MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə64/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   60   61   62   63   64   65   66   67   ...   266

VI FƏSİL. CİSAYƏT FHOSESİ.SİN SUBYEKTLƏRİ. MƏHKƏMƏ VƏ CİKAYƏT PROSESİMDƏ İŞTİRAK EDƏM ŞƏXSLƏR 

 

yət  işlərinə  və  cinayət  təqibi  ilə  bağlı  digər  materiallara  kassasiya 



şikayəti və ya protesti üzrə üç hakimdən ibarət kollegial tərkibdə, həmin 

işlərə  və  materiallara  əlavə  kassasiya  qaydasında  və  ya  yeni  açılmış 

hallar  üzrə  -  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun 

iclasında baxılır. 

Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  qanunda  nəzərdə  tutulmuş 

qaydalara zidd olaraq cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər 

materiallara  baxılması  üçün  hər  hansı  hakimin  və  ya  andh  iclasçının 

cəlb edilməsi yolverilməzdir. 



ANDLI İCLASÇILAR VƏ 

ONLARIN 

KOLLEGİYASI 

Cinayət  işlərinə  andlı  iclasçılann  iştirakı  ilə  baxılması 

respublikamızın cinayət-prosessual qanunvericiliyində demokratiyanın 

təzahürünü əks etdirən yeni bir institutdur. “Azərbaycan Respublikası 

CPM-in  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi 

tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 14 iyul 

2000-ci  il  tarixli  Qanununun  2-ci  maddəsinə  əsasən,  CPM-in  andlı 

iclasçılara dair müddəalan məhkəmə-hüquq islahatı başa çatdıqdan və 

müvafiq qanun qəbul edildikdən sonra qüvvəyə minir. Nəzərə alaraq ki, 

hazırda respublikamızda andlı iclasçılarla bağlı xüsusi bir qanun qəbul 

edilməmişdir,  ona  görə  də  CPM-in  andlı  iclasçılarla  bağlı  normalan 

tətbiq edilmir. 

Cinayət-prosessual 

qanunvericiliyində 

andlı 

iclasçılar 



kollegiyasının  mahiyyəti  açıqlanaraq  ona  belə  bir  tərif  verilmişdir: 

“andlı  iclasçı-  lar  kollegiyası  CPM-də  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada cinayət işlərinə baxılması üçün  yaradılan, andlı iclasçılardan 

ibarət qurumdur” (CPM 7.0.16-cı mad.). 

Cinayət  işlərinə  baxılması  üçün  andlı  iclasçılar  kollegiyası  birinci 

instansiya  məhkəmələrinin  ikinci  pilləsinə  daxil  olan  məhkəmələrdə 

yaradılır.  Bu  növ  məhkəmələrə  -  Ağır  cinayətlərə  dair  işlər  üzrə 

Naxçıvan  Muxtar  Respublikası  məhkəməsinin,  Ağır  cinayətlərə  dair 

işlər  üzrə  Azərbaycan  Respublikası  məhkəməsinin.  Ağır  cinayətlərə 

dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsini və 




Mirağa Cdfərquliyev 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi  məhkəmənin  səlahiyyətlərini 

Muxtar  Respublika  ərazisində  həyata  keçirərkən  Naxçıvan  Muxtar 

Respublikasının Hərbi Məhkəməsini aid etmək olar. 

Yeni  cinayət-prosessual  qanunvericilik  andlı  iclasçılar  üçün  geniş 

hüquqlar  nəzərdə  tutmuşdur.  Məsələn,  andlı  iclasçı  maddi  sübutlara, 

sənədlərə,  əraziyə  və  binalara  baxış  keçirilməsində,  məhkəmədə 

aparılan  digər  bütün  istintaq  hərəkətlərində  iştirak  edə  bilər.  CPM-in 

359-cu  maddəsində  nəzərdə  tutulmuş  hallarda  (əgər  ömürlük 

azadlıqdan  məhrumetmə;  xüsusi  təhlükəli  cinayətə  görə  məhkəməyə 

verilənlərdən biri andlı iclasçımn iştirakını arzu etsə) Naxçıvan Muxtar 

Respublikasının  Ali  Məhkəməsinin  Ağır  cinayətlərə  dair  işlər  üzrə 

kollegiyasında,  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan 

Respublikasının məhkəməsində və eyni adlı hərbi məhkəmədə cinayət 

işlərinə baxılması üçün andlı iclasçılar kollegiyası yaradılır. 

Andlı  iclasçılar  kollegiyası  CPM-in  360-366-cı  maddələrində 

nəzərdə  tutulmuş  qaydada  on  iki  əsas  və  iki  ehtiyat  andlı  iclasçıdan 

ibarət tərkibdə yaradılır. 

Məhkəmə  baxışı  nəticəsində  andlı  iclasçılar  kollegiyası  yalnız 

təqsirləndirilən şəxsin törədilmiş cinayətdə təqsirliliyinə və ya təqsirsiz- 

liyinə dair verdikt çıxarır. 

Cinayətin törədilməsi və cinayət təqibi ilə bağlı olan hallardan asılı 

olaraq  andlı  iclasçılar  kollegiyası  məhkəmə  iclasında  sədrlik  edənin 

diqqətini  təqsirli  bildiyi  şəxsə  qarşı  mərhəmətli  olmaq  imkanına  cəlb 

edə bilər. 

CPM-in 83-cü maddəsinə müvafiq olaraq andlı iclasçıların apancı- 

sı  məhkəmə  iclasında  işə  baxılması  zamanı  ortaya  çıxan  bütün 

məsələlərin  həllində  və  andlı  iclasçılar  kollegiyası  tərəfindən  verdikt 

çıxarılmasında digər andlı iclasçılarla bərabər hüquqlardan istifadə edir. 

Digər  andlı  iclasçıların  birgə  ümumi  vəzifələri  ilə  yanaşı  andlı  iclas- 

çıların aparıcısı əlavə vəzifələri də yerinə yetirir. Baxılan cinayət işinin 

müzakirəsində andlı iclasçıların hər birinin iştirakına bərabər imkanlar 

yaradaraq  onların  müşavirələrinin  gedişinə  rəhbərlik  edir.  Müşavirə 

otağında  andlı  iclasçılara  sual  vərəqəsini  elan  edərək  zərurət  olduqda 

səsverməni  keçirir  və  onun  nəticələrini  yekunlaşdınr.  Məhkəmə 

iclasında andlı iclasçılar kollegiyasının verdiktini elan edir. 




V! FƏSİL CİMYƏT FR0SESL\İS SUBYEKTLƏRİ. MƏHKƏMƏ fƏ CİNAYƏT FROSESİyOƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR zm 

HAKIM VƏ MƏHKƏMƏ 

İCLASINDA 

SƏDRLİK

 

EDƏN 

Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyinə 

müvafiq  olaraq  hakimlər  ədalət  mühakiməsini  həyata  keçirmək  üçün 

qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir. 

Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının 

bütün  hakimləri  (məhkəmələrin  sədrləri,  sədr  müavinləri,  kollegiya 

sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə 

malikdirlər  və  bir-birindən  yalnız  təyin  olunma  qaydasına, 

səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. 

Cinayət 


mühakimə 

icraatında 

hakimin 

səlahiyyətləri 

Cinayət-Prosessual  Məcəllə  və  Azərbaycan  Respublikasının  digər 

qanunları ilə müəyyən edilir. 

Birinci instansiya məhkəməsində cinayət işlərinə və cinayət təqibi 

ilə bağlı digər materiallara təkbaşına baxan, məhkəmə baxışına hazırlıq 

görülməsi  və  ya  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmünün, 

yaxud digər qərarının icrasının təmin edilməsini həyata keçirən hakim 

cinayət-prosessual  qanunvericiliyin  müddəaları  ilə  müəyyən  edilmiş 

məhkəmə səlahiyyətlərindən istifadə edir. 

Hakimlər  kollegiyasının  tərkibində  cinayət  işinə  baxan  hakim  işə 

baxılması  ilə  əlaqədar  ortaya  çıxan  bütün  məsələlərin  həllində  digər 

hakimlərlə bərabər hüquqlardan istifadə edir. 

Andlı iclasçıların iştirakı ilə, habelə hakimlər kollegiyası tərəfindən 

məhkəmə  baxışı  keçirilərkən  məhkəmə  iclasında  sədrlik  edən  və  ya 

cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına 

baxan  hakim  cinayət-prosessual  qanunvericilikdə  nəzərdə  tutulmuş 

səlahiyyətlərindən istifadə edir. 

Bununla  əlaqədar  CPM-in  81-ci  maddəsində  qeyd  edilir  ki,  andlı 

iclasçılann iştirakı ilə məhkəmə baxışı keçirilərkən məhkəmə iclasında 

hakim  sədrlik  edir.  Eyni  zamanda,  cinayət  işinə  və  ya  materiala 

hakimlər  kollegiyası  tərəfindən  baxılarkən  məhkəmənin  sədri,  onun 

müavini və ya hakimlərdən biri sədrlik edir. 

Məhkəmə iclasına sədrlik edən hakimin üzərinə böyük məsuliyyət 

düşür.  O,  məhkəmə  iclasının  gedişinə  rəhbərlik  edir,  cinayət  işinə 

ədalətlə baxılmasının təmin edilməsi və məhkəmə baxışına və məh 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə