələri. Belə sövdələşmələr müəyyən müddətə bağlanılır və dəfələrlə təkrarən satıla bilərlər. Əslində bu əmtəənin özünün satışı deyil, ona olan hüququn alqısatqısıdır. Bu əmtəə ilə deyil, onun verilməsi ilə bağlı öhdəliklərlə bağlı ticarətdir. Fyuçers sövdələşmələri real əmtəəyə görə sövdələşmə zamanı bazar qiymətlərinin dəyişməsindən irəli gələ biləcək itkilərdən özünü sığortalamaq məqsədilə istifadə olunur. Fyuçers birja ticarəti - dünya bazar iqtisadiyyatının ən dinamik bölmələrindən biridir. Hazırda 54 adda əmtəə üzrə və illik dövriyyəsi 3 trilyon dollardan yuxarı olan 150-yə yaxın fyuçers birjaları var. Fyuçers sövdələşmələrinin 85% Amerika, 8% ingilis, 6% yapon birjalarının payına düşür;
Dostları ilə paylaş: |
|
|