Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

 
99
-  kabel televiziyası və liftdən istifadə qaydaları; 
-  həkim yardımının təşkili; 
-  valyutadəyişmə qaydaları və yeri; 
-  turistlərin mehmanxanada qalma proqramları. 
Mehmanxanada  təklif  olunan  əlavə  xidmətlərin  reklam  olunmasına 
xüsusi diqqət yetirmək lazımdır. 
Düzgün  təşkil  olunmuş  xidmətlərin  satışı  çox  vaxt  mehmanxana 
nömrəsinin qiymətindən daha çox gəlir gətirir. 


 
100
MÖVZU: 10. MEHMANXANA TƏRKIBINDƏ QIDALANMA 
MÜƏSSISƏLƏRI VƏ NÖMRƏLƏRƏ RESTORAN XIDMƏTI   
PLАN 
1. Qidalanma müəssisələrinin növləri 
2. Qonaqlara göstərilən xidmət və servisin növləri 
3. Masanın servirovka (süfrə düzümü) qaydaları 
4. Servisin növləri 
 
1. Qidalanma müəssisələrinin növləri 
Restoran – qonaqlara geniş və müxtəlif çeşiddə yemək, içmək, şirniyyat 
məmulatları təqdim edən yemək müəssisəsidir. 
Restoranda peşəkar aşpaz, ofisiant, metrdotel* qonaqlara yüksək səviyyədə 
xidmət göstərir. Burada qonaqların istirahəti üçün əyləncəli proqramlar da təşkil 
olunur. 
         Mehmanxana  tərkibində  müxtəlif  tipli  bir  neçə  restoran  ola  bilər.  Otellər 
şə
bəkəsinə daxil olan mehmanxanalarda adətən geniş, dəbdəbəli, yüksək səviyyəli 
restoran  və  çox  da  iri  olmayan  kafe  tipli  yemək  –  içmək  müəssisəsi  fəaliyyət 
göstərir.  Bu  restoranlar  həm  oteldə  qalan  qonaqlara,həm  də  kənardan  gələn 
müsafirlərə  xidmət  göstərir.  Restorana  gələn  yüksək  səviyyəli  qonaqların  incə 
zövqünü,  tələbatını  ödəmək  üçün  personal  heyəti  yüksək  peşəkarlığa  malik 
olmalıdır.Bu personalı menecer idarə edir və onun vəzifəsi aşağıdakılardır:  
-    Restorana gələn müsafirlərə keyfiyyətli xidmət göstərmək; 
-    Restoran personalının təlim və təhsili ilə  mütəmadi  məşğul  olmaq; 
-    Yüksək standartlara cavab verən xidmətin  keyfiyyətini   saxlamaq; 
-    Marketinqlə məşğul olmaq; 
-    Nömrədə yaşayan qonaqlara restoran xidmətini  təşkil və təmin etmək; 
-    Həftə,  ay,  illik  hesabatı  aparmaq  və  biznes  –  təhlili  bölmə  direktoruna  təqdim 
etməli.   
          Menecer  mehmanxanada  yaşayan  qonaqların  sayını    dəqiqləşdirir  və  bu 
məlumat əsasında restoranda yemək hazırlanır. 


 
101
        Mehmanxana  tərkibində  fəaliyyət  göstərən  bir  sıra  restoranlar  öz  gəlirlərini 
artırmaq məqsədilə müxtəlif üsullardan istifadə edirlər.        
        Yeni  Orlean  (ABŞ  )  şəhərində  yerləşən  <>  oteli  öz 
müsafirlərinə  beş  dollarlıq  restoran  kuponu  təklif  edir.  Nyu  –  Yorkda  yerləşən 
<
>   mehmanxanasına  gələn  qonaqları   əvvəlcə  
restoranla  tanış  edərək  onun  üstün  cəhətləri,  ləziz  yeməkləri  barədə  məlumat 
verirlər. Bostondakı (ABŞ) <> otelinin vestibülündə 
yeməklərin dequstasiyasını təşkil edərək restoran özünü reklam edir.  
        Barlar 
        Bar – qonaqlara müxtəlif içkilər, qəlyanaltı, desert, və şirin yeməklər təqdim 
edən,  ixtisaslaşmış  yeyib  –  içmək  müəssisəsidir.  Bar  işguzar  söhbətlər,  istirahət, 
zövq  və  həzz  almaq  üçün  ideal  yerdir.  Barların  fəaliyyəti  mehmanxana  üçün 
sərfəlidir  və  içkilərin  satışı  ərzaq  yeməklərindən  daha  çox  gəlir  gətirir.  Bundan 
ə
lavə, içkilərin saxlama müddəti ərzaq yeməklərində daha çoxdur, bir çox barlar öz 
adı və nüfuzuna  görə  məşhurdur.Məsələn,  <>  in  (Nyu –  York ) 
<> barında varlı və nüfuzlu müştərilər zövqlə istirahət edirlər. 
Bu barın gözəl interyeri var və piştaxta freskalarla bəzənib.    
        Barın  səmərəli  işi  satılan  içkilərin  faizi  ilə  müəyyənləşir.  Yemək  və  içmək 
direktoru  barların  işinə  ciddi  nəzarət  etməlidir.  Barda  spirtli  içkilərin  satışı  ilə 
ə
laqədar  müxtəlif  problemlər  ortaya  çıxa  bilər.  Qonaq  barda  çox  spirtli  içki  içib, 
sərxoş  olub  hadisə  törədərsə,  bunun  məsuliyyətini  barmen  və  menecer  daşıyır. 
Menecer spirtli içkiyə su qatıb satan, müştərini hesabda aldadan, qədəhə içkini tam 
doldurmayan əliəyri barmenləri cəzalandırmalıdır. 
       Böyük otellərdə müxtəlif tipli barlar fəaliyyət göstərir. 
       Vestibüldə  yerləşən  bar  –  bu  tip  barların  əsasını  məşhur  Konrad  Hilton 
qoymuşdur. Belə barlar qonaqların ünsiyyəti üçün münasib yerdə fəaliyyət göstərir 
və yaxşı gəlir verir. 
        Restoran  barı  –  xüsusilə  Amerika  restoranlarında,  interyerin  bir  elementi 
kimi sakit və rahat yerdə yerləşir və müştərilər gündəlik hay – küydən sonra burada 
dincələ bilirlər. 


 
102
         Iri  mehmanxanalarda  əlavə  barlar  fəaliyyət  göstərir.  Əlavə  bar 
mehmanxananın dərinlik küncündə, sakit və rahat bir guşədə yerləşir. 
         Banket (ziyafət) barı – bu tip barlar yalnız banket, konfrans, simpozium və 
s. tədbirlərin iştirakçılarına xidmət göstərir.belə tədbir lərdə adətən qonaqların sayı 
çox  olur.  Tədbirin  keçirildiyi  restoranın  müxtəlif  yerlərində  içkilərlə  dolu  səyyar 
barlar  fəaliyyət  göstərir.  Bu  cür  barlarda  içki  butılkalarının  hesabatı  aparılır. 
Banket barları öz işlərini eyni vaxtda qurtarmalıdır. Bu, xırda oğurluqların qarşısını 
almaq məqsədilə edlir.  
          Hovuzların  yanında  olan  barlar  əsasən  kurort  –  otellərdə  fəaliyyət 
göstərir. Bu cür barlarda eyni zamanda əyləncəli tədbirlər də keçirilir. 
          Mini  –  barlar  mehmanxana  nömrəsinin  qonaq  otağında  kiçik  soyuducu 
şə
klində olur. Bu soyuducu - barda müxtəlif spirtli və spirtsiz içkilər, çərəz və s. 
olur.  Qonaq  nömrə  alarkən  qeydiyyat  vaxtı  mini  barın  açarı  olan  konvert  təqdim 
edilir.  Bardan  imtina  edən  qonaq  konverti  götürmür.  Mini  barlar  hər  gün  içki 
ehtiyatı ilə təmin olunur. Istifadə olunan içkilərin hesabını nömrədə yaşayan qonaq 
verir.  
2. Qonaqlara göstərilən xidmət və servisin növləri 
          << A lya kart >> menyusu ilə xidmət göstərilən zaman üstünlük ahıl və yaşlı 
adamlara,  sonra  qadınlara  verilir.  Təntənəli  tədbirlərdə  ilk  növbədə  yubilyara 
xidmət  göstərilir.  Lakin  diplomatik  və  rəsmi  tədbirlərdə  fəxri  qonaqlara  üstünlük 
verilir. Əgər bu masa arxasında iki ölkənin naziri (qonaq olan və qonaq qəbul edən 
ölkənin)  öz  arvadları  ilə  əyləşibsə,  əvvəlcə  qonaq  ölkənin  nazirinə,  sonra  qəbul 
edən  ölkənin  nazirinə  xidmət      göstərilir.  Bundan  sonra  qonaq  nazir  arvadına  və 
qəbul edən ölkənin arvadına qulluq göstərilir.  
         Xüsusi  tədbirlərdə  ofisiant  növbə  ilə  bütün  qonaqlara  cəmiyyətdə  tutduğu 
rütbəyə görə xidmət göstərir. 
         Restoranda xidmət personalının hərəkəti yol hərəkəti qaydalarına uyğundur. 
Yolun sağ tərəfi ilə hərəkət edən ofisiantlar bir – biri ilə toqquşmur və zalda rahat 
xidmət göstərə bilirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə