MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

dünya ilə toqquşması isə tam bir fəlakətə səbəb olar. Belə fəlakətlər
ağlımıza  gələn  təhlükələrdən  çox  fərqlidir,  çünki  bütün  planet
üzərindəki həyata bir formada təsir edə bilərlər.
Valter Alvarez “T.Rex and Greater of Doom” (“T.Rex və qiyamət
gününün yaradıcısı”) adlı kitabında quyruqlu ulduzun və ya asteroi-
din dünya atmosferinə girməsi vəziyyətində baş verə bilən hadisələri
belə anladır:
“Bir quyruqlu ulduz çirkli buzdan yaranan bir topdur və Günəşin
istiliyindən dolayı buxarlanaraq qazlarını püskürür. Və qiyamət
gününü xəfif parıldayan bir ulduz xəbər verə bilər... Bu ulduz
gündüz belə görünəcək, gecəni də aydınlığa bürüyəcək. Bu ha-
disəyə quyruqlu ulduz əvəzinə bir asteroid də səbəb ola bilər”.
19
65 milyon il əvvəl dünyaya olduqca böyük bir cismin düşdüyü
alimlər tərəfindən sübut olunmuş (bu cismin böyük ehtimalla quy-
ruqlu ulduz olduğu güman edilir) və bu asteroidin yer üzündə ol-
duqca mühüm təsirlərinin olduğu müəyyən edilmişdir. Buna və daha
sonra da düşdüyü təsbit edilən digər göy cisimlərinə istinad edilərək
dünyada belə bir nəsnənin toqquşması nəticəsində yaranacaq müm-
kün hadisələr güman edilir.
Bir quyruqlu ulduzun toqquşmadan əvvəl, hərəkətindən yaydığı
enerji 100 milyard meqatonluq TNT-yə bərabərdir. Bu miqdar quy-
ruqlu ulduzun 1 saniyə içində buxarlanmasına və 40 km dərinlikdə
bir dəlik açmasına səbəb olur. Bir müqayisə aparsaq, bir hidrogen
bombası sadəcə bir meqaton TNT-dir və soyuq müharibə zamanı
dünyada bu tip silahlardan 10.000 ədəd vardı. Quyruqlu ulduzun
gücü isə dünyanın bütün döyüş sursatlarından 10.000 dəfə artıq part-
layışa bərabərdir. 
Quranda qiyamət günü çox böyük sarsıntıların olacağı, hər şeyin
yerlə bir olacağı, dənizlərin daşacağı bildirilir. Quyruqlu ulduz və ya
böyük bir asteroidin dünya ilə toqquşma ehtimalı Quranda keçən bu
hadisələrin tək-tək yaşanmasına səbəb ola bilər. Seysmik dalğalar
Harun Yəhya (Adnan Oktar) 
71


üzündən  dəniz  altında  nəhəng  axınlar  baş  verir;  bunun  nəticəsi
nəhəng sunamilərdir. Daha əvvəl meydana gələn seysmik dalğalarla
gerçəkləşən sunamilər elə böyük olmuşdu ki, tədqiqatçılar bu suna-
milərin dəniz dibində kanallar açdığını bildirirdilər.
Həmçinin aparılan tədqiqatlar yaxın zamanlarda Meksika körfəzi
sahillərinə çarpan bir cismin təsiri ilə olduqca böyük sunamilərin ya-
randığını  ortaya  qoymuşdur.  Floridaya  yönələn  sunami  daha  da
yüksələrək sahildə böyük təhlükə yaratmış və meşələri yox etmişdi.
Bu gün bəlkə olduqca çox insan mütləq qarşılaşacaqları ölümü və
qiyaməti ağıllarına gətirmədən yaşamaqdadır. Halbuki, dünyada belə
bir əzabın çeşidli yollarla gəlməməsi üçün heç bir səbəb yoxdur.
Məsələn, yuxarıda anlatdığımız hadisədən bir gün əvvəl torpaq son
dərəcə məhsuldar ikən toqquşmadan sonra Meksika və Amerika tor-
paqlarının böyük hissəsi tamamilə çılpaq qalmışdır.
20
Allah bizə 14 əsr əvvəlcədən qiyamət günündə göyün süst düşüb
parçalanacağını («Haqqə» surəsi, 16), göyün göyərmiş mis kimi ola-
cağını (“Məaric” surəsi, 8) bildirmişdir. Bu hadisələr quyruqlu uldu-
zun dünya ilə toqquşması və ya nəhəng bir asteroidin yer üzünə
düşməsi nəticəsində ortaya çıxan mənzərə ilə çox böyük bənzərliklər
göstərəcəkdir.
Pol Devis “The Last Three Minutes” (“Son üç dəqiqə”) adlı ki-
tabında dünya ilə toqquşacaq bir quyruqlu ulduzun təsirini anla-
darkən  göy  üzünün  yüksəkliklərindən  nəhəng  miqdarda  bir  işıq
şüasının  göyləri  yandırmağa  başlayacağını  və  mədən  kimi
əriyəcəyini söyləyir. Yenə eyni bölümdə Pol Devis kosmosun içində
olan vakuum səbəbi ilə qaynayan qazın girdab yaratdığını bildirmiş-
dir.  Bu  açıqlama  “Rəhman”  surəsindəki  bir  ayə  ilə  çox  böyük
bənzərliyə malikdir:
“Göy  ayrılıb  dağ  edilmiş  yağ  kimi  qıpqırmızı  olduğu
zaman...” (“Rəhman” surəsi, 37)
QİYAMƏT GÜNÜ
72


Göyün əriyərək axması, ərimiş yağ və ya ərimiş mədən kimi qız-
ğın qatı bir mayeni xatırladır. Yenə belə bir halda göyün qızğın və
qırmızı bir rəng alacağı bilinir. Pol Devisin bildirdiyinə görə, o gün
qaynayan qaz girdab şəklində olacaq. Yəni göydə qırmızı bir girdab
yaranacaq. Belə bir şeyin qıpqırmızı bir külə nə dərəcə bənzəyəcəyi
açıqdır.
Allah öz dərgahında müəyyən edilən bir zamanda insanları qi-
yamət günü ilə qarşılaşdıracaq və Quranda bildirdiyi bütün hadisələri
təkrar-təkrar gerçəkləşdirəcək. Ancaq deyilənlərdən də göründüyü
kimi, qiyaməti meydana gətirən hadisələrin bu səbəblərdən biri və
ya hamısı ilə eyni anda gerçəkləşməsi də ehtimal daxilindədir.
Buna oxşar hadisələr keçmişdə də meydana gəlmişdir. Həm as-
teroidlər, həm də quyruqlu ulduzlar dünyamıza gah lokal, gah da
geniş sahələrə yayılan zərərlər veriblər. Bir sonrakı qarşılaşmanın nə
zaman olacağını isə Allah bilir.
Alimlər 2028-ci ildə dünyanın çox yaxınından keçəcək asteroidin
okeana düşməsini ehtimal edirlər. Amerika və Avropanın sular al-
tında qalacağını, quruya düşərsə, daha çox böyük fəlakətlərin yaşa-
nacağını  bildiriblər. Asteroidin  atmosferə  girməsi  zəlzələlərə  və
vulkan püskürmələrinə yol açacaq, yaranan toz buludları dünyanı
qaranlığa qərq edəcək. Astronomlar belə bir asteroidin dünyaya ya-
xınlaşmasının  olduqca  böyük  bir  təhlükə  yaradacağına  diqqət
çəkirlər.
21
Yenə alimlər 1993-cü ildə dünyamızın çox yaxınından keçən
“Swift-Tuttle” adında bir quyruqlu ulduzdan bəhs edirlər. Bu ulduz
2126-cı ildə təkrar gözlənilir. Aparılan hesablamalar bu ulduzun
dünya ilə toqquşma ehtimalının olduqca yüksək olduğunu, sadəcə
iki həftəlik bir məsafə ilə dünyadan yan keçəcəyini ortaya çıxarıb.
Bu  isə  olduqca  yaxın  bir  məsafədir.  Və  bir  çox  alim  bu  yaxın
məsafədən dolayı narahatlıq duyur. Bu cisimlərin orbitlərindəki ni-
Harun Yəhya (Adnan Oktar) 
73


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə