Oparinin yolunu davam etdirən təkamülçülər həyatın mənşəyi
problemini həll etmək üçün təcrübələr aparmağa çalışdılar. Bu
təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stenli Miller tərəfindən
1953-cü ildə aparıldı. Miller ibtidai atmosferdə mövcud olduğunu
iddia etdiyi qazları bir təcrübədə birləşdirdi və bu qarışığa enerji
verərək zülalları təşkil edən bir neçə üzvi molekul (amin turşusu)
sintezlədi.
O illərdə təkamüllə bağlı mühüm mərhələ kimi tanıdılan bu
təcrübənin əsassız olduğu və təcrübədə tətbiq edilən atmosferin yer
şərtlərindən çox fərqli olduğu sonrakı illərdə üzə çıxacaqdı. (“New
Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of
the American Meteorological Society, c. 63, Kasım 1982, səh. 1328-
1330)
Uzun sükutdan sonra Millerin özü də tətbiq etdiyi atmosfer mü-
hitinin həqiqi olmadığını etiraf etdi. (Stanley Miller, Molecular Evo-
lution of Life: Current Status of the Prebiotic Synthesis of Small
Molecules, 1986, səh. 7)
Həyatın mənşəyi problemini açıqlamaq üçün XX əsr boyu
göstərilən bütün təkamülçü səylər uğursuzluqla nəticələndi. San Di-
yeqo Skrips İnstitutundan məşhur geokimyaçı Cefri Bada təkamülçü
“Earth” jurnalında 1998-ci ildə dərc edilən bir məqalədə bu həqiqəti
belə qəbul edir:
“Bu gün XX əsri arxada qoyarkən hələ də XX əsrin başlan-
ğıcındakı ən böyük həll edilməmiş problemlə qarşı-qarşıya-
yıq: həyat yer üzündə necə başlayıb”. (Jeffrey Bada, Earth,
Şubat 1998, səh. 40)
Həyatın kompleks quruluşu
Təkamülçülərin həyatın mənşəyi ilə bağlı bu qədər çıxılmaz
vəziyyətə düşməsinin başlıca səbəbi ən sadə hesab etdikləri canlıların
Harun Yəhya (Adnan Oktar)
143
bu qədər mürəkkəb quruluşa malik olmasıdır. Canlı hüceyrəsi insanın
hazırladığı bütün texnoloji məhsullardan daha mürəkkəbdir. Belə ki,
bu gün dünyanın ən qabaqcıl laboratoriyalarında belə cansız
maddələr birləşdirilərək nəinki canlı hüceyrə, hətta hüceyrəyə aid
bircə zülal da hasil etmək mümkün deyil.
Bir hüceyrənin meydana gəlməsi üçün lazımlı şərtlər əsla təsa-
düflərlə açıqlanmayacaq qədər çoxdur. Lakin bunu açıqlamağa heç
ehtiyac yoxdur. Təkamülçülər hələ hüceyrə səviyyəsinə çatmadan
çıxılmaz vəziyyətə düşürlər. Çünki hüceyrənin əsasını təşkil edən
zülalların təsadüfən sintezlənmə ehtimalı riyazi cəhətdən sıfırdır.
Bunun ən əsas səbəbi budur ki, bir zülalın əmələ gəlməsi üçün
başqa zülallar da olmalıdır. Bu səbəb bir zülalın təsadüfən
əmələgəlmə ehtimalını tamamilə aradan qaldırır. Ona görə, təkcə bu
fakt təkamülçülərin təsadüf iddiasını təkzib etmək üçün kifayətdir.
Mövzunun əhəmiyyətini qısaca açıqlayaq:
- Fermentlər olmasa, zülal sintezlənə bilməz, fermentlər də zü-
laldır.
- Bircə zülalın sintezlənməsi üçün 100-ə yaxın hazır zülal ol-
malıdır. Ona görə, zülalların olması üçün zülallar lazımdır.
- Zülalları sintezləyən fermentləri DNT hazırlayır. DNT ol-
masa, zülal sintezlənə bilməz. Ona görə, zülalların əmələ
gəlməsi üçün DNT də lazımdır.
- Zülal sintezləmə prosesində hüceyrədəki bütün orqanoidlərin
mühüm funksiyaları var. Yəni zülalların əmələ gəlməsi üçün
tam funksional hüceyrə bütün orqanoidləri ilə birlikdə möv-
cud olmalıdır.
Hüceyrənin nüvəsində yerləşən, genetik məlumat daşıyan DNT
molekulu isə informasiya bankıdır. İnsan DNT-sindəki informasiyanı
kağıza köçürmək istəsək, hər biri 500 səhifədən ibarət 900 cildlik ki-
tabxana ortaya çıxar.
QİYAMƏT GÜNÜ
144
Burada çox maraqlı dilemma da var: DNT ancaq bir sıra xüsusi
zülalların (fermentlərin) köməyi ilə qoşalaşa bilər. Amma bu fer-
mentlər də ancaq DNT-dəki informasiya əsasında sintezlənir. Bir-
birlərindən asılı olduqlarına görə, DNT-nin qoşalaşması üçün ikisi
də eyni anda mövcud olmalıdır. Bu isə həyatın öz-özünə meydana
gəlməsi ssenarisini çıxılmaz vəziyyətə salır. San Diyeqo Kaliforniya
Universitetindən məşhur təkamülçü prof. Lesli Orcel “Scientific
American” jurnalının 1994-cü il oktyabr sayında bu həqiqəti belə
etiraf edir:
“Olduqca kompleks quruluşa malik olan zülalların və nuklein
turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsa-
düfən əmələ gəlmələri həddindən artıq ehtimaldan kənardır.
Ancaq bunların biri olmadan digərini əldə etmək də mümkün
deyil. Ona görə, insan məcburən həyatın kimyəvi yollarla
meydana gəlməsinin tamamilə qeyri-mümkün olduğu
nəticəsinə gəlir”. (Leslie E. Orgel, The Origin of Life on
Earth, Scientific American, c. 271, Ekim 1994, səh. 78)
Şübhəsiz ki, əgər həyatın kortəbii təsadüflərlə öz-özünə meydana
gəlməsi mümkün deyilsə, onda həyatın yaradıldığı qəbul edilməlidir.
Bu həqiqət əsas məqsədi yaradılışı inkar etmək olan təkamül
nəzəriyyəsini açıq-aydın əsassız edir.
Təkamülün xəyali mexanizmləri
Darvinin nəzəriyyəsini əsassız edən ikinci əsas cəhət
nəzəriyyənin təkamül mexanizmləri kimi irəli sürdüyü iki anlayışın
da, əslində, heç bir təkamül gücünə malik olmamasıdır.
Darvin irəli sürdüyü təkamül iddiasını tamamilə təbii seleksiya
mexanizmi ilə əlaqələndirmişdi. Bu mexanizmə verdiyi əhəmiyyət
kitabının adından da açıq şəkildə başa düşülür: “Növlərin mənşəyi,
təbii seleksiya yolu ilə...”
Harun Yəhya (Adnan Oktar)
145
Təbii seleksiya təbii seçmə deməkdir, təbiətdəki həyat uğrunda
mübarizədə təbii şərtlərə uyğun və güclü canlıların həyatda qalacağı
düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən
təhlükəyə məruz qalan bir maral sürüsündə daha sürətlə qaçan ma-
rallar həyatda qalacaq. Beləliklə, maral sürüsü sürətlə qaçan və güclü
fərdlərdən ibarət olacaq. Amma bu mexanizm maralların təkamül
keçirməsinə səbəb olmaz, onları başqa bir canlı növünə, məsələn, at-
lara çevirməz.
Ona görə, təbii seçmə mexanizmi heç bir təkamül gücünə malik
deyil. Darvin də bu həqiqəti anlamışdı və “Növlərin mənşəyi” adlı
kitabında: “Faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç
bir şey edə bilməz”, - demək məcburiyyətində qalmışdı. (Charles
Darwin, The Origin of Species: A Facsimile of the First Edition,
Harvard University Press, 1964, səh. 184)
Lamarkın təsiri
Bəs bu faydalı dəyişikliklər necə baş verə bilərdi? Darvin öz döv-
rünün ibtidai elm anlayışı çərçivəsində bu suala Lamarka əsaslanaraq
cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq
Lamarka görə, canlılar həyatları boyu keçirdikləri fiziki dəyişiklikləri
sonrakı nəslə ötürürlər, nəsildən-nəslə toplanan bu xüsusiyyətlər
nəticəsində yeni növlər meydana gəlir. Məsələn, Lamarkın fikrincə,
zürafələr ceyranlardan törəyiblər, hündür ağacların yarpaqlarını
yeməyə çalışarkən nəsildən-nəslə boyunları uzanmışdır.
Darvin də buna bənzər misallar çəkmiş, məsələn, “Növlərin
mənşəyi” kitabında qida tapmaq üçün suya girən bəzi ayıların
tədricən balinalara çevrildiyini iddia etmişdi. (B. G. Ranganathan,
Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988.)
Lakin Mendelin kəşf etdiyi və XX əsrdə inkişaf edən genetika
elmi ilə qəti şəkildə sübut edilən genetika qanunları qazanılmış xü-
susiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini məhv etdi.
QİYAMƏT GÜNÜ
146
Dostları ilə paylaş: |